Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2710/2023 16.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, Ərizəçi maraqlı şəxslər - Gəncə şəhər Nizami Bələdiyyəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək” faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin məhkəmə icrааtının mümkünlüyü məsələsinə məhkəmə binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq, müəyyənetdi: Ərizəçi maraqlı şəxslər - Gəncə şəhər Nizami Bələdiyyəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək” faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən, yəni yolverilməz əsaslarla məhkəməyə verildiyindən ərizənin məhkəmənin icraatına qəbulundan imtina olunmalıdır. Belə ki, ərizə və ona əlavə olunmuş sənədlərdən görünür ki, ərizəçi mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsinə dair ərizə verməklə, dolayısı ilə ona məxsus olan evin yerləşdiyi 35* kvadratmetr torpaq sahəsinə mülkiyyət (sahiblik, istifadə və sərəncam) hüququnun müəyyən olunmasını xahiş etmişdir. Lakin ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçiyə məxsus olan evin yerləşdiyi torpaq sahəsi ərizəçinin heç vaxt mülkiyyətində olmamış, torpaq sahəsi ilə bağlı onun heç bir hüquq müəyyənedici sənədləri də yoxdur. Ərizəçi sadəcə torpağa onun özü və atası tərəfindən 3* ildən artıqdır ki, fasiləsiz sahiblik etdiyini əsas gətirməklə belə bir ərizə ilə məhkəməyə müraciət etmişdir. Halbuki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 aprel 2*19-cü il tarixli, 3 nömrəli qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 3*7.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquq müəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Bu kontekstdən yanaşaraq məhkəmə ərizəçiyə izah edir ki, Azərbaycan Respublikası MPM-nin 3*7.2.6-cı maddəsində qeyd edilən imkan tamamilə ayrı olmaqla onun həmin əsasa istinad edib məhkəməyə müraciət etməsi düzgün deyildir. Belə ki, hazırki ərizə və ona əlavə edilən sənədlərdən aydın olur ki, ərizəçi ərizəsində qeyd edilən torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərin itirilmiş olmasını və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpasının mümkün olmaması ilə bağlı bir məsələyə görə deyil, ona məxsus torpaq sahəsinin əvvəllər nənəsi və atasının, hazırda isə özünün istifadəsində olduğunu əsas gətirərək, “mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək” faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi ərizəçinin ərizəsində qeyd etdiyi formada “mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək” faktının məhkəmə tərəfindən müəyyən edilməsi mümkün deyildir. Bunun üçün yalnız adıçəkilən Plenum Qərarının 7-ci bəndində göstərilən əsaslar olmalıdır. Bundan başqa sözügedən Plenum qərarının 7.1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. Buna baxmayaraq, məhkəmə həm də qeyd edir ki, hətta ərizəçi belə bir halı da aydınlaşdırmadan qeyd edilən ərizə ilə birbaşa məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Daha sonra Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 yanvar 2**2-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə əldəetmə müddəti özgə əmlakından faktiki olaraq hüquqi əsas olmadan istifadə edilməsi hallarında tətbiq edilir. Bununla belə, daşınmaz əmlaka hüquqi əsaslarla (uzunmüddətli icarə müqaviləsi və s.) faktiki sahiblik edən şəxs barəsində əldəetmə müddəti tətbiq oluna bilməz. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi üçün zəruri tələblərdən biri Mülki Məcəllənin 179.1-ci maddəsində nəzərdə tutulan on illik əldəetmə müddətinin başa çatmasıdır. Bu maddəyə müvafiq olaraq daşınmaz əmlaka mülkiyyət hüququnu əldəetmə müddətinin tətbiq edilməsi üçün əsas şərtlərdən biri də daşınmaz əmlaka vicdanla sahiblik etməkdir. Bu hal faktiki sahiblik edən şəxsin qəsdən əmlakın mülkiyyətçisinin iradəsinə zidd olaraq mülkiyyətə yiyələnməsini istisna etməklə əmlakın qanunsuz olaraq mənimsənilməsinə qarşı yönəlmişdir. Digər tərəfdən, sahibliyin açıq həyata keçirilməsi onun daşınmaz əmlaka gizli deyil, açıq surətdə hər hansı bir şəxsdən asılı olmayaraq öz əmlakı kimi istifadə etməyi və belə əmlakla bağlı vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur. Əldəetmə müddətinin fasiləsizliyi də yuxarıda göstərilən şərtlərdən biridir. Belə ki, səlahiyyətli şəxs tərəfindən əmlakın qaytarılmasına dair iddianın verilməsi müddətin axımının dayanmasına səbəb olur və onun fasiləsizliyinə xələl gətirir. Beləliklə, təhlil edilən şərtlər bir-biri sıx bağlı olduğundan, onlardan hər hansı birinin olmaması mülkiyyət hüququnun əldə edilməsini qeyri-mümkün edir. Əldəetmə müddəti ilə bağlı mülki hüququ münasibətlərinin bu qaydada tənzimlənməsi Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına əsaslanır. Belə ki, Konstitusiya (maddə 13) mülkiyyət növlərinin bərabər müdafiə olunmasına təminat verməklə yanaşı, nəzərdə tutur ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın Preambulasına görə də mülkiyyət hüququnun tənzimlənməsinin təyinatı, ilk növbədə, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsinə yönəlmişdir. İqtisadi münasibətlərin mülki hüquq tənzimlənməsi onun iştirakçılarının subyektiv mülki hüquqlar əldə etməsindən və vəzifələr daşımasından ibarətdir. Hüquqi dövlətə xas olan əsas xüsusiyyətlər dairəsinə həmçinin hüquq münasibətlərinin, o cümlədən mülki hüquq münasibətləri iştirakçılarının hüquqlarının və vəzifələrinin bərabərliyi və mütənasibliyinin təmin edilməsi də daxildir. Bu amillərin pozulması belə münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, onun iştirakçılarının qeyri-bərabərliyinə də səbəb olur. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki qanunvericiliyin zamana görə qüvvəsindən bəhs edən 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Digər tərəfdən, həmin Məcəllənin 7.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Göründüyü kimi, mülki dövriyyə iştirakçılarının hüquq və mənafelərinin ədalətli təmini və səmərəli müdafiə olunmasının zəruriliyi, o cümlədən əvvəl yaranmış və davam edən hüquq münasibətlərinin bütövlüyünün və fasiləsizliyinin qorunması baxımından maddi mülki hüquq normalarının qüvvəsi belə normanın qəbul edildiyi müddətdən sonra yaranan münasibətlərə tətbiq edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin təhlilindən görünür ki, həmin Məcəllənin 179-cu maddəsinin müddəalarının hüquqi qüvvəsi 2***-ci il sentyabrın 1-dən əvvəlki müddətlərə şamil edilməmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin daşınmaz əmlaka mülkiyyət hüququnu əldəetmə müddətini müəyyənləşdirən 179-cu maddəsinin hüquqi qüvvəsi 2***-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərinə tətbiq olunmalıdır. Məhkəmə ərizəçinin nəzərinə çatdırır ki, ona məxsus olan evin yerləşdiyi torpaq sahəsinə hər hansı hüququnun tanınması məsələsi ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl həmin torpaq sahəsinin kimin mülkiyyətində olmasını, əmlakın hüquqi vəziyyətini, məqsədli təyinatını və sair aydınlaşdırmalıdır. Sözügedən torpaq sahəsinin dövlət və yaxud bələdiyyə mülkiyyətində olmasını müəyyən edərsə bu zaman ilk öncə müvafiq olaraq aidiyyəti quruma müraciət etməli və torpaq üzərində hər hansı hüququnun tanınmasını xahiş etməlidir. Bundan sonra onun müraciəti səlahiyyətli orqan tərəfindən müsbət həll olunmadığı təqdirdə İnzibati Prosessual Məcəlləsinin tələblərinə əməl etməklə vəzifəli şəxsin hərəkət və yaxud hərəkətsizliyindən müvafiq inzibati məhkəməyə şikayət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2-ci və 153.2.1-ci maddələrinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Beləliklə məhkəmənin qənaətinə görə ki, ərizəçinin hazırkı tələbi məhkəmənin səlahiyyətinə aid deyil və ərizə yolverilməz əsaslarla məhkəməyə verilmişdir. Buna görə də ərizənin məhkəmənin icraatına qəbul olunmasından imtina olunmalı və ödənilmiş dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Ərizəçi maraqlı şəxslər Gəncə şəhər Nizami Bələdiyyəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək” faktının müəyyən edilməsi tələbinə dair ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Ərizəçi tərəfindən ödənilmiş 1** (bir yüz) manat dövlət rüsumu ona qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 1* (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-2710/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2710/2023
16.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver