Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2746/2024 09.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X2, Ərizəçi Maraqlı şəxsnə qarşı “təsərrüfat başına kitabda olan qeydiyyatın dəyişdirilməsinə” dair ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə məhkəmə iclasında kənar baxaraq, m ü ə y y ə n e t d i m: Ərizəçi Maraqlı şəxsnə qarşı “təsərrüfat başına kitabda olan qeydiyyatın dəyişdirilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, onun Samux rayonu Əhmədbəyli kənd İcra Nümayəndəliyinin 1986-1990-cı illərin 8 nömrəli təsərrüfat başına kitabında adına olan kargüzarlıq qaydasında pozularaq aparılmış düzəlişin ləğv edilərək adının Aminə kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə hesab edir ki, hazırki ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin məhkəmənin icraatına qəbulundan imtina edilməlidir. Belə ki, müvafiq icra hakimiyyəti orqanının (Samux rayon İcra Hakimiyyəti Başçısının Əhmədbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi) tərəfindən təsərrüfat başına kitabda aparılan qeydiyyatın dəyişdirilməsi ümumi (rayon/şəhər) məhkəməsi tərəfindən müəyyən edilmir. Qeyd olunmalıdır ki, Ərizəçi ilk əvvəl Samux rayon İcra Hakimiyyəti Başçısının Əhmədbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə məxsus təsərrüfat başına kitabda edilməli olan düzəlişlə bağlı həmin orqana müraciət etməli və həmin orqan qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etdiyi halda ərizə İnzibati- Prosessual Məcəllədə nəzərdə tutulan qaydada tərtib edilməklə, müvafiq icra hakimiyyəti orqanının hərəkətinə hüquqi qiymətin verilməsi ilə bağlı olub müvafiq İnzibati Məhkəməyə təqdim edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Ümumi və ya inzibati-iqtisadi məhkəməyə mülki məhkəmə icraatı qaydasında verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd olunanlara əsasən hesab edirəm ki, verilmiş ərizə inzibati orqana və onun publik fəaliyyətinə qarşı olduğundan mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə iddianın yolverilməzliyinə görə ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməli və Ərizəçi ərizəsində qeyd etdiyi tələbinin həlli ilə əlaqədar əvvəlcə Samux rayon İcra Hakimiyyəti Başçısının Əhmədbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə müraciət etməsi, əgər həmin orqan xahişini təmin etməkdən imtina edərsə, inzibati icraat qaydasında baxılması üçün iddia tələbi ilə aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə müraciət etməsi izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Ərizəçi Maraqlı şəxsnə qarşı “təsərrüfat başına kitabda olan qeydiyyatın dəyişdirilməsinə” dair ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi qaytarılsın. Ərizəçi ərizəsində qeyd etdiyi tələbinin həlli ilə əlaqədar əvvəlcə Samux rayon İcra Hakimiyyəti Başçısının Əhmədbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə müraciət etməsi, əgər həmin orqan xahişini təmin etməkdən imtina edərsə, inzibati icraat qaydasında baxılması üçün iddia tələbi ilə aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə müraciət etməsi izah olunmalıdır. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-2746/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2746/2024
09.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver