Məhkəmə qərarları › İş №2(125)-2751/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2751/2025

08.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2751/2025 08.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əşyaların çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Mülki işin mübahisəsiz halı bundan ibarətdir ki, Gəncə şəhəri, Nizami rayonu, 28 may küçəsində yerləşən 9A nömrəli fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestri xidmətində İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus 1 ədəd şifaner, 1 ədəd tirmo, 1 ədəd ikinəfərlik (dvux) çarpayı, 1 ədəd kiçik gəvə, 6 ədəd stul, 1 ədəd göy güllü beşli qazan dəsti, 1 ədəd qaşıq-çəngəl dəsti (naboru), 1 ədəd şirəli mavi vedrə, 1 ədəd aluminium vedrə, 6 ədəd fincan (kruşqa) nəlbəki dəsti, 2 ədəd ləpə qabı, 1 ədəd aş süzən, 1 ədəd aluminium ləyən, 2 ədəd bulud qab, 1 ədəd mərtəbəli qab (etajerka), 6 ədəd göy boşqab, 5 ədəd göy rəngli nəlbəki, 6 ədəd bozartma boşqabı, 1 ədəd tor (setqa), 3 ədəd ağ göy boşqab, 1 ədəd dəm çaydanı (çayniki), 1 ədəd cəm, 4 ədəd plasmas boşqab, 7 ədəd bıçaq, 5 ədəd çay qaşığı, 4 ədəd çəngəl, 15 ədəd xörək qaşığı, 1 ədəd çörək qabı, 1 ədəd qayçı mətbəx, 10 ədəd qənd qabı, 5 ədəd duz qabı, 6 ədəd çərəz qabı, 1 ədəd kül qabı, 10 ədəd çərtdək qabı, 1 ədəd qırmızı hamam çanağı (vanna), 1 ədəd balaca qırmızı banka, 6 ədəd araq rumkası, 12 ədəd dəst bıçaq, 4 ədəd tək bıçaq, 1 ədəd qənd qayçısı, 8 ədəd bulud qaşığı, 8 ədəd çörək qaşığı, 7 ədəd çay qaşığı, 3 ədəd şam üç tutacaqlı (qulplu), 10 ədəd paltar tutacağı (şpilkası), 1 ədəd rəndə (tyorka), 1 ədəd kapron qabı, 6 ədəd kofe fincanı (qruşqası) və nəlbəkisi, 3 ədəd armud stəkan, 4 ədəd sadə (adi) stəkan, 4 ədəd bakal, 1 ədəd fincan (kruşqa), 1 ədəd qazan, 10 ədəd hərəsi bir bəzəkdə olan boşqab, 1 ədəd bulud qab, 1 ədəd kasa qab, 1 ədəd fincan (kruşqa), 1 dəmir hamam çanağı (vanna), 6 ədəd fincan (kruşqa), 6 ədəd qənd qabı, 6 ədəd göy boşqab, 1 ədəd iri meyvə qabı, 1 ədəd tor (setqa), 1 ədəd şirəli cəm, 3 ədəd məcməyi (badnus), 1 ədəd kiçik vedrə, 3 ədəd kiçik qazan, 1 ədəd çaydan (çaynik), 1 ədəd yaşıl kilim (daruşqa), 1 ədəd gül qabı, 2 ədəd meyvə qabı, 2 ədəd hündür meyvə qabı, 1 ədəd qayıq (lötgə) meyvə qabı, 1 ədəd lövhə (dasqa) göy taxtası, 18 ədəd bozartma qabı, 10 ədəd göy boşqab, 6 ədəd kasa, 10 ədəd nəlbəki, 3 ədəd rəngli sap, 3 ədəd corab, 1 ədəd alt geyim paltarı, 1 ədəd köynək (kofta) və 1 ədəd qırmızı parçanının iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh sözügedən evi özgəninkiləşdirdikdən sonra ona məxsus əşyaları çıxarmamışdır, bu hal iddiaçının fərdi yaşayış evinə mülkiyyət hüququnu məhdudlaşdırır. Məhkəmə iclasında iddiaçının təmsilçisi ərizədə yazılanların izahatı olaraq qəbul olunmasını və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının təmsilçisini dinləyərək və sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Hazırkı iş üzrə iddiaçı mülkiyyət hüququ qeydə alınmış sözügedən evdən cavabdehə məxsus əşyaların çıxarılmasını xahiş etmişdir Mülki icraat qaydasında formal həqiqəti müəyyən etməli olan məhkəmə çəkişmə prinsipini təmin etmiş, lakin cavabdeh mübahisəli yaşayış sahəsinə hüququnun olmasını təsdiqləyən hər hansı dəlil təqdim etməmişdir. Bununla yanaşı, cavabdehin həmin əmlaka aidiyyatı və (ya) hüququ tədqiq edilmiş edilmiş iş materialları ilə müəyyən olunmur. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə qanuna müvafiq qaydada əmlaka dair sahiblik və istifadə hüququna həyata keçirə bilməlidir. Lakin cavabdehin hər hansı hüququnun olmamasına baxmayaraq, iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilmir. Odur ki, iddiaçı mülkiyyətində olan evdən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq cavabdehin iddiaçının mülkiyyətindəki əmlakdə yaşaması iddiaçının əmlakı üzərində hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, qeyd edilən fərdi yaşayış evindən cavabdehin özünə məxsus olan əşyaların çıxartmaması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıran hal olduğundan, iddia tələbi təmin edilməli, cavabdehin iddiaçının mülkiyyətində olan evdən özünə məxsus sadalanan əşyaları çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, 28 may küçəsində yerləşən 9A nömrəli fərdi yaşayış evindən Cavabdeh məxsus olan 1 ədəd şifaner, 1 ədəd tirmo, 1 ədəd ikinəfərlik (dvux) çarpayı, 1 ədəd kiçik gəvə, 6 ədəd stul, 1 ədəd göy güllü beşli qazan dəsti, 1 ədəd qaşıq-çəngəl dəsti (naboru), 1 ədəd şirəli mavi vedrə, 1 ədəd aluminium vedrə, 6 ədəd fincan (kruşqa) nəlbəki dəsti, 2 ədəd ləpə qabı, 1 ədəd aşsüzən, 1 ədəd aluminium ləyən, 2 ədəd bulud qab, 1 ədəd mərtəbəli qab (etajerka), 6 ədəd göy boşqab, 5 ədəd göy rəngli nəlbəki, 6 ədəd bozartma boşqabı, 1 ədəd tor (setqa), 3 ədəd ağ göy boşqab, 1 ədəd dəm çaydanı (çayniki), 1 ədəd cəm, 4 ədəd plasmas boşqab, 7 ədəd bıçaq, 5 ədəd çay qaşığı, 4 ədəd çəngəl, 15 ədəd xörək qaşığı, 1 ədəd çörək qabı, 1 ədəd qayçı mətbəx, 10 ədəd qənd qabı, 5 ədəd duz qabı, 6 ədəd çərəz qabı, 1 ədəd kül qabı, 10 ədəd çərtdək qabı, 1 ədəd qırmızı hamam çanağı (vanna), 1 ədəd balaca qırmızı banka, 6 ədəd araq rumkası, 12 ədəd dəst bıçaq, 4 ədəd tək bıçaq, 1 ədəd qənd qayçısı, 8 ədəd bulud qaşığı, 8 ədəd çörək qaşığı, 7 ədəd çay qaşığı, 3 ədəd şam üç tutacaqlı (qulplu), 10 ədəd paltar tutacağı (şpilkası), 1 ədəd rəndə (tyorka), 1 ədəd kapron qabı, 6 ədəd kofe fincanı (qruşqası) və nəlbəkisi, 3 ədəd armud stəkan, 4 ədəd sadə (adi) stəkan, 4 ədəd bakal, 1 ədəd fincan (kruşqa), 1 ədəd qazan, 10 ədəd hərəsi bir bəzəkdə olan boşqab, 1 ədəd bulud qab, 1 ədəd kasa qab, 1 ədəd fincan (kruşqa), 1 dəmir hamam çanağı (vanna), 6 ədəd fincan (kruşqa), 6 ədəd qənd qabı, 6 ədəd göy boşqab, 1 ədəd iri meyvə qabı, 1 ədəd tor (setqa), 1 ədəd şirəli cəm, 3 ədəd məcməyi (badnus), 1 ədəd kiçik vedrə, 3 ədəd kiçik qazan, 1 ədəd çaydan (çaynik), 1 ədəd yaşıl kilim (daruşqa), 1 ədəd gül qabı, 2 ədəd meyvə qabı, 2 ədəd hündür meyvə qabı, 1 ədəd qayıq (lötgə) meyvə qabı, 1 ədəd lövhə (dasqa) göy taxtası, 18 ədəd bozartma qabı, 10 ədəd göy boşqab, 6 ədəd kasa, 10 ədəd nəlbəki, 3 ədəd rəngli sap, 3 ədəd corab, 1 ədəd alt geyim paltarı, 1 ədəd köynək (kofta) və 1 ədəd qırmızı parça çıxarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar