Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2753/2024 25.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası xx.xx.1964-cü il təvəllüdlü X6 xx.xx.2017-ci il tarixdə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, hazırda “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İB-nin Gəncə şəhərində yaradılmış uşaq kəndində yaşayır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-682/2022 saylı 26 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən 21 iyun 2014-cü il tarixdə vəfat etmiş X1 atası, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X11 anası olması faktı müəyyən edilmişdir. Anası ağciyər xəstəliyindən əziyyət çəkmiş və xx.xx.2017-ci il tarixdə ağ ciyər-ürək çatışmamazlığından dünyasını dəyişmişdir. xx.xx.2017-ci il tarixdə Gəncə şəhəri Mənzil Kommunal Təsərrüfatı X12 Xidmət Şöbəsi tərəfindən verilmiş 10-34 saylı arayışa əsasən anası X11 Gəncə şəhəri 2 saylı qəbirstanlığında xx.xx.2017-ci il tarixdə dəfn edilmişdir. Anasının ölməsi barədə şəhadətnamə almaq üçün maraqlı şəxsə müraciət etdikdə, həmin şöbədən 04 aprel 2024cü il tarixdə gələn cavabda ölümü haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Göründüyü kimi, tələb olunan sənədi verməli olan yeganə orqan həmin sənədi verməkdən imtina etdiyindən və o, həmin sənədi başqa qaydada əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, lazımi sənədləşdirmə işlərinin aparılması üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü Ərizəçi atası X8, anası X7. İş materiallarında olan “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İB-nin Gəncə filialının xx.xx.2018-ci il tarixli arayışından görünür ki, xx.xx.2004-cü il təvəllüdlü Nedenko Yevgeniya həqiqətən xx.xx.2017-ci il tarixdən müvəqqəti olaraq Gəncə şəhər filialı, X17 layihəsində yaşayır. İş materiallarında olan Gəncə şəhər İcra hakimiyyəti səhiyyə İdarəsi təcili və təxirəsalınmaz X13 TTTYS-nin baş həkimi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli məlumata əsasən, xx.xx.2017-ci il tarixdə saat 15:00-da Natavan qəsəbəsi V küçəsinə X6 adına çağırış olmuşdur. Çağırış yerinə gələn TTTYS-nın həkimi İslam Bayramov xəstəyə qara ciyər sirrozu, komotoz vəziyyəti. Ağ ciyər çatışmamazlığı diaqnozu qoymuşdur. İş materiallarında olan Gəncə şəhəri "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən, X11 xx.xx.2017-ci ildə 2 nömrəli qəbirsanlıqda dəfn olunub. İş materiallarında olan Gəncə şəhəri Mənzil-Kommunal Təsərrüfatı İB-nin xx.xx.2017-ci il tarixli, 10-34 nömrəli arayışına əsasən, X11 Gəncə şəhəri 2 nömrəli qəbristanlığında xx.xx.2017-ci il tarixdə dəfn olunmuşdur. İş materiallarında olan Natavan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 68 nömrəli arayışın surətindən görünür ki, X9 o həqiqətən Gəncə şəhər Kəpəz Rayon Natəvan qəsəbəsi V küçədə müvəqqəti qeydiyyatsız yaşayır, X11 həqiqətən onun anasıdır. Ailə tərkibi: özü-X9 xx.xx.1995-ci il təvəllüdlü, anası-X11 xx.xx.1964-cü il təvəllüdlü (xx.xx.2017-ci il tarixdə vəfat edib), qardaşı- X4 xx.xx.1997-ci il təvəllüdlü və bacısı- X5 xx.xx.2004-cü il təvəllüdlü. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydasfnın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Hazırda X6 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənizin təmin edilməsi mümkün deyil. Odur ki, ölüm faktının müəyyən edilməsi üçün yaşadığınız ərazi üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. İş materiallarında olan Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-682/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, 21 iyun 2014-cü il tarixdə vəfat etmiş X8 xx.xx.2004-cü il tarixdə anadan olmuş X2 atası, xx.xx.2017-ci il tarixdə vəlat etmiş X14 xx.xx.2004-cü il tarixdə vəfat etmiş X2 anası olması faktı müəyyən edilməsi, xx.xx.2004-cü il tarixdə vəfat etmiş X3 yeni doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında “X8”, ana qrafasında “X11” kimi yazılması qət edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirdi ki, Yevgeniya onun doğma bacısıdır, münasibətləri yaxşıdır, aralarında ədavət yoxdur. Larisa Nedelko onların anasıdır. O, xx.xx.2017-ci ildə Gəncə şəhərində vəfat etmişdir. Rus qəbristanlığında dəfn olunmuşdur. Dəfndə iştirak etmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin və şahid ifadəsinin izahatını və işdə olan sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.1964-cü il təvəllüdlü X6 xx.xx.2017-ci il tarixdə Gəncə şəhərində ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum anası , X10 ölüm haqqında şəhadətnamənin ala bilməməsi, X6 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə, xx.xx.1964-cü il təvəllüdlü X6 xx.xx.2017-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadəsi və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1964-cü il təvəllüdlü X6 xx.xx.2017-ci il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-2753/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2753/2024
25.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver