Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2755/2023 03.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçinin iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə, eləcə də tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan SSR X2 Bürosu tərəfindən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair verilmiş 3387 nömrəli qeydiyyat vəsiqəsinin X1na məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Azərbaycan SSSR X2 Burosu tərəfindən onun atasına verilmişdir. Həmin fərdi yaşayış evi 91.* kvm olmaqla 4 yaşayış otağından ibarətdir. X1 xx.xx.1997-ci il tarixdə Gəncə şəhərində vəfat etmişdir. O, atasının birinci növbə vərəsəsidir və ondan qalan miras əmlakdan pay almaq üçün 2 saylı Gəncə “ASAN XİDMƏT” Mərkəzi Notariat Ofisində vərəsəlik işi açdırmışdır. Lakin notarius sənədlərdəki adlarda uyğunsuzluq olduğu səbəbindən vərəsəlik şəhadətnaməsi verməkdən imtina edir. Həmçinin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilən məktubda da X7 ilə qeydiyyat vəsiqəsindəki hüquq sahibinin ata adının eyni olmaması səbəbindən o, həmin miras kütləsini qəbul edə bilmir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsində göstərilənlərə uyğun izahat verərək ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi, əlavə olaraq bildirdi ki, babasının adı sözügedən qeydiyyat vəsiqəsində “Söyün” kimi qeyd olunub, lakin əsas sənədlərdə, xüsusən də atasının ölüm haqqında şəhadətnaməsində və s. babasının adı “Hüseyn” kimi yazıldığından hesab edir ki, atasına verilən həmin qeydiyyat sənədindəki mexaniki səhv də düzəldilərək babasının adı “Hüseyn” kimi yazılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi və 2 saylı Gəncə “ASAN Xidmət” Mərkəzi Notariat Ofisi nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Notariat Ofisinin notariusu məhkəməyə məktub göndərərək, mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. 3 saylı Gəncə Ərazi İdarəsi isə məhkəməyə gəlməməsinin səbəbini bildirməmişdir. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirdi ki, ərizəçi onun qardaşıdır. Babasının adı sözügedən qeydiyyat vəsiqəsində “Söyün” kimi qeyd olunub, lakin babasının adı “Hüseyn”dir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: İV-ЖГ seriyalı, 462386 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1997-ci il tarixdə Gəncə şəhərində kəskin ürək-damar çatmazlığı səbəbindən vəfat etmişdir. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair Azərbaycan SSR X2 Bürosu tərəfindən verilmiş 3387 nömrəli, 25.*5.1987-ci il tarixli “qeydiyyat vəsiqəsi”ndən və “fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportu”ndan görünür ki, həmin qeydiyyat vəsiqəsi və texniki pasport X5 adına verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin *6.*3.2*23-cü il tarixli məktubundan görünür ki, ərizəçinin müraciətinə baxılmış, bildirilmişdir ki, “aparılan araşdırma zamanı təqdim edilmiş 3387 nömrəli qeydiyyat vəsiqəsi və texniki pasportda hüquq sahibinin ata adının “X9” kimi qeyd olunduğu və X7 ilə sənədlərdə qeyd olunmuş “X5” eyni şəxs olmalarını təsdiq edən sənədin (məhkəmə qətnaməsi) tərəfinizdən təqdim edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır”. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Gəncə “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin 224 nömrəli, 2*.*2.2*23-cü il tarixli məktubundan görünür ki, ərizəçinin müraciətinə baxılmış və miras qoyanın sənədlərindəki adlarda uyğunsuzluq olduğundan vərəsəlik haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı, bununla bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi bildirilmişdir. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər Qeydiyyat şöbəsinin 3-16-5/8-15-A-88-42/2*23 nömrəli, *6.*2.2*23-cü il tarixli məktubundan görünür ki, ərizəçinin “ölüm haqqında akt qeydində “Hüseyn” adının “Söyün” adına düzəliş edilməsi barədə” müraciətinə baxılmış, müəyyən olunmuşdur ki, Gəncə şəhər Qeydiyyat şöbəsində xx.xx.1997-ci ildə X7 barəsində 692 nömrəli ölüm haqqında akt qeydi tərtib olunmuş, tərtib olunarkən xəstəxana tərəfindən tərtib olunmuş tibbi şəhadətnamə, həmçinin aktiv olan şəxsiyyət vəsiqəsi əsas tutulmaqla tərtib olunmuş və həmin vaxt mərhumun ata adı həmin sənədlərdə “Hüseyn” olmuşdur. Hazırda təqdim edilən sənədlər X3 həqiqətən X9 olmasını sübut edəcək sənədlər olmadığından ərizəçiyə ərizəsinin Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən təmin edilməsinin mümkün olmaması bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 3*7.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 3*7.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin atasının adı X6r. Ərizəçi onun vərəsəsidir. Sözügedən qeydiyyat vəsiqəsində göstərilən “X9” ilə ölüm haqqında şəhadətnamədə göstərilən “X7”nun eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı ərizəçi tərəfindən onun atasına aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir, həmin sənəd ərizəçiyə atasının mülkiyyətində olmuş evə dair vərəsəlik şəhadətnaməsinin əldə edilməsi və mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Məhkəmə qeyd edir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair Azərbaycan SSR X2 Bürosu tərəfindən verilmiş 3387 nömrəli, 25.*5.1987-ci il tarixli “qeydiyyat vəsiqəsi”ndə ərizəçinin atasının ata adının səhvən “Söyün” yazılması və həmin sənədin ərizəçinin atasına məxsus olması faktı tam sübuta yetirilir. Beləliklə, məhkəmənin qənaətinə görə, ərizə təmin edilməli, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair Azərbaycan SSR X2 Bürosu tərəfindən verilmiş 3387 nömrəli, 25.*5.1987-ci il tarixli “qeydiyyat vəsiqəsi”nin X4 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233.1, 3*5-311, 357, 36* və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair Azərbaycan SSR X2 Bürosu tərəfindən verilmiş 3387 nömrəli, 25.*5.1987-ci il tarixli “qeydiyyat vəsiqəsi”nin X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-2755/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2755/2023
03.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver