Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2757/2024 06.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Gəncə- Daşkəsən Regional Təhsil İdarəsinin Vüqar Veysəlov adına 3* nömrəli tam orta məktəbinə qarşı “işə bərpa” tələbinə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Gəncə- Daşkəsən Regional Təhsil İdarəsinin Vüqar Veysəlov adına 3* nömrəli tam orta məktəbinə qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Vüqar Veysəlov adına 3* nömrəli tam orta məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən Rəmzi Əhmədovun *8.*1.2*24-cü il tarixli, *4 saylı əmrinin ləğv edilməsi, onun əvvəlki işinə yəni, Vüqar Veysəlov adına 3* nömrəli tam orta məktəbinə müəllim vəzifəsinə bərpa olunmağı və 23 fevral 2*24-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxdığı günlər üçün ştat cədvəlinə uyğun əmək haqqının və digər gəlirlərinin hesablanıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin həyata keçirdiyi mərkəzləşdirilmiş müsabiqədən keçərək 15.*9.2*17-ci il tarixdən Gəncə şəhər Vüqar Veysəlov adına 3* nömrəli tam orta məktəbinə ixtisası üzrə riyaziyyat müəllimi təyin edilmişdir. İşlədiyi 6 il ərzində həmişə işinə davamiyyətli olmuş və həmişə də işlədiyi kollektivdə müəllimlər, eləcə də şagirdlər arasında hörməti olmuşdur. 2*23-cü ilin dekabr ayının 18-ci günü Goranboy rayonu ərazisində X3 ilə ailə qurmaq məqsədi ilə sonuncunu avtomobilinə mindirib aparmış, bundan sonra ona məlum olmuşdur ki, Aygün Nəbiyevanın valideynləri polis orqanlarına şikayət edib və polis tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə cinayət işi başlanmış və axtarışa verilmiş, o, qorxduğu üçün bir neçə gün polisdən gizlənmiş və 21 dekabr 2*23-cü il tarixdə tutulmuşdur. Goranboy Rayon Məhkəməsinin 25.12.2*23-cü il tarixli qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və onu Gəncə 2 saylı istintaq Təcridxanasına yerləşdirmişlər. 22 fevral 2*24-cü il tarixdə Azərbaycan Respublikası CMnin 144.2.3-cü maddəsi ilə barəsində olan cinayət işi müstəntiq tərəfindən CM-nin 128-ci maddəsinə tövsif olunmuş və o, həmin tarixdən həbsdən azad olunmuşdur. O, istintaq təcridxanasından çıxdıqdan sonra ona məlum olmuşdur ki, işlədiyi məktəb direktoru vəzifəsini müvəqqəti icra edən Rəmzi Əhmədovun *8.*1.2*24-cü il tarixli, *4 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Müqaviləyə xitam verilməsinə əsas isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndi olmuşdur. Guya o, əmək müqaviləsi üzrə müəyyən edilmiş əmək funksiyasını və ya öhdəliyini yerinə yetirməmişdir. Qeyd olunan əmr qanunsuz və əsassızdır, ona görə də həmin əmr etibarsız hesab edilməli, o, öz əvvəlki işinə bərpa olunmalıdır. Belə ki, o, özündən aslı olmayan səbəbə görə işdə olmamışdır. Bundan başqa onu da qeyd etmişdir ki, Rəmzi Əhmədovun belə bir əmri vermək səlahiyyəti belə yoxdur. Rəmzi Əhmədov 3* nömrəli məktəbdə təsərrüfat müdiri işləyir, onun ali təhsili belə yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndində göstərilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsində 2-ci bəndində göstərilir ki, bu Məcəllənin 7*-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin maddəni 3-cü bəndində qeyd edilir ki, işgötürən bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Göründüyü kimi qanunvericilik birbaşa olaraq əmək müqaviləsinı birtərəfli qaydada xitam verilməsinin şərtlərini göstərdiyi halda, cavabdeh qanunun tələblərinə əməl etməmiş qanunsuz və əsassız olaraq onu işdən azad etmişdir ki, bu da birbaşa onun hüquq və azadlıqlarının pozulmasına gətirib çıxarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə məşğulliyyət və iş yeri seçmək hüququ vardır. Göründüyü kimi əmr qanunsuz və əsassızdır. Ona görə də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Gəncə- Daşkəsən Regional Təhsil X13 adına 3* nömrəli tam orta məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən Rəmzi Əhmədovun *8.*1.2*24-cü il tarixli, *4 saylı əmri etibarsız hesab edilməli, o, əvvəlki işinə bərpa olunmalı, 23 fevral 2*24-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxdığı günlər üçün ştat cədvəlinə uyğun əmək haqqı və digər gəlirləri hesablanıb ona ödənilməlidir. Sonda o, iddia ərizəsini müdafiə edib və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəf hər biri ayrı-ayrılıqda ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X14 izahatında bildirmişdir ki, direktoru olduğu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Vüqar Veysəlov adına 3* nömrəli tam orta məktəbin riyaziyyat müəllimi vəzifəsində işləyən İddiaçı məktəbə dekabr ayının 13-ü zəng edib demişdir ki, o, xəstə olduğu üçün büllütendədir. Həmin ayın 14-19 dekabr tarixləri xəstəlik vərəqəsini nəzərə alıb onun dərslərini qaydalara uyğun əvəzetməyə vermişlər və həmin tarixlərə müəllimə ödənişlər edilmişdir. Dekabr ayının 22-si onlara məlum olmuşdur ki, müəllim həbs olunmuşdur. Həbsdən qabaq Goranboy rayon polis şöbəsinin əməkdaşları məktəbə gəlmiş, müəllimi məktəbdə axtarmışlar. Onlar polis əməkdaşlarına məlumat vermişlər ki, həmin müəllim bülletendədir. Daha sonra onlar polislərin gəlməyindən narahat olub, Abbas Səhhət adına xəstəxanaya sorğu vermişlər ki, həmin müəllimin adına xəstəlik kağızı açılıb-açılmadığını müəyyən etsinlər. Xəstəxanadan onlara məlumat verilmişdir ki, portalda həmin adda şəxsin adına xəstəlik kağızı açılmamışdır. Daha sonra Rahib müəllimin yaxın qohumları məktəbə gəlmiş və o, sonunculara Rahib müəllimin adına olan xəstəlik kağızını gətirmələrini tələb etmişdir. Həmin qohumlar gedib gəlməmişlər. Dekabr ayının 29-dan 31-nədək gözləmişlər və 31-dən yanvar ayının 7-nədək məktəbdə tətil olmuş, yanvarın 7-dən Rahib müəllimin işinə əsaslı olaraq icazəsiz işdən qaldığı üçün xitam vermişlər. Müəllimin şəxsi keyfiyyətlərinə və savadına gəlincə onun heç bir iradı olmamış, o, işlədiyi müddətdə indiyə kimi üzürsüz səbəbdən işdən qalma halları olmamış, onun barəsində intizam tədbiri görülməmişdir. Sonda o, iddiaçının şəxsi keyfiyyətlərinin yüksək olmasını onun işdən qalması üçün üzürlü səbəb kimi qiymətləndirmədiyini, işin iş kimi davamiyyətinə uyğun aparılmalı olduğunu bildirmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Vüqar Veysəlov adına 3* nömrəli tam orta məktəb tərəfindən qəbul olunmuş İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında *8.*1.2*24-cü il tarixli, 4 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı – məktəbin riyaziyyat müəlliminin əmək müqaviləsinə *7.*1.2*24-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç“ bəndinə əsasən xitam verilmiş və son haqq-hesabı ödənilmişdir. Əsas Məktəbin Həmkarlar İttifaqı Təşkilatının *8.*1.2*24-cü il tarixdə keçirilən 2 nömrəli protokoludur. İş materiallarına əlavə edilmiş İddiaçı məxsus **63365 nömrəli, 15.*9.2*17-ci il tarixli əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 15.*9.2*17-ci il tarixdən Ali pedaqoji təhsilli riyaziyyat müəllimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin həyata keçirdiyi mərkəzləşdirilmiş müsabiqədə uğur qazandığı üçün Gəncə şəhər 3* nömrəli tam orta riyaziyyat müəllimi vəzifəsinə 38/2 nömrəli, 15.*9.2*17-il tarixli əmrlə təyin edilmişdir; İddiaçı *8.*1.2*24-cü il tarixdən Gəncə şəhər V.Veysəlov adına 3* nömrəli tam orta məktəbin riyaziyyat müəllimi öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç“ bəndinin vəzifəsini pozduğuna görə *8.*1.2*24-cü il tarixdən 4 nömrəli əmrlə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Goranboy RPŞ-nin İB-nin müstəntiqi polis kapitanı Zülfüqar Arifin arayışdan görünür ki, İddiaçı 23 dekabr 2*23-cü il tarixdə saat 16:45-də Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, törətmiş olduğu cinayət əməli kifayət qədər sübutlarla təsdiq olunduğundan 25 dekabr 2*23-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuş və həmin tarixdə barəsində Goranboy Rayon Məhkəməsinin hakimi Tural Ələkbərovun qərarı ilə istintaq müddətinin sonunadək, yəni 21 aprel 2*24-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, 22 fevral 2*24-cü il tarixdə cinayət işi üzrə əməl tərəfimdən Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsindən həmin məcəllənin 128-ci maddəsinə tövsif edilmiş və həmin tarixdə İddiaçı həbsdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Goranboy Rayon poliklinikası tərəfindən verilmiş əmək qabiliyyətinin olmaması vərəqindən görünür ki, İddiaçı ürək arakəsmələrinin anadangəlmə inkişaf qüsurları diaqnozu ilə xəstə olduğu üçün 13.12.2*23-cü il tarixdən 18.12.2*23-cü il tarixədək müvəqqəti olaraq əmək qabiliyyətini itirmişdir. 19.12.2*23-cü il tarixdən işə başlamalıdır. İş materiallarına əlavə edilmiş, 3* nömrəli tam orta məktəbin heyyəti tərəfindən tərtib edilmiş 22.12.2*23-cü il tarixli aktdan görünür ki, məktəbin riyaziyyat müəllimi İddiaçı özünün şifahi məlumatına əsasın 13.12.2*23-cü il tarixdən 19.12.2*23-cü il tarixədək xəstəlik vərəqəsində olmuşdur. Lakin 2*.12.2*23-cü il tarixdə işə ba.lamalı olduğu halda nə işə çıxmış, nə də xəstəlik vərəqəsinin uzadılıb-uzadılmaması barədə bir məlumat verməmişdir. Bu gün, yəni 22.12.2*23-cü il tarixdə işə gəlmədiyi üçün tədris etdiyi dərs saatları məktəbin riyaziyyat fənn müəllimləri tərəfindən əvəz edilmişdir. Həmrəylik bayramı və Yeni il günü ilə əlaqədar məktəbin maaş cədvəli tez verildiyi üçün bu günlərdə (2*, 21, 22 dekabr 2*23) tədris edilən dərs saatlarının əvəzetmə haqq-hesabı dekabr ayı üçün deyil, yanvar ayında veriləcək. Rəmzi Əhmədov, Tiyan Allahverdiyeva, Elnarə Şükürova, Xatirə Abdullayeva, Aynurə Həsənova və Nailə Qasımova aktı öz imzaları ilə təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş 3* nömrəli tam orta məktəbin heyyəti tərəfindən tərtib edilmiş 2*.12.2*23-cü il tarixli aktdan görünür ki, məktəbin riyaziyyat müəllimi İddiaçı 13.12.2*23-cü il tarixdən 19.12.2*23-cü il tarixə kimi özünün şifahi məlumatına görə xəstəlik vərəqəsində olmuşdur. Lakin 2*.12.2*23-cü il tarixdə işə çıxmalı olduğu halda işə gəlməmiş, məlumat verməmiş və dərslərdə iştirak etməmişdir. Bu müddətdə məktəbdə həmin gün tədris etdiyi dərslər məcburi riyaziyyat müəllimləri tərəfindən əvəz edilmişdir. Rəmzi Əhmədov, Tiyan Allahverdiyeva, Elnarə Şükürova, Xatirə Abdullayeva, Aynurə Həsənova, Xatirə Abdullayeva və Nailə Qasımova aktı öz imzaları ilə təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş 3* nömrəli tam orta məktəbin heyyəti tərəfindən tərtib edilmiş 27.*2.2*24-cü il tarixli aktdan görünür ki, X15, X7, X2 aktı ona görə tərtib etmişdir ki, məktəbdə əvvəl riyaziyyat fənnini tədris edən X1* adam oğurluğu ilə cinayə işi açılmış, 29.*2.23-cü il tarixdə həbs edilmişdir. Həbsxanadan çıxmış İddiaçı 27.*2.2*24-cü il tarixdə məktəbə gələrək siniflərə daxil olmuş dərslərə müdaxilə etmişdir. Sonra məktəbin direktoru X5 işdən azad olunnması əmrini götürmüşdür. 5-ci dərs saatında əvvəllər dərs dediyi 8b sinfinə daxil olaraq, riyaziyyat fənnini tədris edən Xatirə Abdullayevanı aldadaraq Vüsal müəllim bilir jurnalın şəklini çəkməliyəm deyib, dövlət sənədi olan jurnalın səhifələrinin şəklini çəkmişdir. Bununla bağlı çağırıb Rahib müəllimə bildirəndə ki, siz niyə jurnalın şəkillərin çəkirsiz, ondan aldığımız cavab bu kəlimələr olmuşdur. Məktəbin rəhbəri bilir, mənim də vəkilim deyib get jurnalların şəkillərin çək. MKəktəbin direktoru İddiaçı bu etdiyi hərəkətdən xəbərsiz olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin bildirişinin surətindən görünür ki, İddiaçı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində əmək müqaviləsi ilə 12.1*.2*22-ci il tarixdə işə qəbul edilmiş, *8.*1.2*24-cü il tarixdə 4 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq əmrlə əmək müqaviləsinə xitam verilmişdir.Əmək müqaviləsinə xitam verilmə əsası kimi Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə uyğun olaraq işçi özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinə xitam verilir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər V.Veysəlov adına 3* nömrəli tam orta məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən X2* tərəfindən məktəbin Həmkarlar İttifaqı Komitəsi sədri vəzifəsini müvəqqəti icra edən X1 ünvanlanmış təqdimatda qeyd edilmişdir ki, məktəbin riyaziyyat müəllimi İddiaçı 13.12.2*23-cü il tarixdə dərslərini tədris etdikdən sonra günorta radələrində TTİÜDM Tufan Allahverdiyevaya zəng edərək 14.12.2*23-cü il tarixdən özünün səhhəti ilə bağlı xəstəlik vərəqəsində olacağını bildirmiş, bundan sonra TTİÜDM ona məktəb rəhbərliyinə şifahi məlumat vermişdir.Rahib müəllimin şifahi məlumatından sonra onun tədris etdiyi 2* (iyirmi ) saat dərs yükü qanuna uyğun olaraq məktəbin riyaziyyat müəllimləri arasında bölünərək əvəzetməyə verilmişdir.Lakin 22.12.2*23-cü il tarixdə Goranboy rayon Polis idarəsinin əməkdaşları başda Şahin müəllim olmaqla saat 16:15 radələrində məktəbə gələrək Rahib müəllimin qız qaçırtmağını və adam oğurluğu maddəsilə təqsirli olduğunu göstərərək axtarışa verilməsini bildirmiş və onun gizlənə biləcəyi yer barədə onlardan məlumat istəmişdir.Bundan sonra onun xəstəlik vərəqəsində olub-olmaması barədə araşdırılmış və məlum olmuşdur ki, onun adına heç bir xəstəlik vərəqəsi açılmamışdır. Rahib müəllim şüurlu şəkildə məktəb rəhbərliyini aldatmış və əməlində cinayət tərkibi vardır.Buradan belə nəticəyə gəlmək olar ki, Rahib müəllim əsas göstərilmədən ( xəstəlik vərəqəsi ) dərslərdə iştirak etməmişdir və üzrsüz səbəbdən işdən qalmışdır. Bu səbəbdən Rahib müəllimin işdə qalıb-qalmamasına münasibət bildirməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Vüqar Veysəlov adına 3* nömrəli tam orta məktəbin Həmkarlar İttifaqı Komitəsinin *8.*1.2*24-cü il tarixdə keçirilən 2 nömrəli Protokolunun çıxarışından görünür ki, məktəbin riyaziyyat müəllimi İddiaçı 14.12.2*23-cü il tarixdən xəstəlik vərəqəsi adı ilə məktəb rəhbərliyini aldadaraq heç bir səbəb olmadan uzunmüddətli dərslərdə iştirak etməməsi barədə məsələyə baxılmışdır. Məktəbin Həmkarlar İttifaqı Komitəsinin sədr əvəzi İsmayılova Ülviyyə öz çıxışında qeyd etmişdir ki, məktəbin riyaziyyat müəllimi İddiaçı 13 dekabr 2*23-cü ildə dərsdə iştirak etmişdir. Həmin gün günorta saatlarında müəllim TTİÜDM vəzifəsində çalışan Tufan Allahverdiyevaya şifahi olaraq 14.12.2*23-cü il tarixdən 19.12.2*23-cü il tarixədək özünün səhhəti ilə bağlı xəstəlik vərəqəsində (bülleten) olacağını bildirmişdir. TTİÜDM Tufan Allahverdiyeva da öz növbəsində məktəb rəhbərliyinə bu barədə şifahi məlumat vermişdir.Ona görə qanunuvericiliyə uyğun olaraq onun tədris etdiyi 2* saat dərs yükü məktəbin riyaziyyat müəllimləri arasında bölünərək əvəzetməyə verilmişdir. Lakin 2*.12.2*23-cü il tarixdə müəllim işə başlamalı olduğu halda o, işə gəlməmişdir. Bundan sonra onunla əlaqə saxlamaq mümkün olmamışdır. 22.12.2*23-cü il tarixdə Goranboy Rayon Polis İdarəsinin əməkdaşları başda Şahin müəllim olmaqla saat 16:14 radələrində məktəbə gələrək Rahib müəllim adam oğurluğu maddəsi ilə təqsirli olduğunu bildirərək axtarışda olduğunu və onun gizlənə biləcəyi yer barədə məktəb rəhbərliyindən məlumat istəmişdir. Bundan sonra rəhbərlik onun xəstəlik vərəqəsində olub-olmamağı barədə X31 xəstəxanasına rəsmi sorğu yollamışdır. Oradan müəllimin portalda adına heç bir xəstəlik vərəqəsinin açılmaması barədə məlumat verilmişdir və müəllim heç bir qanuni əsası olmadan uzunmüddətli dərs buraxmışdır. Araşdırmanın nəticəsindən sonra onun məktəb rəhbərliyini aldatması və əməlində cinayət tərkibinin olması (Cinayət məcəlləsinin 144.2.3 maddəsi) ortaya çıxmışdır. Xahiş etmişdir ki, bu məsələ ilə bağlı öz münasibətini bildirsin. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi X16 öz çıxışında qeyd etmişdir ki, 14.12.2*23-cü il tarixdən müəllim dərsə gəlmir və onun dərsləri əvəzetməyə verilmişdir. Lakin axtarışda olduğuna, məktəb rəhbərliyini aldatdığına və həmçinin müəllim adına xələl gətirdiyinə görə onun bir pedaqoq kimi fəaliyyətini pisləyir və onun işdən azad olmasını təklif etmişdir. Məktəbin müəllimlərindən X11, X12, X17, X4 və bir çox başqaları yuxarıda göstərilən səbəblərin tutarlı əsas kimi hesab etdiklərinə, rəhbərliyi aldatdığı və törətdiyi xoşagəlməz əməlinə görə onun müəllim kimi müqaviləsinə xitam verilməsi təklifini etdilər. Məktəbin riyaziyyat müəllimi İddiaçı törətdiyi əmələ görə 14.12.2*23-cü il tarixdən *7.*1.2*24-cü il tarixədək heç bir əsaslı səbəb olmadan işə gəlmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini Həmkarlar İttifaqı Komitəsinin sədr əvəzi Ülviyyə İsmayılova qərara almışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallardır. Həmin Məcəllənin 7*-ci maddəsinə əsasən, a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin2-ci bəndinə əsasən, Əmək Məcəlləsinin 7*-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən, a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 3**ci maddəsinin 1-ci bəndinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Hazırkı iş üzrə İddiaçı 15.*9.2*17-ci il tarixdən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Vüqar Veysəlov adına 3* nömrəli tam orta məktəbinə riyaziyyat müəllimi vəzifəsinə təyin edilmişdir. Cavabdeh məktəb tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir, bu barədə əmr Həmkarlar İttifaqı Komitəsinin *8.*1.2*24-cü il tarixdə keçirilən 2 nömrəli Protokolu ilə əsaslandırılmışdır. Hazırkı iş üzrə iddiaçı həmin əmrin ləğv olunmasını, əvvəlki işinə bərpa olunmasını və məcburi iş buraxma dövrü üçün əmək haqqının tam hesablanıb ona ödənilməsini məhkəmədən xahiş etmiş, tələbini əmrin qanunsuz və əsassız olması, üzrlü səbəbdən işə gələ bilməməsi və mübahisələndirdiyi əmri verən şəxsin buna səlahiyyətinin olmaması ilə əsaslandırmışdır. Məhkəmə iş materiallarını araşdıraraq nəzərə alır ki, həmin əmr İddiaçı əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsiylə əsaslandırılsa da, bu hal(lar)ı təsdiqləyən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, mebahisələndirilən əmrin verilməsinə əsas olan protokolun çıxarışından görünür ki, İddiaçı 14.12.2*23-cü il tarixdən məktəb rəhbərliyini aldadaraq heç bir səbəb olmadan uzunmüddətli dərslərdə iştirak etməməsi barədə məsələyə baxıldığı bəyan edilmiş, İddiaçı 2*.12.2*23-cü il tarixdə işə başlamalı olduğu halda işə gəlməməsi, barəsində xəstəlik vərəqəsinin açılmaması, məktəb rəhbərliyini aldatması və əməlində cinayət tərkibinin olması bildirilmişdir. Məhkəmə həmin protokolun qeyd edilən hissəsinə münasibətdə bildirir ki, heç bir üzrlü səbəb olmadan işçinin bütün iş günü işə gəlməməsi o halda kobud pozuntu sayılır ki, işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəysin, bu hallar isə sübuta yetirilmir. Bundan başqa, şəxsin aldatması əmək müqaviləsinin xitamına əsas kimi çıxış edə bilməz, habelə təqdim edilmiş müvafiq sübutla iddiaçının adına 13-18.12.2*23-cü il tarixləri üzrə xəstəlik vərəqəsinin açılması müəyyən olunur. Habelə, cinayətin törədilməsində təqsiri qanunvericiliklə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədən və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü olmadan, İddiaçı əməlində cinayət tərkibinin olmasına dair bəyanın özü yolverilməzdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Bundan başqa, qeydedilən protokoldan görünür ki, məktəbin müəllimləri İddiaçı müəllim adına xələl gətirdiyinə görə onun bir pedaqoq kimi fəaliyyətini pisləmiş, qeyd edilən səbəbləri tutarlı əsas hesab edərək, rəhbərliyi aldatdığı və törətdiyi xoşagəlməz əməlinə görə onun müəllim kimi müqaviləsinə xitam verilməsi təklifini etmişlər. Halbuki, əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə tənzimlənir, şəxsi mülahizələr əmək münasibətlərinin yaranması, dəyişməsi və xitam verilməsi əsası kimi çıxış edə bilməz. Şəxsi mülahizələrə istinad edən, qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun əsaslandırılmamış qərar əmək müqaviləsinə xitam verilməsi barədə əmrin əsası ola bilməz. Protokolun nəticə hissəsindən görünür ki, İddiaçı törətdiyi əmələ istinad olunmuş, amma hansı əməl olması və bu əməli dəyərləndirmək səlahiyyəti göstərilməmişdir. Həmin hissədə həmçinin göstərilmişdir ki, 14.12.2*23-cü il tarixdən *7.*1.2*24-cü il tarixədək heç bir əsaslı səbəb olmadan işə gəlmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi qərara almışdır. Halbuki, İddiaçı 13-18.12.2*23-cü il tarixlərdə xəstə olmuş, 23.12.2*23-dən tutularaq 22.*2.2*24-cü il tarixdə həbsdən azad edilmişdir. Beləliklə, İddiaçı 19-23.12.2*23-cü il tarixlərdə işə gəlməməsi müvafiq qaydada araşdırıla bilərdi. Beləliklə, Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilə bilməsi Həmkarlar İttifaqına işəgötürən tərəfindən verilmiş təqdimat və (ya) həmkarlar ittifaqının bu barədə qərarı əmək qanunvericiliyiylə nəzərdə tutulmuş münasibətə xitam verilməsinin zəruriliyi ilə əsaslandırılmamışdır. Halbuki, Əmək Məcəlləsinin 8*-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, Əmək Məcəlləsinin 7*-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Bundan başqa, cavabdeh məktəb tərəfindən məhkəməyə sübut qismində təqdim edilmiş 2*.12.2*23 və 22.12.2*23-cü il tarixli aktların iddiaçıya təqdim edilməsi, münasibət bildirməsinə şərait yaradılması müəyyən olunmur. Bununla yanaşı, iddiaçı ilə əmək müqaviləsinə xitam verildikdən sonra tərtib edilmiş 27.*2.2*24-cü il tarixli akt isə hazırkı iş üzrə tələbin təkzibi üçün əsas hesab oluna bilməz. Məhkəmə həmçinin nəzərə alır ki, əmək müqaviləsinə xitam verilənədək iddiaçı barəsində hər hansı intizam tənbehi tətbiq edilməmiş, hətta ona intizam tənbehi sayılmayan xəbərdarlıq edilməmişdir, habelə buna əsas verən hal(lar) müəyyən olunmamış. Qeyd edilən hallar cavabdeh tərəfdən təsdiq edilməklə yanaşı, təkzib edən dəlillər məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, 19-23.12.2*23-cü il tarixlərdə işə gəlməməsi səbəbindən İddiaçı barəsində birbaşa, əmək müqaviləsinə xitam verilməsi barədə ən ağır nəticə(lər) törədən qərarın qəbul edilməsi qanunvericiliyin ədaləti təmin etmək məqsədinə uyğun hesab oluna bilməz. Halbuki, Əmək Məcəlləsinin 186-cı maddəsinin 1, 2 və 3-cü bəndələrinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 1*cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 7*-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Həmin Məcəllənin 187-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcələsinin 7*-ci maddəsinin “ç” bəndi ilə ləğv edilərkən, bu barədə lazımi araşdırma aparılmadığından, əmrdə bunun zəruriliyi əsaslandırılmadığından, eləcə də əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsinin yuxarıda qeyd olunan tələbləri pozulduğundan, verilmiş iddia təmin edilməli, iddiaçının əmək müqaviləsinin ləğv edilməsi barədə əmr ləğv edilməli, o, əvvəlki işinə bərpa edilməli və məcburi iş buraxma dövrünün əmək haqqı ona tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəlləsinin 216-22*, 227 və 36*cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Vüqar Veysəlov adına 3* nömrəli tam orta məktəbinin *8.*1.2*24-cü il tarixli, 4 nömrəli əmri ləğv edilsin. İddiaçı əvvəlki işinə bərpa edilsin və məcburi iş buraxma dövrü üçün əmək haqqı tam hesablanıb ona ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən *1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-2757/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2757/2024
06.06.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver