Məhkəmə qərarları › İş №2(125)-2758/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2758/2024

02.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2758/2024 02.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 1 saylı Gəncə regional «Asan xidmət» mərkəzinin Notariat ofisina qarşı (üçüncü şəxslər X8, X17, X15, X28, X21, X29, X3*, X18) “miras əmlaka payın müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh 1 saylı Gəncə regional «Asan xidmət» mərkəzinin Notariat ofisina qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhrum atası X9 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin tam olaraq miras payının müəyyən edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, hal-hazırda yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi məhrum atası X11 adınadır. Atası 25 noyabr 1995-ci il tarixində, anası isə X4 isə *4 aprel 2*15-ci il tarixində vəfat etmişdir. Ailədə 6 övlad olmuşlar-o və 5 bacısı. Bacıları valideynlərinin sağlığından ailə həyatı quraraq daimi yaşamaq üçün başqa ünvana köçmüşlər. Valideynlərinin sağlığından bu günə qədər sözügedən əmlakda onlarla birlikdə yalnız o yaşamışdır. Yəni miras əmlak faktiki olaraq yalnız onun tərəfindən qəbul edilmişdir. Hətta bacıları mirası qəbul etməmələri barədə notarial qaydada ərizə vermişlər. Notariat ofisində tamamilə əsassız olaraq ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ona görə də, atasından qalmış miras əmlaka tam olaraq payının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışadır. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 1*.*2.2*24-cü il tarixli arayışdan görünür ki, xx.xx.1924-cü il təvəllüdlü X11 ailə tərkibinə arvadı X5 (*1.*1.1931) (vəfat edib *4.*4.2*15), qızı X8 (*8.*7.1948), qızı X17 (24.*2.195*), qızı X15 (xx.xx.1952), qızı X16 (17.*5.1956) (vəfat edib *9.*9.2*15), oğlu İddiaçı (xx.xx.1958) və qızı X28 (*3.*5.1961) daxildir. İş materiallarında olan Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 3*.*5.2*24cü il tarixli arayışdan görünür ki, 17.*5.1956-cı il təvəllüdlü və 17.*5.1956-cı ildə vəfat etmiş X16 ailə tərkibinə 17.*1.1956-ci il təvəllüdlü *9.*3.2*19-cu ildə vəfat etmiş əri X22, oğlu X29 (xx.xx.1985), oğlu X3* (12.*3.1987), qızı X18 (3*.12.1989) daxildir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X11 adına *1.*3.2*24-cü il tarixdən qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.1995-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.1995-ci il tarixdə ölmüşdür. İş materiallarında olan X24 tərəfindən *4.*7.2*24-cü il tarixli 243318**18*2* saylı 1 saylı Gəncə regional “ASAN Xidmət” mərkəzinin notariat ofisində verdiyi ərizədən görünür ki, anası-X16 *9.*9.2*15-ci ildə vəfat etmişdir, atası-X23 xx.xx.1995-cı ildə vəfat etmişdir. Babası-X9 miras qalmış harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlakdan irsi transmissiya qaydasında ona çatası miras payı qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmiş, indi də etmir vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir. Ərizə öz sözlərinilə tərtib edildi, ona görə imza edir. İş materiallarında olan X25 tərəfindən *3.*7.2*24-cü il tarixli 243318**17814 saylı 1 saylı Gəncə regional “ASAN Xidmət” mərkəzinin notariat ofisində verdiyi ərizədən görünür ki, anası-X16 *9.*9.2*15-ci ildə vəfat etmişdir, atası-X23 xx.xx.1995-cı ildə vəfat etmişdir. Babası-X9 miras qalmış harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlakdan irsi transmissiya qaydasında ona çatası miras payı qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmiş, indi də etmir vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir. Ərizə öz sözlərinilə tərtib edildi, ona görə imza edir. İş materiallarında olan X1* tərəfindən *4.*7.2*24-cü il tarixli 243318**18*21 saylı 1 saylı Gəncə regional “ASAN Xidmət” mərkəzinin notariat ofisində verdiyi ərizədən görünür ki, anası-X16 *9.*9.2*15-ci ildə vəfat etmişdir, atası-X23 xx.xx.1995-cı ildə vəfat etmişdir. Babası-X9 miras qalmış harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlakdan irsi transmissiya qaydasında ona çatası miras payı qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmiş, indi də etmir vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir. Ərizə öz sözlərinilə tərtib edildi, ona görə imza edir. İş materiallarında olan X6 tərəfindən *1.*8.2*24-cü il tarixli 233318**3*751 saylı 1 saylı Gəncə regional “ASAN Xidmət” mərkəzinin notariat ofisində verdiyi ərizədən görünür ki, atası-X23 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlakdan ona çatası miras payını (və ya məcburi miras payını) qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmiş, indi də etmir və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir. Ərizə onun öz sözləriylə tərtib edildi, ona görə imza edir. İş materiallarında olan X19 tərəfindən *1.*8.2*24-cü il tarixli 243318***7311 saylı 1 saylı Gəncə regional “ASAN Xidmət” mərkəzinin notariat ofisində verdiyi ərizədən görünür ki, atası-X23 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlakdan ona çatası miras payını (və ya məcburi miras payını) qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmiş, indi də etmir və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir. Ərizə onun öz sözləriylə tərtib edildi, ona görə imza edir. İş materiallarında olan X15 tərəfindən 31.*7.2*24-cü il tarixli 233318**3*659 saylı 1 saylı Gəncə regional “ASAN Xidmət” mərkəzinin notariat ofisində verdiyi ərizədən görünür ki, atası-X23 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlakdan ona çatası miras payını (və ya məcburi miras payını) qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmiş, indi də etmir və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir. Ərizə onun öz sözləriylə tərtib edildi, ona görə imza edir. İş materiallarında olan X3 tərəfindən 31.*7.2*24-cü il tarixli 233318**3*658 saylı 1 saylı Gəncə regional “ASAN Xidmət” mərkəzinin notariat ofisində verdiyi ərizədən görünür ki, atası-X23 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlakdan ona çatası miras payını (və ya məcburi miras payını) qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmiş, indi də etmir və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir. Ərizə onun öz sözləriylə tərtib edildi, ona görə imza edir. Miras əmlakın qəbul edilməsi və miras paylarının müəyyən edilməsi ilə bağlı tətbiq ediləcək qanunvericilik normalarına münasibətdə məhkəmə qeyd edir ki, miras əmlakla bağlı iki mübahisə mövcuddur. Birinci mübahisə X11 vərəsələri arasında olan mübahisə, ikinci mübahisə isə X1 vərəsələri arasında olan mübahisədir. X23 xx.xx.1995-ci il tarixdə, X4 *4.*4.2*15-cı il tarixdə vəfat etdiyindən mübahisə həmin dövrdə qüvvədə olmuş mülki qanunvericiliyin normalarına uyğun olaraq həll edilməlidir. X23 xx.xx.1995-ci il tarixdə vəfat etdiyi zaman qüvvədə olan, Azərbaycan SSR-in 11 sentyabr 1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbəli vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilmiş hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qeyd edilən normalardan göründüyü kimi mirasın qəbulunun iki forması, notarial qaydada ərizə verməklə qəbul və miras əmlakı idarə edərək əmlaka faktiki yiyələnmə formasında qəbul nəzərdə tutulur. X11 qanun üzrə birinci növbə vərəsələri X5, X8, X17, X15, X16, İddiaçı və X28 olmuşdur. Mülki işin tədqiq edilmiş halları əsasında müəyyən edilir ki, həmin şəxslərdən İddiaçı atasının sağlığında onunla və anasıyla birlikdə yaşaması, atasının vəfatından sonra da anasıyla birlikdə miras qalmış daşınmaz əmlakın faktiki idarə edilməsini həyata keçirərək ona yiyələnmələri digər vərəsələr tərəfindən mübahisələndirilməmişdir. Digər vərəsələrin atalarının ölümündən sonra da evdə pay iddia etməsi, notarial qaydada ərizə vermək yolu ilə və (ya) miras əmlakı idarə edərək ona faktiki yiyələnməklə mirası qəbul etməsi müəyyən olunmamışdır. X1 *4.*4.2*15-cı il tarixdə vəfat etdiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qeyd edilən normalardan göründüyü kimi mirasın qəbulunun iki forması, notarial qaydada ərizə verməklə qəbul və miras əmlakı idarə edərək əmlaka faktiki yiyələnmə formasında qəbul nəzərdə tutulur. X2 qanun üzrə birinci növbə vərəsələrindən İddiaçı anasının sağlığında onunla birlikdə yaşaması, anasının vəfatından sonra da miras qalmış daşınmaz əmlakın faktiki idarə edilməsini həyata keçirərək ona yiyələnməsi digər vərəsələr tərəfindən mübahisələndirilməmişdir. Digər vərəsələr analarının ölümündən sonra da evdə pay iddia etməsi, notarial qaydada ərizə vermək yolu ilə və (ya) miras əmlakı idarə edərək ona faktiki yiyələnməklə mirası qəbul etməsi müəyyən olunmamışdır. Beləliklə, miras əmlak İddiaçı və onun anası X5, anasının ölümündən sonra İddiaçı tərəfindən qəbul olunmuşdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, mərhum X9 miras qalmış, Gəncə şəhəri, Şıxzamanlı qəsəbəsi, Rauf Xəlilov küçəsində yerləşən 3 nömrəli fərdi yaşayış evinə İddiaçı tam miras payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-22* və 36*cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.1995-ci ildə ölmüş X9 miras qalmış Gəncə şəhəri, Şıxzamanlı qəsəbəsi, Rauf Xəlilov küçəsində yerləşən 3 nömrəli fərdi yaşayış evinə İddiaçı tam hissədə miras payı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən *1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar