Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2761/2023 15.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab olunması» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 40A nömrəli evin 22 nömrəli mənzilinə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 40A nömrəli evin 22 nömrəli mənzilinə dair istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, o, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 40A nömrəli evin 22 nömrəli mənzili alqı-satqı müqaviləsinə əsasən 1986-cı ildə almışdır. 07 dekabr 2022-ci il tarixdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 40A nömrəli evin 22 nömrəli mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 07 dekabr 2022-ci il tarixli, RX seriyalı **********26-05101-093015 saylı çıxarış verilmişdir. Cavabdeh onun qızıdır. Cavabdeh xx xxxx 1980-ci il tarixdə anadan olmuş və 1986-cı ildən 2001-ci ilədək Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 40A nömrəli evin 22 nömrəli mənzildə yaşamışdır. Cavabdeh 2001-ci ildə nikaha girərək Qazax şəhəri, Əhməd Seyidov küçəsində yerləşən 17 saylı evə gəlin köçmüşdür. Hazırda da Cavabdeh həmin evdə yaşayır. Cavabdeh 2001-ci ildə nikaha girdikdən və gəlin köçdükdən sonra Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 40A nömrəli evin 22 nömrəli mənzilində yaşamamışdır. Lakin cavabdeh başqa yerdə yaşamasına baxmayaraq, hazırda da ünvan 1 ünvanında yerləşən 22 saylı mənzildə pasport qeydiyyatındadır. O, dəfələrlə cavabdehdən onun evindən pasport qeydiyyatından çıxmasını tələb etsə də, Cavabdeh müxtəlif bəhanələr gətirərək həmin mənzildən qeydiyyatdan çıxmamışdır. Bu isə onun mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarır. Belə ki, bu göstərilənlərə görə, o mənzil üzərindəki sahiblik, istifadə və sərəncam hüquqlarını tam həyata keçirə bilmir. Digər tərəfdən cavabdehin həmin ünvanda formal olaraq qeydiyyatda qalmas nəticəsində, o mənzil və kommunal xidmətlərin haqqını artıq məbləğdə ödəməyə məcbur olur. Buna görə də, o hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, İddiaçı qonşusudur və Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 40A saylı binaya 1986-cı ildə İddiaçı ilə eyni ərəfədə köçmüşdür. Cavabdeh isə İddiaçı qızıdır. Cavabdeh 2001-ci ildə ailə qurmuş və Qazax şəhərinə gəlin köçmüşdür. Həmin vaxtdan etibarən o, bir daha Cavabdeh görməmişdir. İddiaçı hazırda sözügedən mənzildə öz arvadı, oğlu və nəvələri ilə yaşayır. Məhkəmədə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, İddiaçı qonşusudur. Həmçinin İddiaçı onun atası ilə, İddiaçı oğlu Elnur Məmmədov isə onunla birlikdə orta məktəbdə təhsil almışdır. O, İddiaçı və sonuncunun ailə üzvlərini uzun müddətdir tanıyır. Hətta o, İddiaçı oğlu Elnur Məmmədovla uşaq yaşlarından dost olduğuna görə tez-tez onların yaşadıqları ünvana qonaq gedir. O, uşaq vaxtı Cavabdeh tez-tez görmüşdür. Lakin Cavabdeh 2001-ci ildə onun tanımadığı bir şəxslə toyu olmadan qaçmış və nikaha girmişdir. Həmin tarixdən, yəni 2001-ci ildən sonra Cavabdeh bir daha ünvan 1 ünvanında yerləşən 22 saylı mənzilə gəlməmişdir. Buna görə də o, Cavabdeh bir daha həmin ünvanda görməmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən İddiaçı adına verilmiş çıxarışın və **********26-05101-093015 reyestr nömrəli əmlaka dair texniki pasportun surətindən görünür ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 40A nömrəli evin 22 nömrəli mənzilinə İddiaçı mülkiyyət hüququ 07 dekabr 2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 4 saylı Xidmət Sahəsi tərəfindən verilmiş 07 mart 2023-cü il tarixli, 113 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh uzun müddətdir ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 40A nömrəli evin 22 nömrəli mənzildə yaşamır. İş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 19 dekabr 2022-ci il tarixli, 120-42014M-3222 nömrəli məktubdan görünür ki, İddiaçı 12 dekabr 2022-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinə etdiyi müraciətə aidiyyəti üzrə baxılmışdır. xx xxxx 1980-ci il təvəllüdlü Cavabdeh GGəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 40A nömrəli evin 22 nömrəli mənzildən qeydiyyatdan çıxarılmaları «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər. İş materiallarında olan aktdan görünür ki, X10, X3, X1, X2, X4 və X6 qonşuları İddiaçı qızı Cavabdeh 2002-ci ildə ailə qurduqdan sonra Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 40A nömrəli evin 22 nömrəli mənzilində yaşamadığını öz imzaları ilə təsdiqləmişlər. İşdə olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 40A nömrəli evin 22 nömrəli mənzilində qeydiyyatdadır. Ondan başqa qeydiyyatda olan digər şəxslər: 22 avqust 2012ci il təvəllüdlü X7, 06 aprel 2015-ci il təvəllüdlü X13, 10 noyabr 1956-cı il təvəllüdlü X8, 10 avqust 1981-ci il təvəllüdlü X11, xx xxxx 1980-ci il təvəllüdlü Cavabdehdır. Cavabdehin mübahisəli mənzildən istifadə ilə bağlı hüquq münasibətləri 1 sentyabr 2000-ci ilə qədər yarandığından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-in 8 iyun 1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsi) müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 60-cı maddəsinin birinci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin maddənin sonuncu hissəsinə əsasən şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Mübahisəli mənzildən cavabdehin istifadə hüququnun itirilməsinə dair mübahisənin həll edilməsi hüquqi müəyyənlik prinsipi baxımından və iddiaçının yaşadığı mənzillə bağlı hüquqlarını həyata keçirməsinə yaranan məhdudiyyətin zəruri və əsaslı olub-olmaması baxımından əhəmiyyət kəsb edir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 40A nömrəli evin 22 nömrəli mənzil Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən İddiaçı adına verilmiş çıxarışa və **********26-05101-093015 reyestr nömrəli əmlaka dair texniki pasporta əsasən İddiaçı mülkiyyətindədir. Həmin mənzildə 22 avqust 2012-ci il təvəllüdlü X7, 06 aprel 2015ci il təvəllüdlü X13, 10 noyabr 1956-cı il təvəllüdlü X8, 10 avqust 1981-ci il təvəllüdlü X11, xx xxxx 1980-ci il təvəllüdlü Cavabdeh qeydiyyatdadır. Cavabdeh iddiaçının qızıdır və həmin mənzildə yaşamaqla, orada qeydiyyata alınmışdır. Cavabdeh təxminən 2001-ci ildə ailə quraraq Qazax şəhərinə köçmüşdür və artıq 22 ildir ki, orada yaşayır. Cavabdehin uzun müddətdir ki, mübahisəli mənzildə yaşamaması onun özünə başqa daimi yaşayış yeri seçməsi qənaətinə gəlməyə imkan verir. Cavabdehin mənzildə olan pasport qeydiyyatı hazırda formal xarakter daşıyır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğu üçün təmin olunmalı, cavabdehin iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 40A nömrəli evin 22 nömrəli mənzilindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 40A nömrəli evin 22 nömrəli mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-2761/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2761/2023
15.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver