Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2763/2023 05.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə və evdən yaşayış və istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünün Gəncə şəhəri, Turan küçəsi, 106 ünvanında 92,3 kv.m torpaq sahəsində yerləşən 1/8 paya malik olduğu evə köçürülüb oradan yaşayış və istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında 92,3 kv.m torpaq sahəsində yerləşən ev 1/8 paylı mülkiyyət hüququ əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli çıxarış əsasında adına qeyd edilmişdir. İddiaçı üç otaq bir aynabənddən ibarət evin bir otağında yaşamaq istəyir. Cavabdeh onun bacısıdır, mülk onlara 29 yanvar 2017-ci ildə vəfat edən ataları Hüseynov Əli İsmayıl oğlundan miras qalmışdır. Cavabdeh onu evə buraxmadığından məcbur olub məhlədə çadır qurub, orada yaşayır, həmçinin məhlədə yarımçıq tikili tikdirsə də, cavabdeh hazırda tikilini tikib başa çatdırmağa imkan vermədiyindən münaqişəli ailə üzvü kimi polisdə qeydiyyata alınmışlar. Polis orqanları tərəfindən evə köçüb istifadə hüququnun müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli olduğu barədə iddiaçıya şifahi şəkildə bildirilmişdir. İddiaçıya məxsus bütün əmlaklar mübahisəli əmlakda olduğundan cavabdehin onu mülkə buraxmaması səbəbindən məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə etdi ki, o sözügedən evdə doğulmuş, ailə qurmuş, həbs olunduqdan sonra isə həyat yoldaşı işləyib ailəsinə baxmışdır. Bir müddət kirayədə yaşasa da, daha sonra ata evinə gəlmiş və hazırda evin həyətində çadır qurub orada yaşayır. Ev 3 otaqdan ibarətdir, o isə evin 1 otağında yaşamaq istəyir. Əvvəllər digər vərəsələr onun ləyaqətsiz vərəsə kimi tanınması üçün məhkəməyə müraciət etsələr də onların tələbləri təmin edilməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Hazırlıq iclasında iştirak etmiş cavabdeh məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrində 110 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmış xx.xx.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda 0,053 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 92,3 kv.metr olan fərdi yaşayış evi ümumi paylı mülkiyyətdədir. Daşınmaz əmlakın 7/8 hissəsi Cavabdeh, 1/8 hissəsi İddiaçı məxsusdur. İş materiallarına əlavə edilmiş məhkəmə qərarlarından müəyyən edilir ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-571/2018 nömrəli 24 iyul 2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı mübahisəli fərdi yaşayış evi üzrə payın naturada ayrılması və bölünməsi tələbi barədə iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-571/2018 nömrəli 24 iyul 2018-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməmiş, həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2303/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarına əsasən İddiaçı kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2831/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-571/2018 nömrəli 24 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin mülki işə baxılarkən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2018-ci il tarixli, 8129 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin tərəflər arasında 1/8 və 7/8 paylarına uyğun təcrid mənzillər şəklində iki hissəyə bölünməsi, İnşaat Norma və Qaydalarının 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9-cu bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyildir. İş materiallarından həmçinin görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-534/2020 nömrəli, 13 mart 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı cavabdehin sözügedən fərdi yaşayış evi üzrə paylı mülkiyyətdə olan payına kompensasiya vermək yolu ilə xitam verilməsinə dair iddia tələbi təmin edilməmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3041/2020 nömrəli, 25 noyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı sözügedən fərdi yaşayış evinə girişçıxışın müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1644/2021 nömrəli, 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3041/2020 nömrəli, 25 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sözügedən fərdi yaşayış evi üzrə müvafiq ekspert rəyi olduğundan yenidən ekspertiza keçirilməmiş, lakin fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi yerində müayinə edilmişdir. Məhkəmə tərəfindən mübahisəli evə baxış keçirilərkən müyyən edilmişdir ki, fərdi yaşayış evi zirzəmi tikilisi olmaqla bir mərtəbəli tikilidən ibarətdir. Ev faktiki olaraq üç tərəfdən qonşu torpaq sahəsi ilə, bir tərəfdən isə küçə ilə əhatə olunur. Fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinə dəmir darvaza vasitəsi ilə girişdən sol tərəfdə sanitar qovşağı, onun qarşısında isə yarımçıq tikili yerləşir. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh arvadı ilə həmin evin həyətində, evin altı-açıq hissəsinə özlərinə lazım olan yataq əşyalarını yerləşdirməklə orada qalırlar. İddiaçı tərəfindən evin qapısı bağlı saxlanıldığından, başqa sözlə iddiaçı şərait yaratmadığından texniki pasportda “A” yaşayış binası kimi qeyd edilmiş sözügedən fərdi yaşayış evinin içərisinə məhkəmə tərəfindən baxış keçirilməsi mümkün olmamışdır. Mübahisənin mahiyyəti üzrə qeyd edilməlidir ki, iddiaçı mübahisəli evin 1/8 hissəsinə mülkiyyət hüququna əsaslanaraq özünün həmin evə köçürülüb orada istifadə (yaşayış) qaydalarının müəyyən edilməsini tələb edir. İddiaçının və cavabdehin mülkiyyətində olan hissələr paylı ümumi mülkiyyətdədir, naturada ayrılmamışdır. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (152.5). Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (213.2.). Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir (215.1). Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər (215.2). Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti (215.3). Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar (215.4). Göstərilən qanunvericilik normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, mübahisəli fərdi yaşayış evinin 1/8 hissəsinin iddiaçının mülkiyyətində olması iş materialları ilə tam sübuta yetirilir. Göründüyü kimi, sözügedən fərdi yaşayış evinin 1/8 hissəsi iddiaçının mülkiyyətində olduğundan, onun həmin əmlaka sahiblik, istifadə və sərəncam hüququ və eyni zamanda həmin əmlakda yaşamaq hüququ vardır. Odur ki, iddiaçı mülkiyyətində olan əmlakına köçürülməsini tələb etməkdə haqlıdır. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyətçilər arasında payların naturada bölünməsinin və ya ondan payın ayrılmasının mümkün olmaması qeyd olunan tələbin rədd olunması üçün əsas ola bilməz. Belə ki, Mülki Məcəllənin 220-ci maddəsinin tələbinə görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3- 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (maddə 220). İş materiallarında olan, məhkəmə qərarlarından aydın olur ki, hazırki iş üzrə tərəflər arasında paylı mülkiyyətdə olan əmlakın Mülki Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən bölünməsi və ya ondan pay ayrılması mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, ümumi mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi tələbini irəli sürmək mülkiyyətçilərin qanunda nəzərdə tutulmuş hüququdur və heç kəs öz hüququndan istifadəyə məcbur edilə bilməz. Digər tərəfdən bu cür yanaşma mülkiyyətçinin əmlakına (əşyaya) sərbəst surətdə sahib ola bilmək, ondan istifadə edə etməklə bağlı Mülki Məcəllənin 152.5-ci və 215.4-cü maddələrində təsbit olunmuş təminatın pozulması ilə nəticələnməsinə səbəb olar. Eyni yanaşmadan çıxış edərək xüsusilə qeyd etmək lazımdır ki, payların naturada müəyyən edilməməsi və ya istifadə qaydası ilə bağlı razılığın olmaması paylı mülkiyyətçinin əşyanın məhz ona məxsus paya köçürülməsi və ondan istifadə qaydasının müəyyən edilməsi tələbindən imtina etmək üçün əsas deyil. Məhkəmə qeyd edir ki, sözügedən fərdi yaşayış evi üzrə müvafiq ekspert rəyi, eləcə də fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinə yerində müayinə ilə müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evindən tərəflərin paylarına uyğun qaydada istifadə qaydasının müəyyən edilməsi mümkünsüzdür. Lakin işin tədqiq edilmiş digər mühüm halları ondan ibarətdir ki, iddiaçının ümumi əmlakın istifadəsində mühüm mənafeyi vardır. Başqa sözlə, iddiaçı naturada ayrılmamış, paylı ümumi mülkiyyətdə olan mübahisəli fərdi yaşayış evinə digər mülkiyyətçi ilə bərabər şəkildə sahiblik və ondan istifadə hüququna malikdir və bu hüququnun təmin olunmasını tələb edir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli yaşayış sahəsinə köçürülməklə oradan ümumi istifadə (yaşayış) qaydalarının müəyyən edilməsinə dair iddia tələbi təmin edilməlidir. Məhkəmə bu zaman iddianın həddini də nəzərə alır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə, xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki mülki iş üzrə iddia tələbi qiymətləndirilməyən iddia olduğuna və iddia təmin olunduğuna görə, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı ünvan 3şən fərdi yaşayış evinə köçürülsün. ünvan 3şən fərdi yaşayış evindən paylı mülkiyyətçilər İddiaçı və Cavabdeh ümumi istifadə (yaşayış) qaydaları müəyyən edilsin. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-2763/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2763/2023
05.07.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver