Məhkəmə qərarları › İş №2(125)-2767/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2767/2023

05.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2767/2023 05.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçı və onun vəkili Vəkil, Cavabdeh3, Cavabdeh1 nümayəndəsi Nümayəndə1, Cavabdeh4 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 qarşı "fərdi yaşayış evindən çıxarılma" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin və onların uşaqlarının ona məxsus ünvan 7 fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 03 fevral 2016-cı il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 02 avqust 2016-cı il tarixinədək qaytarmaq şərti ilə 74000 manat kredit vermişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 05 iyul 2006-cı il tarixli MH seriyalı ******* nömrəli Çıxarışa əsasən Gəncə şəhəri, Nizami rayonu, İ.Turgenev küçəsində 0,0418 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı, 100,3 kv.m yaşayış, 33,7 kv.m köməkçi sahədən ibarət 17 nömrəli fərdi yaşayış evi (bundan sonra – mübahisəli ev) Cavabdeh1 mülkiyyətində olmuşdur. 13 fevral 2016-cı il tarixli ipoteka müqaviləsi ilə 03 fevral 2016-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 mülkiyyətində olan mübahisəli evi İddiaçı xeyrinə ipoteka ilə yüklü etmişdir. Cavabdeh1 qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərinə əməl etməmiş, aldığı borc pulu qaytarmamışdır. Hazırda mübahisəli ev iddiaçının xüsusi mülkiyyətindədir. Buna baxmayaraq, cavabdehlər və onların uşaqları hələ də mübahisəli evi boşaltmamışlar. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehlərə fərdi yaşayış evinin boşaldılması barədə poçtla xəbərdarlıq – bildiriş göndərilmiş, lakin cavabdehlər bu xəbərdarlığı saymamış və yaşayış evini boşaltmamışlar. Odur ki, cavabdehlərin onun mülkiyyətində olan yaşayış evindən çıxarılması üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 poçt vasitəsilə məhkəməyə iddia tələbinə qarşı etiraz təqdim edərək qeyd etmişlər ki, sözügedən ev ataları Sərxanla mərhum anaları Aybənizin birgə nikahı dövründə alınmış, onlar həmin evdə doğulub böyümüşlər. 2005-ci ildə analarının vəfatından sonra, həmin mülkün yarısına miras açılmışdır. Onlar həmin evdə rəsmi qeydiyyatda olub yaşamaqla mirası qəbul etmişlər. Mirası de-fakto qəbul etdiklərinə görə mirasın müəyyən hissəsinə mülkiyyət hüquqları yaranmışdır. Ataları Cavabdeh1 onların vərəsəlik və mülkiyyət hüquqlarını pozaraq onların xəbəri olmadan və razılıqları alınmadan saxta arayış alaraq notariusa təqdim etmiş və öz adına vərəsəlik şəhadətnaməsi almışdır. Bu yaxınlarda onlara məlum olmuşdur ki, saxta arayışda onların qeydiyyatda olan vərəsə kimi həmin evdə yaşamaqları gizlədilmişdir. Sonradan ataları həmin evi borc müqaviləsi əsasında iddiaçının adına ipoteka qoymuş, bundan sonra iddiaçı həmin evi öz adına rəsmiləşdirmişdir. Hazırda isə iddiaçı, ataları ilə birlikdə onların da evdən çıxarılmağını tələb edir. Bildirirlər ki, onlar həmin evdə doğulub böyüməklə və rəsmi qeydiyyatda olmaqla həmin evin yaşayış sahəsindən istifadə hüquqları vardır. Həmin hüquqa xitam verilməsi və onların evdən çıxarılması üçün onlara kompensasiya ödənilməlidir. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə etdi və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Nümayəndə1 izahatında təmsil etdiyi Cavabdeh1 1800 dollar borcu olduğunu və hazırda qalmaq üçün başqa yaşayış yerinin olmadığını qeyd etdi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək bildirdi ki, atası onların yaşadığı evi anası rəhmətə gedəndən sonra onlardan icazəsiz saxta kağızla ipotekaya qoymuşdu, hazırda isə onların qalacaq yerləri yoxdur. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi Nümayəndə2 da iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və izahatında bildirdi ki, Rəsulun anasıdır, Rəsul işlə bağlı Lənkərana gedib, 2005-ci ildən bəri oğlunun və onun ev problemləri var. Rəsulun başqa yaşayış yeri yoxdur. İş üzrə digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********55- 10301 reyestr nömrəli, daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabın 71 nömrəli vərəqində qeydiyyata alınmış xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Turgenev küçəsi, 17 ünvanda 0,0418 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 117,6 kv.metr olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan və iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli ******* saylı arayışdan görünür ki, iddiaçıya məxsus ünvan 1 ünvanda Cavabdeh1, Cavabdeh3, X4, Cavabdeh4, Cavabdeh2, X5 və X6 qeydiyyatdadır. İş materiallarından görünür ki, Cavabdeh1 ilə X7 arasında xx.xx.1978-ci il tarixdə bağlanmış nikah 1052 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir və iş üzrə digər cavabdehlər Cavabdeh3, Cavabdeh2 onların birgə nikahından olan övladlarıdır. Cavabdeh4 isə onların nəvəsi olmaqla digər qızları X1 oğludur. X7 11 dekabr 2005-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş, küçə üçlüyü tərəfindən Cavabdeh1 xx.xx.2006-cı il tarixdə verilmiş arayışa əsasən o, mərhum həyat yoldaşı vəfat etdiyi günədək Nümayəndə2 ilə birgə Gəncə şəhəri, İ.Turgenev küçəsi, 17 saylı evdə yaşamış və daimi qeydiyyatda olmuşdur. 28 fevral 2006-cı il tarixdə Gəncə şəhəri 2-ci Dövlət notariat kontoruna Cavabdeh1 tərəfindən ünvanlanmış ərizələrdə bildirilmişdir ki, həyat yoldaşı X7 11 dekabr 2005-ci ildə vəfat etmişdir, onun vəfatından sonra Gəncə şəhəri, İ.Turgenev küçəsi, 17 saylı mülkü və VAZ 2115 markalı avtomaşını qalmışdır, odur ki, maddi vəziyyətini nəzərə alaraq 6 ay müddət keçmədən miras əmlakın ½ hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş və mərhumun yeganə vərəsəsinin X3 olduğunu qeyd etmişdir. Gəncə şəhəri 2-ci Dövlət notariat kontoruna X3 tərəfindən ünvanlanmış ərizədə bildirilmişdir ki, miras əmlakdan ona çatası paydan atası Cavabdeh1 xeyrinə imtina etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 verilmiş 4440 nömrəli, 5 dekabr 2018-ci il tarixli arayışdan görünür ki, o həqiqətən ünvan 4 ünvanda qeydiyyatdadır və ailə tərkibinə qızları - Nümayəndə2 və Cavabdeh3, oğlu - Cavabdeh2, nəvələri – Cavabdeh4, X6 və X8 daxildir. İş materiallarına əlavə edilmiş, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 13 fevral 2016-cı il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını - ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 117,6 kv.m, yaşayış sahəsi 100,3 kv.m, yardımçı sahəsi 17,3 kv.m olan 3 otaqlı fərdi yaşayış evini 21 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayan İddiaçı xeyrinə yüklü etmişdir. İpoteka ilə yüklü edilmə dövlət reyestrində qeydiyyata alınmışdır. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-5168/2016 nömrəli, 15 noyabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh2 və Cavabdeh3 cavabdehlər Cavabdeh1, İddiaçı, Gəncə şəhəri 2 saylı Notariat Kontoruna, Gəncə şəhəri 2 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlaka mülkiyyət hüququna dair çıxarışların ləğv edilməsi, miras əmlakın vərəsələr arasında bölünməsi tələbi” barədə iddiası təmin edilmiş, Cavabdeh1 adına olan xx.xx.2006-cı il tarixli reyest nömrəsi 2V-İ-23 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, Gəncə şəhəri, İ.Turgenev küçəsi, 17 saylı fərdi yaşayış evinə dair Cavabdeh1 adına olan MH ******* nömrəli qeydiyyat nömrəsi 150600755, qeydiyyat tarixi xx.xx.2006-cı il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsi və onun qeydə alınmasına dair seriya RX ******* nömrəli, reyestr nömrəsi **********8-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-cı il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmiş, X2 miras qalmış Gəncə şəhəri, Nizami rayonu, Turgenyev küçəsi 17 saylı fərdi yaşayış evinin ½ hissəsi vərəsələr arasında bölünərək Cavabdeh1 həmin əmlakın 3/5 hissəsi (Gəncə şəhəri, Nizami rayonu, Turgenyev küçəsi 17 saylı fərdi yaşayış evinin 8/10 hissəsi), Cavabdeh2 1/5 hissəsi (Gəncə şəhəri, Nizami rayonu, Turgenyev küçəsi 17 saylı fərdi yaşayış evinin 1/10 hissəsi), Cavabdeh3 1/5 hissəsinə (Gəncə şəhəri, Nizami rayonu, Turgenyev küçəsi 17 saylı fərdi yaşayış evinin 1/10 hissəsi) payının olması müəyyən edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-404/2017 nömrəli, 30 yanvar 2017-ci il tarixli qətnaməsi ilə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 5168/2016 nömrəli, 15 noyabr 2016-cı il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-5168/2016 nömrəli, 15 noyabr 2016-cı il tarixli qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddiaçılar Cavabdeh2 və Cavabdeh3 cavabdehlər Cavabdeh1, İddiaçı, Gəncə şəhəri 2 saylı Notariat Kontoruna, Gəncə şəhəri 2 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlaka mülkiyyət hüququna dair çıxarışların ləğv edilməsi, miras əmlakın vərəsələr arasında bölünməsi tələbi” barədə iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4324/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı ilə iddiaçılar Cavabdeh2 və Cavabdeh3 kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)- 404/2017 nömrəli, 30 yanvar 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-557/2017 nömrəli 06 mart 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair ilkin iddiası təmin edilərək Cavabdeh1 98000 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə Cavabdeh1 İddiaçı qarşı (3cü şəxs Gəncə şəhəri 3 saylı Notariat kontoru) 03 fevral 2016-cı il və 13 aprel 2016-cı il tarixli kredit müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-956/2018 nömrəli, 05 mart 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-557/2017 nömrəli, 06 mart 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-5591/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-956/2018 nömrəli, 05 mart 2018-ci il tarixli qətnaməsi verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1721/2019 nömrəli, 19 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, tutmanın kredit üzrə öhdəliklərin təminatı kimi Cavabdeh1 məxsus olan ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 117,6 kv.m, yaşayış sahəsi 100,3 kv.m, yardımçı sahəsi 17,3 kv.m olan 3 otaqlı qeydiyyat tarixi 15 aprel 2016-cı il tarixli olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə yönəldilməsi, İddiaçı adına ipoteka ilə yüklü edilmiş həmin fərdi yaşayış evinin açıq hərracda ixtisaslaşmış təşkilat vasitəsilə realizə edilməklə satılması və satışdan əldə edilmiş pul vəsaitinin Cavabdeh1 İddiaçı olan 74000 manat borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 74000 manat müəyyən edilməsi, ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi satışdan əldə olunan pul məbləği kifayət etmədikdə cavabdehin digər əmlakları hesabına kredit borcunun ödənilməsinə dair hissədə təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-294/2021 nömrəli, 13 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “ipoteka predmetinin ilkin satış qiyməti 74000 manat müəyyən edilməsi” hissəsində dəyişdirilərək həmin hissədə ipoteka predmetinin likvid satış dəyəri 89300 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3270/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli qərarı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)- 294/2021 nömrəli, 13 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29, İİİ hissə. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 152. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, mübahisəli fərdi yaşayış evi yuxarıda qeyd edilən, qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrası ilə əlaqədar hərraca çıxarılmış və iddiaçıya təklif əsasında satılmışdır və hazırda həmin fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Həmin evi iddiaçı qarşısında yüklü etmiş Cavabdeh1 isə evin özgəninkiləşdirilməsindən sonra həmin mənzildən çıxmamışdır və hazırkı mülkiyyətçi ilə onun arasında istifadə hüququ ilə bağlı hər hansı razılaşma yoxdur. Başqa sözlə, iddiaçının hazırda mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olması mübahisəsizdir və Cavabdeh1 bu fərdi yaşayış evi ilə hazırda hər hansı hüquqi bağlılığı yoxdur. Belə ki, iddiaçının mülkiyyət hüququ qeydə alındığı andan Cavabdeh1 həmin evə dair mülkiyyət hüquqları itirilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə Cavabdeh1 övladları olan digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 da bu fərdi yaşayış evi ilə hazırda hər hansı hüquqi bağlılığı yoxdur. Belə ki, bu hal, iddiaçılar Cavabdeh2 və Cavabdeh3 cavabdehlər Cavabdeh1, İddiaçı, Gəncə şəhəri 2 saylı Notariat Kontoruna, Gəncə şəhəri 2 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlaka mülkiyyət hüququna dair çıxarışların ləğv edilməsi, miras əmlakın vərəsələr arasında bölünməsi” tələbinə dair iddiasının təmin edilməməsi barədə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-404/2017 nömrəli, 30 yanvar 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Həmin qətnaməsində məhkəmə Cavabdeh2 və Cavabdeh3 qeyd edilən fərdi yaşayış evində yaşadıqlarına və mirası faktiki olaraq qəbul etdiklərinə qiymət verərək hesab etmişdir ki, Cavabdeh1 iddiaçılar Cavabdeh3 və Cavabdeh2 vərəsə olduğu barədə məlumatı notariusa verməyib evi tam şəkildə öz mülkiyyətinə keçirməklə vurulan zərərə görə iddiaçılar Cavabdeh3 və Cavabdeh2 Cavabdeh1 zərərin əvəzini tələb etmək barədə iddia irəli sürmək hüquqları vardır. Eyni zamanda, məhkəmə müəyyən etmişdir ki, mübahisəli fərdi yaşayış evi ipoteka qoyulanda onun üzərində hər hansı yüklülük və məhdudiyyət qeydə alınmamışdır. Beləliklə, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 sözügedən fərdi yaşayış evi ilə hazırda bağlılıqlarının olmaması qanuni qüvvəsini almış həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 sözügedən fərdi yaşayış evi ilə bağlılıqlarının olmaması müəyyən edildiyindən, həmin məhkəmə qətnaməsi qanuni qüvvədə olmaqla hazırkı işdə iştirak edən şəxslərə aid olduğundan, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 sözügedən fərdi yaşayış evindən çıxarılması məhkəmə üçün məcburidir və həmin fakt yenidən sübut edilməməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Cavabdeh1 nəvəsi olan digər Cavabdeh4 sözügedən evdə istifadə hüquqları olmamış, o, məhkəmə mübahisələri dövründə pasport qeydiyyatına alınmışdır. Başqa sözlə, həmin cavabdehin qeyd edilən evdə yaşamış olması, istifadə hüququnun olması barədə nə hazırki işin materiallarında hər hansı sübut yoxdur, nə də ki, digər məhkəmə qərarlarında belə hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı öz əmlakına sahib olmaq, öz əmlakından maneəsiz şəkildə istifadə etmək hüququna malik olduğundan, cavabdehlərin isə mübahisəli fərdi yaşayış evinə dair hər hansı hüququ mövcud olmadığından onların həmin evdən çıxmaması nəticəsində iddiaçı öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Ona görə də iddia cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 qarşı hissədə təmin edilməli, həmin cavabdehlər mübahisəli fərdi yaşayış evindən çıxarılmalıdır. Bununla belə, məhkəmə hesab edir ki, “cavabdehlərin uşaqlarının” mübahisəli fərdi yaşayış evindən çıxarılması hissədə tələb qeyri-müəyyən olduğundan, yəni həmin şəxslərin kimlər olduğu konkret göstərilmədiyindən iddia tələbi bu hssədə təmin edilməməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılsınlar. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar