Məhkəmə qərarları › İş №2(125)-2785/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2785/2025

02.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2785/2025 02.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X18 İsa oğlunun sədrliyi Həsənov Ariz Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi doğum akt qeydinin bərpasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Ərizəçi doğum akt qeydinin bərpasına dair ərizə təqdim edərək, onun doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1954-cü ildə Ermənistan Respublikası, Vedi rayonu, Daşkənd kəndində doğulmuşdur. Gəncə şəhərində yaşamışdır. Doğum haqqında şəhadətnamə və bütün digər sənədlər orda qalmış və itirilmişdir. Ərizəçi 31.1*.1976-cı ildə X8 ilə nikaha daxil olmuş və ərizəçiyə Abbasova soyadı verilmişdir. Hazırda Ərizəçi bacısı öz torpağını bağışlama yolu ilə ərizəçiyə verəcəkdir. Bunun üçün ərizəçidən doğum haqqında şəhadətnamə tələb edilir. Ərizəçi doğum haqqında şəhadətnaməsini əldə etmək üçün 1 saylı ASAN Xidmət mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin, Qeydiyyat şöbəsinin *7.*3.2*25-ci il tarixli, 3-16-5/8-218 saylı cavab məktubundan məlum olur ki, Ərizəçi barəsində Vətəndaşlıq vəziyyəti aktlarının reyestr xidmətinin arxivində doğum akt qeydi aşkar olunmamışdır. Ona görə də yaranmış problemlə əlaqədar doğum akt qeydinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məlumat üçün qeyd etmək zəruridir ki, Ərizəçinn ata adı X3, ana adı isə X9r. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə maraqlı şəxs 1 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan nikahın bağlanması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş sürətindən görünür ki, 1947-ci ildə Ermənistan SSR Vardenis rayonu Çaxırlı kəndində anadan olmuş X8 və 1954-cü ildə Ermənistan SSR Vardenis rayonu Daşkənd kəndində anadan olmuş X2 31.1*.1976-cı ildə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Abbasova soyadı verilmişdir. İşdə olan 1 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat Şöbəsinin *7.*3.2*25-ci il tarixli məktubundan görünür ki, doğum haqqında akt qeydinin bərpa edilməsi barədə ərizəyə 1 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində baxılmışdır. “Azərbaycan Respublikası Ailə məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin *1.*3.2**1-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”-ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Müvafiq qeydin əvəllər olduğunu təsdiq edən sənədi (doğum haqqında şəhadətnaməni) təqdim edə bilmədiyi üçün doğum haqqında akt qeydinin bərpası mümkün olmamışdır. “Azərbaycan Respublikası Ailə məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarının 14-cü bəndinə əsasən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X4 23.*1.1973-cü il tarixdə Daşkənd kəndində anadan olmuşdur. X1, anası X1*r. İşdə olan doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X6 *5.*9.1967-ci il tarixdə Daşkənd kəndində anadan olmuşdur. X1, anası X1*r. İşdə olan Gəncə-Kəpəz RPİ tərəfindən *5.12.2*12-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1954-cü ildə Ermənistanın Vardenis rayonunda doğulmuşdur. Hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, Ərizəçi X1 və anası X11 olmaqla xx.xx.1954-cü ildə Ermənistan Respublikası, Vardenis rayonu, Daşkənd kəndində anadan olmuşdur. Ərizəçi anadan olanda Ermənistanda ona doğum haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında Gəncə-Kəpəz RPİ tərəfindən şəxsiyyət vəsiqəsi almışdır. Lakin, hazırda həmin sənədi (doğum haqqında şəhadətnaməni) bərpa edə bilmədiklərindən ərizəçi ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 3*7.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 3*7.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 3*8-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-22*, 233, 312-316 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1954-cü ildə Ermənistan Respublikası, Vardenis rayonu, Daşkənd kəndində doğulmasına dair doğum akt qeydi bərpa edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar