Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2788/2025 22.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X36 Şakir oğlunun sədrliyi, X18 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin ölmüş elan edilməsi”nə dair ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizənin mahiyyəti: Ərizəçi (Maraqlı şəxs) “şəxsin ölmüş elan edilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, 1903-cü il təvəllüdlü ulu babası X6 ölmüş elan edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.2005-ci ildə Gəncə şəhərində anadan olmuşdur. X7r. Atası xx.xx.2024-cü ildə Bakı şəhərində xəstəlik səbəbi ilə vəfat etmişdir. X3r. Babası Rəfi xx.xx.2002-ci ildə Gəncə şəhərində vəfat etmişdir. Babasının atası - onun ulu babası 1903-cü ildə doğulmuş X23 (Qənbər) oğludur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin verdiyi rəsmi məlumata əsasən onun qeydiyyatda olduğu və atasının da babasının da vəfat etdiyi günədək yaşadıqları, hazırda onun istifadəsində olan ünvan 1 ünvanı ulu babası X23 (Qənbər) oğluna məxsusdur. Belə ki, verilən məlumata əsasən Gəncə şəhəri, Rüzigar Qasımov küçəsi, 1-ci döngə , 2 (keçmiş Zorqe küçəsi, 12) 13 dekabr 1932-ci ildə 14821 nömrəli müqaviləyə əsasən X1. Hazırda məqsədi vərəsəlik qaydasında evin öz adına keçirilməsidir. Lakin, babasının ölüm şəhadətnaməsi olmadığı üçün vərəsəlik işinin açılması mümkün deyildir. Ulu babası X6 1943-cü ildə xəbərsiz itkin düşməsinə dair xx.xx.1970-ci il tarixli hərbi komissarlığın rəsmi arayışı mövcuddur. Azərbaycan Respublikası Dövlət X20 və qeydiyyat şöbəsinə də rəsmi müraciət etsələr də ulu babasının ölüm akt qeydi aşkar edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında Ərizəçi ərizənin mahiyyətinə uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq iş yükünün çoxluğu ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, ərizəyə onların iştirakları olmadan baxılmasını və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: - AZ 989999 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 2005-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. X14, anası X10r. - Maraqlı şəxsndən verilmiş 05 fevral 2025-ci il tarixli, 3-16-5/8-70-H-420/2025 nömrəli arayışından görünür ki, X25 25 iyun 1981-ci ildə Gəncə şəhərində anadan olmuşdur. X5, anası X11r. - 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsindən verilmiş 01 noyabr 2025-ci il tarixli, 232 nömrəli arayışından görünür ki, X19 1936-cı ildə Gəncə şəhərində anadan olmuşdur. X4, anası X17r. - AZ-İİ 418537 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 10 mart 2024-cü il tarixdə ürəyin aterosklerotik xəstəliyindən ölmüşdür. - Maraqlı şəxsndən verilmiş 18 dekabr 2024-cü il tarixli, 3-16-5/8-70-H-4183/2024 nömrəli arayışından görünür ki, X19 22 oktyabr 2002-ci ildə ölmüşdür. - Azərbaycan SSR Kirovabad şəhər Hərbi Komissarlığından verilmiş 20 yanvar 1970-ci il tarixli, 4/116 nömrəli arayışdan görünür ki, Kirovabad şəhər Hərbi Komissarlığının uçot (qeydiyyat) məlumatlarına əsasən müəyyən edilmişdir ki, 1903-cü il təvəllüdlü X16 həqiqətən Sovet Ordusunun sıralarına çağırılmışdır və X21 iştirak edərkən 1943-cü ilin dekabr ayında xəbərsiz itkin düşmüşdür. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 09 dekabr 2024-ci il tarixli, 3-21-3-33/2-13840/2024 nömrəli məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi Gəncə şəhər dövlət notariat kontorunda bağlanan 13 dekabr 1932-ci il tarixli, 14821 nömrəli müqaviləyə əsasən X2. Fərdi yaşayış evinin yerləşdiyi 0.046 ha torpaq sahəsinə dair 31 dekabr 1932-ci il tarixli torpaq qeydi X6 adına işlənilmişdir. Fərdi yaşayış evinə dair Kommunal Təsərrüfatı Nazirliyinin 20 iyun 1962-ci il tarixli Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu X6 adına qeyd edilmiş, yerləşdiyi torpaq sahəsi 0.0275 ha olmuşdur. 18 yanvar 1981-ci il tarixli Kommunal Təsərrüfatı Nazirliyinin Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu X6 adına qeyd edilmiş, yerləşdiyi torpaq sahəsi 0.0321 ha olmuşdur. 09 iyun 1987-ci ildə aparılmış inventarizasiya işləri zamanı fərdi yaşayış evi “A”-da ümumi sahəsi 66.1 kv.m, yaşayış sahəsi 20.6 kv.m, zirzəmi 10.8 kv.m olan bir yaşayış otağından, tikili “B”-də ümumi sahəsi 44 kv.m, yaşayış sahəsi 21.7 kv.m olan bir yaşayış otağından ibarətdir. Fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 02 aprel 2025-ci il tarixli, 3-16-5/8-15-782/2025 nömrəli məktubda Ərizəçi bildirilmişdir ki, Maraqlı şəxsnə daxil olmuş “1943-cü ildə vəfat etmiş X6 ölümü haqqında şəhadətnamənin verilməsi barədə” ərizəyə baxılmışdır. Ərizə ilə bağlı X29 şəhər filialının xx.xx.2025-ci il tarixli, 3-48- DA-4F/2-Ə-43/6/2024 saylı ölüm haqqında akt qeydinin aşkar olunmaması barədə məktubuna əsasən, həmçinin Maraqlı şəxs arxivində saxlanılan sənədlər üzrə X6 barəsində yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Odur ki, kifayət qədər sənədlər təqdim edilə bilmədiyindən ölüm faktının müəyyən olunması üçün yaşayış yeri üzrə məhkəməyə müraciət etmək hüququ vardır. - Gəncə Şəhər Məhkəməsinin 04 sentyabr 2025-ci il tarixli, 2(125)-2789/2025 nömrəli qətnaməsindən görünür ki, Ərizəçi ərizəsi təmin edilmiş, 22 oktyabr 2002-ci il tarixdə ölmüş X12 XX.XX.1936-cı il tarixdə Gəncə şəhərində doğulması faktı müəyyən edilmiş və X12 doğum haqqında şəhadətnaməsinin ata qrafasında ata adı – X16, ana qrafasında ana adı – X13 qeyd edilməsi qət edilmişdir. Tətbiq olunan hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlərdən biri də şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsidir. (mad.305.1.2) Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, hazırda ərizəçinin atası və babası ölmüşdür. Ərizəçinin X14 10 mart 2024-cü il tarixdə, babası X19 isə 22 oktyabr 2002-ci ildə ölmüşdür. 1903-cü il təvəllüdlü X16 ərizəçinin babası Rəfinin atası olmaqla X21 iştirak edərkən 1943-cü ilin dekabr ayında xəbərsiz itkin düşmüşdür. Bu baxımdan ərizəçi həm də subyektiv hüquqa malikdir və ulu babasından miras qalmış əmlaka vərəsəlik hüququnun həyata keçirmək üçün hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa 1970-ci ildə verilən arayışda İbrahim Hüseynovun həmənki dövrə qədər itkin düşmüş şəxslərin siyahısında olduğu qeyd edilmişdir. X6 1903-cü il təvəllüdlü olması nəzərə alındıqda onun doğumundan bu günə kimi 122 il keçmişdir. Bu baxımında X6 1943-cü ildə müharibədə iştirak edərək xəbərsiz itkin düşməsi və həmin vaxtdan 82 il vaxt keçməsi onun ölmüş elan edilməsi üçün məhkəməyə kifayət qədər əsas verir. Başqa sözlə, X16 bu gün üçün sağ olsaydı onun 122 yaşı olacaqdır ki, bu da həmin işin halları, həm də tibbi-bioloji baxımdan mümkünsüzdür. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, 1903-cü ildə anadan olmuş X16 ölmüş elan edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizəçi ərizəsi təmin edilsin. 1903-cü ildə anadan olmuş X16 ölmüş elan edilsin. Hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gün X6 ölüm günü hesab edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-2788/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2788/2025
22.12.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver