Məhkəmə qərarları › İş №2(125)-2791/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2791/2025

29.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2791/2025 29.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X47 İsa oğlunun sədrliyi Həsənov Ariz Arif oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxslər X9 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs nümayəndəsi X25 iştirakı ilə, Ərizəçi doğumları qeydə alınmamış uşaqlarının doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, müəyyən etdi : Ərizəçi doğumları qeydə alınmamış uşaqlarının doğum faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ataları Ərizəçi oğlu və anaları X9 olmaqla 07 aprel 1998-ci il təvəllüdlü X16 Gəncə şəhərində, 04 avqust 1999-cu il təvəllüdlü X13 Gəncə şəhərində, 26 iyul 2001-ci il təvəllüdlü X17 Gəncə şəhərində, 20 iyun 2003-cü il təvəllüdlü X14 Gəncə şəhərində, 24 noyabr 2005-ci il təvəllüdlü Hacıyev Asif (Asid) Natiq oğlunun Gəncə şəhərində, 11 mart 2006-cı il təvəllüdlü X18 Gəncə şəhərində, 06 avqust 2008-ci il təvəllüdlü X19 Gəncə şəhərində, 17 fevral 2010-cu il təvəllüdlü X15 Gəncə şəhərində, 03 may 2016-cı il təvəllüdlü X12 Gəncə şəhərində doğulmalarının fakt kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 13 dekabr 1973-cü il təvəllüdlü X9 ilə 1996-cı il tarixdə qeyri-rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahından 07 aprel 1998-ci il təvəllüdlü X6 şəhərində, 04 avqust 1999-cu il təvəllüdlü X3 şəhərində, 26 iyul 2001-ci il təvəllüdlü X7 şəhərində, 20 iyun 2003-cü il təvəllüdlü X4 şəhərində, 24 noyabr 2005-ci il təvəllüdlü X10 şəhərində, 11 mart 2006-cı il təvəllüdlü X8 şəhərində, 06 avqust 2008-ci il təvəllüdlü X11 şəhərində, 17 fevral 2010-cu il təvəllüdlü X5 şəhərində, 03 may 2016-cı il təvəllüdlü X20 anadan olmuşdur. Hal-hazırda X6 şəhərində, X2 rayonu, Qaracəmirli kəndində, X27 isə Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində ailəlidirlər. Digər övladları olan X23, 24 noyabr 2005-ci il təvəllüdlü X33, 11 mart 2006-cı il təvəllüdlü X28, 06 avqust 2008-ci il təvəllüdlü X32, 17 fevral 2010-cu il təvəllüdlü X24, 03 may 2016-cı il təvəllüdlü X20 ərizəçi ilə birlikdə Gəncə şəhərində yaşayırlar. Lakin övladlarının heç birinə doğum haqqında şəhadətnamə verilməmişdir. Ərizə məhkəmənin icraatına qəbul edildikdən sonra X9 maraqlı şəxs kimi işdə iştiraka cəlb edilmişdir. Məhkəmədə Ərizəçi iştirak etmiş, ərizənin məzmununa uyğun olan izahat vermiş, 24 noyabr 2005-ci il təvəllüdlü Asif adlı uşagın adının ərizədə səhvən “Asid” kimi qeyd edildiyini bildirmiş, sonda ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmədə maraqlı şəxs X9 iştirak etmiş və ərizədə qeyd edilənləri təsdiq edən izahat vermiş və Ərizəçi ilə birgə nikahlarından doğulmuş uşaqlarının doğumlarının fakt kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs nümayəndəsi X25 iştirak etmiş, ərizənin təmin olunmasına etirazlarının olmadığını bildirmişdir. Məhkəmənin sonrakı iclasinin vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ərizəçinin vəsatətinə əsasən ifadəsi dinlənilmiş Şahid verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi ilə 35 il müddətdir ki, qonşudurlar, bir binada yaşayırlar. Faktiki olaraq, Gəncə ş. Ü. Hacıbəyov 1, m 13-də yaşayır. Qeyd edilən şəxslərin ərizəçinin X9 ilə birgə nikahlarından doğulmuş uşaqları olduğunu təsdiq edir. Həmin uşaqlar hamısı ev şəraitində doğulublar. Şahid həmçinin bildirir ki, həmin uşaqların ikisi doğularkən onun anası həmin uşaqları tutub. Məhkəmə ərizəçinin, maraqlı şəxs X1 və Maraqlı şəxs nümayəndəsi X29 izahatlarını və şahid ifadəsini dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1969-cu ildə doğulmuşdur. İşdə olan 9 saylı sahənin müfəttişinin arayışına əsasən, Ərizəçi Gəncə şəhəri Ü. Hacıbəyov küçəsi, 4-cü döngə, bina 1 mənzil 117-də yaşayır. Mülki işin materiallarında olan Azərbaycan Respublikasında daimi yaşayan, vətəndaşlığı olmayan şəxsin AR № 032129 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X9 xx.xx.1973-cü ildə Azərbaycan Respublikasının Xudat şəhərində doğulmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli, 1670 nömrəli nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, Ərizəçi ilə X9 həmin tarixdə rəsmi nikah bağlamışlar. İşdə olan Maraqlı şəxs 18 noyabr 2024-cü il tarixli arayışından görünür ki, ərizəçinin övladlarının doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində işin faktiki halları kimi müəəyən edildi ki, Ərizəçi 1996-cı il tarixdə X9 ilə faktiki nikah münasibətlərinə daxil olmuşdur. Onların bu nikahından Gəncə şəhərində 07 aprel 1998-ci il tarixdə bir oğlan (adı-Vaqif) 04 avqust 1999-cu il tarixdə bir qız (adı- Nübar), 26 iyul 2001-ci il tarixdə bir qız (adı-Şölə) 20 iyun 2003-cü il tarixdə bir qız (adı-Aygün), 24 noyabr 2005-ci il tarixdə bir oğlan (adı-Asif), 11 mart 2006-cı il tarixdə bir oğlan (adı-Vasif), 06 avqust 2008-ci il tarixdə bir oğlan (adı- Zaur), 17 fevral 2010-cu il tarixdə bir qız (adı-Leyla), 03 may 2016-cı il tarixdə bir oğlan (adı-Eldəniz) uşaqları anadan olmuşdur. Hal-hazırda həmin uşaqlar hamısı sağdırlar. Lakin, ərizəçinin övladlarının heç birinin doğum haqqında şəhadətnaməsi yoxdur. Hazırki vəziyyətdə həmin uşaqlara doğum haqqında şəhadətnamənin verilməsi yalnız onlarının doğumlarının fakt kimi müəyyən edildiyi məhkəmə qətnaməsinə əsasən mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 233, 312-316 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi-xx xxxxxx 1969-cu ildə anadan olmuş Ərizəçi 13 dekabr 1973-cü il tarixdə doğulmuş X9 ilə faktiki nikah münasibətlərindən Gəncə şəhərində, 07 aprel 1998-ci il tarixdə bir oğlan (adı-Vaqif) 04 avqust 1999-cu il tarixdə bir qız (adı-Nübar), 26 iyul 2001-ci il tarixdə bir qız (adı-Şölə) 20 iyun 2003-cü il tarixdə bir qız (adı-Aygün), 24 noyabr 2005-ci il tarixdə bir oğlan (adı-Asif), 11 mart 2006-cı il tarixdə bir oğlan (adı-Vasif), 06 avqust 2008-ci il tarixdə bir oğlan (adı-Zaur), 17 fevral 2010-cu il tarixdə bir qız (adı-Leyla), 03 may 2016-cı il tarixdə bir oğlan (adı-Eldəniz) doğulmaları fakt kimi müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar