Məhkəmə qərarları › İş №2(125)-2814/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2814/2022

27.12.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2814/2022 27.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçı İİddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin Hüseyn adlı uşağı ilə birlikdə onun mülkiyyətində olan Gəncə şəhəri, A.Yıldırım küçəsi, 2-ci dalanda yerləşən 1 saylı fərdi yaşayış evindən məcburi qaydada çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında bildirdi ki, Gəncə şəhəri, Nizami rayonu, Almaz Yıldırım küçəsi, 2-ci dalanda yerləşən 1 saylı fərdi yaşayış evi onun mülkiyyətindədir və həmin fərdi yaşayış evinə onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 20 noyabr 2008-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Cavabdeh evli və 3 uşağının olmasına baxmayaraq, bir neçə il bundan öncə oğlu X3 ilə tanış olmuşdur. Cavabdeh o, evdə olmadığı müddətdə onun mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Almas Yıldırım küçəsi, 2-ci dalanda yerləşən 1 saylı fərdi yaşayış evinə girmişdir. O, Cavabdeh kim olduğunu soruşduqda isə Cavabdeh özünü onun oğlu N.İddiaçı arvadı kimi təqdim etmiş və onun təkidli tələblərinə baxmayaraq, həmin mənzili tərk etməmişdir. Lakin bir müddət bundan əvvəl Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, Almaz Yıldırım küçəsi, 2-ci dalanda yerləşən 1 saylı fərdi yaşayış evini tərk edib, Bakı şəhərində ona məlum olmayan ünvanda yaşamağa başlamışdır. Hazırda Cavabdeh əşyaları onun mülkiyyətində olan fərdi yaşayış evində qalmamışdır. Buna baxmayaraq, Cavabdeh hər an qeyd olunan evə qayıtmaq ehtimalı vardır. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Gəncə şəhəri, A.Yıldırım küçəsi, 2-ci dalanda yerləşən 1 saylı fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmiş və gələcəkdə Cavabdeh geri qayıdarsa, sonuncunun həmin fərdi yaşayış evindən çıxarılmasında həmin qətnamədən istifadə etmək qərarına gəlmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, işdə olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Almaz Yıldırım küçəsi, 2-ci dalanda X2 mülkiyyətində olan 0,0281 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 48,7 kvadrat metr yaşayış, 42,5 kvadrat metr köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh Gəncə şəhəri, A.Yıldırım küçəsi, 2-ci dalanda yerləşən 1 saylı fərdi yaşayış evində yaşamır və Cavabdeh həmin fərdi yaşayış evində heç bir əşyası qalmamışdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş mübahisələndirilməyən hallarından görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Almaz Yıldırım küçəsi, 2-ci dalanda X2 mülkiyyətində olan 0,0281 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 48,7 kvadrat metr yaşayış, 42,5 kvadrat metr köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etsə də Cavabdeh, eləcə də onun əşyaları Gəncə şəhəri, A.Yıldırım küçəsi, 2-ci dalanda yerləşən 1 saylı fərdi yaşayış evində qalmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qəsdə son qoyulmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyalara cavabdehin qanunsuz qəsd etdiyini sübut etməlidir; 3) cavabdeh həmin qəsdi davam etdirməlidir. Lakin mülki işin məhkəmədə tədqiqi zamanı iddiaçı nəinki mülkiyyətində olan mənzildən cavabdehin qanunsuz istifadə etdiyini sübuta yetirmiş, hətta öz izahatında və məhkəməyə təqdim etdiyi ərizəsində hazırda qeyd olunan mənzildən istifadə etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 223.1-ci maddəsinə görə məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Beləliklə, yuxarıda sadalanan maddi hüquq normalarını və həmin normaların mahiyyətindən irəli gələn tələbləri işin müəyyən edilmiş hallarına tətbiq edərək məhkəmə hesab edir ki, Cavabdeh və eləcə də onun əşyaları iddiaçının mülkiyyətindəki Gəncə şəhəri, A.Yıldırım küçəsi, 2-ci dalanda yerləşən 1 saylı fərdi yaşayış evində olmadığından İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma» barədə iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin Hüseyn adlı uşağı ilə birlikdə onun mülkiyyətində olan Gəncə şəhəri, A.Yıldırım küçəsi, 2-ci dalanda yerləşən 1 saylı fərdi yaşayış evindən məcburi qaydada çıxarılması barədə iddiası təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar