Məhkəmə qərarları › İş №2(125)-2840/2022

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2840/2022

08.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2840/2022 08.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X30 Əhməd oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Ərizəçi2 və ərizəçilərin nümayəndəsi, vəkil X8 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 25 sentyabr 1930-cu il tarixdə və bibiləri Yusubova (Əliməmmədova) Əfruz Manaf qızının 26 iyun 1926-cı il tarixdə Gəncə şəhərində doğulmalarının qeyd edilmə faktlarının müəyyən edilməsi və onlara yeni doğum haqqında şəhadətnamə verilən zaman ata qrafasında “Əliməmmədov Manaf”, ana qrafasında isə “Əliməmmədova Urux” yazılması, X9 ilə Yusubova (Əliməmmədova) Əfruz Manaf qızının bacı-qardaş olmaları faktının müəyyən edilməsi, X7 22 fevral 2018-ci il tarixdə Gəncə şəhərində ölməsinin qeydə alınma faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi2 məhkəmə iclasında bildirdi ki, Gəncə şəhəri, Azərbaycan Bayrağı (köhnə T.Arani) küçəsi, ev 15, mənzil 34 onların mərhum bibisi qızı X7 adınadır və 22 fevral 2018ci il tarixdə X7 yaşadığı bu mənzildə öz əcəli ilə ölməsi müəyyən olunmuşdur. Solmaz Yusubovun onlardan başqa heç kimi yoxdur və ən yaxın vərəsələri onlardır. Lakin qohumluq əlaqələrini təsdiq edən sənədləri tapa bilmədikləri səbəbindən hazırkı vaxtadək bibiləri qızından qalmış miras əmlaka vərəsəlik hüquqlarını rəsmiləşdirə bilməmişlər. X1 və bibiləri Yusubova (Əliməmmədova) Əfruz Manaf qızının doğum haqqında şəhadətnamələrinin tapılması üçün müxtəlif orqanlara sorğular verilsə də əldə edə bilməmişlər və bu səbəbdən onların bacı-qardaş olmalarını sənədlərlə sübut edə bilməmişlər. Lakin onlarda hər ikisinin şəxsiyyət vəsiqələrinin surətləri mövcuddur və bu sənədlərdən onların doğum tarixlərini müəyyən etmək olar. Ona görə də X1 25 sentyabr 1930-cu il tarixdə və bibiləri Yusubova (Əliməmmədova) Əfruz Manaf qızının 26 iyun 1926-cı il tarixdə şəhərində doğulmalarının qeydə alınma, onların qohumluq münasibətlərində, yəni bacı-qardaş olmaları faktlarının müəyyən edilməsi zərurəti yaranmışdır. Bundan başqa bibisi qızı X7 onlardan başqa heç kimi yoxdur və Solmaz Yusubova tənha yaşamışdır. Onun meyidi 22 fevral 2018-ci il tarixində tənha yaşadığı evində tapılmışdır. Gəncə şəhər prokurorluğunda aparılan araşdırmanın nəticəsi olaraq X7 öz əcəli ilə ölməsi müəyyən edilmişdir. Lakin həmin vaxtdan onun ölüm haqqında şəhadətnaməsini əldə edə bilməmişlər. Ona görə də X7 22 fevral 2018-ci il tarixdə Gəncə şəhərində ölməsinin qeydə alınma faktının da müəyyən edilməsi zərurəti yaranmışdır. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçilərin nümayəndəsi, vəkil X16 məhkəmə iclasında ərizəçi ilə eyni məzmunlu izahat verdi və məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin və ərizəçilərin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində bildirdi ki, Ərizəçi1 onun qonşusudur. Lyudmilanın atası Məcid, Məcidin bacısı Əfruz olub. Ərizəçi Lyudmilanın atası Məcid 2007-ci ildə və Məcidin bacısı Əfruz 2012-ci ildə vəfat etmişlər. Əfruzun qızı Solmaz 2018-ci ildə vəfat etmişdir. Lyudmilanın bibisi Əfruz 1998-1999-cu illərdə elektrik şəbəkəsində onunla birlikdə işləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirdi ki, Ərizəçi1 onun atasının xalası nəvəsidir. Lyudmilanın atası Məcid, Məcidin bacısı Əfruz olmuşdur. Ərizəçi Lyudmilanın atası Məcid 2007-ci ildə və Məcidin bacısı Əfruz 2012-ci ildə vəfat etmişlər. Əfruzun qızı Solmaz 2018-ci ildə vəfat etmişdir. Əfruz qardaşı Məciddən 4 yaş böyük idi. xx.xx.1981-ci il tarixdə Azərbaycan SSR Xanlar rayonu X20 şöbəsi tərəfindən verilmiş XVİ-ЖГ 571245 nömrəli pasportun surətindən görünür ki, X10 25 sentyabr 1930-cu il tarixdə Səfərəliyev rayonunda anadan olmuşdur. xx.xx.2005-ci il tarixdə Gəncə şəhər Kəpəz Rayon Polis Şöbəsi tərəfindən verilmiş seriy AZE 02506089 nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsindən görünür ki, X18 26 iyun 1926cı il tarixdə anadan olmuşdir. xx.xx.2022-ci il tarixdə Maraqlı şəxs tərəfindən verilmiş 05/Q-1257/70 nömrəli arayışdan görünür ki, X19 ilə X3 birgə nikahlarından 15 yanvar 1953-cü il tarixdə X13 anadan olmuşdur. xx.xx.2022-ci il tarixdə Maraqlı şəxs tərəfindən verilmiş 05/Q-1258/70 nömrəli arayışdan görünür ki, X19 ilə X3 nikahları 10 avqust 1953-cü il tarixdə 717 nömrəli akt qeydi ilə bağlanmışdır. xx.xx.2014-cü il tarixdə Gəncə şəhəri Nikah Evi tərəfindən verilmiş arayışdan görünür ki, X19 06 sentyabr 1978-ci il tarixdə ölmüşdür. xx.xx.2007-ci il tarixdə Samux rayonu İnstitut qəsəbəsi və Bağbanlar kəndi üzrə İcra nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqına şəhadətnamədən görünür ki, X10 20 sentyabr 2004-cü il tarixdə vəfat etmşdir. xx.xx.2012-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X18 02 iyun 2012-ci il tarixdə vəfat etmişdir. xx.xx.1982-ci il tarixdə Kirovabad şəhər Nikah Evi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X14 ilə Mehtiyeva (Əliməmmədova) Leyli Məcid qızının nikahları 07 avqust 1982-ci il tarixdə 887 nömrəli akt qeydi ilə bağlanmışdır. xx.xx.1990-cı il tarixdə Gəncə şəhəri Gəncə rayon VVAQ şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X22 ilə Zeynalova (Əliməmmədova) Lyudmila Məcid qızının nikahları 23 dekabr 1990-cı il tarixdə 611 nömrəli akt qeydi ilə bağlanmışdır. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası X26 filialı tərəfindən Ərizəçi2 ünvanlanmış məktubda, X26 fililalında mühafizə olunan Gəncə şəhər Nikah Evi və Stalin rayon X2 Qeydiyyatı Şöbəsi arxiv fondlarının 1930-cu il üzrə doğum, 1936-1945-ci illlər üzrə doğum bərpa qeydlərinin aktları yoxlanılmış, X5 doğum qeydi aşkar olunmamışdır. Bu səbəbdən sorğunun müsbət cavablandırılması mümkün olmamışdır. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası X26 filialı tərəfindən Ərizəçi2 ünvanlanmış məktubda, X26 fililalında mövcud olan 1936-1945-ci illər üzrə doğum, 1936- 1945-ci illlər üzrə doğum bərpa qeydlərinin aktları yoxlanılmış, X3 doğum qeydi aşkar olunmamışdır. Bu səbəbdən sorğunun müsbət cavablandırılması mümkün olmamışdır. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi tərəfindən verilmiş məktubda, Gəncə şəhəri 1930-cu ilə dair vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına (doğum, ölüm, nikah, boşanma) dair sənədlər X29 təhvil verilmədiyi üçün xx.xx.1930-cu il təvəllüdlü X5 doğumu haqqında akt qeydini aşkarlamaq tərəflərindən mümkün olmamışdır. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi tərəfindən ünvan 4 ünvanlanmış məktubda, Gəncə şəhəri üzrə 1926-cı ilə dair doğum aktlarının qeydiyyat kitablarında Əliməmmədova (Yusubova) Əfruz Manaf qızının doğum tarixinə dair heç bir məlumat aşkar olunmamışdır. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi tərəfindən ünvan 4 ünvanlanmış məktubda, 1926, 1930-cu illərə dair Azərbaycan SSR Səfərəliyev rayonu üzrə doğum haqqında qeydiyyat kitablarının arxivinə dövlət mühafizəsinə verilməməsi səbəbindən, Əliməmmədova (Yusubova) Əfruz Manaf qızının və X5 doğum haqqında akt qeydlərinin axtarışının aparılması imkanları xaricindədir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Samux Rayon Dövlət Arxivi tərəfindən ünvan 4 ünvanlanmış məktubda, X5 Aznixi qəsəbə İnzibati Ərazi Dairəsinin vahidliyinin 1972-1973-cü illərin 10 nömrəli təsərrüfat başına kitabında - X9 ailə/bacısı xx.xx.1930-cu il – doğum təvəllüdü qeydə alınmışdır. Əliməmmədova (Yusubova) Əfruz Manaf qızının adına rast gəlinməmişdir. xx.xx.2022-ci il tarixdə Maraqlı şəxs tərəfindən tərəfindən ünvan 4 ünvanlanmış məktubda, X7 Maraqlı şəxs arxivində ölüm haqqında akt qeydi aşkar olunmadı. Azərbaycan Respublikasının Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən ünvan 4 ünvanlanmış məktubda, Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindəki məlumatlar öyrənilərkən M.Əliməmmədovun doğumu haqqında hər hansı məlumat aşkar edilməmişdir. xx.xx.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardan görünür ki, X7 ölməsi faktında cinayət hadisəsi olmadığına və toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. xx.xx.2014-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Tağı Anani küçəsi, ev 15, mənzil 34 X7 adına qeyd edilmişdir. xx.xx.1967-ci il tarixdə Kirovabad şəhər VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X9 ilə Kozlova Aleksandranın birgə nikahlarından xx xxxxx 1967-ci il tarixdə X4 anadan olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bəzi hallarda doğumun qeyd edilmə faktı şübhə yarada bilər. Arxivlərin məhv və ya əlçatmaz olması səbəbindən onu bərpa etmək mümkün deyldirsə həmin faktlar məhkəmə tərəfindən müəyyən edilə bilər. Bu işlər o halda qaldırılır ki, vətəndaşlıq aktlarını dövlət qeydiyyatına alan orqan zəruri sənədin dublikatını üzrlü səbəblərə (məsələn, arxivin məhv olması üzündən) görə verə bilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respubliksı Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Azərbaycan Respubliksı Ailə Məcəlləsinin 162.2.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın 13 və 14-cü bəndlərinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında məhkəmə iclasında ərizəçinin və onun nümayəndəsinin izahatları, şahid ifadələri ilə təsdiq olundu ki, ərizəçilərin ataları X9 25 sentyabr 1930-cu il tarixdə və bibiləri Yusubova (Əliməmmədova) Əfruz Manaf qızı 26 iyun 1926-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, X9 ilə Yusubova (Əliməmmədova) Əfruz Manaf qızı bacıqardaşdırlar, X7 22 fevral 2018-ci il tarixdə Gəncə şəhərində vəfat etmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, 20 sentyabr 2007-ci il tarixdə vəfat etmiş X5 25 sentyabr 1930-cu il tarixdə və 02 iyun 2012-ci il tarixdə vəfat etmiş Yusubova (Əliməmmədova) Əfruz Manaf qızı 26 iyun 1926-cı il tarixdə Gəncə şəhərində doğulmaları, 25 sentyabr 1930-cu il tarixdə anadan olmuş X9 ilə 26 iyun 1926-cı il tarixdə anadan olmuş Yusubova (Əliməmmədova) Əfruz Manaf qızının bacı-qardaş olmaları, 15 yanvar 1953-cü il tarixdə Gəncə şəhərində anadan olmuş X7 22 fevral 2018-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi faktları müəyyən edilməli, 25 sentyabr 1930-cu il tarixdə Gəncə şəhərində anadan olmuş X6 və 26 iyun 1926-cı il tarixdə Gəncə şəhərində anadan olmuş Yusubova (Əliməmmədova) Əfruz Manaf qızına yeni doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməli, doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında - “Əliməmmədov Manaf”, ana qrafasında isə -“Əliməmmədova Urux” kimi yazılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 20 sentyabr 2007-ci il tarixdə vəfat etmiş X5 25 sentyabr 1930-cu il tarixdə və 02 iyun 2012-ci il tarixdə vəfat etmiş Yusubova (Əliməmmədova) Əfruz Manaf qızının 26 iyun 1926-cı il tarixdə Gəncə şəhərində doğulmaları faktı müəyyən edilsin. 25 sentyabr 1930-cu il tarixdə anadan olmuş X9 ilə 26 iyun 1926-cı il tarixdə anadan olmuş Yusubova (Əliməmmədova) Əfruz Manaf qızının bacı-qardaş olmaları faktı müəyyən edilsin. 15 yanvar 1953-cü il tarixdə Gəncə şəhərində anadan olmuş X7 22 fevral 2018-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi faktı müəyyən edilsin. 25 sentyabr 1930-cu il tarixdə Gəncə şəhərində anadan olmuş X6 və 26 iyun 1926-cı il tarixdə Gəncə şəhərində anadan olmuş Yusubova (Əliməmmədova) Əfruz Manaf qızına yeni doğum haqqında şəhadətnamənin verilməsi və 15 yanvar 1953-cü il tarixdə Gəncə şəhərində anadan olmuş X7 22 fevral 2018-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi barədə olüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. 25 sentyabr 1930-cu il tarixdə Gəncə şəhərində anadan olmuş X6 və 26 iyun 1926-cı il tarixdə Gəncə şəhərində anadan olmuş Yusubova (Əliməmmədova) Əfruz Manaf qızına yeni doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında - “Əliməmmədov Manaf”, ana qrafasında isə -“Əliməmmədova Urux” kimi yazılsın. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar