Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2848/2024 11.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə onun ünvan 1 ünvanına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (Bundan sonra-MPM) 167ci maddəsinin göstərişinə uyğun olaraq işin məhkəmə baxışına təyin edilməsi məsələsi müzakirə edilərkən İddiaçı göstərdi ki, mübahisələndirdiyi fərdi yaşayış evini cavabdehlə birgə nikah dövründə tikdirmişlər. Onun da həmin evdən payı vardır. Cavabdeh onun həmin evdə yaşamasına imkan vermir. Cavabdeh göstərdi ki, ünvan 1 ünvanında yerləşən evin torpaq sahəsi bələdiyyə torpağıdır evi birlikdə tikmişlər, bütün kommunal xidmətlər müqavilə əsasında təmin olunmuşdur. Hər ikisi həmin evdə yaşadıqları üçün işin aidiyyəti üzrə gəndərilməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərkən müəyyən olundu ki, mübahisəli əmlak ünvan 1 ünvanında yerləşməklə iddia ərizəsi müstəsna aidiyyət qaydaları pozulmaqla icraata qəbul olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Hazırki iddia tələbindən görünür ki, iddiaçı birgə nikah dövründə inşa etdikləri evə köçürülməsini tələb etməklə həmin əmlak ünvan 1 ünvanında yerləşir. . Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. MPM-in 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Belə olan halda məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, mülki iş müstəsna aidiyyat qaydaları üzrə mübahisəli əmlakın yerləşdiyi Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Cavabdeh qarşı evə köçmə tələbinə dair 2(125)-2848/2024 nömrəli mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-2848/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2848/2024
11.06.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver