Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2861/2024 02.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xx.xx.1984-cü il tarixdə anadan olmuş Gəncə şəhərində anadan olmuş bacısı X10 xx.xx.1984-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, X15 onun bacısıdır. X15 xx.xx.1984-cü ildə Gəncə şəhərində anadan olmuş və 6 aylıq olan zaman xx.xx.1984-cü ildə vəfat etmişdir. Onun bacısı X4 rayonu, Lüləli kənd qəbristanlığında dəfn edilmişdir. Lakin anası X9 bacısının ölümünü rəsmiləşdirməmişdir. X1 ölümünün rəsmiləşdirilməsi və ölümün qeydə alınması zərurəti olmamış, sonradan xx.xx.2024-cü il tarixdə vəfat etmiş anası X3 miras qalmış əmlakın qəbulu zamanı X12 dair sənədlər tələb olunmuşdur. Bundan sonra o, Maraqlı şəxsnə müraciət edərək, X10 ölümünün vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatında qeydə alınmasını xahiş etmişdir. X7 ev şəraitində vəfat etdiyinə və ölümündən uzun müddət keçdiyinə görə həmin şəxsin ölümü haqqında tibbi şəhadətnamənin alınması, eləcə də vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatında müvafiq qeydiyyatın aparılması mümkün olmamışdır. Buna görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə Maraqlı şəxs rəisi Anar Əhmədov məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iş üzrə müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X20 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşı X21 qızıdır. X21 X8 ilə birgə nikahlarından 3 uşaqları anadan olmuşdurHəmin uşaqlar Nəcəfova (Hüseynova) Xalidə Nəbi qızı, X25 və X15 olmuşdur. X15 1984-cü ilin yanvar ayında anadan olmuş, 6 ay yaşadıqdan sonra 9 iyul 1984-cü ildə vəfat etmişdir. X15 vəfat etdikdən sonra o, yaşadığı Bakı şəhərindən Gəncə şəhərinə gəlmiş, X13 ölmüş vəziyyətdə görmüş və dəfnində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X31 ifadəsində göstərdi ki, o, Ərizəçi əmisidir. Belə ki, X28 onun qardaşı, Ərizəçi isə qardaşının qızıdır. X21 övladları: X25, Ərizəçi və X15 olmuşdur. Belə ki, X15 vəfat etmişdir, X15 vəfat edən zaman o, 6-7-ci sinifdə təhsil almışdır. Buna görə də X10 vəfat etdiyi tarixi dəqiq xatırlamasa da, onun vəfat etdiyini dəqiq bilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-16-5/8-70-N-1165/2024 seriyalı arayışdan görünür ki, X26 və X9 arasında olan nikah xx.xx.1992-ci il tarixdə 157 akt qeyd nömrəsi ilə pozulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli, 3-16-5/8-70-N-1167/2024 seriyalı arayışdan görünür ki, xx.xx.1984-cü il tarixdə Gəncə şəhərində anadan olmuş X10 atası X28, anası isə X5r. İş materiallarında olan İX-ЖГ seriyalı, 287776 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1982-ci il tarixdə anadan olmuş X11 atası X28, anası isə X5r. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16- 5/8-15-300 nömrəli məktubdan görünür ki, X10 barəsində ölüm haqqında akt qeydi tərtib olunmaqla ölüm haqqında şəhadətnamə yazılması barədə ərizəsinə baxılmışdır. X2 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində Ərizəçi ərizəsinin təmin edilməsi mümkün deyildir. Buna görə də ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ Ərizəçi izah edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 387361 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İşdə olan xx.xx.2016-cı il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 ünvanı xüsusi mülkiyyət hüququ üzrə X6 məxsusdur. İş materiallarında olan Gəncə Şəhər Baş Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 3- 13-57/2-16985/2024 nömrəli məktubundan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü X15 barəsində Gəncə Şəhər Baş Polis İdarəsində məlumat yoxdur. İşdə olan Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» publik hüquqi şəxs «Gəncə şəhər Birləşmiş Xəstəxanası» Publik hüquqi şəxs «Akademik Z.Məmmədov adına xəstəxana» tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X12 ölüm haqqında şəhadətnamə verilməsi mümkün deyildir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5/8-13-1204/2024 nömrəli məktubundan görünür ki, ki, xx.xx.1984-cü il təvəllüdlü X15 barəsində Respublikası Ədliyyə Nazirliyinin «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək yoxlama aparılmış və informasiya sistemində ailə üzvləri barəsində aşağıdakı məlumatlar aşkar edilmişdir. X17 xx.xx.1960-ci ildə anadan olmuş və xx.xx.2022-ci ildə vəfat etmiş, ana X9 xx.xx.1960-cı ildə anadan olmuş xx.xx.2024-cü ildə vəfat etmiş, qardaş X22 xx.xx.1991-ci ildə anadan olmuş, bacı X16 xx.xx.1982-ci ildə anadan olmuş və qardaş X34 xx.xx.1980-ci ildə anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, ərizəçinin xx.xx.1984-cü ildə Gəncə şəhərində anadan olmuş X10 xx.xx.1984-cü il tarixdə Gəncə şəhərində vəfat etməsi faktını təsdiq edə bilən sənədləri əldə etmək imkanı yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, xx.xx.1984-cü ildə Gəncə şəhərində anadan olmuş X10 xx.xx.1984-cü il tarixdə Gəncə şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1984-cü ildə Gəncə şəhərində anadan olmuş X10 xx.xx.1984-cü il tarixdə Gəncə şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-2861/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2861/2024
02.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver