Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2862/2024 24.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X23 Şakir oğlunun sədrliyi, X7 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin doğum faktının müəyyən edilməsi” (maraqlı şəxs - Maraqlı şəxs) barədə ərizəsi üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi “şəxsin doğum faktının müəyyən edilməsi” (maraqlı şəxs - Maraqlı şəxs) barədə ərizə ilə məhkəməyə müraciət edərək, X4nın xx.xx.1983-cü il tarixdə Ermənistan Respublikası Basarkeçər rayonunda doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qızı xx.xx.1983-cü il tarixdə Ermənistan Respublikası Basarkeçər rayonunda anadan olmuşdur. Qızı Gəncə şəhərində xx.xx.1998ci ildə yanaraq dünyasını dəyişmişdir. Onlar Ermənistan Respublikasının Basarkeçər rayonundan məcburi köçkündürlər. Qızı X3 şəhərində 17 nömrəli məktəbdə təhsil almışdır. Qızının ölüm şəhadətnaməsini alan zaman Qeydiyyat şöbəsi ondan qızının doğum şəhadətnaməsini istəmiş o da təhvil vermişdir. Hazırda X4nın ona doğum haqqında şəhadətnaməsi lazımdır. Həmin sənədi ondan Sosial Fond tələb edir. Qızı X3 şəhər qəbiristanlığında dəfn edilmişdir. Onun xx.xx.2024-cü il tarixdə X6 doğum haqqında şəhadətnaməsinin verilməsi, şəhadətnamə almaq üçün aidiyyəti üzrə Dövlət orqanına ünvanlandığı ərizə Maraqlı şəxs tərəfindən imtina edilmişdir. Bunun üçün xx.xx.1983-cü il tarixdə qızının doğum haqqında akt qeydinin bərpası üçün faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirdi ki, 3 uşağı dünyaya gəlmiş Kəmalə Kərimova da həmin uşaqlardan biridir. Belə ki, Kəmalə Kərimova xx.xx.1983-cü il tarixdə Ermənistan Respublikasının (həmin dövr üçün Ermənistan SSR) Basarkeçər rayonunda doğulmuşdur. 1998-ci il tarixdə Gəncə şəhərində vəfat etmişdir. Hal-hazırda yoldaşı yaşla əlaqədar təqaüdə çıxdığı üçün mərhum qızının doğum haqqında şəhadətnaməsi tələb olunur. Buna baxmayaraq mərhum qızı Kəmaləyə hələ Basarkeçər rayonunda yaşayan zaman doğum haqqında şəhadətnamə almamışdır. Odur ki, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin Maraqlı şəxs rəisi Anar Əhmədov məhkəməyə məktub ünvanlayaraq, iş üzrə məhkəmənin bütün iclaslarında mülki iş üzrə son qərar qəbul edilənədək Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Bu səbəbdən məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında bildirdi ki, mərhum Kəmalə Kərimova onun qızıdır. Belə ki, Ərizəçi ilə ailə münasibətlərindən 10 fevral 1983cü il tarixdə Ermənistan Respublikasının (həmin dövr üçün Ermənistan SSR) Basarkeçər rayonunda Kəmalə adında qızları dünyaya gəlmiş, lakin, Kəmalə Kərimova xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. Kəmalənin doğum haqqında şəhadətnaməsi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirdi ki, Ərizəçi onun tanışıdır. Ərizəçi 10 fevral 1983-cü il tarixdə Ermənistan Respublikasının (həmin dövr üçün Ermənistan SSR) Basarkeçər rayonunda Kəmalə adında qızı dünyaya gəlmişdir. Lakin, Kəmalə Kərimova 24 aprel 1998-ci il tarixdə vəfat etmiş və onun yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlar; İİİ-JQ seriyalı, 454316 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X9 arasında nikah 19 iyul 1986-cı il tarixdə bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 19 iyul 1986-cı il tarixdə 725 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Kərimov”, arvada “Kərimova” soyadı verilmişdir. AZ-İ seriyalı, 109712 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 24 dekabr 2001-ci il tarixdə doğulmuşdur. Atası: Ərizəçi, anası: X10r. XVİ-JQ seriyalı, 297911 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 22 may 1992-ci il tarixdə doğulmuşdur. Atası: Ərizəçi, anası: X10r. 06 aprel 2024-cü il tarixli, 3-16-5/8-70-K-1197/2024 nömrəli, Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, X8 24 aprel 1998-ci ildə ölmüşdür. Ölüm haqqında xx.xx.1998-ci il tarixli 339 nömrəli akt qeydi tərtib olunmuşdur. Ölümün səbəbi: bədənin ¾ hissəsinin 3-cü dərəcəli yanığı qeyd olunmuşdur. Ölümün qeyd alındığı yer: Maraqlı şəxsdir. Məktəbəqədər və ümumi Təhsil üzrə X17-Daşkəsən Regional Təhsil İdarəsi Gəncə şəhər 17 nömrəli tam orta məktəb tərəfindən verilmiş 116 nömrəli, 15 aprel 2024-cü il tarixli arayışdan görünür ki, X8 1998/1999-cu il tədris ilində Gəncə şəhər 17 nömrəli tam orta məktəbin 9-cu sinfində oxumuş, lakin, vəfat etdiyi üçün xx.xx.1998-ci il tarixli, 48 nömrəli əmr ilə adı şagird kontingenti sıralarından çıxarılmışdır. 04 aprel 2024-cü il tarixli Evlər üçlüyü tərəfindən verilmiş arayışdan görünür ki, X12 aşağıda göstərilən 3 (üç) övladı özü doğmuş və 8 (səkkiz) yaşına çatana qədər özü tərbiyə vermişdir: 1. X11, 2. X8, 3. X13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 15 aprel 2024-cü il tarixli, 3-16-5/8-15-716 nömrəli məktubda Ərizəçi bildirilmişdir ki, X6 Ermənistan Respublikası Basarkeçər rayonunda doğulmasını təsdiq edəcək sənədləri Qeydiyyat şöbəsinə təqdim edə bilmədiklərinə görə Qeydiyyat şöbəsində doğum haqqında akt qeydinin bərpası mümkün olmamışdır. Ona görə də X6 xx.xx.1983-cü ildə Ermənistan Respublikasının Basarkeçər rayonunda doğulması ilə bağlı doğum haqqında akt qeydinin bərpa olunması üçün qeydiyyat yeri üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Məhkəmə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin məhkəməyə müraciət etməsinə əsas doğum akt qeydinin müvafiq qeydiyyat orqanında bərpa oluna bilməməsi səbəb olmuşdur. Həmin faktın məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 4.1-ci bəndində izah edilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi qızı - X8 10 fevral 1983-cü il tarixdə indiki Ermənistan Respublikasının (həmin dövr üçün Ermənistan SSR) Basarkeçər rayonunda doğulmuşdur. Bu fakt məhkəmə iclasında şahid qismində dindirilmiş X12 və X1 izahatları ilə də təsdiq olunmuşdur. Belə ki, məhkəmə şahid ifadələrinə qiymət verərək, həmin şahid ifadələrində göstərilən xüsusatların iş materiallarında olan sənədlərlə də təsdiqləndiyini nəzərə alaraq, X12 və X1 ifadələrini mötəbər və mümkün sübut kimi qəbul edir. Məhkəmə həmçinin, qeyd edir ki, Ərizəçi lazımi sənədləri alması üçün mərhum X4nın doğum faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin X6 doğum haqqında şəhadətnamənin verilməsindən imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, o, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan qeydiyyat şöbəsi X6 doğum akt qeydi olmadığına görə, onun doğum haqqında şəhadətnaməsini ərizəçiyə verə bilməmişdir. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin mərhum X4 doğum faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsi X6 doğum akt qeydi olmadığına görə onun doğum haqqında şəhadətnaməsini verə bilməməsi nəticəsində ərizəçi qızının adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə X6 xx.xx.1983cü il tarixdə Ermənistan Respublikası (həmin dövr üçün Ermənistan SSR) Basarkeçər (Vardenis) rayonunda doğulması ərizəçinin izahatı ilə yanaşı işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, onun tərəfindən verilmiş hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216,220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 24 aprel 1998-ci ildə ölmüş X6 10 fevral 1983-cü il tarixdə indiki Ermənistan Respublikasının (həmin dövr üçün Ermənistan SSR) Basarkeçər (Vardenis) rayonunda doğulması faktı müəyyən edilsin. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-2862/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2862/2024
24.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver