Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2867/2023 13.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin Cavabdeh qarşı “yaşayış otağından istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Yaşar və Həsrət Əliyev qardaşları küçəsi, 8 nömrəli binanın (yataqxana) 1 nömrəli otağında qeydiyyatda olan Cavabdeh istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yaşar və Həsrət Əliyev qardaşları küçəsi, 8 nömrəli bina Gəncə şəhər MKTİB-nin balansına aiddir. Həmin binanın 1 nömrəli otağında qeydiyyatda olan Cavabdeh uzun illərdir ki, həmin binada yaşamır, ona görədə kommunal xərclərin ödənilməsində müəyyən çətinliklər yaranır. Yaşar və Həsrət Əliyev qardaşları küçəsi, 8 nömrəli binada qeydiyyatda olmasına baxmayaraq onun haqqında heç bir məlumat yoxdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirdi ki, cavabdehlə istifadə hüququnun yaranması barədə notariat qaydada müqavilə bağlanmamışdır. İddiaçının nümayəndəsi tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 11.*3.2*23-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh, 27.*5.1977-ci il təvəllüdlü X3, 19.*6.2**2ci il təvəllüdlü X9 və 17.*5.2**4-cü il təvəllüdlü X2 şəhəri, Y/H Əliyev Qardaşları küçəsi, ev 8, m 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş 16.*3.2*23-cü il tarixli, 2361******398 (yataqxana) nömrəli şəxsi hesabdan çıxarışdan görünür ki, Cavabdeh, X3, X9 və X2 şəhəri, Y/H Əliyev Qardaşları küçəsi, ev 8, m 1 ünvanında qeydiyyatdadır. Mənzil sahibi Cavabdeh həmin ünvanda yaşamır. İş materiallarında olan Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 23.*5.2*23-cü il tarixli məktubundan görünür ki, Cavabdeh Gəncə şəhər Yaşar və Həsrət Əliyev qardaşları küçəsi, 8 nömrəli binanın (yataqxana) 1 nömrəli otağında daima qeydiyyatdadır. Lakin yaşadığı ünvan Birliyə məlum deyildir. Odur ki, Məhkəmə bildirişinin vətəndaşa çatdırılması mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1* nömrəli xidmət sahəsi tərəfindən verilmiş 14.*7.2*23-cü il tarixli arayışdan görünür ki, Cavabdeh 2**2-ci il tarixdən 2**8-ci il tarixə kimi Gəncə şəhər Yaşar və Həsrət Əliyev qardaşları küçəsi, 8 nömrəli binanın (yataqxana) 1 nömrəli otaqda yaşamışdır. Vətəndaş Cavabdeh 2**8-ci il tarixdən halhazırki vaxta qədər harada yaşaması məlum deyildir. Mülki işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, Gəncə şəhəri Yaşar və Həsrət Əliyev qardaşları küçəsi, 8 nömrəli binanın (yataqxana) 1 nömrəli otağı iddiaçının mülkiyyətindədir. Cavabdeh 2**2-ci il tarixdən 2**8-ci il tarixə kimi həmin ünvanda yaşamışdır. İddiaçı hazırda cavabdehin həmin otaqda yaşamadığına əsaslanaraq, onun istifadə hüququnun itirilmiş hesab olunmasını tələb edir. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya məxsus yaşayış sahəsindən istifadə hüququnun itirilməsi məsələsi həll edilərkən, ilk öncə cavabdehin həmin istifadə hüququnun yaranıb-yaranmaması müəyyən edilməlidir. Çünki, mövcud olmayan hüququn itirilməsi mümkün deyil, hüququn itirilməsi üçün əvvəlcə hüquq əmələ gəlməlidir. Məhkəmə hesab edir ki, mübahisəli hüquq münasibəti 2**2-ci ildə yarandığına görə, yəni cavabdeh həmin vaxtdan iddiaçıya məxsus otağa köçüb yaşadığına görə hazırkı mübahisəyə 2**1-cu ilin sentyabr ayının *1-dən qüvvədə olan Mülki Məcəllənin normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2**1-ci il tarixli qərarına əsasən, 2***-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə göstərilən qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan mülki qanunvericilik normalarına əsasən tərəflər arasında istifadə hüququnun yaranması barədə notariat qaydada müqavilə bağlanmadığı üçün cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququ yaranmamışdır və yaranmayan hüquq itirilmiş hesab edilə bilməz. Yuxarıda sadalanan maddi hüquq normalarını və həmin normaların mahiyyətindən iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-22*, 227 və 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin Cavabdeh qarşı “yaşayış otağından istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən *1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-2867/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2867/2023
13.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver