Məhkəmə qərarları › İş №2(125)-2868/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2868/2023

13.06.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2868/2023 13.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi; məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi; əmək haqqının və istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın), eləcə də onların gecikdirilməsinə görə müvafiq ödəncin verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC-nin “əmək müqaviləsinə xitam verilməsi barədə” 16 yanvar 2023-cü il tarixli, 01 nömrəli əmrinin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə iddiaçının cavabdeh MMC-də “hotel qeydiyyatçısı” vəzifəsinə bərpa edilməsi, ilkin mediasiya sessiyasının keçirilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 55 manat vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması, 2021-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2022-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr və 2023-cü ilin yanvar aylarının əmək haqlarının və İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək işlədiyi dövr üçün istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın) və 2021-ci ilin yanvar ayının əmək haqqının gecikdirilməsinə görə 01 fevral 2021-ci il tarixdən, 2021-ci ilin fevral ayının əmək haqqının gecikdirilməsinə görə 01 mart 2021-ci il tarixdən, 2021-ci ilin mart ayının əmək haqqının gecikdirilməsinə görə 01 aprel 2021-ci il tarixdən, 2021-ci ilin aprel ayının əmək haqqının gecikdirilməsinə görə 01 may 2021-ci il tarixdən, 2021-ci ilin may ayının əmək haqqının gecikdirilməsinə görə 01 iyun 2021-ci il tarixdən, 2021-ci ilin iyun ayının əmək haqqının gecikdirilməsinə görə 01 iyul 2021-ci il tarixdən, 2021-ci ilin iyul ayının əmək haqqının gecikdirilməsinə görə 01 avqust 2021-ci il tarixdən, 2021-ci ilin avqust ayının əmək haqqının gecikdirilməsinə görə 01 sentyabr 2021-ci il tarixdən, 2021-ci ilin sentyabr ayının əmək haqqının gecikdirilməsinə görə 01 oktyabr 2021-ci il tarixdən, 2021-ci ilin oktyabr ayının əmək haqqının gecikdirilməsinə görə 01 noyabr 2021-ci il tarixdən, 2021-ci ilin noyabr ayının əmək haqqının gecikdirilməsinə görə 01 dekabr 2021-ci il tarixdən, 2021-ci ilin dekabr ayının əmək haqqının gecikdirilməsinə görə 01 yanvar 2022-ci il tarixdən, 2022-ci ilin yanvar ayının əmək haqqının gecikdirilməsinə görə 01 fevral 2022-ci il tarixdən, 2022-ci ilin fevral ayının əmək haqqının gecikdirilməsinə görə 01 mart 2022-ci il tarixdən, 2022-ci ilin mart ayının əmək haqqının gecikdirilməsinə görə 01 aprel 2022-ci il tarixdən, 2022-ci ilin aprel ayının əmək haqqının gecikdirilməsinə görə 01 may 2022-ci il tarixdən, 2022-ci ilin may ayının əmək haqqının gecikdirilməsinə görə 01 iyun 2022-ci il tarixdən, 2022-ci ilin iyun ayının əmək haqqının gecikdirilməsinə görə 01 iyul 2022-ci il tarixdən, 2022-ci ilin iyul ayının əmək haqqının gecikdirilməsinə görə 01 avqust 2022-ci il tarixdən, 2022-ci ilin avqust ayının əmək haqqının gecikdirilməsinə görə 01 sentyabr 2022-ci il tarixdən, 2022-ci ilin sentyabr ayının əmək haqqının gecikdirilməsinə görə 01 oktyabr 2022-ci il tarixdən, 2022-ci ilin oktyabr ayının əmək haqqının gecikdirilməsinə görə 01 noyabr 2022-ci il tarixdən, 2022-ci ilin noyabr ayının əmək haqqının gecikdirilməsinə görə 01 dekabr 2022ci il tarixdən, 2022-ci ilin dekabr ayının əmək haqqının gecikdirilməsinə görə 01 yanvar 2023-cü il tarixdən, 2023-cü ilin yanvar ayının əmək haqqının gecikdirilməsinə görə 01 fevral 2023-cü il tarixdən, İddiaçı 15 fevral 2018-16 yanvar 2023-cü illərində işlədiyi dövr üçün istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın) gecikdirilməsinə görə 16 yanvar 2023-cü il tarixdən başlayaraq həmin məbləğlərin ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz hesablanmaqla müvafiq ödənclərin Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı həm notarial qaydada təsdiq edilmiş ərizə, həm də məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək tələbinin məhkəmədən kənar qaydada həll olunduğunu, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, iş üzrə iddia tələbindən imtina etdiyini, iddiadan imtinanın nəticələrinin ona aydın olduğunu bildirdi və məhkəmədən iddiadan imtinanın qəbul edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Cavabdehin vəkili də iddiaçı ilə mübahisənin məhkəmədən kənar qaydada həll olunduğunu bildirdi və iş üzrə iddiadan imtinanın qəbul edilərək icraata xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olsa da cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddiasından imtina etdiyindən, iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə iddiaçının iddiadan imtina etmə əsaslarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsi özünün subyektiv hüququ olub, onun iddiadan imtina etməsi hər hansı fiziki və ya hüquqi şəxsin hüququ ilə bağlı deyildir və bu imtina hər hansı şəxsin hüququnu və ya qanunla qorunan mənafeyini pozmur. Buna görə də iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və MPM-in 191, 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi; məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi; əmək haqqının və istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin (kompensasiyanın), eləcə də onların gecikdirilməsinə görə müvafiq ödəncin verilməsi” tələbinə dair mülki iş üzrə iddiaçının iddiasından imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar