Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2889/2023 03.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi “şəxsin ölməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi, Maraqlı şəxs qismində göstərməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə və tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, uşağı - 11.*7.1983-cü il təvəllüdlü X2 18.*8.1993-cü il tarixdə Gəncə şəhərində ölməsi faktının müəyyən edlməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə X7 11.*7.1983-cü il tarixdə doğulmuşdur, atası - X4, anası - Ərizəçidır. Ərizəçi yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət edərək, ərizəsində qeyd etmişdir ki, onun əri X4 ilə birgə nikahından Rauf adlı uşağı anadan olmuşdur. Rauf zəif uşaq idi, tez-tez xəstələnirdi. Ürəyində problemlər var idi. SSRİ dağılmayana qədər bir neçə dəfə Moskva şəhərində onun müalicəsini həyata keçirmişlər. Lakin sonradan maddi vəziyyətlərinin pisləşməsi səbəbindən Moskvaya uşağı apara bilməmiş, yalnız Gəncə şəhərində müalicəsini həyata keçirmişlər. 1993-cü ildə Gəncədə baş verən hadisələr nəticəsində uşaq daha da qorxmuş və bu onun səhhətinə çox pis təsir etmiş, 18.*8.1993cü ildə uşaq gecə yatmış və səhər oyanmamışdır. Raufu dəfn etsələr də, ölüm şəhadətnaməsi almaq lazım olduğunu bilmədiklərindən, həm də Gəncədəki qarışıq vəziyyət səbəbindən ona ölüm şəhadətnaməsi almamışlar. Hazırda həm pensiyaya çıxmağı, həm də yaşadıqları evin özəlləşdirilməsi məsələsi ilə əlaqədar Raufun ölüm şəhadətnaməsinin əldə edilməsinə zərurət var. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili təmsil etdiyi şəxsin ərizələrinin məzmununa uyğun izahat verərək tələbin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Maraqlı şəxs, məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etdiyindən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək bildirdi ki, mərhum X7 onun qaynının nəvəsidir. Uşaq 1983-cü ildə doğulmuşdu, ürəyində qüsur var idi. Moskva şəhərinə müalicəyə aparırdılar. Lakin 1993-cü ildə Gəncə şəhərində evlərində gecə yatıb, səhər ayılmayıbır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, mərhum X7 onun əmisinin nəvəsidir. Uşaq 1983-cü ildə doğulmuşdu, ürəyində qüsur var idi. Uşaq öləndə 9-1* yaşları olardı və Göygöl rayonunun Lülləli kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, 11.*7.1983-cü ildə doğulmuş X2 18.*8.1993-cü il tarixdə Gəncə şəhərində ev şəraitində ölməsi tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 3-16-5/8-16-297/2*23 nömrəli, *9.*3.2*23-cü il tarixli məktubu ilə ərizəçiyə Maraqlı şəxs arxivində X2 ölüm haqqında akt qeydinin aşkar olunmadığı bildirilmiş, ərizəçinin uşağının ölümünün qeydə alınmasından imtina edilmişdir. “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X12 Gəncə şəhər Təcili və X1 şöbəsinin cavab məktubu ilə ərizəçiyə bildirilmişdir ki, 11.*7.1983-cü il təvəllüdlü X3 18.*8.1993-cü il tarixində Təcili və X1 şöbəsinə heç bir çağırış olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar – MPM) 3*5.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. MPM-in 3*7.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məcəllənin 3*7.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2**3-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, 11.*7.1983-cü il təvəllüdlü X7 ərizəçinin uşağıdır və o, 18.*8.1993-cü ildə Gəncə şəhərində ölmüşdür. Bu fakt, şahidlərin ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri ilə təsdiq olunur. Ərizəçi ölümü təsdiq edən tibbi şəhadətnaməni ala bilməmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığından isə ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyətində qeyd edilməsi mümkün olmamışdır. X2 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd ərizəçiyə həm özünün əmək pensiyası ilə əlaqədar, həm də yaşadıqları evin özəlləşdirilməsi məsələsi üçün lazımdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-22*, 227, 233.1, 3*5-311, 357, 36* və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 11 iyul 1983-cü il tarixdə doğulmuş X2 18 avqust 1993-cü il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-2889/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2889/2023
03.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver