Məhkəmə qərarları › İş №2(125)-290/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-290/2024

08.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-290/2024 08.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Ərizəçi Novruzova (Məhərrəmova) Səmayə Əsəd qızının iştirakı ilə, Ərizəçi Novruzova (Məhərrəmova) Səmayə Əsəd qızının (Maraqlı şəxs) “nikahın qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Novruzova (Məhərrəmova) Səmayə Əsəd qızı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Novruzova (Məhərrəmova) Səmayə Əsəd qızı ilə X6 arasında xx.xx.1982-ci il tarixdə Ermənistan Respublikası Amasiya rayonunda nikah akt qeydinin bağlanmasının vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilməsi faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, X6 ilə xx.xx.1982-ci il tarixində Ermənistan Respublikasının Amasiya (Ağbaba) rayonunda nikaha daxil olmuş, birgə nikahlarından 27 iyul 1984-cü il təvəllüdlü X7, 08 avqust 1987-ci il təvəllüdlü X8, X9 və Ağayeva (Novruzova) Bəsti Tofiq qızı dünyaya gəlmişdir. 1988-ci il tarixində məlum hadisələrədən sonra o, və ailəsi öz ata-baba torpaqlarından qaçqın düşmüşlər. Həmin dövürdə baş vermiş hadisələr səbəbindən bir çox sənədləri itmişdir. X1 ilə onun arasında olan nikah haqqında şəhadətnamədə itmişdir. Bu səbəbdən X6 ilə aralarında olan nikah akt qeydinin bərpa olunması ilə bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxsndən ona 05.069.2023-cü il tarixli 3-16-5/8-13-1476 saylı məktubuna əsasən nikah akt qeydinin mövcud olmadığını və nikah akt qeydinin bərpası faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Məhkəmə iclasında ərizəçi, ərizənin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, nikah rəsmiləşdirilməmişdən əvvəl onun soyadı “Məhərrəmova” olmuşdur, rəsmi nikaha daxil olduqdan sonra ona “Novruzova” soyadı verilmişdir, birgə nikahdan doğulmuş uşaqlarının doğum haqqında şəhadətnamələrində ata qrafasında əri X6, ana qrafasında onun nikahdan sonrakı soyadı, adı və ata adı qeyd edilmişdir, nikah akt qeydinin nömrəsini isə xatırlamır. Ərizəçi həmçinin bildirdi ki, birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlakın alqı-satqısı üçün nikah haqqında şəhadətnamənin təqdim edilməsi zərurəti yarandıqda həmin sənədin itdiyi məlum olmuşdur, buna görə hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə ərizə ünvanlayaraq nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, nikah haqqında akt qeydinin bərpa edilməsi barədə ərizəyə Maraqlı şəxsndə baxılmışdır. Ərizədə göstərilmişdir ki, 1982-ci ildə X6 ilə Ermənistan Respublikası Ağbaba rayonunda nikaha daxil olmusunuz, hazırda Gəncə şəhərində yaşayırsınız və nikah haqqında şəhadətnaməni itirmisiniz və bununla bağlı nikahı təsdiq edəcək heç bir sənəd yoxdur. Bildirirəm ki, Azərbaycan Respublikası Nazirlər Kabietinin 2001-ci il tarixli 52 nümrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”a uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında icra edilir. Həmçinin həmin müddəaların 14-cü bəndinə əsasən itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Nikah haqqında akt qeydinin bərpa edilməsi üçün lazımi sənədləri təqdim edə bilmədiyinizə görə xahişinizin təmin olunması qeydiyyat orqanı tərəfindən mümkün deyildir. Ona görə də nikah haqqında akt qeydinin bərpası üçün qeydiyyat yeri üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş materiallarında olan xx.xx.2007-ci il tarixli, 902557 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1987-ci il təvəllüdlü X2 atası X6, anası Ərizəçidır. İş materiallarında olan xx.xx.1991-ci il tarixli, 449736 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü X3 atası X6, anası Ərizəçidır. İş materiallarında olan xx.xx.1997-ci il tarixli, 307717 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1996-ci il təvəllüdlü X4 atası X6, anası Ərizəçidır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 oğlu bildirdi ki, Səmayə onun arvadıdır. xx.xx.1982-ci ildə Ermənistan Respublikası Amasiya rayonunda rəsmi qaydada evlənmişlər. Toy mərasimi xx.xx.1982-ci ildə olmuşdur. Tofiq, Səmayə və ataları Ermənistan Respublikası Amasiya rayonunda yerləşən qeydiyyat şöbəsinə gedərək nikahı rəsmiləşdirmişlər. Nikah akt qeydinin nömrəsini xatırlamır. Nikah rəsmiləşdirilməmişdən əvvəl Səmayənin soyadı “Məhərrəmova” olmuşdur, rəsmi nikaha daxil olduqdan sonra ona “Novruzova” soyadı verilmişdir. Birgə nikahdan Məhbubə, Ülviyyə, Rəvanə və Bəsti adlı dörd uşaqları var, doğum haqqında şəhadətnamələrində də valideyn qrafalarında onlar haqqında qeydiyyat aparılmışdır. O, Səmayə ilə rəsmi qaydada boşanmadıqlarını və bu günə qədər rəsmi evli olduqlarını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, Səmayə gəlinləridir, qardaşı Tofiqin arvadıdır. X6 ilə Səmayənin Ermənistan Respublikası Amasiya rayonunda xx.xx.1982-ci ildə toyları olub, xx.xx.1982-ci ildə nikahları rəsmi qeydiyyata alınmışdır, birgə nikahdan Məhbubə, Ülviyyə, Rəvanə və Bəsti adlı uşaqları var. Onların toy mərasimində iştirak etmişdir və bu günə qədər rəsmi evlidirlər, boşanmamışlar. Belə ki, ərizəçinin izahatı, şahid ifadəsi və işin materialları ilə Novruzova (Məhərrəmova) Səmayə Əsəd qızı ilə X6 arasında xx.xx.1982-ci il tarixdə Ermənistan Respublikası Amasiya rayonunda nikah akt qeydinin bağlanmasının vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilməsi tam sübuta yetirilir. Mülki işin materiallarından da görünür ki, ərizəçi Novruzova (Məhərrəmova) Səmayə Əsəd qızının nikah haqqında şəhadətnamənin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin nikah akt qeydinin bərpası üçün lazım olan sənədlər təqdim olunmadığına görə onun nikah akt qeydinin bərpasından imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi Novruzova (Məhərrəmova) Səmayə Əsəd qızı ilə X6 arasında xx.xx.1982-ci il tarixdə Ermənistan Respublikası Amasiya rayonunda nikah akt qeydinin bağlanmasının vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilməsi faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin nikah akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi Novruzova (Məhərrəmova) Səmayə Əsəd qızının nikah akt qeydini bərpa etməkdən və yeni nikah haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Novruzova (Məhərrəmova) Səmayə Əsəd qızının nikahın qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin nikah akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi nikah haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə Novruzova (Məhərrəmova) Səmayə Əsəd qızı ilə X6 arasında xx.xx.1982-ci il tarixdə Ermənistan Respublikası Amasiya rayonunda nikah akt qeydinin bağlanmasının vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilməsi faktının müəyyən edilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, verilmiş ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Novruzova (Məhərrəmova) Səmayə Əsəd qızı ilə X6 arasında xx.xx.1982-ci il tarixdə Ermənistan Respublikası Amasiya rayonunda nikah akt qeydinin bağlanmasının vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar