Məhkəmə qərarları › İş №2(125)-2949/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2949/2024

22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2949/2024 22.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, onun vəkili X4, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X8 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi) qarşı «alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət qeydiyyatına dair çıxarışların ləğv edilməsi, mənzilin əvvəlki vəziyyətə qaytarılması və mənzilə köçürülmə» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X8 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi) qarşı xx.xx.2015-ci il tarixdə 4Ə-586 nömrəli reyestrlə və xx.xx.2022ci il tarixdə 4Ə-791 nömrəli reyestrlə 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisində qeydiyyata alınmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, Gəncə şəhəri, Muxtar Avşarov küçəsində yerləşən 49 nömrəli evin 8 nömrəli mənzilinə dair Cavabdeh1 və Cavabdeh2 adına verilmiş çıxarışların ləğv edilməsi, həmin mənzilin əvvəlki hüquqi vəziyyətə qaytarılması və iddiaçının qeyd olunan ünvana köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı N.İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Gəncə şəhəri, M.Avşarov küçəsində yerləşən 49 nömrəli evin 8 nömrəli mənzilində qeydiyyatda olmuş və qazanc əldə etmək üçün tez-tez Rusiya Federasiyasına gedib, geri qayıtmışdır. 2017-ci ildə o, Rusiya Federasiyasında 4 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, həmin cəzasını çəkib, Azərbaycan Respublikasına qayıtdıqda Gəncə şəhəri, M.Avşarov küçəsində yerləşən 49 nömrəli evin 8 nömrəli mənzilində istifadə hüququnun irilməsinə dair Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsindən, həmçinin onun atası X10 X8 etibarnamə verməsindən, X7 mənzili Cavabdeh1 və Cavabdeh1 isə Cavabdeh2 satmasından xəbərdar olmuşdur. O, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, Cavabdeh1 onun atası X10 mülkiyyətində olan mənzili ələ keçirməklə yanaşı ondan aliment də almaqda davam etmişdir. Halbuki, onun atası X10 Cavabdeh1 Gəncə şəhəri, Muxtar Avşarov küçəsində yerləşən 49 nömrəli evin 8 nömrəli mənzildə yaşamasına icazə verməsi məhz Cavabdeh1 alimentdən imtina ilə əlaqədar olmuşdur. Hazırki halda isə Cavabdeh1 öz vədinə əməl etməməklə ondan aliment tələb etməkdə davam edir. Qeyd olunan səbəbdən də onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır və o, qazanc əldə etmək üçün xarici ölkələrə gedib, işləyə bilmir. Cavabdeh2 onunla Cavabdeh1 arasında olan mənzilə dair mübahisədən Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının qəbulundan sonra xəbərdar olmuşdur. Buna görə də o, Cavabdeh2 mənzilin vicdanlı mülkiyyətçisi olduğunu anlayır. Sonda N.İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh qismində dindirilmiş Cavabdeh1 izahatında iddianı qəbul etməyərək, bildirdi ki, Gəncə şəhəri, Muxtar Avşarov küçəsində yerləşən 49 nömrəli evin 8 nömrəli mənzil əvvəllər onun qaynatası, yəni İddiaçı mülkiyyətində olmuş və onlar birlikdə yaşamışlar. Lakin sonradan İddiaçı öz atasına və ona qarşı olan hərəkətləri, eləcə də İddiaçı qumar oyunlarından asılılığı ilə əlaqədar X10 öz oğlu İddiaçı qarşı münasibətləri soyumuş, onu öz qızı kimi qəbul etmiş və onun övladları ilə birlikdə Gəncə şəhəri, Muxtar Avşarov küçəsində yerləşən 49 nömrəli evin 8 nömrəli mənzildə yaşamaqlarına icazə vermişdir. Bir müddət keçdikdən sonra o, Gəncə şəhəri, Muxtar Avşarov küçəsində yerləşən 49 nömrəli evin 8 nömrəli mənzili təmir etmiş və oranı almaq qərarına gəlmişdir. Bununla əlaqədar onun atası X13 mənzilin dəyərini ödəmiş və xx.xx.2015-ci il tarixdə alqısatqı müqaviləsi bağlanmaqla, mənzil onun adına rəsmi reyestrdə qeydə alınmışdır. Daha sonra isə o, mülkiyyətçi hüquqlarından faydalanmaqla 2022-ci ildə Gəncə şəhəri, Muxtar Avşarov küçəsində yerləşən 49 nömrəli evin 8 nömrəli mənzili Cavabdeh2 satmışdır. Gəncə şəhəri, Muxtar Avşarov küçəsində yerləşən 49 nömrəli evin 8 nömrəli mənzilin mülkiyyətçisi X20 xx.xx.2019-cü ildə ölmüş, öldüyü günədək onun həmin mənzilə mülkiyyət hüququnu mübahisələndirməmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə A.N.İddiaçıbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində həmin maddə ilə 30 gün müddətə inzibati həbs tətbiq olunmuşdur. İddiaçı ona qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə məqsədi öz övladlarını saxlamaq üçün aliment öhdəliklərindən azad olmaq istəyidir. İddiaçı alimentdən imtina ilə əlaqədar mənzilin onun adına rəsmiləşdirildiyini bildirsə də, onun adına X20 tərəfindən etibarnamə verildiyi xx.xx.2014-cü ildə tarixdə və ondan sonra İddiaçı axtarışda olmuşdur. Sonda Cavabdeh1 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh qismində dindirilmiş Cavabdeh2 izahatında iddianı qəbul etməyərək, bildirdi ki, o, 2022-ci ilin yay aylarında mənzil almaq qərarına gəlmiş və axtarışlar nəticəsində Gəncə şəhəri, Muxtar Avşarov küçəsində yerləşən 49 nömrəli evin 8 nömrəli mənzili tapmışdır. Qeyd olunan mənzilə dair müqavilə bağlanmamışdan əvvəl daşınmaz əmlakın dövlət reyestri məlumatları yoxlanılmış və həqiqi mülkiyyətçinin Cavabdeh1 olduğu müəyyən edilmişdir. Buna görə də o, Gəncə şəhəri, Muxtar Avşarov küçəsində yerləşən 49 nömrəli evin 8 nömrəli mənzili barədə mübahisə olmadığından əmin olmuş, həmin mənzili xx.xx.2022-ci il tarixdə alqı-satqı əsasında Cavabdeh1 almışdır. Onun Cavabdeh1 və İddiaçı arasında olan mübahisədən məlumatı olmamışdır. Sonda Cavabdeh2 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Digər Cavabdeh3, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməklərinin və ya nümayəndələrinin iştirak etməməklərinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və onun vəkilini, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahatında göstərdi ki, 17 sentyabr 2000-ci il tarixdən 2010-cu ilin may ayınadək o, onun qızı X21, X12 2 övladı, X20, Cavabdeh1 və İddiaçı Gəncə şəhəri, Muxtar Avşarov küçəsində yerləşən 49 nömrəli evin 8 nömrəli mənzilində yaşamışlar. 2010-cu ildə Cavabdeh1 həmin mənzildə yaşayan şəxslərin sayının çox olmasını bildirdiyinə görə o, X20, X21 və 2 övladı Gəncə şəhəri, Muxtar Avşarov küçəsində yerləşən 49 nömrəli evin 8 nömrəli mənzili tərk edib, X10 Şəmkir rayonunun Qədimqala kəndinə köçmüşlər. İddiaçı 2010-2012-cu illərdə orada yaşamış, 2010-cu ilin may ayında İddiaçı da Şəmkir rayonunun Qədimqala kəndinə gəlmiş və onlarla birlikdə yaşamağa başlamışdır. xx.xx.2012-ci il tarixdə İddiaçı və Cavabdeh1 arasında olan nikah pozulmuşdur. xx.xx.2012-ci il tarixdə İddiaçı Rusiya Federasiyasına getmişdir. Onun Cavabdeh1 ilə münasibəti olmasa da X1 Günel Nazim qızının yaşadığı evə gedib-gəlmişdir. 2013-cü ildə X3 Azər Nuru oğluna bir otaqlı mənzil alacağını və alimentdən imtina edəcəyini dediyini bildirmişdir. Daha sonra o və əri X1 Günel Nazim qızı alimentdən imtina etdiyinə görə notariusa gedib, mənzili Cavabdeh1 mülkiyyətinə keçirmişdir. Lakin o, Cavabdeh1 alimentdən imtinaya dair ərizəsini oxusa da surətini almamışdır və ərizə onda yoxdur. Cavabdeh1 Gəncə şəhəri, Muxtar Avşarov küçəsində yerləşən 49 nömrəli evin 8 nömrəli mənzilində öz əmisi oğlu ilə ər-arvad münasibətlərində yaşamış, ailədə qərar verən şəxs kimi X20 buna etiraz edərək, mənzili Cavabdeh1 geri tələb etməmişdir. Həmin vaxt X20 ailədə söz sahibi olduğu üçün o, özü də mənzili Cavabdeh1 mənzili geri tələb edə bilməmişdir. İşdə olan xx.xx.2014-cü il tarixli AR-İ seriyalı 333213 nömrəli etibarnamədən görünür ki, X20 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, bütün əmlakına sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, özəlləşdirmək, dəyişmək, əmlakı ipoteka qoymaq və ipotekanı qəbul etmək haqqında əqdləri bağlamaq və s. səlahiyyətləri Cavabdeh1 etibar etmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 7E-15686 reyetr nömrəli etibarnamədən görünür ki, İddiaçı Cavabdeh1 həvalə etdiyi səlahiyyətlər Cavabdeh1 qızı tərəfindən X14 ötürülmüşdür. İşdə olan X15 tərəfindən verilmiş və xx.xx.2015-ci il tarixdə Gəncə şəhəri 5 saylı notariat ofisində təsdiq edilmiş ərizədən görünür ki, X15Gəncə şəhəri, Muxtar Avşarov küçəsində yerləşən 49 nömrəli evin 8 nömrəli mənzilin özgənikiləşdirilməsinə razılıq vermişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli AB-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh3 X20 adından Gəncə şəhəri, Muxtar Avşarov küçəsində yerləşən 49 nömrəli evin 8 nömrəli mənzili Cavabdeh1 satmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 Gəncə şəhəri, Muxtar Avşarov küçəsində yerləşən 49 nömrəli evin 8 nömrəli mənzili Cavabdeh2 satmışdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli «borclunun axtarılması haqqında» qərardan görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilmişdir. İşdə olan xx.xx.2014-cü il tarixdə X20 tərəfindən verilmiş ərizədən görünür ki, X5 şəhəri, Muxtar Avşarov küçəsində yerləşən 49 nömrəli evin 8 nömrəli mənzilin Cavabdeh1 adına özəlləşdirilməsinə razılıq vermişdir. İş materiallarında olan Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2014-cü il tarixli arayışından görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(043)-1957/2013 nömrəli qətnaməsi ilə xx.xx.2013-cü il tarixdən başlayaraq, İddiaçı xx.xx.2005-ci il tarixdə doğulmuş X22 və xx.xx.2007-ci il tarixdə doğulmuş X23 yetkinlik yaşlarına çatanadək hər ay hər uşağa görə 80 manat, cəmi 160 manat sabit pul məbləğində aliment Cavabdeh1 xeyrinə tutulması qət edilmişdir. Lakin İddiaçı yerini müəyyən etmək mümkün olmadığı üçün onun barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilmişdir. İşdə olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(043)- 2745/2014 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Gəncə şəhəri, Muxtar Avşarov küçəsində yerləşən 49 nömrəli evin 8 nömrəli mənzilinə istifadə hüququ itirilmiş hesab olunmuşdur. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-3709/2021 nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(043)-2745/2014 nömrəli qətnaməsi ləğv edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)- 3278/2022 nömrəli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-3709/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan AZ-İ seriyalı 984667 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X20 xx.xx.2019-cu ildə ölmüşdür. Beləliklə mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı və Cavabdeh1 əvvəllər nikah münasibətlərində olmuşdur. Gəncə şəhəri, Muxtar Avşarov küçəsində yerləşən 49 nömrəli evin 8 nömrəli mənzilin mülkiyyətçisi X3 Azər Nuru oğlunun atası, Cavabdeh1 isə sabiq qaynatasıdır. X20 xx.xx.2014-cü il tarixli AR-İ seriyalı 333213 nömrəli etibarnanə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, bütün əmlakına sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, özəlləşdirmək, dəyişmək, əmlakı ipoteka qoymaq və ipotekanı qəbul etmək haqqında əqdləri bağlamaq və s. səlahiyyətləri Cavabdeh1 etibar etmişdir. İddiaçı Cavabdeh1 həvalə etdiyi səlahiyyətlər Cavabdeh1 qızı tərəfindən xx.xx.2015-ci il tarixli 7E-15686 reyetr nömrəli etibarnamə ilə X14 ötürülmüşdür. xx.xx.2015-ci il tarixli AB-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi ilə Cavabdeh3 X20 adından Gəncə şəhəri, Muxtar Avşarov küçəsində yerləşən 49 nömrəli evin 8 nömrəli mənzili Cavabdeh1 satmışdır. Daha sonra xx.xx.2022-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi ilə Cavabdeh1 Gəncə şəhəri, Muxtar Avşarov küçəsində yerləşən 49 nömrəli evin 8 nömrəli mənzili Cavabdeh2 satmışdır. X20 xx.xx.2019-cu ildə ölmüş və həmin tarixədək Cavabdeh1 Gəncə şəhəri, Muxtar Avşarov küçəsində yerləşən 49 nömrəli evin 8 nömrəli mənzilə mülkiyyətini hər hansı qaydada mübahisələndirməmişdir. İddiaçı Cavabdeh1, Cavabdeh2 və X8 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi) qarşı xx.xx.2015-ci il tarixdə 4Ə-586 nömrəli reyestrlə və xx.xx.2022-ci il tarixdə 4Ə-791 nömrəli reyestrlə 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisində qeydiyyata alınmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, Gəncə şəhəri, Muxtar Avşarov küçəsində yerləşən 49 nömrəli evin 8 nömrəli mənzilinə dair Cavabdeh1 və Cavabdeh2 adına verilmiş çıxarışların ləğv edilməsi, həmin mənzilin əvvəlki hüquqi vəziyyətə qaytarılması və iddiaçının qeyd olunan ünvana köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.2-ci maddəsinə görə mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək, mülki dövriyyəni təmin etmək Mülki Məcəllənin vəzifələri sırasındadır. Həmin Məcəllənin 6.1-ci maddəsinə görə mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin prinsipləri sırasındadır. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 359.1-ci maddəsinə görə əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 359.3-cü maddəsinə görə təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Həmin Məcəllənin 360.1-ci maddəsinə görə əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Həmin Məcəllənin 360.2-ci maddəsinə görə təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Həmin Məcəllənin 362.1-ci maddəsinə görə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir Göründüyü kimi, təmsilçilik bir şəxsin hansısa hüquqi hərəkəti başqa bir şəxsin adından və hesabına yerinə yetirmək, bunun hüquqi nəticələrinin həmin şəxs üçün meydana gəlməsini təmin etməkdir. Bu səbəbdən təmsilçi vasitəsilə əqd bağlandıqda təmsil olunanın əlavə olaraq bir iradə bəyan etməsinə gərək yoxdur. Təmsilçinin hərəkəti təmsil olunanın iradəsinə uyğun hesab edilir. Bununla yanaşı, Mülki Məcəllənin 359.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Bu qaydanın məqsədi təmsil olunanı qorumaqdır. Çünki təmsil edən özü ilə müqavilə bağladıqda bir tərəfdən təmsil olunan adından hərəkət edir, digər tərəfdə isə özü (öz mənafeyi) olur. Bu halda, təmsilçinin özü ilə təmsil edilən qarşıqarşıya gəldiyi üçün təmsil institutundan gözlənilən (umulan) fayda təhlükə altına düşür. Çünki maraqların toqquşması halında təmsilçi öz mənafeyini üstün tuta bilər. Sözügedən məcburi hüquq qaydasının pozulması ilə bağlanmış əqd həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən etibarsızdır. Bununla belə, hüquq ədəbiyyatında hakim olan mövqeyə əsasən, təmsil olunan təmsilçiyə özü ilə müqavilə bağlamaq üçün səlahiyyət vermişsə və ya bağlanan müqavilə mahiyyəti etibarilə mənafe toqquşmasına imkan yaratmırsa (təmsil olunana zərər verən xüsusiyyətə malik deyilsə), yaxud təmsil olunan əqdi sonradan bəyənirsə Mülki Məcəllənin 359.3-cü maddəsinin tətbiqi istisna olunur. Bu hallarda normanın məqsədinə zidd şəkildə tətbiq edilməsi Mülki Məcəllənin mülki dövriyyəni təmin etmək, mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək vəzifələrinə, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı və mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması prinsiplərinə zidd olardı. Qeyd olunan hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsi formalaşdıran xx.xx.2024-cü il tarixli 2(102)-57/2024 nömrəli qərarında da ifadə olunmuşdur. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, X20 adından hərəkət edilməklə Cavabdeh3 tərəfindən Gəncə şəhəri, Muxtar Avşarov küçəsində yerləşən 49 nömrəli evin 8 nömrəli mənzilin Cavabdeh1 satılmasına dair xx.xx.2015-ci il tarixli AB-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi təmsil edilən N.B.Məstanov adından şəxsən Cavabdeh1 özü barəsində bağladığı əqd olmuşdur. Belə ki, Cavabdeh3 X20 tərəfindən verilmiş səlahiyyətlər məhz Cavabdeh1 vasitəsi ilə ötürülmüşdür. Buna görə də X20 adından hərəkət edilməklə Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış əqd ilk baxışda Mülki Məcəllənin 359.3-cü maddəsinin tələblərinə zidd olmuşdur. Lakin həmin əqd X16 tərəfindən bəyənilmiş və bununla da Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən əqdin etibarsızlığı halı istisna edilmişdir. X10 qeyd olunan əqdi bəyənməsinə dair iradəsi isə xx.xx.2015-ci il tarixli AB-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin bağlanmasından N.B.Məstanovun öldüyü xx.xx.2019-cu il tarixədək ötən 3 il 09 ay müddətində həmin əqdin mübahisələndirilməməsi, eləcə də X20 tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli ərizə, habelə məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsi və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsbit olunmuşdur. Belə ki, şahid X11 ifadəsində hətta Cavabdeh1 İddiaçı ilə boşandıqdan sonra Gəncə şəhəri, Muxtar Avşarov küçəsində yerləşən 49 nömrəli evin 8 nömrəli mənzilində öz əmisi oğlu ilə ər-arvad münasibətlərində yaşadığını, ailədə qərar verən şəxs kimi X20 buna etiraz edərək, mənzili Cavabdeh1 geri tələb etmədiyini göstərmişdir. Göründüyü kimi qeyd olunan müqavilə mülkiyyətçi X10 həqiqi iradəsinə əsaslanmış və onun mənafeyinə uyğun olmuş, N.B.Məstanov həmin müqavilə ilə nəzərdə tutulan hüquqları əldə etmişdir. Göstərilənləri təkzib edən, yaxud əksini təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. X2 Cavabdeh1 etibarnamə verməsindən sonra da Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(043)-1957/2013 nömrəli qətnaməsi üzrə icra sənədinin icraatına xitam verilməməsi və İddiaçı aliment öhdəliklərinin icrası ilə əlaqədar barəsində axtarış aparılması mənzilin alimentdən imtina qarşılığında verilməsi müddəasını istisna edir. Digər tərəfdən Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)- 3709/2021 nömrəli qətnaməsi ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli, 2(043)-2745/2014 nömrəli qətnaməsi ləğv edilməklə, İddiaçı Gəncə şəhəri, Muxtar Avşarov küçəsində yerləşən 49 nömrəli evin 8 nömrəli mənzilə istifadə hüququnun təsbit edilməsi əqdin etibarsızlığına səbəb olan hal deyildir. Belə ki, xx.xx.2015-ci il tarixli AB-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi prezumpsiyasına uyğun olaraq, mülkiyyətçi adından bağlanmış əqd olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmunun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydi qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Buna görə də məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, X20 adından hərəkət edilməklə Cavabdeh3 tərəfindən Gəncə şəhəri, Muxtar Avşarov küçəsində yerləşən 49 nömrəli evin 8 nömrəli mənzilin Cavabdeh1 satılmasına dair xx.xx.2015-ci il tarixli AB-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi etibarlı əqddir və iddia həmin əqdin etibarsızlığına dair hissədə təmin olunmamalıdır. Həmçinin məhkəmə İddiaçı hazırki iddiası üzrə digər tələblərinin birinci tələblə əlaqədar olmasını və həmin tələbin rədd edilməsini nəzərə alaraq, hesab edir ki, İddiaçı iddiası xx.xx.2022-ci il tarixdə 4Ə-791 nömrəli reyestrlə 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisində qeydiyyata alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Gəncə şəhəri, Muxtar Avşarov küçəsində yerləşən 49 nömrəli evin 8 nömrəli mənzilinə dair Cavabdeh1 və Cavabdeh2 adına verilmiş çıxarışların ləğv edilməsi, həmin mənzilin əvvəlki hüquqi vəziyyətə qaytarılması və iddiaçının qeyd olunan ünvana köçürülməsi tələbinə dair hissələrdə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X8 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi) qarşı «alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət qeydiyyatına dair çıxarışların ləğv edilməsi, mənzilin əvvəlki vəziyyətə qaytarılması və mənzilə köçürülmə» tələbi barədə iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X8 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi) qarşı «alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət qeydiyyatına dair çıxarışların ləğv edilməsi, mənzilin əvvəlki vəziyyətə qaytarılması və mənzilə köçürülmə» tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar