Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2955/2022 01.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Beynəlxalq Bank ASC-nin Gəncə filialına qarşı əmək haqqının alınması tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Beynəlxalq Bank ASC-nin Gəncə filialına qarşı əmək haqqının alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, *6.*7.2*22-ci il tarixdən bu günə qədər ala bilmədiyin 3 aylıq əmək haqqının, yəni 1*** manatın Azərbaycan Beynəlxalq Bank ASC-nin Gəncə filialı tərəfindən ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə hazırlıq iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Beynəlxalq Bank ASC-nin Gəncə filialının əsl cavabdeh Azərbaycan Beynəlxalq Bank ASC ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Beynəlxalq Bank ASC-nin Gəncə filialına qarşı əmək haqqının alınması tələbinə dair mülki iş baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Beynəlxalq Bank ASC-nin Gəncə filialına qarşı əmək haqqının alınması tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu və ya alındığı gündən 1* (on) gün müddətində Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-2955/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2955/2022
01.12.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver