Məhkəmə qərarları › İş №2(125)-2959/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-2959/2024

10.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-2959/2024 10.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbi ilə bağlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbi ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmə iclasında baxılması 2* iyun 2*24-cü il tarixə, saat 11:15-ə təyin edilmiş və işə baxılmasının vaxtı və yeri haqqında tərəflər lazımi qaydada xəbərdar edilmişlər. Cavabdeh məhkəməyə gəlmiş, İddiaçı nümayəndəsi məhkəməyə gəlməmişdir. İddiaçının nümayəndəsinin məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəmədə məlumat olmadığından işin məhkəmə iclasında baxılması 1*.*7.2*24-cü il tarixə, saat 1*:**a təyin edilmiş və işə baxılmasının vaxtı və yeri haqqında tərəflər lazımi qaydada xəbərdar edilmişlər. İddiaçınə məhkəmə bidirişinin rəsmi qaydada çatdırıldığı barədə xəbərnamə məhkəməyə qayıtmışdır. Ancaq, İddiaçı nümayəndəsi yenə də məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini və işin baxılmamış saxlanılmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə İddiaçı nümayəndəsinin təkrarən məhkəməyə gəlmədiyini və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat vermədiyini, Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini nəzərə alıb, hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin 259.*.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 259.*.7, 26*, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi tarixdən 1* (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar