Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2976/2025 24.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Kərimov Kərim Zeynalabdın oğlunun katibliyi, Ərizəçi Maraqlı şəxs2 iştirakı ilə, Ərizəçi (maraqlı şəxslər 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin Notariat ofisi və Maraqlı şəxs2) “mirasın qəbul edilməsi faktının müəyyən ediləsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Əriəzçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X2 miras qalmış ünvan 1 ünvanda yerləşən 44 saylı mənzili miras kimi qəbul etməsi faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum atası X5 məxsus ünvan 2 ünvanda mənzili vardır. O, Fizuli Quliyevin sağlığından hazırkı vaxta qədər həmin mülkdə yaşamaqla mirası faktiki olaraq qəbul etmişdir. Atasıyla, maraqlı şəxs kimi qeyd etdiyi anası Maraqlı şəxs2 evliliyindən ondan başqa övladları olmamışdır. X7 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Atasının atası X6 xx.xx.1993-cü ildə, anası X8 xx.xx.2016-cı ildə vəfat etmişlər. Hazırda mirası faktiki qəbul edən birinci növbə vərəsə olaraq, miras mülkə görə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyir. Lakin, mirası qəbul etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürməyi ilə əlaqədar 1 saylı Gəncə regional "ASAN xidmət" mərkəzində Notariat ofisi mənə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Lakin o, imtina ilə razı deyil. Əvvəla ona görə ki, o, mirasın qəbulu müddətini buraxmamış, mirasın qəbulunun qanunvericilikdə nəzərdə tutulmuş iki yolu, yəni rəsmi və faktiki qəbulu mümkündür. O, mirası faktiki yolla qəbul etdiyi üçün miras əmlakın mülkiyyətçisi hesab edilir. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs2 ərizənin təmin olunmasına etiraz etməyərək bildirdi ki, X1 və vəfatından sözügedən evdə ərizəçi yaşamışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə həmin maraqlı şəxsin nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək və mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilən 1 saylı Gəncə Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat ofisi tərəfindən Ərizəçi verilmiş xx.xx.2025-ci il tarixli, 892 saylı məktubdan görünür ki, mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı aiddiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə edilən Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən, xx.xx.1960-cı ildə doğulmuş və xx.xx.2023-cü ildə vəfat etmiş X4 ailə tərkibi xx.xx.1959-cu il təvəllüdlü Maraqlı şəxs2, xx.xx.1982-ci il təvəllüdlü Ərizəçi, xx.xx.1985-ci ildə anadan olmuş və xx.xx.2022-ci ildə vəfat etmiş X3 ibarət olmuşdur. İş materiallarına əlavə edilən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixli, ******* saylı çıxarışa əsasən Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayonda istifadədə olan 0.10364 ha torpaq sahəsində yerləşən 15 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində 5-ci mərtəbəsində yerləşən 67.8 kv.m ümumi, 47.1 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 44 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşin tərəflər arasında mübahisələndirilməyən halları ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən 44 nömrəli mənzilin xüsusi mülkiyyət hüququ ilə məxsus olduğu X7 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Mirasın qəbulu ilə bağlı miras qoyanın vərəsələrindən heç biri həmin vaxt notariat orqanına müraciət etməmişlər. Miras qoyan öldükdən sonra onunla birlikdə həmin mənzildə yaşamış qızı Ərizəçi həmin mənzilə faktiki sahiblik etməklə yaşamaqda davam etmişdir. Məhkəmə iclasında ərizəçinin və maraqlı şəxsin izahatları, iş materialları ilə müəyyən olundu ki, ərizəçi miras əmlakı faktiki qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, X7 öldükdən sonra onun qızı- Ərizəçi atasından qalan miras əmlaka sahiblik etməklə və həmin əmlakı faktiki surətdə idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Ondan başqa heç bir vərəsə həmin əmlakı nə notariat qaydada, nə də faktiki qəbul etməmişdir. Mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirdikdə, o, mirası qəbul etmiş sayılır. Odur ki, məhkəmə hesab edir ki, X2 miras qalmış ünvan 1 ünvanında yerləşən 44 nömrəli mənzilin Ərizəçi tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X2 miras qalmış ünvan 1 ünvanında yerləşən 44 nömrəli mənzilin Ərizəçi tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-2976/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2976/2025
24.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver