Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3014/2022 23.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 25 nömrəli evin 39 saylı mənzilinə köçürülmə tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı X.M.Qurbanov məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 25 nömrəli evin 39 saylı mənzili «Gəncəmənziltikinti» LSTB tərəfindən ona 17 may 1993-cü il tarixli 85 nömrəli orderi əsasında çoxuşaqlı ailə üçün verilmişdir. Həmin evdə o, cavabdehlə birlikdə 5 uşaq böyütmüşdür. Lakin 2005-ci il tarixdə onun qızı vəfat etdikdən sonra cavabdehlə aralarında baş vermiş münaqişə ilə əlaqədar həmin mənzili tərk etmiş və heç bir vaxt həmin mənzilə geri qayıtmamış, orada yaşamaq istədiyini bildirməmişdir. O, əvvəllər başqa bir qadınla yaşasa da, həmin qadınla da onun əlaqələri kəsilmişdir. Hazırda isə onun yaşamağa heç bir yeri yoxdur. Buna görə də o, Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 25 nömrəli evin 39 saylı mənzilinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək, bildirdi ki, o və İddiaçı nikaha girmiş, onların birgə nikahlarından 5 uşaqları anadan olmuşdur. Birgə nikah dövründə Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 25 nömrəli evin 39 saylı mənzili «Gəncəmənziltikinti» LSTB tərəfindən 17 may 1993-cü il tarixli 85 nömrəli order əsasında onların istifadəsinə verilmişdir. Lakin İddiaçı 2005-ci il tarixdən sonra həmin mənzildə yaşamamış və həmin mənzildə yaşamaq üçün heç bir təklif göndərməmişdir. Hətta o, əvvəllər birgə nikahdan doğulmuş uşaqların böyüdülməsi və təlim-tərbiyəsi ilə məşğul olmaq üçün iddiaçının onların yanında olmasını, Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 25 nömrəli evin 39 saylı mənzildə yaşamasını arzulasa da, cavabdeh başqa bir qadınla birlikdə yaşamış və həmin ünvana gəlməmişdir. Hazırda isə onunla İddiaçı arasında olan nikahdan doğulmuş uşaqlar yetkinlik yaşına çatmışlar. Həmçinin onunla İddiaçı arasında olan bütün əlaqələr kəsilmişdir. İddiaçının 17 il müddətində yaşamağa təşəbbüs göstərmədiyi mənzildə, 17 il sonra köçməsinə dair məhkəmədə iddia qaldırması isə məntiqsizdir. Sonda Cavabdeh iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, işdə olan Kəpəz Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 17 may 1993-cü il tarixli 85 nömrəli orderin əsli ilə müqayisəli tədqiq edilmiş surətindən görünür ki, İddiaçı 7 nəfərdən ibarət ailəsi ilə birlikdə Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 25 nömrəli evin 39 saylı mənzil sahəsini tutmağa ixtiyarı vardır. Beləkiklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Kəpəz Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 17 may 1993-cü il tarixli 85 nömrəli orderə əsasən İddiaçı 7 nəfərdən ibarət ailəsi ilə birlikdə Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 25 nömrəli evin 39 saylı mənzildə kirayə qalmaq hüququ verilmişdir. Lakin İddiaçı 2005-ci il tarixdən öz iradəsinə uyğun olaraq, həmin mənzili tərk etmiş və başqa yaşayış sahəsinə köçmüş, 17 il müddətində başqa ünvanda yaşamış, həmin müddət ərzində bu və ya digər qaydada Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 25 nömrəli evin 39 saylı mənzilə köçmək və ya orada yaşamaq üçün heç bir təşəbbüs göstərməmişdir. Hazırda isə İddiaçı Cavabdeh qarşı Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 25 nömrəli evin 39 saylı mənzilinə köçürülmə tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə mənzilə köçürülmə üçün qeyd olunan evə istifadə hüququn mövcud olması zəruriliyini nəzərə alaraq, qeyd edir ki, iddiaçının mübahisəli mənzildə istifadə hüququnun olub-olmaması araşdırılmalıdır. Buna görə də məhkəmə mübahisəli hüquq münasibətinə hansı hüquq normasının tətbiq olunması məsələsini araşdırarkən həmin hüquq münasibətinin 1993-cü ildən yarandığını, yəni İddiaçı Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 25 nömrəli evin 39 saylı mənzildən 1993-ci ildən istifadə etməyə başladığını nəzərə alaraq, hesab edir ki, hazırkı mübahisəyə 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 53-cü maddəsinin üçüncü və dördüncü hissələrinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu Məcəllənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə əsasən kirayəçi və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 1999-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış sahəsinə 06 aydan uzun müddətə getdikdə onların yaşayış sahəsindən istifadə hüququ altı ay saxlanılır. Hazırki halda isə İddiaçı 17 il müddətində Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 25 nömrəli evin 39 saylı mənzilindən başqa yaşayış sahəsində yaşamaq üçün getmiş və bununla da həmin şəxsin qeyd olunan mənzildə istifadə hüququ itirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə İddiaçı Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 25 nömrəli evin 39 saylı mənzilinə istifadə hüququnun olmamasını nəzərə alaraq, hesab edir ki, İddiaçı Cavabdeh qarşı Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 25 nömrəli evin 39 saylı mənzilinə köçürülmə tələbi barədə iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 25 nömrəli evin 39 saylı mənzilinə istifadə hüququnun olmamasını nəzərə alaraq, hesab edir ki, İddiaçı Cavabdeh qarşı Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 25 nömrəli evin 39 saylı mənzilinə köçürülmə tələbi barədə iddiası təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-3014/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3014/2022
23.12.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver