Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-3023/2025 22.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X23 Şakir oğlunun sədrliyi, X11 iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi X13 iştirakları ilə; Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Ərizə üzrə tələb: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1936-cı il tarixdə anadan olmuş və xx.xx.2008-ci il tarixdə vəfat etmiş X2 X5nun atası və onun babası (qohumu) olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə üzrə işin faktiki halları: Ərizəçi ərizəsini bununla əsaslandırmışdır ki, X5nun atası X8 xx.xx.1936-cı il tarixdə Ermənistan Respublikasında anadan olmuş və 16 fevral 2008-ci il tarixdə Gəncə şəhərində vəfat etmişdir. X5 23 dekabr 2024-cü il tarixdə Gəncə şəhərində vəfat etmişdir. 28 dekabr 2024-cü il tarixdə atası ilə bağlı Maraqlı şəxs tərəfindən 1250 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. X1 X5na miras qalmış əmlakın sənədləşdirilməsi ilə bağlı babası X6 ölümü haqqında şəhadətnaməsinin alınması ilə bağlı o, Maraqlı şəxsnə müraciət etmişdir. Lakin babası X6 arxiv sənədlərində adı Qəmərşin qeyd olunmuşdur. Ona görə də babası ilə qohumluq əlaqəsi sübut olunmadığı üçün ölüm haqqında şəhadətnaməsinin ona verilməsindən imtina olunmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi X17 ərizənin təmin və ya rədd edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirib qanunamüvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş yazılı sübutlar: - 7 saylı “Bakı Asan xidmət” mərkəzi qeydiyyat şöbəsindən verilmiş 12 aprel 2025-ci il tarixli, 3-16-5-8/M-69-498-2025 nömrəli doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx xxxx 1991-ci ildə Azərbaycan Respublikası, Gəncə şəhərində anadan olmuşdur. Bu barədə 07 iyun 1991-ci il tarixdə Maraqlı şəxsndə 1484 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası: X14, anası: X10r. - Maraqlı şəxsndən verilmiş 19 iyun 2025-ci il tarixli, 3-16-5/8-70-Ş-2050/2025 nömrəli doğum haqqında arayışdan görünür ki, X14 10 may 1962-ci ildə Azərbaycan Respublikası, Gəncə şəhərində anadan olmuşdur. Bu barədə 10 oktyabr 1962-ci il tarixdə Maraqlı şəxsndə 3160 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası: X8, anası: X3. - Maraqlı şəxs 03 fevral 2025-ci il tarixli, 3-16-5/8-15-289 nömrəli məktubundan görünür ki, ərizəçiyə “X2” ölüm haqqında şəhadətnamədə adının “Qəmərşin”dən “Qabilə” düzəliş edilməsi barədə ərizəyə baxıldığı, təqdim edilən sənədlər arasında uyğunsuzluq olduğuna görə olduğuna görə düzəlişin aparılması mümkün olmadığı bildirilərək və bu barədə məhkəməyə müraciət hüququnun olması izah olunmuşdur. Məhkəmənin mövqeyi və tətbiq olunan hüquq: Məhkəmə tərəfləri dinləyib, məhkəmə iclasında tədqiq olunmuş iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir; 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir; 262.3-cü maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 1.3-cü bəndində qeyd olunur: nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1936-cı il tarixdə anadan olmuş və xx.xx.2008-ci il tarixdə vəfat etmiş X2 X5nun atası və onun babası (qohumu) olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etsə də ərizəçinin atası və babası ilə qohumluğu ərizəyə əlavə edilmiş doğum haqqında arayışlara əsasən müəyyən olunduğu əksini tapır. Lakin ərizəçi “X2” ölüm haqqında şəhadətnamədə adının “Qəmərşin”dən “Qabilə” düzəliş edilməsi üçün qeydiyyat şöbəsinə müraciət etsə də sənədlər arasında olan uyğunsuzluq səbəbindən onun xahişi Maraqlı şəxs tərəfindən təmin olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.1936-cı il tarixdə anadan olmuş və xx.xx.2008-ci il tarixdə vəfat etmiş X2 X5nun atası və ərizəçinin babası (qohumu) olması faktı hüququmüəyyənedici sənədlərlə tam təsdiq olunduğundan həmin məsələnin məhkəmədə baxılmalı olmasına lüzum qalmır. Digər tərəfdən məhkəmə qeyd edir ki, ərizəçi “X2” ölüm haqqında şəhadətnamədə adının “Qəmərşin”dən “Qabilə” düzəliş edilməsini istəyirsə bu barədə müvafiq qeydiyyat şöbəsinə müraciət etməli, müraciəti təmin olmadığı təqdirdə isə İnzibati prosessual Məcəlləsinin tələbinə uyğun olaraq həmin orqanın hərəkətindən (hərəkətsizliyindən) Gəncə İnzibati Məhkəməsinə şikayət edə bilər. Göstərilənlərlə bağlı məhkəmə qeyd edir ki, iş üzrə icraata xitam verilməsi işin mahiyyəti üzrə qətnamə çıxarılmadan başa çatdırılmasının elə bir üsulunu nəzərdə tutur ki, bu zaman məhkəmə prosesinin gedişində məhkəməyə müraciət etmiş şəxsin məhkəmə müdafiəsi hüququnun olmadığı və ya onun belə bir hüququnun itirildiyini təsdiq edən və qanunvericilikdə bilavasitə göstərilmiş hallar yaranır və ya belə halların mövcud olması aşkara çıxır. İşin məhkəmədə baxılmalı olmaması işin ümumiyyətlə məhkəməyə aid olmadığını və məhkəməyə aid olsa da, tərəflər arasında mübahisənin olmadığını nəzərdə tutur. Hazırkı mübahisə üzrə də işin məhkəmədə baxılmalı olmaması, yəni faktın aşkar olmasının əsasları məhkəmənin gedişində üzə çıxdığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə icraata, işin məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməli və ərizəçiyə “X2” ölüm haqqında şəhadətnamədə adının “Qəmərşin”dən “Qabilə” düzəliş edilməsi” tələbinin həlli ilə bağlı, əvvəlcə müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququ, həmin orqanın cavabından narazı qaldığı halda isə həmin orqanının hərəkətindən şikayətlə bağlı Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə icraata, işin məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilsin. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-3023/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-3023/2025
22.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver