Məhkəmə qərarları › İş №2(125)-3039/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3039/2025

19.08.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3039/2025 19.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, Cavabdehn nümayəndəsi Nümayəndə5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən şiddətli töhmət verilməsi barədə tətbiq edilmiş 2025-ci il tarixli, 75 nömrəli əmrin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh tərəfindən şiddətli töhmət verilməsi barədə tətbiq edilmiş 10 mart 2025-ci il tarixli, 75 nömrəli əmrin ləğv edilməsi barədə qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, 20 ilə yaxındır ki, Gəncə Dövlət Universitetinin X21 işləyir. Hazırda həmin Kollecin Mədəniyyət və İncəsənət şöbəsinin müdiri vəzifəsində çaslışır. İşlədiyi müddətdə əmək qanunvericiliyinin heç bir tələblərini pozmamışdır. Onun məlumatı olmadan cavabdeh təşkilatın direktor əvəzi Nümayəndə3 tərəfindən 22 noyabr 2024-cü il tarixdə ona töhmət verilmiş, sonradan isə ona direktor əvəzi Nümayəndə3 tərəfindən 10 mart 2025-ci il tarixdə şiddətli töhmət verilmişdir. Qeyd olunan töhmətlərin hansı əsasla verilməsi tam qanunsuzdur və ona cavabdeh tərəfindən nə bildiriş verilməmiş, nə izahatı alınmamış, nə də ki, həmkarların iclası belə keçirilməmişdir. Qeyd olunan əmrdə onun hansı nöqsanlara yol verməsi, əmək funksiyalarının pozulmasının nədə ifadə olunması müəyyən edilmir və edilə də bilməz. Cavabdehn direktoru Nümayəndə3 məhkəməyə ərizə ünvanlayaraq iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsinin əsassız olduğu üçün rədd edilməsini xahiş etmiş, göstərmişdir ki, aşkar olunan nöqsanların xarakterini və miqyasını nəzərə alaraq, iddiaçıya Kollecin xx.xx.2024-cü il 198 saylı əmrə əsasən GDRK sabiq direktoru İ.Kubışev tərəfindən Elm və Təhsil Nazirliyi Kollegiyasının 15 may 2024-cü il tarixli KG-07 qərarı ilə vəzifə borcunu yerinə yetirmədiyinə görə və “Təhsilverənin etik davranış qaydaları”nı pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən iddiaçıya töhmət verilmişdir. Bu töhmətlə iddiaçı tanış olmuşdur. 19 fevral 2025-ci il 42N-1İ əmrə əsasən yaradılmış “Tədrisin təşkil edilməsi sahəsində tədbirlərin həyata keçirilməsi barədə” komissiyanın yoxlama zamanı Kollecin Mədəniyyət və İncəsənət şöbəsində bir sıra kobud nöqsanlar aşkar edilmişdir. Lakin bu tədbirlərə baxmayaraq, o, yol verdiyi nöqsanların aradan qaldırılması istiqamətində hər hansı tədbir görməmiş və əmək funksiyalarını yerinə yetirərkən təkrarən kobud nöqsanlara yol vermişdir. Bu səbəbdən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən, 10 mart 2025-ci il tarixli əmr əsasında ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Şöbə müdiri izahat əvəzi məlumat ərizəsi yazmış və şiddətli töhmətlə tanış olmuşdur. Əsas olaraq iddiaçının 07 mart 2025-ci il tarixli izahatı, Kollecin 25, 26, 27 və 28 fevral 2025-ci il tarixli aktları göstərilir. Həmçinin, 10 mart 2025-ci il tarixində müəllim X4 analıq məzuniyyətinə çıxması və dərslərinin əvəz olunması ilə bağlı verilmiş əmrə baxmayaraq, iddiaçı bu barədə məlumatsız olduğunu bildirərək rəhbərliyə dərslərin 10 gün əvəz olunmadığı ilə bağlı təqdimat vermişdir. Bu fakt bir daha sübut edir ki, iddiaçı tədris prosesindən xəbərsiz olmuşdur. Bundan əlavə, iddiaçı vəzifə təlimatının olmadığı bəhanəsi ilə tədris plan və proqramlarının icrasını təmin etməmişdir. Nəticədə bir sıra müəllimlər dərslərdə iştirak etməmiş və tədris prosesi pozulmuşdur. Bu hallarla bağlı ona dəfələrlə şifahi xəbərdarlıq edilmişdir. Bu cür nöqsanlarla bağlı bu günə qədər bir çox aktlar və izahatlar da mövcuddur. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı Gəncə Dövlət Universitetinin X22 Mədəniyyət və İncəsənət Şöbəsinin müdiri vəzifəsində işləyir. Əmək fəaliyyəti dövründə iddiaçının fəaliyyəti qiymətləndirilmiş, ona təltif və təşəkkürnamələr təqdim edilmişdir. Cavabdeh tərəfindən şiddətli töhmət verilməsi barədə tətbiq edilmiş 10 mart 2025-ci il tarixli, 75 nömrəli əmrdə iddiaçının hansı nöqsanlara yol verməsi, əmək funksiyalarının pozulmasının nədə ifadə olunması, töhmətin əsas və səbəblərinin nədən ibarət olduğu müəyyən edilmir. Sözügedən əmrdə iddiaçının 07 mart 2025-ci ildə izahat verməsi qeyd olunsa da, cavabdeh tərəfindən iddiaçıya qeyd olunan töhmətlərin verilməsi barədə nə bildiriş verilməmiş, nə izahatı alınmamış, nə də ki, həmkarların iclası belə keçirilməmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş aktları imza edən əməkdaşlar ümumiyyətlə həmin gün iş yerində olmamış, həmin aktlar sonrakı günlərdə işdən çıxarılmaları barədə hədə-qorxu edilməklə əməkdaşlar tərəfindən imzalanmışdır. Həmçinin həmin aktlar tərtib edilərkən iddiaçının iştirakı təmin edilməmişdir. Cavabdeh tərəfindən sözügedən 10 mart 2025-ci il tarixli əmr iddiaçıya həmin tarixdə təqdim olunmuş, bundan sonra iddiaçı mediasiya təşkilatına müraciət etmiş və məhkəmədə iddia qaldırmışdır. Verilmiş əmr qanunvericiliyin tələblərinə uyğun verilmədiyindən qanunsuz və tam əsassızdır. Cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi vəzifə təlimatı iddiaçının işdən çıxarıldığı vaxtdan sonra, yəni 2025-ci ilin aprel ayında tərtib edilmişdir. Cavabdeh müəssisənin özü tərəfindən daxili intizam qaydaları təsdiq edilsə də, qanunvericiliyə əsasən cavabdeh müəssisənin belə bir səlahiyyəti yoxdur. Şöbə müdirinin müəllimlərin dərsə gəlib-getməsinə nəzarət etməsinə dair əmək funksiyası yoxdur. İddiaçı Mədəniyyət və İncəsənət Şöbəsinin müdiri vəzifəsində işləməklə əmək funksiyaları konsertlərin təşkilini, konsertlərdə tələbələrin iştirakını təmin etmək və s. əhatə edir. Tədrisin təşkili məsələləri şöbə müdirinin əmək funksiyasına daxil olsa da, müəllimlərin dərsdə iştirak edib-etməməsi şöbə müdirinin nəzarət etməli olduğu məsələ deyil. Məhkəmə iclasında iştirak etdən iddiaçı izahatında bildirdi ki, cavabdeh tərəfindən şiddətli töhmət verilməsi barədə tətbiq edilmiş 10 mart 2025-ci il tarixli, 75 nömrəli əmr qanunsuzdur. Dərsə gəlməyən 2 nəfər müəllim barədə məlumatı cavabdeh müəssisənin direktoru Nümayəndə3 məlumat vermişdir. Həmin ərəfələrdə analıq məzuniyyətinə gedən Səyyarə müəllimin dərslərinin bölünməsi barəsində müəllimlər arasında mübahisə gedirdi. Onunla cavabdeh müəssisənin direktoru Nümayəndə3 arasında olan mübahisənin səbəbi onun xx.xx.2025-ci il tarixdə Nümayəndə3 ilə guya telefonda yüksək səs tonu ilə danışması olmuşdur. xx.xx.2025-ci il tarixdə “Yeni Azərbaycan Partiya”sının binasında 8 mart Qadınlar günü münasibətilə konsert proqramı təşkil olunmuşdur, həmin konsert proqramına müəllimləri və tələbələri ilə birlikdə o da dəvətli idi. O, direktor müavini Aslan müəllimdən icazə alaraq məhz müəllimləri, tələbələri və ansamblı ilə birlikdə həmin tədbirə qatılmışdır. Həmin tədbirə direktor Nümayəndə3 da qatılmışdır. Direktor onu tədbirdə görəndən sonra axşam saat 17:00-da onu çağıraraq kimdən icazə alaraq tədbirdə iştirak etməsini soruşmuşdur. O isə direktora zəng etdiyini, lakin telefonu açmadığından müavinə zəng edərək icazə aldığını demişdir. İddiaçı qeyd etdi ki, sözügedən yoxlamalarda özü iştirak etməmiş, ümumiyyətlə izahatı alınmamış, həmçinin izahat verməkdən imtina etməmişdir. Ümumiyyətlə işə davamiyyət məsələsi direktor və direktor müavininə aid məsələdir. Müəllimlər hər gün işə davamiyyət kitabçasına imza edirlər, direktor da hər gün onu yoxlayır. Müəllim işə gəlmədiyi halda fənn birləşmə sədri direktora təqdimat yazaraq dərsin əvəzlənməsini xahiş edir. Bundan sonra ona icra edilməsi üçün sərəncam gəlir. İş artıq məhkəməyə gəlib çıxdıqdan sonra müəllimlərdən həmin hadisə ilə bağlı izahat alınmağa başlanmışdır. Dəfələrlə işlə bağlı qüsurlar barəsində direktora vaxtında məlumat vermiş, lakin direktor bunlara məhəl qoymamışdır. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi iddia əsassız olduğundan iddia tələbini qəbul etmədiyini bildirdi və qeyd etdi ki, iddiaçıya 10 mart 2025ci il tarixli “şiddətli töhmətin tətbiq edilməsi barədə” əmrin verilməsi müəllimlərin işə davamiyyəti ilə əlaqədar olmuşdur. “Şiddətli töhmətin tətbiq edilməsi barədə” əmrdən əvvəl cavabdeh tərəfindən iddiaçı barəsində töhmət verilmişdir. Bu ilin aprel ayına kimi işçilərin heç birinin vəzifə təlimatı olmamış, bununla bağlı kadrlar şöbəsinə töhmət verilmiş, lazımı tədbirlər görülmüşdür. Buna baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X2 şöbə müdirinin əmək funksiyaları konkret şəkildə təsbit olunmuşdur. Şöbə müdirinin əmək funksiyalarına tədris plan və proqramlarının yerinə yetirilməsini təmin etmək, dərs cədvəlinin tərtibi üçün müvafiq sənədləri hazırlamaq, dərs cədvəli üzrə məşğələlərin keçirilməsinə nəzarət etmək və təhsilalanların dərsə davamiyyətinə, intizamına nəzarət etmək daxildir. İşçinin əmək funksiyaları əmək müqaviləsinin 3-cü bəndində, daha konkret olaraq vəzifə təlimatında təsbit olunmuşdur. Müəssisədə 8 şöbə müdiri var, hər birinin əmək funksiyaları eynidir. Məhz iddiaçının rəhbərlik etdiyi şöbədə işləyən müəllimlərin kütləvi şəkildə dərsdə olmaması ilə bağlı komissiya tərəfindən araşdırma aparılmış, iddiaçının əmək funksiyalarında pozuntuya yol verdiyi aşkar olunmuşdur. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin X10 direktoru Nümayəndə3 tərəfindən “vəzifə dəyişikliyi barədə” 21 nömrəli, 25 aprel 2025-ci il tarixli əmrindən görünür ki, Nümayəndə3 25 aprel 2025-ci il tarixindən Gəncə Dövlət Universitetinin X10 tədris işləri üzrə direktor müavini vəzifəsindən Gəncə Dövlət Universitetinin X10 direktoru vəzifəsinə keçirilmişdir. Əsas kimi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 25 aprel 2025-ci il tarixli, 3-29-68/3-1-70K-2025 saylı əmri olmuşdur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin X10 direktoru Nümayəndə3 tərəfindən “əmək müqaviləsinin müddətinin uzadılması barədə” 228 nömrəli, 11 avqust 2025-ci il tarixli əmri ilə aşağıdakılar əmr edilmişdir: 1.Gəncə Dövlət Universitetinin X22 direktoru Nümayəndə3 ilə bağlanılmış əmək müqaviləsinin müddəti 15 avqust 2025-ci il tarixindən 15 fevral 2026-cı il tarixinədək 6 (altı) ay müddətinə uzadılsın.

2. Tapşırılsın kadrlar üzrə mütəxəssisə M.C.Rəcəbovaya əmrin surətinin aidiyyatı üzrə çatdırılmasını təmin etsin. Həmin əmrdə əsas kimi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 11 avqust 2025-ci il tarixli 3-29-68/3-1-202K / 2025 saylı əmri qeyd olunmuşdur. İş materiallarında olan 05 sentyabr 2018-ci il tarixli, A seriyalı 149607 nömrəli diplomun ksero surətindən görünür ki, dövlət attestasiya komissiyasının 20 iyun 2018-ci il tarixli qərarına əsasən, Azərbaycan Milli Konservatoriyası tərəfindən İddiaçı musiqişünaslıq ixtisası üzrə ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilməsi barədə diplom verilmişdir. 13 fevral 2023-cü il tarixli, AM seriyalı 046580 nömrəli diplomun ksero surətindən görünür ki, ixtisaslaşdırılmış şuranın 22 iyun 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən İddiaçı musiqişünaslıq istiqamətinin etnomusiqişünaslıq ixtisaslaşması üzrə magistr dərəcəsi verilməsinin barədə diplom verilmişdir. İş materiallarında olan, əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən X68 ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən iş yerinin adı X68, əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2010-cu il tarixi, əmək müqaviləsinin növü müddətsiz, əməyin ödənilməsinin forması işəmuzd, işçinin aylıq əmək haqqının məbləği 717,50 manat olmuşdur. Həmin bildirişin sistemə daxil edilmə tarixi xx.xx.2020-ci il olmuşdur. İş materiallarına X53 ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli, xxxxxxx000100 nömrəli əmək müqaviləsinin bağlanması ilə əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair xx.xx.2014-cü il tarixli məlumat verilmişdir. İş materiallarında olan, əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən Cavabdeh ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən iş yerinin adı ümumi orta təhsil (ikinci dərəcəli), əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2021-ci il tarixi, əmək müqaviləsinin növü müddətsiz, əməyin ödənilməsinin forması vaxtamuzd, işçinin aylıq əmək haqqının məbləği 423 manat olmuşdur. Həmin bildirişin sistemə daxil edilmə tarixi xx.xx.2021-ci il olmuşdur. İş materiallarına Cavabdeh ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsi əlavə edilmişdir. İş materiallarında olan, əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən Cavabdeh ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən iş yerinin adı ümumi orta təhsil (ikinci dərəcəli), əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2021-ci il tarixi, əmək müqaviləsinin növü müddətsiz, əməyin ödənilməsinin forması vaxtamuzd, işçinin aylıq əmək haqqının məbləği 423 manat olmuşdur. Həmin bildirişin sistemə daxil edilmə tarixi xx.xx.2021-ci il olmuşdur. İş materiallarında olan, əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən Cavabdeh ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən iş yerinin adı Cavabdeh, əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2021-ci il tarixi, əmək müqaviləsinin növü müddətsiz, əməyin ödənilməsinin forması vaxtamuzd, işçinin aylıq əmək haqqının məbləği 866,70 manat olmuşdur. Həmin bildirişin sistemə daxil edilmə tarixi xx.xx.2022-ci il olmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin X10 həmin vaxt direktor vəzifəsini icra edən dos.İlqar Kubışov tərəfindən İddiaçı barəsində tətbiq edilmiş “intizam tənbehinin verilməsi” haqqında 198 nömrəli, 22 noyabr 2024-cü il tarixli əmrindən görünür ki, Gəncə Dövlət Universitetinin X22 "Mədəniyyət və İncəsənət" şöbəsinin müdiri İddiaçı vəzifə funksiyalarını keyfiyyətlə yerinə yetirmədiyinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 mav 2024-cü il tarixli KQ - 07 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış Qaydaları"nın tələblərini pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən töhmət verilmişdir. Əsas kimi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 21 noyabr 2024-cü il tarixli, 3-29-68/3-1-225K-2024 saylı əmri olmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin X10 həmin vaxt direktor vəzifəsini müvəqqəti icra edən Nümayəndə3 tərəfindən İddiaçı barəsində tətbiq edilmiş “intizam tənbehinin verilməsi” haqqında 75 nömrəli, 10 mart 2025-ci il tarixli əmrindən görünür ki, müəssisədə tədrisin qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil edilməsi və pedaqoji heyətin işə davamiyyətinin yoxlanılması zamanı Kollecin Mədəniyyət və İncəsənət şöbəsində bir sıra kobud nöqsanlar aşkar edilmişdir. Aşkar olunan nöqsanların xarakterini, Kollecin Mədəniyyət və İncəsənət şöbəsinin müdiri İddiaçı Kollecin 22 noyabr 2024-ci il tarixli 198 nömrəli əmrlə töhmət verilməsinə baxmayaraq, yol verdiyi nöqsanların aradan qaldırması istiqamətində işlər görmədiyini, əmək funksiyalarını yerinə yetirdiyi zaman kobud nöqsanlara yol verdiyini nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmr edilmişdir:

1. Mədəniyyət və İncəsənət şöbəsinin müdiri İddiaçı əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilsin.

2. Gəncə Dövlət Universiteti X22 direktor vəzifəsini müvəqqəti icra edən Nümayəndə3 Mədəniyyət və incəsənət şöbəsinin müdiri İddiaçı töhmət verilməsini təmin etsin.

3. Kadrlar şöbəsinin müdiri bu əmrin surətinin aidiyyəti üzrə çatdırılmasını təmin etsin. Həmin əmrdə əsas kimi İddiaçı 07 mart 2025-ci il tarixli izahatı, Kollecin 25 fevral, 26 fevral, 27 fevral və 28 fevral tarixli aktları. İş materiallarında olan Gəncə Dövlət Universitetinin X10 həmin vaxt direktor vəzifəsini müvəqqəti icra edən Nümayəndə3 tərəfindən təsdiqlənmiş və komissiyasnın sədri Nümayəndə3, üzvlər X25, X16, X17 və X26 tərəfindən tərtib edilmiş 25 fevral və 26 fevral 2025-ci il tarixli aktlardan görünür ki, Gəncə Dövlət Universitetinin X11 xx.xx.2025-ci il tarixində müəllimlərin dərsdə davamiyyətinin yoxlanılması zamanı aşağıda adları qeyd olunan müəllimlər dərsə iştirak etməyiblər: 1.X12 – müşaiyətçi, 2.X39 – müşayiətçi. İş materiallarında olan Gəncə Dövlət Universitetinin X10 həmin vaxt direktor vəzifəsini müvəqqəti icra edən Nümayəndə3 tərəfindən təsdiqlənmiş və komissiyasnın sədri Nümayəndə3, üzvlər X25, X16, X17 və X26 tərəfindən tərtib edilmiş 26 fevral və 27 fevral 2025-ci il tarixli aktlardan görünür ki, Gəncə Dövlət Universitetinin X11 xx.xx.2025-ci il tarixində müəllimlərin dərsə davamiyyətinin yoxlanılması zamanı aşağıda adları qeyd olunan müəllimlər dərsə iştirak etməyiblər: 1.X12 – müşaiyətçi, 2.X34 – illiüstrator. İş materiallarında olan Gəncə Dövlət Universitetinin X10 həmin vaxt direktor vəzifəsini müvəqqəti icra edən Nümayəndə3 tərəfindən təsdiqlənmiş və komissiyasnın sədri Nümayəndə3, üzvlər X25, X16, X17 və X26 tərəfindən tərtib edilmiş 27 fevral və 28 fevral 2025-ci il tarixli aktlardan görünür ki, Gəncə Dövlət Universitetinin X11 xx.xx.2025-ci il tarixində müəllimlərin dərsə davamiyyətinin yoxlanılması zamanı aşağıda adları qeyd olunan müəllimlər dərsə iştirak etməyiblər: 1.X27 – müəllim, 2.X13 – müəllim, 3.X28 – müəllim, 4.X29 – müşayiətçi, 5.X35 – müşayiətçi,

6. X34 – illiüstrator, 7.X50 - illiüstrator. İş materiallarında olan Gəncə Dövlət Universitetinin X10 həmin vaxt direktor vəzifəsini müvəqqəti icra edən Nümayəndə3 tərəfindən təsdiqlənmiş və komissiyasnın sədri Nümayəndə3, üzvlər X25, X16, X17 və X26 tərəfindən tərtib edilmiş 28 fevral və 03 mart 2025-ci il tarixli aktlardan görünür ki, Gəncə Dövlət Universitetinin X11 xx.xx.2025-ci il tarixində müəllimlərin dərsə davamiyyətinin yoxlanılması zamanı aşağıda adları qeyd olunan müəllimlər dərsə iştirak etməyiblər: 1.X40 – müəllim, 2.X3 – müəllim, 3.X41 – müəllim, 4.X42 – müəllim, 5.X14 – müəllim, 6.X36 – müəllim, 7.X43 – müəllim, 8.X51 – müəllim, 9.X5 – müəllim, 10.X30 – müəllim, 11.X6 – müəllim, 12.X18 – müşayiətçi, 13.X44 – müşayiətçi, 14.X1 – müşayiətçi,

15. X34 – illiüstrator, 16.X19 – illiüstrator, 17.X31 – illiüstrator, 18.X59 – illiüstrator. İş materiallarında olan Gəncə Dövlət Universitetinin X10 direktoru Nümayəndə3 həmin kollecin şöbə müdiri İddiaçı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məlumatda İddiaçı qeyd etmişdir ki, Şöbə tərəfindən yoxlamalar keçirmişdir, yoxlama zamanı aktlaşdırıb direktora təqdim etmişdir, direktorun yaratdığı komissiya nəticəsində yoxlamalar olmuş, həmin komissiya tərəfindən aktlar tərtib olunmuşdur. Şöbədə bütün müəllimlərə dərslərdə davamlı gəlmələri barədə iclaslar keçirmiş və məlumatlandırmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X2 şöbə müdirinin əmək funksiyaları təsbit olunmuşdur: tədris-tərbiyə işlərini təşkil edir və ona rəhbərlik edir. Tədris plan və proqramlarının yerinə yetirilməsini təmin edir, dərs cədvəlinin tərtibi üçün müvafiq sənədləri hazırlayır. Dərs cədvəli üzrə məşğələlərin keçirilməsinə nəzarət edir. Təhsilalanların dərsə davamiyyətinə, intizamına nəzarət edir. Pedaqoji şurada baxılacaq materialların hazırlanmasında iştirak edir. Təhsilalanlar tərəfindən kurs və buraxılış işlərinin yerinə yetirilməsinə nəzarət edir. Laboratoriya - imtahan sessiyasının təşkilində, hesabatların hazırlanmasında iştirak edir. Təhsilalanların təqaüdlə təmin olunmasını müəyyənləşdirir. Təhsilalanların tədris-metodiki materiallarla təmin olunmasında iştirak edir. Şöbənin fəaliyyəti barədə direktor və tədris işləri üzrə direktor müavini qarşısında hesabat verir. İş materiallarına Gəncə Dövlət Universitetinin X22 “Mədəniyyət və İncəsənət” şöbəsi üzrə 2024-2025-ci tədris ili üçün həmin vaxt direktor vəzifəsini icra edən dos.İ.N.Kubışov tərəfindən xx.xx.2024-cü il tarixdə təsdiqlənmiş iş planı əlavə edilmişdir. İş materiallarına GDU X22 direktoru Nümayəndə3 tərəfindən xx.xx.2025-ci il tarixdə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli “direktorun vəzifə təlimatı” və xx.xx.2025-ci il tarixli “şöbə müdirinin vəzifə təlimatı” əlavə edilmişdir. Həmçinin iş materiallarına GDU X22 AHİK-nin sədri M.İ.Əsgərova tərəfindən xx.xx.2025-ci il tarixdə razılaşdırılmış və Gəncə Dövlət Universitetinin X22 həmin vaxt direktor vəzifəsini müvəqqəti icra edən Nümayəndə3 tərəfindən xx.xx.2025-ci il tarixdə təsdiq edilmiş daxili intizam qaydaları və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsus sistemdən Nümayəndə3 əmək müqaviləsinə dəyişikliklər edilməsi barədə çıxarışlar əlavə edilmişdir. İş materiallarında olan Gəncə Dövlət Universitetinin X22 həmin vaxt direktor vəzifəsini müvəqqəti icra edən Nümayəndə3 “İnstrumental ifaçılıq” fənn birləşmə sədri K.İ.Hüseynova tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli təqdimatda K.İ.Hüseynova bildirmişdir ki, Kollecin “İnstrumental ifaçılıq” fənn birləşməsinin müəllimi X20 analıq məzuniyyətinə çıxdığı üçün xx.xx.2025-ci il tarixindən onun dərs yükünün aşağıdakı kimi əvəz edilməsinə icazə verilməsini xahiş edir: X7 əvəz olunacaq dərs yükü aşağıdakı kimidir: 1)Əliquziyeva Sevda - 73ЗА1 - 1 tələbə - X9 2)Əhmədova Nurcan - 73ЗА1 - 1 tələbə - X45 3)Verdiyeva Fidan - 73ЗА12 - 1 tələbə - X15. İş materiallarında olan, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin X10 həmin vaxt direktor vəzifəsini müvəqqəti icra edən Nümayəndə3 tərəfindən qəbul edilmiş “sosial məzuniyyət verilməsi haqqında” 58 nömrəli, 03 mart 2025-ci il tarixli əmrindən görünür ki, X20 - Kollecin musiqi müəlliminə Azərbaycan Respublikasının Əməl Məcəlləsinin 125-ci maddəsinin 1-ci hissəsinə əsasən 01 mart 2025-ci il tarixdən 04 iyul 2025-ci il tarixinədək (hamiləlik və doğuma görə) 126 təqvim günü ödənişli sosial məzuniyyət verilməsi və 05 iyul 2025-ci il tarixdə işdə hesab olunması əmr edilmişdir. Əsas kimi Gəncə şəhəri BXPHŞ Cavadxan ASM-nin xx.xx.2025ci il tarixli, SN 00008 seriyalı, ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi qeyd olunmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin X10 həmin vaxt direktor vəzifəsini müvəqqəti icra edən Nümayəndə3 tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 16 yanvar tarixli, 12 nömrəli Qərarına əsasən qəbul edilmiş “2024/2025-ci tədris ili üçün dərs yüklərinin əvəz olunması haqqında” 03 mart 2025-ci il tarixli əmri ilə aşağıdakılar əmr edilmişdir: 1.Kollecin “İnstrumental ifaçılıq” fənn birləşməsinin müəllimi X20 analıq məzuniyyətinə çıxdığı üçün xx.xx.2025-ci il tarixindən onun dərs yükü aşağıdakı kimi əvəz edilsin. X7 əvəz olunacaq dərs yükü aşağıdakı kimidir: 1)Əliquziyeva Sevda - 73ЗА1 - 1 tələbə - X9 2)Əhmədova Nurcan - 73ЗА1 - 1 tələbə - X45 3)Verdiyeva Fidan - 73ЗА12 - 1 tələbə - X15.

2. Cədvəldə yaranan uyğunsuzluq şöbə müdiri tərəfindən aradan qaldırılsın.

3. Tapşırılsın kadrlar şöbəsinin müdirinə (M.İ.Əsgərova ) əmrin surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etsin.

4. Əmrin icrasına nəzarət tədris işləri üzrə direktor müavininə (Nümayəndə3) tapşırılsın. Həmin əmrdə əsas kimi Kollecin fənn birləşmə sədru K.İ.Hüseynovanın təqdimatı və direktor vəzifəsini müvəqqəti icra edən Nümayəndə3 dərkənarı olmuşdur. İş materiallarında olan Gəncə Dövlət Universitetinin X10 direktoru Nümayəndə3 həmin kollecin şöbə müdiri İddiaçı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli təqdimatda İddiaçı qeyd etmişdir ki, kollecin müəllimi X20 xx.xx.2025-ci il tarixdən analıq məzuniyyətinə çıxdığı üçün onun dərsləri artıq 10 gündür ki, əvəz olunmur, odur ki, tələbələrin tədris prosesinin davamlılığını təmin etmək üçün ixtisasa uyğun müəllim təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Həmin maddənin Vİ hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Məhkəmə hazırkı iş üzrə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsinə görə əmək mübahisəsi dedikdə, əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; əmək normalarının, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsi; əmək müqaviləsində nəzərdə tutulan iş yerinin dəyişdirilməsi; əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması; məzuniyyət hüququnun həyata keçirilməsi; intizam tənbehi verilməsi; əməyin mühafizəsinin təşkili və təmin edilməsi; işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi; müsabiqə komissiyasının qərarının qanuni, obyektiv və ədalətli olub-olmamasının araşdırılması; istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində işçiyə və ya onun ailə üzvlərinə vurulan ziyana görə əvəzin məbləğinin müəyyən edilməsi və ödənilməsi; səhmlər və ya digər qiymətli kağızlar üzrə ödəmələrin məbləğlərinin müəyyən edilməsi və ödənilməsi, habelə özəlləşdirmə prosesində və sonralar əmək münasibətləri ilə bağlı normaların tətbiq edilməsi; əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi başa düşülür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 3-cü maddənin 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsinin 3-cü maddəsinin 9-cu hissəsinə görə əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Həmin Məcəllənin 12-ci maddəsinin a) və b) bəndlərinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələridir. Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsi sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. İddiaçının tələbinin faktiki əsası ondan ibarətdir ki, cavabdeh təşkilatın Mədəniyyət və incəsənət şöbəsinin müdiri vəzifəsində işlədiyi müddətdə əmək qanunvericiliyinin heç bir tələbini pozmadığı halda ona cavabdeh tərəfindən şiddətli töhmət verilmişdir. Ona görə də hesab edir ki, cavabdeh tərəfindən şiddətli töhmət verilməsi barədə tətbiq edilmiş 10 mart 2025-ci il tarixli, 75 nömrəli əmr ləğv edilməlidir. Əmək Məcəlləsinin 182.1-ci maddəsinə əsasən müəssisələrdə əmək müqavilələri, habelə bağlanmış kollektiv müqavilələr üzrə tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması məqsədi ilə müəssisədaxili intizam qaydaları qəbul edilə bilər. Məcəllənin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək, ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək kimi intizam tənbehlərindən birini verə bilər. Məcəllənin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Həmin Məcəllənin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Məcəllənin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Əmək Məcəlləsinin 189-cu maddəsinin 3-cü hissəsinə əsasən intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Məcəllənin 190.1-ci maddəsinə əsasən intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. Məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən tərəflərin izahatlarına, iş materiallarında olan yazılı sübutlara əsasən müəyyən edildi ki, iddiaçı, cavabdeh təşkilatın - Cavabdeh Mədəniyyət və incəsənət şöbəsinin müdiri vəzifəsində işləyir. Cavabdehin 75 nömrəli, 10 mart 2025-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən Mədəniyyət və incəsənət şöbəsinin müdiri İddiaçı əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehi verilmiş, əsas kimi İddiaçı 07 mart 2025-ci il tarixli izahatı, Kollecin 25 fevral, 26 fevral, 27 fevral və 28 fevral tarixli aktları qeyd edilmişdir. Həmin aktlara görə Gəncə Dövlət Universitetinin X11 xx.xx.2025, xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərində müəllimlərin dərsə davamiyyətinin yoxlanılması zamanı şöbənin bir neçə işçiləri - müəllim, müşayiətçi və illiüstrator dərsdə iştirak etməyiblər. Məhkəmə qeyd edir ki, intizam tənbehi işəgötürənin işçiyə əmək müqaviləsi ilə ona həvalə edilmiş əmək vəzifələrini yerinə yetirməməsinə və ya lazımınca yerinə yetirməməsinə, əmək intizamına (daxili əmək qaydalarına) əməl etməməsinə və ya əməyin mühafizəsi tələblərinin pozulmasına görə tətbiq edə biləcəyi qeyri-maddi məsuliyyətdir. Əmək intizamı təsbit edilmiş qaydadır və həmin qayda qorunmadan müəssisələrdə işçilərin birgə əmək prosesində uzlaşdırılmış fəaliyyətini təmin etmək mümkün deyildir. Ona görə də işçilər Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, əmək müqaviləsinə, müəssisənin lokal normativ aktlarına müvafiq surətdə müəyyən olunmuş qaydalara tabe olmalıdırlar. İşçilərin birgə əmək fəaliyyəti zamanı davranışı lokal normativ akt olan müəssisədaxili intizam qaydaları ilə müəyyən olunur. İntizam - kollektivin bütün üzvləri üçün məcburi olan qəti surətdə təsbit edilmiş qaydaya tabeçiliyi ifadə edir. İntizam tənbehi intizam xətasına görə verilə bilər. İntizam xətasını səciyələndirən əlamətlərdən biri ondan ibarətdir ki, intizam xətası işçinin onun üzərinə əmək müqaviləsi, müəssisədaxili intizam qaydalarını tənzimləyən normativ aktlar və əmək hüququnun digər normaları ilə qoyulmuş əmək vəzifələrini hüquqazidd olaraq təqsirli surətdə icra etməməsində, yaxud lazımınca icra etməməsində ifadə olunur. Qanunvericilikdə işçi müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə işəgötürən tərəfindən intizam məsuliyyətinə cəlb edilə bilməsi müəyyən edilmişdir. Bu pozuntuların işçi tərəfindən qəsdən törədilməsi ilə bağlı sübutetmə yükü də işəgötürənin üzərindədir. İlk növbədə qeyd olunmalıdır ki, mübahisəli 10 mart 2025-ci il tarixli əmrdə iddiaçıya töhmət verilməsinə əsas kimi “yol verdiyi nöqsanların aradan qaldırması istiqamətində işlər görmədiyi, əmək funksiyalarını yerinə yetirdiyi zaman kobud nöqsanlara yol verdiyi” qeyd olunsa da bu nöqsanların tərkibi açıqlanmamış, konkret olaraq iddiaçı tərəfindən əmək qanunvericiliyinin və yaxud əmək müqaviləsinin hansı şərtlərinin pozulması şərh edilməmişdir. Bununla yanaşı əmrdə Mədəniyyət və incəsənət şöbəsinin müdiri İddiaçı əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə əsaslanılarkən şöbənin bir neçə işçisinin, yəni bir neçə müəllim, müşayiətçi və illiüstrator dərsdə iştirak etməməsi ilə bağlı tərtib olunmuş xx.xx.2025, xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixli aktlara istinad olunmuşdur. Lakin cavabdehin məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X2, GDU X22 AHİK-nin sədri M.İ.Əsgərova tərəfindən xx.xx.2025-ci il tarixdə razılaşdırılmış və Gəncə Dövlət Universitetinin X22 həmin vaxt direktor vəzifəsini müvəqqəti icra edən Nümayəndə3 tərəfindən xx.xx.2025-ci il tarixdə təsdiq edilmiş daxili intizam qaydalarında, eləcə də iş materiallarına əlavə edilmiş Gəncə Dövlət Universitetinin X22 “Mədəniyyət və İncəsənət” şöbəsi üzrə 2024-2025-ci tədris ili üçün həmin vaxt direktor vəzifəsini icra edən dos.İ.N.Kubışov tərəfindən xx.xx.2024-cü il tarixdə təsdiqlənmiş iş planında sözügedən əmr verilən zaman qeyd edilən şöbə müdirinin şöbənin əməkdaşlarının, yəni təhsilverənlərin işə davamiyyətinə məsul olması və ya nəzarət etməsi kimi hər hansı əmək funksiyasının, vəzifəsinin olması görünmür. Həmçinin, cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, bu ilin aprel ayına kimi işçilərin heç birinin vəzifə təlimatı olmamış, bununla bağlı kadrlar şöbəsinə töhmət verilmişdir. Cavabdehin təqdim etdiyi xx.xx.2025-ci il tarixli “direktorun vəzifə təlimatı” və xx.xx.2025-ci il tarixli “şöbə müdirinin vəzifə təlimatı” isə sözügedən əmr verildikdən sonra, xx.xx.2025-ci il tarixdə GDU X22 direktoru Nümayəndə3 tərəfindən təsdiq edilmişdir. Məhkəmə iş materiallarına əsasən xüsusən qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X2 şöbə müdirinin əmək funksiyaları təsbit olunmuşdur: tədris-tərbiyə işlərini təşkil edir və ona rəhbərlik edir. Tədris plan və proqramlarının yerinə yetirilməsini təmin edir, dərs cədvəlinin tərtibi üçün müvafiq sənədləri hazırlayır. Dərs cədvəli üzrə məşğələlərin keçirilməsinə nəzarət edir. Təhsilalanların dərsə davamiyyətinə, intizamına nəzarət edir. Pedaqoji şurada baxılacaq materialların hazırlanmasında iştirak edir. Təhsilalanlar tərəfindən kurs və buraxılış işlərinin yerinə yetirilməsinə nəzarət edir. Laboratoriya imtahan sessiyasının təşkilində, hesabatların hazırlanmasında iştirak edir. Təhsilalanların təqaüdlə təmin olunmasını müəyyənləşdirir. Təhsilalanların tədris-metodiki materiallarla təmin olunmasında iştirak edir. Şöbənin fəaliyyəti barədə direktor və tədris işləri üzrə direktor müavini qarşısında hesabat verir. Göründüyü kimi, istinad edilən aktlar üzrə iddiaçının intizam məsuliyyətinə səbəb olacaq hərəkətin (hərəkətsizliyin) mövcudluğu müəyyən edilmir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 10 mart 2025-ci il tarixli, 75 nömrəli intizam tənbehinin verilməsi haqqında əmrdə İddiaçı əmək funksiyalarının icrasında yol verdiyi nöqsanları cavabdeh tərəf sübuta yetirə bilmədiyindən iddiaçı həmin əmrin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməli və qeyd edilən əmr ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi:

İddia təmin edilsin. İddiaçı şiddətli töhmət verilməsinə dair Cavabdeh tərəfindən qəbul olunmuş 10 mart 2025-ci il tarixli, 75 nömrəli əmr ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar