Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-31/2025 13.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X37 Şakir oğlunun sədrliyi, X12 iclas katibliyi, İlk iddia üzrə iddiaçılar Y.B.Hüseynova, İddiaçı2, A.V.Əmiraslanova (Fətəliyeva), M.V. Əliyeva (Fətəliyeva), K.V. Mehdiyevanın (Fətəliyevanın) etibarnamə üzrə nümayəndəsi, Gəncə Regional vəkil bürosunun vəkili Nümayəndə1, ilk iddia üzrə iddiaçılar İddiaçı1, Əmiraslanova (Fətəliyeva) Afət Vəli qızı və Məmmədova (Fətəliyeva) Afət Vəli qızının, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 və vəkili (Gəncə Regional vəkil bürosunun vəkili) Nümayəndə2 iştirakları ilə, İddiaçı1, İddiaçı2, X4, İddiaçı3, İddiaçı4 və İddiaçı6 Cavabdeh qarşı «miras əmlaka payın müəyyən edilməsi» tələbinə dair ilkin, Cavabdeh İddiaçı1, İddiaçı2, X13, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 qarşı «onunla cavabdeh İddiaçı1 vərəsə tanıyıb, Gəncə şəhəri, Səməd Vurğun küçəsi 65 ünvanında yerləşən miras əmlak onunla cavabdeh İddiaçı1 tərəfindən qəbul edildiyindən qarşılıqlı iddia üzrə digər cavabdehlər mirasın qəbulu üçün 6 aylıq müddəti ötürdüklərindən miras əmlakın üzərində onunla cavabdeh İddiaçı1 ½ hissədə mülkiyyət hüququnun tanınmasına” tələbinə dair qarşılıqlı iddia tələbləri üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi:
1. İlk iddia üzrə tələb: İlk iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, X13, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı «mülkiyyət hüququnun tanınması və mülkün naturada bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri, Səməd Vurğun küçəsi 65 ünvanında yerləşən və mərhum X5 miras qalmış mülkə onların adına mülkiyyət hüququ verilməsi, vərəsələrin tanınması və mülkün naturada vərəsələr arasında bölünməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra ilk iddia üzrə iddiaçılar məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Gəncə şəhəri, Səməd Vurğun küçəsi 65 ünvanında yerləşən və mərhum X5 miras qalmış mülkə onların və Cavabdeh hər birinin 1/8 hissədə miras payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İlk iddia üzrə tələbin əsaslandığı hallar: İlk iddia tələbi belə əsaslandırılmışdır ki, o, yəni Hüseynova X10 Vəli Abbas oğlu ilə xx.xx.1958-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və Gəncə şəhəri, Səməd Vurğun küçəsi 65 nömrəli evə gəlin gəlmişdir. Birgə ər-arvad münasibətindən 7 övladı doğulmuşdur. İddia ərizəsində qeyd edilən iddiaçılar və cavabdeh kimi göstərilən şəxs onun övladlarıdır. Bildirmək istəyir ki, o, sözügedən mülkə gəlin gələn zaman mülkdə çiy kərpicdən köhnə evlər olmuşdur. 1959-cu ildə əri Vəli Fətəliyevlə birlikdə həmin evləri sökərək yerində öz vəsaitləri hesabına yeni iki mərtəbəli ev inşa etdirmişlər. Bütün övladları həmin evdə dünyaya göz açmış, orada böyüyüb boya-başa çatmışlar. Qızları ailə qursalar da daim ata evi ilə sıx təmasda olmuşlar. Övladlarından Mehdiyeva (Fətəliyeva) Könül Vəli qızı ailəliklə onun yanında yaşamaqla qeydiyyatdadır. Mülkün birinci mərtəbəsində o, ikinci mərtəbəsində oğlu - Cavabdeh ailəsi ilə yaşayır. Cavabdeh və onun iki oğul övladları mülkdə qeydiyyatdadır, qızı ailə qurub, ər evində qeydiyyatdadır. Arvadı isə başqa ünvanda qeydiyyatdadır. Sözügedən mülk ünvan 1ləşməklə 0.0272 ha torpaq sahəsində 2 mərtəbəli, 2 otaqlı 44.2 kvadratmetr, yaşayış 43.1 kvadratmetr köməkçi sahədən ibarət olmaqla həyat yoldaşı X7 adına qeydə alınmış və Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı xx.xx.2008-ci il tarixli çıxarış verilmiş və 16 nömrəli kitabın 107 nömrəli vərəqəsində qeydiyyata alınmışdır. Bildirmək istəyir ki, cavabdeh ona və bacılarına hörmətlə yanaşmır, daim dava-dalaş, qalmaqal yaradır. Onlar arasında artıq ziddiyyətlər əmələ gəlmişdir. O, birgə yaşayış qaydalarına əməl etməyərək, ona bir ana kimi hörmət etmir. Həyətdə müxtəlif heyvanlar, o cümlədən də sortluq itlər gətirərək, saxlayıb böyüdüb satır, qazanc əldə edir. Həyətdə antisanitariya hökm sürür, hava çatmır. İsti yay günlərində üfunət iyindən durmaq olmur. O, yaşlı və xəstədir. Bunu götürə bilmir. O, cavabdehin bu hərəkətlərə son qoymasını ona irad tutan zaman itləri onun üstünə salır. Onu bu yaşlı vaxtında döyür, təhqir edir. İki dəfə polisə bu barədə ərizə ilə müraciət etmişdir. Bu barədə polisdə material da var. Polislər cavabdehə bu hərəkətlərinə son qoyması barədə xəbərdarlıq ediblər. Lakin cavabdeh əməllərini davam etdirir. Mülkün kommunal xərclərinin çoxu onun tərəfindən ödənilir. Çox nadir halda kommunal xərclərə cavabdeh şərik olur. O, pensiya alır. Yaşlı və xəstə olduğundan işləmə qabiliyyətini itirmişdir. Pensiyası onu görmür, dərmanlarını alıb, özünü müalicə etdirə bilmir. Bu hal cavabdehi bir övlad kimi narahat belə etmir. Həyat yoldaşı Vəli Fətəliyev xx.xx.1996-cı ildə Gəncə şəhərində vəfat etmişdir. Ərinin dəfin mərasimi onun tərəfindən öz vəsaiti hesabına təşkil edilmişdir. Bunu təsdiq edən şahidlər də var. Ərinin ölümündən sonra mülk daim onun tərəfindən idarə olunmuşdur. Mülkdə onun ailəsindən başqa heç kim yaşamamışdır. Mülkə rəsmi sənəd əldə etdikdən sonra o, bir həyat yoldaşı kimi notariat orqanına gedərək, mülkün mülkiyyət hüququnu adına qeydiyyata aldırmaq istəmişdir. Bütün övladları buna razılıq versə də, cavabdeh olan oğlu Cavabdeh buna razı olmamış və bundan tamamilə imtina etmişdir. Buna görə də notarius ona məhkəmədə iddia tələbi irəli sürməyi izah etmişdir. Qeyd etmək istəyir ki, bütün övladları mülkün onun adına rəsmiləşdirilməsinə razıdırlar. İddiaçılar atalarından miras qalmış mülkdən onlara düşən paylarını tələb edirlər. Cavabdeh könüllü buna razılıq vermir, çalışır ki, mülkün hamısını ələ keçirsin. Bu isə digər vərəsələrin hüquqlarını kobud şəkildə pozur. Bu səbəbdən də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur.
3. Qarşılıqlı iddia üzrə tələb: İlk iddia üzrə Cavabdeh qarşılıqlı iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, X13, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 qarşı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Səməd Vurğun küçəsi 65 ünvanında yerləşən miras əmlaka onunla cavabdeh İddiaçı1 ½ hissədə mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Qarşılıqlı iddia üzrə tələbin əsaslandığı hallar: Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçılar ona qarşı Gəncə şəhər Məhkəməsində «Miras mülkə mülkiyyət hüququ vərəsəliyin tanınması, mülkün naturada vərəsələr arasında bölünməsi» tələbinə dair iddia qaldırmışlar. İş üzrə cavabdeh olaraq ilk iddia üzrə iddiaçılara qarşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155- 156-cı maddələrinə istinad edib qarşılıqlı iddia qaldırmaq məcburiyyətindədir. Bildirir ki, miras əmlakı o və ilk iddia üzrə iddiaçı olan anası İddiaçı1 faktiki qəbul edib idarə etmişlər. Digər ilk iddia üzrə iddiaçılar və qarşılıqlı iddia izrə cavabdehlər mirası qəbul etmək üçün 6 aylıq müddəti ötürmüşlər. Onlar atası rəhmətə gedməmişdən qabaq ailə həyatı qurub mülkdən köçüb getmişlər. Onlar mirası nə rəsmi qaydada, nə də faktiki qəbul etməmişlər. Ona görə də miras əmlak üzərində mirası faktiki qəbul edib idarə edən şəxslər kimi onun və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qanun üzrə vərəsə kimi hüquqları tanınmalıdır. Qarşılıqlı iddia üzrə digər cavabdehlərin mirası qəbul etmək üçün 6 aylıq müddəti ötürdükləri üçün miras əmlak üzərində onun və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 ½ hissədə mülkiyyət hüququnun tanınmasına dair qətnamə qət edilməlidir. Onu da xatırladır ki, miras əmlakda o və anası yaşamışdır. Miras əmlak o və anası faktiki idarə etmişdir. İlk iddia üzrə digər iddiaçılar miras mülkdə yaşayıb faktiki mirası idarə etməmişlər.
5. Tərəflərin izahatları: Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı1 ilk iddianı müdafiə edib iddianın məzmununa uyğun izahat verdi, əlavə olaraq izahatında bildirdi ki, o, 1958-ci ildə X22 ilə nikaha girmiş, birgə nikahlarından Nəbi, Heyran, Afət, Sayat, Solmaz, Mehriban və Könül adlı uşaqları doğulmuşdur. Əri Vəli 28 iyun 1996-cı ildə vəfat etmişdir. Onun vəfatından sonra ünvan 2 ünvanda yerləşən əmlak miras qalmışdır. Əri Vəlinin sağlığında qızlarının hər biri ərə getmişlər. Vəlinin vəfatından sonra miras əmlakda o, və oğlu Nəbi yaşamışdır. Qızı Könül həmin vaxt ərdə olmuş, bir neçə il sonra Könül evlərini satdığı üçün gəlib onlarla birlikdə yaşamışdır. Digər qızları miras əmlakda ərdə olduqları üçün yaşamamışdır. Buna baxmayaraq miras əmlakdan bütün uşaqlarına pay verilməsini istəyir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı Əmiraslanova (Fətəliyeva) Afət Vəli qızı ilk iddianı müdafiə edib iddianın məzmununa uyğun izahat verdi, əlavə olaraq izahatında bildirdi ki, o, Validə ilə Vəlinin övladıdır. 1962-ci ildə miras əmlak olan ünvan 2 ünvanda anadan olmuşdur. 1982-ci ildə ailə qurduğu üçün miras əmlakdan köçüb getmişdir. Atasının ölümündən sonra miras əmlakda yaşamamış, nə də hər hansı notariat kontoruna mirasın qəbulu ilə bağlı müraciət etməmişdir. Lakin anası və qardaşı Nəbi miras əmlakı idarə etmiş, bacısı Könül də miras əmlaka gedib gəlmişdir. O, atasının vəfatından sonra miras əmlakda yaşamasa da hazırda yaşamağa heç bir yeri olmadığına görə hesab edir ki, miras əmlakdan ona da pay verilməlidir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı Məmmədova (Fətəliyeva) Sayat Vəli qızı ilk iddianı müdafiə edib iddianın məzmununa uyğun izahat verdi, əlavə olaraq izahatında bildirdi ki, o, Validə ilə Vəlinin övladıdır. Miras əmlak olan ünvan 2 ünvanda anadan olmuş, lakin 1986-cı ildə ailə qurduğu üçün miras əmlakdan köçüb getmişdir. Atasının ölümündən sonra miras əmlakda yaşamamış, nə də hər hansı notariat kontoruna mirasın qəbulu ilə bağlı müraciət etməmişdir. Lakin miras əmlakdan qardaşı Nəbi ilə yanaşı ona da pay verilməsini istəyir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçılar Y.B.Hüseynova, İddiaçı2, A.V.Əmiraslanova (Fətəliyeva), İddiaçı5 (Fətəliyeva), İddiaçı6 (Fətəliyevanın) etibarnamə üzrə nümayəndəsi, Gəncə Regional vəkil bürosunun vəkili Nümayəndə1 ilk iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verdi, qarşılıqlı iddia ərizəsini isə qismən qəbul edərək bildirdi ki, mərhum Vəli Fətəliyevin vərəsələri olan arvadı və 7 uşağının hər birinə miras əmlakdan pay verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, ilk iddia üzrə digər iddiaçı Yusifova (Fətəliyeva) Solmaz Vəli qızı məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasına gəlməməsinin səbəblərinin üzrlü olması barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Yusifova (Fətəliyeva) Solmaz Vəli qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh etibarnamə üzrə nümayəndəsi (qızı) Nümayəndə3 ilk iddia tələbini qəbul etməyib, qarşılıqlı iddianı müdafiə etdi və qarşılıqlı iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verdi. Sonda isə qarşılıqlı iddia tələbinin təmin edilməsini, yəni miras əmlakı faktiki olaraq qəbul etmiş Cavabdeh və İddiaçı1 miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
6. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar; - Seriya MH, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən yaşayış evi tam mülkiyyət hüququ üzrə X7 (**********07-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli) mülkiyyətindədir. - Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X22 01 may 1936-cı il tarixdə anadan olmuşdur. X3, anası X8r. - AZ-İİ 247917 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 28 iyun 1996-cı il tarixdə ağciyər ürək çatmamazlığı səbəbindən ölmüşdür. - Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16- 5/8-13-3003/2025 nömrəli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X22 barəsində xx.xx.2025-ci il tarixədək yoxlama aparılmış və informasiya sistemində ailə üzvləri barəsində aşağıdakı məlumatlar aşkar edilmişdir: 1) Arvad – Fətəliyeva (Hüseynova) Validə Bağır qızı (1941) 2) Uşaq – Cavabdeh (xx.xx.1959), 3) Uşaq – İddiaçı2 (xx.xx.1960), 4) Uşaq – X23 (xx.xx.1962), 5) Uşaq – X19 (xx.xx.1964) 6) Uşaq – X14 (xx.xx.1966), 7) Uşaq – Fətİddiaçı5 (xx.xx.1968) 8) Uşaq – X20 (xx.xx.1974) - 2 saylı Gəncə regional “ASAN” xidmət mərkəzində Qeydiyyat Şöbəsindən verilmiş 24 dekabr 2025-ci il tarixli, 05/1398 nömrəli arayışdan görünür ki, X6 və X20 arasında xx.xx.1993-cü ildə Gəncə şəhər Kəpəz rayon VVADQ şöbəsində 600 nömrə ilə nikah qeydə alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsindən məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, ünvan 2 ünvanda yerləşən ev xx.xx.1956-cı il tarixli, 61-21705 reyestr nömrəli “Bəxşeyiş” müqaviləsinə əsasən X15 tərəfindən X16 bağışlanmışdır. X7 adına xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********07-10301 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi 27 aprel 2023-cü il tarixli, 1156 nömrəli məktubunda İddiaçı1 bildirmişdir ki, vərəsələr arasında mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olduğu üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün deyildir. Ona görə də məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur.
7. Məhkəmə iclasında müəyyən edilən hallar: Tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, X21 Abbas oğlu 01 may 1936-cı il tarixdə anadan olmuşdur. X2 (Hüseynova) Validə Bağır qızı ilə 1958-ci ildə nikaha daxil olmuşdur. Onların birgə nikahından Cavabdeh, İddiaçı2, X23, X19, X14, Fətİddiaçı5 və X20 adlı 7 uşaqları anadan olmuşdur. X22 28 iyun 1996-cı il tarixdə ağciyər ürək çatmamazlığı səbəbindən ölmüşdür. X1 vəfatından sonra ünvan 2 ünvanda yerləşən yaşayış evi miras qalmışdır. Həmin ev mirasqoyanın mülkiyyətinə bağışlama qaydasında keçmişdir. Mirasqoyanın ölümündən sonra miras əmlakda onun arvadı Fətəliyeva (Hüseynova) Validə Bağır qızı və övladı X25 yaşamaqla mirası faktiki qəbul etmişdir. Mirasqoyanın digər vərəsələri olan qızları - İddiaçı2, X23, X19, X14, Fətİddiaçı5 və X20 X11 sağlığında ailə quraraq ər evinə gəlin köçmüşlər, mirasqoyanın ölümündən sonra miras əmlakda yaşamamış, yəni mirası faktiki qəbul etməmiş, nə də notariat orqanına mirasın qəbulu ilə bağlı ərizə verməmişlər.
8. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını və mülki işin materiallarını araşdıraraq hesab edir ki, ilk iddia qismən, qarşılıqlı iddia isə tam təmin edilməlidir. Belə ki, işin tərəflər arasında mübahisələndirilməyən halları ondan ibarətdir ki, ünvan 3 ünvanı X7 xüsusi mülkiyyətindədir. O, həmin evə mülkiyyət hüququnu bağışlama müqaviləsi əsasında əldə etmişdir. X22 mirasqoyan olub ilk iddia üzrə İddiaçı1 əri, digər tərəflərin isə atasıdır. X7 birinci növbə vərəsələri kimi arvadı və 7 uşağı vardır. Mirasqoyanın vərəsələrindən İddiaçı2, X23, X19, X14, Fətİddiaçı5 və X20 X11 sağlığında ailə quraraq ər evinə gəlin köçmüşlər. X11 ölümündən sonra miras əmlakda yaşamamış, yəni mirası faktiki qəbul etməmiş, nə də notariat orqanına mirasın qəbulu ilə bağlı ərizə verməmişlər. Belə olan halda ilk iddia üzrə iddiaçılar İddiaçı2, X23, X19, X14, Fətİddiaçı5 və X9 mərhum Vəli Fətəliyevdən miras qalmış ünvan 3 ünvanından pay düşə bilməz. Bundan başqa qeyd olunmalıdır ki, X11 ölümündən sonra miras əmlakda onun arvadı Fətəliyeva (Hüseynova) Validə Bağır qızı və övladı X25 yaşamaqla mirası faktiki qəbul etmişdir. Ona görə də miras əmlakdan yalnız Fətəliyeva (Hüseynova) Validə Bağır qızı və X25 pay almalıdır. Tətbiq olunan hüquqa gəlincə məhkəmə qeyd etməyi lazım bilir ki, mirasqoyan Vəli Fətəliyev xx.xx.1996-cı ildə vəfat etdiyinə görə vərəsəlik hüquq münasibəti həmin tarixdən yaranmışdır. Bu baxımdan həmin dövr üçün qüvvədə olan, yəni xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin vərəsəlik hüququna dair maddi hüquq normaları tətbiq olunmalıdır. Belə ki, xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 530-cu maddəsinə əsasən, aşağıdakılar vərəsə ola bilərlər: qanun üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar; vəsiyyət üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Prosessual məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Beləliklə məhkəmənin qənaətinə əsasən ilk iddia tələbi qismən, qarşılıqlı iddia tələbi tam təmin olunmalı, xx.xx.1996-ci il tarixdə vəfat etmiş X5 miras qalmış ünvan 3 ünvanında yerləşən miras əmlaka ilk iddia üzrə İddiaçı1 və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh hər birinin ½ (ikidə bir) hissədə miras payları müəyyən olunmalıdır. İlk iddia tələbi qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddia tələbləri üzrə müvafiq olaraq ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə,
qət etdi:
İlk iddia tələbi qismən, qarşılıqlı iddia tələbi tam təmin olunsun. xx.xx.1996-cı il tarixdə vəfat etmiş X5 miras qalmış ünvan 3 ünvanında yerləşən miras əmlaka ilk iddia üzrə İddiaçı1 və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh hər birinin ½ (ikidə bir) hissədə miras payları müəyyən olunsun. İlk iddia tələbi qalan hissədə əsassız olduğundan rədd edilsin. Məhkəmədə iddia qaldırılması üçün iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu onlara aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov