Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3127/2024 03.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının məyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi, Maraqlı şəxs qismində göstərməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə, sonradan isə tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əri - xx.xx.1976-cı il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə Gəncə şəhərində ölməsi faktının müəyyən edlməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə X7 xx.xx.1976-cı il tarixdə doğulmuşdur. X7 ərizəçinin əridir. Belə ki, onlar Gəncə şəhəri Nizami rayonu VVADQ şöbəsində 435 nömrəli akt qeydi ilə rəsmiləşdirməklə xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuşlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 3-16-5/8-15-807 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu ilə ərizəçinin ərinin ölümünün qeydə alınmasından imtina edilmişdir. Ərizəçi yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət edərək, ərizəsində qeyd etmişdir ki, mərhum X7 onun həyat yoldaşıdır, o, xx.xx.1976-cı il tarixdə Gəncə şəhərində doğulmuşdur. X7 ilə ünvan 1 ünvanında birlikdə yaşamışlar, xx.xx.2024-cü il tarixdə İsa işə getmək adı ilə evdən çıxıb getmiş, lakin həmin gün evə gəlməmişdir. xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində İsanın evlərinin yaxınlığındakı yardımçı tikilidə intihar etdiyini eşitmişdir, İsanın son zamanlarda bankdan kredit götürdüyü üçün borcları yaranmışdır. İsa son günlərdə biraz durğun və fikirli görünürdü. Hesab edir ki, İsa bankdan kredit götürdüyü üçün borcları yarandığından özünü asaraq intihar etmişdir. Gəncə Şəhər Prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X1 xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən X4 yaşadığı evin həyətində olan yarımtikilinin tavanından dəmir parçasına bağladığı elektrik naqili ilə özünü asaraq intihar etməsi faktında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. X7 xx.xx.2024-cü il tarixdə Gəncə şəhər qəbiristanlığında dəfn edilmişdir, onun ölümünə dair sənəd almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, oradan ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. X5 aid ölüm haqqında tibbi şəhadətnamə almaq üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Gəncə Şəhər Birləşmiş Xəstəxana” X8 TTTYS-nə müraciət etmiş, lakin şəhadətnamə veirlməsindən imtina edilmişdir. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizəsinin təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, rəsmi nikahda olduğu əri İsa xx.xx.2024-cü il tarixdə işə getmək adı ilə evdən çıxıb getmiş, adətən saat 20:00-21:00 radələrində evə qayıtsa da, lakin həmin gün evə gəlməmişdir. xx.xx.2024-cü il tarixdə ərinin saat 20:00 radələrində evə qayıtmadığını görüb, qardaşını çağırmış, qardaşı evlərinin yaxınlığındakı yardımçı tikiliyə baxaraq onun orada olduğunu demişdir. Bundan sonra ərinin özünü asaraq intihar etdiyini bilmişdir, onunla ailə-məişət zəmnində heç bir problemləri olmamışdır, lakin İsa son vaxtlar spirtli içkilərin aludəçisi olmuşdur, qabaqcadan intihar edəcəyini hiss etdirməmişdir. Həmin sənəd ona müvafiq sosial yardım, pensiya ilə əlaqədar lazımdır. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Maraqlı şəxs, məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etdiyindən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, mərhum X7 onun qardaşıdır, ata və anaları vəfat etmişdir, ailədə bir bacı bir qardaş olmuşlar, xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində İsanın evlərinin yaxınlığındakı yardımçı tikilidə intihar etdiyini eşitmişdir. Qardaşının nə üçün intihar etməsi ilə bağlı heç bir fikri yoxdur, qardaşı kabel televiziyasında çəkilişlər etməklə məşğul olmuşdur, ölümündən əvvəl son zamanlar spirtli içkilər içmişdir, o, Gəncədə qəbiristanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirdi ki, mərhum X4 arvadının, yəni ərizəçinin qardaşıdır, həmçinin İsanın iş yoldaşı olmuşdur. Hadisə baş verən gün səhər saatlarında işə getmişdir, müdir ona İsanın işə gəlmədiyini, nömrəsinə isə zəng çatmadığını demişdir, evdəkilərdən soruşduqda isə İsanın evdə olmadığını bildirmişlər. Axşamtərəfi işdən çıxdıqdan təxminən yarım saat sonra bacısı ona zəng edərək ərinin çox vaxt spirtli içkilər qəbul edib evin yaxınlığındakı yardımçı tikilidə olduğunu, hazırda da orada ola biləcəyini bildirərək yardımçı tikiliyə baxmasını xahiş etmişdir. Yardımçı tikiliyə qalxandan sonra mərhum İsanın orada boynundan asılı vəziyyətdə, ayağının birinin yataqda, digərinin stolda olduğunu görmüşdür. Bundan sonra təcili yardım maşını gəlmişdir. Mərhum İsa ölümündən əvvəl son zamanlar spirtli içkilər içmişdir, o, Gəncədə “Səbizkar” adlanan qəbiristanlıqda dəfn edilmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.1976-cı ildə doğulmuş X4 xx.xx.2024-cü il tarixdə Gəncə şəhərində ev şəraitində ölməsi tam sübuta yetirilir. Belə ki, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” X9 Təcili və X3 Stansiyasının ölüm haqqında məlumat vərəqəsinə görə xx.xx.2024-cü il tarixdə, saat 21:50-də ünvan 3 ünvana X7 adına çağırış olmuşdur, çağırış yerinə gələn TTTYS-in çağırışçı həkimi Şıxıyeva Bəturə xəstəyə həkimə qədər ölüm – intihar diaqnozu qoymuş, polisə məlumat verilmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş, Gəncə şəhər prokurorunun köməkçisi X1 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 19 aprel 2024-cü il tarixli qərarının surətindən görünür ki, X4 intihar etməsi faktı üzrə ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanması cinayət hadisəsi olmadığına görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Gəncə Şəhər Birləşmiş Xəstəxana” X8 Uşaq Xəstəxanası 18-1-37-2/3-1/2024 nömrəli, xx.xx.2024-cü il tarixli ərizəçiyə cavab məktubu ilə xx.xx.1976-cı il təvəllüdlü X5 aid ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs ərizəçiyə göndərdiyi 3-16- 5/8-15-807 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunda ölüm haqqında tibbi şəhadətnamə olmamasını nəzərə alaraq, ərizənin təmin edilməsinin mümkün olmadığı bildirilmiş və imtinanın əsası kimi qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. İş materiallarına əlavə edilmiş, Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri Azad Qarayevin məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, X4 intihar etməsi ilə bağlı Gəncə şəhər prokurorluğunda toplanmış 188-C-24 nömrəli material üzrə Gəncə şəhər prokurorunun köməkçisi X2 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19 aprel 2024-cü il tarixli qərar onun tərəfindən öyrənilərək qanuni və əsaslı hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar – MPM) 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, X7 ərizəçinin əridir. X7 09 aprel 2024-cü ildə Gəncə şəhərində ölmüşdür. Bu fakt, şahidlərin ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri, eləcə də Gəncə şəhər prokurorluğunun müvafiq qərarı ilə təsdiq olunur. Ərizəçi ölümü təsdiq edən tibbi şəhadətnaməni ala bilməmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığından isə ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyətində qeyd edilməsi mümkün olmamışdır. X4 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd ərizəçiyə müvafiq sosial yardım, pensiya ilə əlaqədar lazımdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 04 noyabr 1976-cı il tarixdə doğulmuş X4 09 aprel 2024-cü il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-3127/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3127/2024
03.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver