Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3159/2025 24.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) qarşı “doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X3, anası X6 olmaqla xx.xx.1968-ci ildə Ermənistan Respublikasının Vardenis rayonunun Böyük Məzrəkəndində doğulmağı faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 06 avqust 1968-ci ildə Ermənistan Respublikasının Vardenis rayonunun Böyük Məzirə kəndində anadan olmuşdur. X3, anası X6 olmuşdur. Ermənistan Respublikasından qaçqın düşdükdən sonra bütün sənədləri kimi doğum şəhadətnaməsi də itmişdir. Birinci qrup əlildir, birinci qrupa əlilə baxdığına görə qardaşına müavinət verilməlidir. Lakin qohumluq münasibətləri doğum şəhadətnamələri olmadığından təsdiq olunmur. Məhkəmə iclasında ərizəçi ərizəsində yazılanların izahatı olaraq qəbul edilməsini və ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aklarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalara əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Beləki, doğum haqqında akt qeydinin bərpası üçün kifayət qədər sənəd təqdim edə bilmədiyindən doğumunu bərpa etmək imkanları xaricindədir. Bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışından görünür ki, verilmişdir istefada olan əsgər xx.xx.1968-ci il təvəllüdlü Ərizəçi ondan ötrü ki, o, həqiqətən xx.xx.2005-ci ildə Gəncə şəhəri Kəpəz rayon hərbi həkim komissiyası tərəfindən xəstəliklər cədvəlinin İ qrafısının 30-cu maddəsinin “A” bəndinə əsasən (AR MN-nin 2000-ci il tarixli 95 nömrəli əmri) hərbi xidmətə yararsız hesab edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, Firuddini 32 ildir ki tanıyır, hazırda qapı qonşusudurlar. Firuddinin anası Asiya idi, anasının soyadı və ata adını tam xatırlamır. Firuddinin atasını tanımayıb, ad və soyadını bilmir. Atası Ermənistan Respublikasında vəfat etmişdir, anasının vəfatından bir il keçməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, Firuddin qardaşıdır. Eyni ana-atadan doğulmuşlar. O, 1962-ci il təvəllüdlüdür, Firuddinin doğum tarixini dəqiq bilmir, Firuddin ondan sonra doğulub. X2 vəfat edib, hələ bir ili tamam olmayıb. X1 Ermənistan Respublikasında olarkən vəfat etmişdir. Belə ki, ərizəçinin izahatı, şahidlərin ifadələri və işin materialları ilə Ərizəçi xx.xx.1968-ci ildə Ermənistan Respublikası, Vardenis (Basarkeçər) rayonunda doğulması, atasının X5, anasının X6 olması tam sübuta yetirilir. Mülki işin materiallarından da görünür ki, Ərizəçi doğum haqqında şəhadətnamənin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin doğum akt qeydinin bərpası üçün lazım olan sənədlər təqdim olunmadığına görə onun doğum akt qeydinin bərpasından imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi doğumunun qeydi faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi Ərizəçi doğum akt qeydinin bərpa etməkdən və yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki Ərizəçi doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi öz adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə Ərizəçi X3, anası X6 olmaqla xx.xx.1968-ci ildə Ermənistan Respublikası, Vardenis (Basarkeçər) rayonunda doğumunun vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilməsi faktı müəyyən edilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, verilmiş ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə ərizə təmin edildiyindən ərizənin verilməsi üçün ödənilməli olan 100 manat dövlət rüsumu ərizəçidən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi X3, anası X6 olmaqla xx.xx.1968-ci ildə Ermənistan Respublikası, Vardenis (Basarkeçər) rayonunda doğumunun vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilməsi faktı müəyyən edilsin. Ərizənin verilməsi üçün ödənilməli olan 100 (yüz) manat pul Ərizəçi tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-3159/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3159/2025
24.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver