Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-316/2025 07.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X4, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı «mənzildən çıxarılma və mənzilin boşaldılması» tələbi barədə ilk iddiasına, Cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə qarşı «müvəqqəti olaraq mənzildə məskunlaşdırılması» tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Cavabdeh qarşı Cavabdeh və ona məxsus əşyaların Gəncə şəhəri, 1500 mənzilli Yeni qəsəbədə, 13 saylı binada yerləşən 41 nömrəli 1 otaqlı mənzilindən çıxarılması və 13/41 nömrəli mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Depatamentinə təhvil verilməsi barədə ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı Cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə qarşı Ağdam rayonunda daimi yaşayış sahəsi ilə təmin edilənədək, ünvan 1 ünvanındakı mənzildə məskunlaşdırılması tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X6 ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək izahatında göstərdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 65 nömrəli qərarı ilə «Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qayda»sı təsdiq edilmişdir. Bu qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı qərarı ilə təsdiq olunmuş qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlərə verilmiş mənzillərdə müqavilədə adı keçməyən şəxslər qeyri-qanuni yolla yaşayır. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin xx.xx.2014-cü il tarixli, 13/41 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün X8 qaydanın tələbinə uyğun olaraq dövlət proqramı çərçivəsində Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 1500 ailəlik Yeni qəsəbədə 13 saylı binada yerləşən 41 nömrəli 1 otaqlı mənzil ilə təmin edilmişdir. X8 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin şərtlərinə əsasən mənzildə yaşayan şəxs (kirayəçi) vəfat etdiyi təqdirdə mənzilin açarı Mənzil İstismar Departamentinin Gəncə şəhəri üzrə Mənzil Kommunal İstismar sahəsi təqdim edilməli olduğu halda, Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı 13/41 nömrəli mənzildə Cavabdeh qeyri-qanuni yaşadığı müəyyən edilmişdir. Sahə rəisi tərəfindən 13/41 nömrəli mənzilin Cavabdeh tərəfindən zəbt edilməsi və mənzildə qeyri-qanuni yaşaması müəyyən edildiyindən, həmin mənzilin boşaldılıb təhvil verilməsi barədə onlarla dəfələrlə xəbərdarlıq edilmiş, lakin cavabdeh mənzilin təhvil verilməsindən imtina etmişdir. X2 ilk iddianın təmin olunması, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, uşaq yaşlarından xalalarının və nənəsinin himayəsi altında böyümüşdür. Onun Pəri,Əntiqə, Xanım, Təzəgül, Kifayət, Mənzər və Gülzar adlı xalaları olmuşdur.Onu böyüdən Gülzar xalası və Dilbər nənəsi olmuşdur. Onun atası fermada işlədiyinə görə o, Kəlbəcər rayonunda xalası Gülzarın yanında yaşamış və Kəlbəcər şəhəri, 1 nömrəli orta məktəbdə təhsil almışdır. Daha sonra məcburi köçkün kimi nənəsi ilə birlikdə Gəncə şəhəri, Texnologiya Universitetinin yataqxanasının 34-cü otağında və ünvan 2 ünvanında yaşamışdır. Hazırda o, ailəsi ilə birlikdə həmin mənzildə yaşayır və onun başqa yaşayış yeri yoxdur. Qeyd olunan mənzildən çıxarılsa yaşamağa başqa yeri olmayacaqdır. Buna görə də Ağdam rayonunda mənzillə təmin edilənədək ünvan 2 ünvanında yerləşən mənzildə yaşamasına şərait yaradılmalıdır. Sonda Cavabdeh ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilk iddia təmin edilməlidir və qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan X8 ilə Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış xx.xx.2014cü il tarixli 13/41 nömrəli «xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi»nin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil X5 müvəqqəti istifadəsinə verilmişdir. Həmin Müqavilənin 5.7.1-ci bəndinə görə kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıqmüddətdə üzrlü səbəb olmadan yaşamadıqda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Həmin Müqavilənin 5.7.2-ci bəndinə görə kirayəçi və ailə üzvləri (kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etmədikdə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Həmin müqavilənin 5.4.1 və 5.4.5-ci bəndlərinə görə kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən bu Müqavilə üzrə vəzifələr sinə yetirilmədikdə və yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Gəncə şəhəri Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli aktının surətindən görünür ki, ünvan 4 ünvanına baxış keçirilərkən həmin ünvanda Cavabdeh yaşadığı məlum olmuşdur. Aktların doğruluğunu MKİS-in mühəndisi X12, sahə nəzarətçisi X6 öz imzaları ilə təsdiq etmişdir. İşdə olan Cavabdeh xx.xx.2024-cü il tarixli izahatının surətindən görünür ki, X3 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Xalasının himayəsində başqa şəxslər olmamışdır. Ona isə indiyədək məcburi köçkün olaraq nə ev, nə mənzil verilmişdir.Onun özünə məxsus evi və ya mənzili yoxdur. Kirayədə və ya digər qohumlarının evində yaşamışdır. X3 vəfat etdikdən sonra ünvan 4 ünvanında yaşayır. İş materiallarında olan AZ-İİ seriyalı 408520 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, 362 nömrəli və xx.xx.2024-cü il tarixli, 378 nömrəli xəbərdarlıqların surətlərindən görünür ki, Cavabdeh ünvan 6 ünvanını boşaltmayacağı təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti və X8 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 13/41 nömrəli «xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən ünvan 6 ünvanında yerləşən 1 otaqlı mənzil X1 verilmişdir. X8 xx.xx.2024-cü ildə ölmüş, X5 ölümündən sonra Cavabdeh ünvan 2 ünvanında yerləşən 1 otaqlı mənzildə yaşamağa başlamışdır. Lakin ünvan 6 ünvanında yerləşən 1 otaqlı mənzildən istifadəyə dair Cavabdeh tərəfindən hər hansı hüquqmüəyyənedici sənəd əldə edilməmiş, habelə icarə müqaviləsi bağlanmamış, bununla da həmin istifadə hüququ əldə edilməmişdir. Həmçinin Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin tələbinə baxmayaraq, Cavabdeh ünvan 2 ünvanında yerləşən 1 otaqlı mənzili tərk etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1.5-ci maddəsinə görə məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi ondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 91.3-cü maddəsinə görə xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Həmin Məcəllənin 99.4-cü maddəsinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Həmin Məcəllənin 98.1-ci maddəsinə görə ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə görə xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq aşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Həmin Məcəllənin 99.1-ci maddəsinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı aşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya Bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə istifadəsinə verir. Həmin Məcəllənin 99.6-ci maddəsinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Həmin Məcəllənin 100.3-cü maddəsinə görə kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Həmin Məcəllənin 102.1-ci maddəsinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, ilk iddia təmin edilməli, Cavabdeh və ona məxsus əşyalar ünvan 2 ünvanında yerləşən 1 otaqlı mənzildən çıxarılmalı və həmin mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməli, qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin iddiası təmin edilsin. Cavabdeh və ona məxsus əşyalar ünvan 2 ünvanında yerləşən 1 otaqlı mənzildən çıxarılsın və həmin mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilsin. Cavabdeh qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-316/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-316/2025
07.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver