Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3165/2025 23.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə ailə qurmuş, nikahları rəsmi qeydə alınıb və o, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə gəlin köçmüşdür. 2024-cü ilin noyabr ayının 23-dək həmin mənzildə yaşamışdır və həmin mənzildə də yaşayış yeri üzrə pasport qeydiyyatında olmaqla 26 il yaşamışdır. Birgə nikahlarından 3 övladları var. Uşaqlardan ikisi ailəlidir. Sonuncu övladlarının 15 yaşı var. Cavabdeh 23 noyabr 2024-cü il tarixdə ona qarşı fiziki zorakılıq tətbiq etməklə döyərək mənzildən çıxarmışdır. Hazırda ona məxsus bütün əşyaları həmin mənzildədir. Mənzildən çıxarıldığı üçün ona məxsus əşyalarından istifadə edə bilmir. Cavabdeh tərəfindən döyülməyi barədə ərizəsi üzrə hazırda Gəncə şəhəri, 2-ci Polis Şöbəsində araşdırma aparılır. Baş vermiş hadisədən sonra o, cavabdehlə nikahlarının pozulması üçün Gəncə şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Hazırda oğlu ilə birlikdə anasının yaşadığı, Gəncə şəhəri, Məshəti qəsəbəsində 21-ci küçədə yerləşən evinə sığınmışdır. Anasının evində hər iki valideynləri, qardaşı öz arvad və uşaqları ilə yaşadığından mənzil şəraitində çətinliklər yaranır. Dəfələrlə cavabdehlə yaşadığı ünvana getmişdir. Ancaq cavabdeh giriş qapısını bağladığından mənzilə girmək mümkün deyil. Anasının yanında mövcud şəraitdə yaşamağı onun üçün çox çətindir. Cavabdeh iddia tələbinə etiraz etmiş, etirazında göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən 31,4 kv.m yaşayış sahəsi mərhum atası X1 məxsus olmuşdur. Vərəsəlik qaydasında həmin miras əmlak xx.xx.2010-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışla onun xüsusi mülkiyyətinə keçmişdir və onun iddiaçı ilə birgə nikahına heç bir aidiyyatı yoxdur. Qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçının həmin mənzildən pay tələb etmək hüququ da yoxdur. Lakin iddiaçı belə hesab edir ki, həmin evin yarı pulu ev satılaraq ona verilməlidir. O, dəfələrlə cavabdehə bildirmişdir ki, həmin ev miras əmlakdır, evdə onun heç bir payı yoxdur və onun xüsusi mülkiyyətindədir. İddiaçı öz niyyətinə çatmaq məqsədi ilə onu şərləyərək, onu döymədiyi halda döyülməsi barədə Gəncə şəhər 2-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Aparılan araşdırma nəticəsində inzibati qaydada protokol tərtib olunmuş və cərimə cəzası olaraq Dövlət büdcəsinə tərəfindən 300 manat pul ödənilmişdir. Real olaraq onun tərəfindən iddiaçıya qarşı heç bir döyülmə və zorakılıq halı olmamışdır. 2-ci Polis şöbəsində barışıq təklifi olunan zaman iddiaçı bildirmişdir ki, evi satıb yarı pulunu ona verərsə, barışıq ərizəsi verər. Bu da ona dəlalət edir ki, iddiaçının niyyəti ona psixoloji, fiziki təsirlər göstərərək evin satılması və yarı pulunun ona verilməsidir. Faktiki olaraq iddiaçının niyyəti evdə yaşamaq deyil. Belə ki, iddiaçı nikahın pozulması və aliment tələbi ilə özü məhkəməyə müraciət etmişdir. Məhkəmə prosesi zamanı barışığa cəhd göstərmiş, hətta bu məqsədlə məhkəmə onlara 3 ay barışıq müddəti vermişdir. İddiaçı qəti olaraq ona bildirir ki, valideynlərindən miras əmlak olan evi satıb yarı pulunu ona verməli və ya şəhərin ayrı yerindən ona bir otaqlı mənzil almalıdır. Hazırda da onun niyyəti evdə yaşamaq deyil, evə köçərək ona psixoloji təsir edib şərləyərək tutdurmaqdır. Onu da qeyd etmişdir ki, evin otaqları iç-içə olmaqla həcmi kiçikdir. İki ailənin ayrı-ayrılıqda 31,4 kv.m mənzildə yaşaması texniki və sanitar baxımından qeyri-mümkündür. Hesab edir ki, iddia tələbi təmin edildiyi halda gələcəkdə xoşagəlməz bədbəxt hadisələrin və fövqəladə halların baş verməsinə şərait yaradacaqdır. Həmçinin elektrik, su və qaz sayğaclarının eyni olması istifadəçilər arasında yersiz söz söhbətə və dava-dalaşa səbəb olacaqdır. Hesab edir ki, real vəziyyəti nəzərə alaraq iddia tələbi təmin edilməməlidir. Məhkəmədə İddiaçı iştirak etmiş və iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, sonda iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, məhkəməyə ünvanlamış olduğu etirazın dəlillərinə uyğun olan izahat vermiş, bildirmişdir ki, İddiaçı iddiası ilə razı deyildir. İddiaçı xx.xx.2005-ci ildə qaynata, qaynana evinə qeydiyyata alınıb. Həmin evdə yaşamaq üçün müqavilə bağlamayıb. xx.xx.2010-cu ildə bu iki otaqlı ev ona vərəsəlik yolu ilə keçirilib və evin bütöv olaraq hüquqi sahibidir. Sonda cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, işdə olan materialları nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, işdə olan arayışdan görünür ki, X3 ilə Cavabdeh xx.xx.2000-ci il tarixdə nikahlarını bağlamışlar. Nikahdan sonra arvada Vəliyeva soyadı verilmişdir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 44.9 kv.m olan mənzil **********59 -05101-093026 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2010-cu il tarixdə tam mülkiyyət hüququ ilə Cavabdeh adına qeydə alınmışdır. İşdə materiallarından müəyyən olunur ki, İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır. İşdə olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(125)-1053/2025 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı və Cavabdeh arasında xx.xx.2000-ci il tarixdə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Beləliklə məhkəmədə işin halları kimi müəyyən edilmişdir ki, X3 ilə Cavabdeh xx.xx.2000-ci il tarixdə nikahlarını bağlamışlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 44.9 kv.m olan mənzil **********59 -05101- 093026 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2010-cu il tarixdən tam mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(125)-1053/2025 nömrəli qətnaməsinə əsasən İddiaçı və Cavabdeh arasında xx.xx.2000-ci il tarixdə rəsmiləşdirilmiş nikah pozulmuşdur. İddiaçı həmin fərdi yaşayış evində onun yaşamağına icazə verilmədiyini qeyd edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası ilə əlaqədar qeyd etməyi vacib hesab edir ki, iddiaçının tələbi cavabdehin mülkiyyətində olan mənzildən istifadə və həmin mənzilə köçürülmə ilə bağlı olduğundan tərəflərin arasında yaranan münasibətlərə yaşayış sahəsindən istifadə ilə bağlı münasibətləri tənzimləyən normalar tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Мənzil Мəcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdir. Bu məcəllənin 53-cü maddəsinə göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarının köçürmək ixtiyarına malikdirlər, digər ailə üzvlərinin köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmçinin, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri, icarədarın arvadı(əri), onların uşaqları və valideynləri, həmçinin icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsindən yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmçinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə araşdırması zamanı işin faktiki halları kimi müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2000-ci il tarixdə cavabdehlə rəsmi nikaha daxil olmuşdur. İddiaçı iddia ərizəsində məhz həmin tarixdən ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə gəlin köçdüyünü göstərmişdir. Cavabdeh də etirazında işin bu halını mübahisələndirməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı mübahisəli mənzilə 2000-ci il tarixdən köçdüyündən onlar arasında olan münasibətlərə Azərbaycan Respublikasının 08 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 54-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bu baxımdan iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən ilkin mediasiya sessiyasına çəkdiyi xərcin və ödədiyi dövlət rüsumunun əvəzini tələb etməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən mənzilə istifadə hüququ tanınsın və İddiaçı həmin mənzilə köçürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-3165/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3165/2025
23.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver