Məhkəmə qərarları › İş №2(125)-317/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-317/2025

16.01.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-317/2025 16.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9) "mənzilə istifadə hüququnun müəyyən edilməsi və mənzilə köçürülmə" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, övladları 07 iyul 2007-ci il təvəllüdlü X5 və 26 avqust 2009-cu il təvəllüdlü X3 ünvan 1 ünvanında yerləşən evə istifadə hüququnun müəyyən edilməsi və həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) Gəncə şəhər Nikah evində 336 nömrəli akt qeydi ilə rəsmiləşdirməklə xx.xx.2005-ci il tarixdə nikaha daxil olmuşlar. Nikahdan iki uşaq – 07 iyul 2007-ci il təvəllüdlü X10 və 26 avqust 2009-cu il təvəllüdlü X6 doğulmuşdur. Uşaqlar hazırda anasının himayəsindədir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-5975/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «nikahın pozulması, uşağın iddiaçının yanında qalması və aliment tələbi» barədə iddiasının qismən təmin edilməsi, xx.xx.2007-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X3 anaları İddiaçı yanında qalmasının müəyyən edilməsi, xx.xx.2007-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X1 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 210 manat, cəmi 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması, alimentin tutulmasının xx.xx.2024-cü il tarixdən X10 və X6 yetkinlik yaşına çatana qədər müəyyən edilməsi, qətnamənin aliment tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2005-ci il tarixində rəsmi qeydiyyatdan keçməklə ailə həyatı qurmuşlar. Birgə nikahdan 2 (iki) uşağı dünyaya gəlmişdir:

1. X10 - 07 iyul 2007-ci il təvəllüdlü,

2. X6 - 26 avqust 2009-ci il təvəllüdlü. Cavabdeh ilə aralarında daima narazılıqlar olmuşdur. O cavabdehin qeyri-normal hərəkətlərinə hazırkı vaxtadək dözmüşdür. Dəfələrlə ailəsinin dağılmaması üçün cavabdehin hərkətlərinə göz yummuşdur. Bütün bunlardan sonra hesab edir ki, cavabdehlə bir ailə kimi yaşamaq qeyri-mümkündür. O Cavabdeh ilə aralarında olan ərarvad münasibətlərinə son qoymuşdur. Ailələri dağılmış və onun bərpası mümkün deyildir. Cavabdehlə ayrıldıqları bu müddət ərzində cavabdeh uşaqlarına könüllü maddi və mənəvi yardım göstərməyibdir. Hazırda azyaşlı uşaqlara birlikdə maddi çətinlik çəkir, övladları ilə birlikdə ata evində yaşayır. O Cavabdeh ilə xx.xx.2005-ci il tarixində nikaha daxil olduqdan sonra onun qeydiyyatda olduğu və yaşadığı ünvan 1 ünvanına gəlin kimi köçmüşdür. Cavabdehlə münasibətləri pozulana kimi həmin ünvanda yaşamış və cehiz əşyaları da həmin ünvandadır. Cavabdeh həmin ünvanda yaşamağına və ona məxsus əşyalardan istifadəyə imkan vermir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə gedişində mübahisəli evin mülkiyyətçisi X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi və əlavə etdi ki, 2005-ci ildə cavabdehlə ailə qurmuşdur, 19 ildir ki, ailəlidir. Birgə nikahdan iki övladı doğulmuşdur, hazırda 15 və 17 yaşları var, uşaqlarından biri Universitetdə, digəri mətkəbin 10-cu sinfində təhsil alır. Nikahları keçən ilin noyabr ayında məhkəmə qaydasında pozulmuşdur. Ailəli olduğu vaxt cavabdehlə bir çox problemləri olsa da, dözmüşdür. Lakin cavabdeh keçən ilin may ayının sonlarında heç bir xəbər vermədən Zaqatalaya getmək adı ilə Rusiya Federasiyasına çıxıb getmişdir. Cavabdeh getdikdən 1 ay sonra bilmişdir ki, o, Zaqatalaya yox, Rusiya Federasiyasına gedibmiş. Həmin ərəfələrdə o, işdə olan vaxt cavabdehin anası həyətdə yıxılmış, çiyni əzilmişdir, bundan sonra cavabdehin anası öz qızıgilə getmiş, qızı ona 40 günə yaxın baxmışdır. Təxminən keçən ilin iyun ayının axırlarında cavabdehin anası qızıgildən qayıdıb gəldikdən sonra pis sözlərlə onu təhqir edərək uşaqları ilə birlikdə onu evdən çıxartmağa başlamışdır. Belə ki, ona ayaqyolundan, hamamdan istifadə etməyə icazə verməmiş, ikinci mərtədən düşərkən qarşısını kəsməyə başlamışdır. O da məcbur olub keçən ilin yay aylarında uşaqları və özü üçün bir dəst paltar götürüb uşaqları ilə birlikdə evdən çıxmış, anasıgilə getmişdir. Həmçinin o cavabdehin anası ilə qonşudur. Cavabdeh isə ailəsi, həmçinin uşaqların təhsili ilə maraqlanmır, maddi cəhətdən köməklik etmir, telefonla belə əlaqə saxlamır. Cehizləri hazırda mübahisəli ünvandadır, 19 ildir ki, həmin ünvanda yaşayır. Hazırda maddi cəhətdən imkanı yoxdur ki, kirayəyə çıxa bilsin və ya mənzil ala bilsin. Uşaqları nənə-baba evində sərbəst hərəkət edə bilmir, həmçinin həmin evin də təmiri yaxşı vəziyyətdə deyil. Həmçinin, uşaqları da mübahisəli ünvanda qeydiyyatdadır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, mübahisəli əmlak əvvəlcə cavabdehin babasının adına olmuş, sonradan, yəni 2024-cü ildə cavabdehin anasının, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 adına keçmişdir. Tərəflər arasında nikah münasibətləri 2005-ci ildə yaranmış, birgə nikahdan Fatimə və Əliyusif adlı iki övladları dünyaya gəlmişdir. İddiaçı 19 ildir ki, mübahisəli ünvanda yaşayır, cehiz əşyaları da oradadır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (bacısı) iddia tələbinin təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, qardaşı bu iş üzrə cavabdeh deyil. İddiaçı ilə qapıbir qonşudur. İddiaçı may ayında evin qapısını bağlayaraq atasıgilə getmişdir. Hazırda iddiaçının cehiz əşyaları mübahisəli ünvandadır. Sözügedən əmlak anasının, yəni mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 adınadır. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, iddianın hüquqi əsası yoxdur. Baxmayaraq ki, tərəflər arasında 2005-ci ildə ailə münasibətləri yaranmışdır və iddiaçı son səkkiz aya kimi həmin ünvanda yaşamışdır. 2008-ci ildə mübahisəli əmlak iddiaçının qayınatasının adına rəsmiləşdirilmiş, sonradan iddiaçının qayınanasının, yəni hüquqlarını müdafiə etdiyi üçüncü şəxsin adına keçmişdir. Lakin iddiaçının 19 ildir ki, həmin ünvanda yaşamasına və qeydiyyatda olmasına nə vaxtilə qayınata, nə də qayınana notarial qaydada razılıq verməmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 iddia tələbinin təmin edilməməsini xahiş etmiş, izahatında bildirmişdir ki, iddia tələbinə etiraz edir. Məhkəmə, iddiaçının, onun nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-33/2- 14111/2024 nömrəli (sorğuya cavab) məktubunda qeyd edilmişdir ki, 3 saylı Gəncə Ərazi idarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən Gəncə şəhəri, Məhəmməd ünvan 2 ünvanında yerləşən daşınmaz əmlaka dair Məmmədov Həsən ibrahim oğlu adına xx.xx.1948-ci il tarixli torpaq haqqında qeyd işlənmişdir. Gəncə şəhər 1 saylı NK-nın xx.xx.2008-ci il tarixli, 2V-1-80 reyestr nömrəli vərəsəlik şəhadətnaməsinə əsasən Gəncə şəhəri, Məhəmməd ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak X11 irs edilmiş və onun adına xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********95- 10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 5 saylı Notariat ofisinin xx.xx.2024-cü il tarixli, 2V-74 və 2V-74 reyestr nömrəli vəsiyyətnamə və qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən Gəncə şəhəri, Məhəmməd ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak X7 irs edilmiş və onun adına xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********95-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarına əlavə edilmiş ******* nömrəli, xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X10 24 noyabr 2015-ci ildən Gəncə şəhəri, ünvan 2 ünvanda yerləşən mənzildə qeydiyyatdır. İş materiallarına əlavə edilmiş ******* nömrəli, xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X6 01 dekabr 2015-ci ildən Gəncə şəhəri, ünvan 2 ünvanda yerləşən mənzildə qeydiyyatdadır. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********95-10301 reyestr nömrəli, qeydiyyat tarixi xx.xx.2024-cü il olan, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Məhəmməd ünvan 2 ünvanda, xüsusi mülkiyyətdə olan 0,0208 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 248,60 m2 olan fərdi yaşayış evi X4 adına qeydə alınmışdır. Gəncə Şəhər Kəpəz Rayon Qeydiyyat Şöbəsi tərəfindən 01 dekabr 2001-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 520055 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X15 30 noyabr 2011-ci ildə Gəncə şəhərində “qəfləti koronar ölüm” səbəbindən ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2001-ci il tarixdə 896 nömrəli akt qeydi aparılmışdır. xx.xx.1979-cu il tarixdə verilmiş Vİ-ЖГ seriyalı, 406051 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.1979-cu ildə Kirovabad şəhərində doğulmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1979-cu il tarixdə 1543 nömrəli akt qeydi aparılmışdır. Cavabdeh atası X15, anası X8r. Azərbaycan SSR Kirovabad şəhər ZAQS şöbəsi tərəfindən xx.xx.1973-cü il tarixdə verilmiş İ-ЖГ seriyalı, 251616 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X2 Mərziyə Bəşir qızı ilə nikahlarını xx.xx.1973-cü il tarixdə 967 nömrəli akt qeydi ilə rəsmiləşdirmişlər. Nikah bağlandıqdan sonra ərin soyadı Məmmədov, arvadın soyadı Məmmədova qeyd edilmişdir. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı ilə cavabdeh Gəncə şəhər Nikah evində 336 nömrəli akt qeydi ilə rəsmiləşdirməklə xx.xx.2005-ci il tarixdə nikaha daxil olmuşlar. Nikahdan iki uşaq – 07 iyul 2007-ci il təvəllüdlü X10 və 26 avqust 2009-cu il təvəllüdlü X6 doğulmuşdur. Uşaqlar hazırda anasının himayəsindədir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-5975/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuşdur. İddiaçının 2005-ci ildən həmin ünvanda yerləşən fərdi yaşayış evinə gəlin gəldiyi, uzun müddət orada cavabdehlə birgə yaşadıqları, cehiz əşyalarının hazırda da sözügedən evdə olduğu işin mübahisəsiz hallarıdır. Bununla belə, məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Qeyd edilən müddəalarda mülki icraat qaydasında baxılan işlərdə tərəflər və onların hüquqi statusu ümumi formada göstərilmişdir. Konkret olaraq iddiaçının və cavabdehin anlayışı verilməsə də, göstərilən müddəanın mənasına görə, iddiaçı pozulmuş hüququnu və maraqlarını qorumaq və bərpa etmək məqsədilə tələb (iddia) irəli sürmək yolu ilə məhkəmə müdafiəsi hüququndan istifadə edən şəxsdir. Cavabdeh isə iddiaçının hüququnun pozulmasında təqsirli olan və irəli sürülmüş iddia tələbinə aidiyyəti olan (iddiaya cavab verməli olan) şəxsdir. Mübahisənin mahiyyəti üzrə qeyd edilməlidir ki, iddiaçı 19 il ərzində cavabdehlə birgə mübahisəli ünvanda yaşamalarına və cehiz əşyalarının hazırda da orada olmasına əsaslanaraq özünün və uşaqlarının mübahisəli evə istifadə hüququnun müəyyən edilməsini və köçürülməsini tələb edir. İşin mübahisəsiz halından məlum olur ki, sözügedən ünvanda yerləşən daşınmaz əmlaka dair cavabdehin ata babası Məmmədov Həsən ibrahim oğlunun adına xx.xx.1948-ci il tarixli torpaq haqqında qeyd işlənmişdir. Həmin daşınmaz əmlak cavabdehin atası X11 irs edilmiş və onun adına xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********95-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Sonradan həmin daşınmaz əmlak cavabdehin anası, hazırkı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 irs edilmiş və onun adına xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********95-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Göründüyü kimi, sözügedən ünvanda yerləşən mübahisəli fərdi yaşayış evi xx.xx.2024-cü il tarixdən üçüncü şəxs X4 mülkiyyətindədir. Cavabdeh isə həmin fərdi yaşayış evi ilə hər hansı hüquqi bağlılığının olması, yəni cavabdehin həmin fərdi yaşayış evinə hər hansı əmlak hüququnun olması iş materialları ilə müəyyən edilməmiş, iddiaçı bununla bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Məhkəmə iclasında iddiaçıya cavabdehin əsl cavabdehlə əvəz edilməsi təklif edilsə də, o, bundan imtina etmişdir. MPM-in 54.1 və 54.2-ci maddələrinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə tərəfindən obyektiv, düzgün, ağlabatan qərarın qəbul edilməsi üçün «audiatur et altera pars» – «digər tərəf də dinlənilməlidir» qaydası tətbiq edilməlidir. Çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Məhkəmə hesab edir, iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı yönəldiyindən və iddiaçı əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz olunmasına razı olmadığından iddia tələbi təmin edilməməlidir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəlləyə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). Məcəllə nəzərdə tutur ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər (157.4). Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlakı üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyrihüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (maddə 178.1, 178.2). Mülki Məcəllə, həmçinin nəzərdə tutur ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir (maddə 228.1 və 228.2). Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır (maddə 228.5). Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə hər hansı daşınmaz əmlaka istifadə hüququnun mövcudluğunun müəyyən olunması üçün həmin daşınmaz əmlak rəsmi reyestrdə qeydə alınmalı, istifadə hüququnun əmələ gəlməsi ilə bağlı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma olmalı, yaxud həmin hüquq cavabdeh olan mülkiyyətçi ilə onun ailə üzvü olan iddiaçı arasında davamlı ailə münasibətlərindən irəli gəlməlidir. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə, xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki mülki iş üzrə iddia təmin olunmadığına görə, iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərci onun özünə aid edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9) "mənzilə istifadə hüququnun müəyyən edilməsi və mənzilə köçürülmə" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar