Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3235/2024 13.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1nə qarşı «nikahın etibarsız hesab edilməsi» tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 və Cavabdeh1nə qarşı mərhum X9 ilə Cavabdeh2 arasında xx.xx.1995-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 110 nömrəli akt qeyd nömrəsi ilə qeydə alınmış nikahın etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirdi ki, o və mərhum X9 arasında olan nikah xx.xx.1981-ci il tarixdə Bərdə rayon Həsənqaya kənd sovetliyində 18 nömrəli akt qeyd nömrəsi ilə qeydə alınmışdır. Belə ki, o və X6 birgə nikahlarından uşaqları anadan olmuşdur. X9 birgə nikah dövründə, yəni 1984-cü il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini almışdır. O və övladları həmin dövrdən hazırki tarixədək sözügedən evdə yaşayırlar. Mərhum əri X9 xx.xx.2024-cü il tarixdə işləmək məqsədi ilə getdiyi X3 vəfat etmişdir. Onun vəfatından sonra notariat orqanına vərəsəliklə bağlı müraciət etdikdə ona bildirmişdirlər ki, mərhum ərinin başqa qadınla, yəni Cavabdeh2 ilə nikah akt qeydi mövcuddur. Bununla bağlı Cavabdeh1nə müraciət etmiş və ona oradan da bildirmişdir ki, onunla mərhum ərinin nikahı pozulmadan ərininin Cavabdeh2 ilə xx.xx.1995-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 110 nömrəli akt qeyd nömrəsi qeydə alınmış nikah vardır. Onun bu nikahdan məlumat olmamışdır. Bundan başqa mərhum X9 ilə arasında olan nikah da pozulmamışdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə İddiaçı izahatını müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, 1978-ci il tarixdə X8 ilə nikaha daxil olmuş, həmin nikahdan onların üç uşaq anadan olmuşdur. A.S.Rəhimovla onun arasında olan nikah 1992-ci il tarixdə pozulmuş və birgə nikahdan anadan olan uşaqlar onun yanında saxlanılmışdır. O, 1993-cü il tarixdə X9 ilə tanış olmuş və nikahlarını 1995-ci il tarixdə qeydə aldırmışlar. X1, həm də onun özünün ilk nikahından uşaqları olduğu üçün, onlar birgə nikahlarından övladları olmasını istəməmişlər. X9 ona ondan əvvəl nikaha girdiyini, lakin həmin nikahın qeydə alınmadığını, yalnız Bərdə rayonun hansısa kənd sovetliyində ilk nikaha dair arayışı olduğunu bildirmişdir. O isə bu şübhədən azad olmaq üçün 1995-ci il tarixdə Cavabdeh1ndə nikahlarını qeydə aldırmışdır. Lakin Bərdə rayon qeydiyyat şöbəsinə və Bərdə rayonunda yerləşən səlahiyyətli qurumlarına X6 digər şəxslə nikahda olub-olmamasına dair müvafiq sorğu ilə müraciət etməmişdir. O, mərhum X9 ilə aralarında olan nikahın etibarsız hesab edilməsini qəbul etmir. Sonda Cavabdeh2 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X10 bildirdi ki, qeydiyyat orqanları son illərdə elektron informasiya sisteminə keçmişdir. 1990-cı illərdə isə elektron sistem olmadığından vətəndaşlıq vəziyyəti aktlarının yoxlanılması mürəkkəb və qarışıq olmuşdur. Buna görə də həmin dövrdə şəxsin digər ərazilərdə nikahları haqqında tam məlumat əldə edilməsi mümkünsüz olunmuşdur. Qeyd olunan səbəbdən də X6 ilk nikahı qüvvədə olaola ikinci nikah qeydə alınmışdır. X2 iddianın təmin olunub-olunmaması məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iddia ərizəni və işin faktiki hallarını araşdıraraq, tərəfləri və iddiaçının nümayəndəsini (vəkilini) dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İİ-ЖГ seriyalı 424821 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 ilə İddiaçı arasında olan nikah xx.xx.1981-ci il tarixdə Bərdə rayon Həsənqaya kənd sovetində 18 akt qeyd nömrəsi ilə qeydə alınmışdır. İşdə olan Cavabdeh1 xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-796/2024 nömrəli məktubundan görünür ki, xx.xx.1981-ci ildə X9 ilə İddiaçı arasında Bərdə rayon Həsənqaya kənd sovetində 18 nömrəsi ilə nikah qeydə alınmış, bundan sonra xx.xx.1995ci ildə X9 həmin nikah pozulmadan Cavabdeh2 ilə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 110 nömrəsi ilə nikah qeydə aldırmışdır. İş materiallarında olan AZ-İ seriyalı, 246475 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 və Cavabdeh2 arasında olan nikah xx.xx.1995ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 110 nömrəsi ilə qeydə alınmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Yunis Əliyev xx.xx.2024-cü il tarixdə X4 Kaliforniya ştatının San Dieqo əyalətində ölmüş və ölümə səbəb mədə xərçənginin orqanizmə yayılması olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4-cü maddəsinə görə Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Həmin Məcəllənin 12.0.3-cü maddəsinə görə ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir. Həmin Məcəllənin 25.1-ci maddəsinə görə bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2 və 25.4-cü maddələrinə görə nikah məhkəmə qaydasında etibarsız sayılır. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Həmin Məcəllənin 26.1.5-ci maddəsinə görə pozulmamış əvvəlki nikah üzrə ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. Mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı və X9 arasında xx.xx.1981-ci il tarixdə Bərdə rayon Həsənqaya kənd sovetində 18 nömrəsi ilə qeydə alınmış nikah pozulmadan, X6 Cavabdeh2 arasında xx.xx.1995-ci ildə Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsində 110 nömrəsi ilə qeydə alınması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12.0.3-cü maddəsinin tələbinə zidd olmuşdur. Buna görə də iddia təmin olunmalı, X9 və Cavabdeh2 arasında xx.xx.1995-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 110 nömrəsi ilə qeydə alınmış nikah etibarsız hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 241-244, 252, 253, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. X9 və Cavabdeh2 arasında xx.xx.1995-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 110 nömrəsi ilə qeydə alınmış nikah etibarsız hesab edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-3235/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3235/2024
13.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver