Məhkəmə qərarları › İş №2(125)-3242/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-3242/2024

06.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-3242/2024 06.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, “Para” BOKT ASY-yə, Göygöl İcra və probasiya şöbəsinə (üçüncü şəxs DƏDRX-in 3 saylı ərazi İdarəsi) qarşı “Hərracın yekunlarına dair, 05/08 nömrəli,13 yanvar 2012-ci il tarixli protokolun, eyni tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun qeydə alınması badərə xx.xx.2016-cı il tarixli Çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1nə, “Para” BOKT ASY-yə, Göygöl İcra və probasiya şöbəsinə (üçüncü şəxs DƏDRX-in 3 saylı ərazi İdarəsi) qarşı “Hərracın yekunlarına dair, 05/08 nömrəli,13 yanvar 2012-ci il tarixli protokolun, eyni tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun qeydə alınması badərə xx.xx.2016-cı il tarixli Çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki iş məhkəmənin icraatına qəbul edilmiş və məhkəmənin 01 iyul 2024-cü il tarixli iclasında İddiaçı iştirak etmiş, onun borcunu ödədiyini təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi məqsədilə məhkəmə iclası 05 iyul 2024-cü il tarixə təxirə salınmışdır. 05 iyul 2024-cü il tarixdə tərəflər, o cümlədən iddiaçı da məhkəməyə gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Tərəflərin məhkəməyə gəlməmələrinin səbəbləri barədə məhkəmədə heç bir məlumat olmadığından, işin məhkəmə iclasında baxılması xx.xx.2024-cü il tarixə, saat 10:20-yə təyin edilmiş və işə baxılmasının vaxtı və yeri haqqında tərəflər lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmənin xx.xx.2024-cü il tarixə təyin edilmiş iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər və ya onların nümayəndələri göstərilən tarixdə məhkəməyə gəlmədiklərindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmalı, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263- 264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1nə, “Para” BOKT ASY-yə, Göygöl İcra və probasiya şöbəsinə (üçüncü şəxs DƏDRX-in 3 saylı ərazi İdarəsi) qarşı “Hərracın yekunlarına dair, 05/08 nömrəli,13 yanvar 2012-ci il tarixli protokolun, eyni tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun qeydə alınması badərə xx.xx.2016-cı il tarixli Çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar