Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-326/2023 05.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi İddiaçı, iddiaçının vəkili X1, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Gəncə Rayon Qeydiyyat İmtahan və X3 və Cavabdeh2 qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin dövlət qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Gəncə Rayon Qeydiyyat İmtahan və X3 və Cavabdeh2 qarşı «Mercedes Benz 200E» minik markalı nəqliyyat vasitəsinə dair üçüncü şəxs Cavabdeh2 adına rəsmiləşdirilmiş nəqliyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi, üçüncü şəxs Cavabdeh2 vicdansız sahibliyində olan iddiaçıya məxsus olan «Mercedes Benz 200E» minik markalı nəqliyyat vasitəsinin iddiaçının sahibliyinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh2 ilə X4 arasında bağlanmış 15 aprel 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin dövlət qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə verərək, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını və mülki işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Gəncə Rayon Qeydiyyat İmtahan və X5 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəmə iclasına gəlməmişlərlər. Lakin 05 aprel 2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Gəncə Rayon Qeydiyyat İmtahan və X2 nümayəndəsi işə onların iştirakı olmadan baxılmasını və qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını və onun vəkili dinləyərək, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, işdə olan sübutları araşdıraraq, hesab edir ki, iddia ərizəsinin geri qaytarılması barədə iddiaçı ərizə verdiyinə, cavabdehlər isə məhkəmə iclasına gəlmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlamalıdır. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlamalıdır. Buna görə də məhkəmə hesab edir ki, təkrarən məhkəmənin çağırışlarına gəlməyən cavabdehlərin mülki işin mahiyyəti üzrə baxılmasını tələb edib-etməməsini müəyyən etməyə zərurət yoxdur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərillən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2022; əməliyyat İD:84211262; qəbzin nömrəsi:26140; terminal nömrəsi:K0127015; GPP qəbz nömrəsi:9********) dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Gəncə Rayon Qeydiyyat İmtahan və X3 və Cavabdeh2 qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin dövlət qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi» tələbi barədə iddia ərizəsi baxılmamış saxlansın. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2022; əməliyyat İD:84211262; qəbzin nömrəsi:26140; terminal nömrəsi:K0127015; GPP qəbz nömrəsi:9********) dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-326/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-326/2023
05.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver