Məhkəmə qərarları › İş №2(125)-327/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-327/2025

06.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-327/2025 06.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçıların iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X51, X45, X32, X28, X13, X21 və X22) “ləyaqətsiz vərəsə hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin vərəsəlik işlərini onlardan gizli təşkil edib ancaq özünə yaxın vərəsələri vərəsəliyə çağırmaqla özünün miras payının artırılmasını təmin etdiyinə görə babaları X23 və nənələri Talıbova (Cəfərova) Alya İbrahim qızına məxsus ünvan 1 ünvanında yerləşən əmlakdakı paylarına münasibətdə ləyaqətsiz vərəsə kimi müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mülk babaları Vəli Talıbovun atası Abbasəli Talıbova məxsus olmuş, onun ölümündən sonra necə, nə cür vərəsələndiyi və ya bölüşdürüldüyü onlara məlum olmasa da, DƏDRXin verdiyi, hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışlardan görünür ki, mülkdə olan 74.8 kv.m. tikililərdən ibarət «A» və «C» tikililərin 1/2 hissəsi və həmin tikilinin altındakı torpaq sahəsinin 33,3 kv.m. hissəsi xx.xx.2020-ci il tarixində vəfat etmiş babaları X23, 1/2 hissəsi, həmin tikilinin altındakı torpaq sahəsinin 33,3 kv.m. hissəsi xx.xx.2000-ci il tarixində vəfat etmiş nənələri X41ma məxsus olmuşdur. Gəncə 1 saylı ASAN xidmət mərkəzində Notariat ofisində təsdiqlənən (rəsmiləşdirilən) xx.xx.2022-ci il tarixli, 2V-1245 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, babaları Vəli Talıbova məxsus olmuş və xx.xx.2022-ci il tarixli, 2V-1244 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, nənələri X24 məxsus olmuş yuxarıda qeyd olunan əmlaklar ataları X46 da daxil altı nəfər övladları (vərəsələri) olmasına baxmayaraq təkcə üçüncü şəxs Cavabdeh adına vərəsələnmişdir. Yenə də Gəncə 1 saylı ASAN xidmət mərkəzində Notariat ofisində təsdiqlənən xx.xx.2020-ci il tarixli, 8İ-14998 reyestr nömrəli Cavabdeh ərizəsindən göründüyü kimi o, ərizəsində qeyd etmişdir ki, ünvan 2 ünvanında yaşamış anası (onların da nənəsi) X33 xx.xx.2000-ci il tarixində vəfat etmişdir. Ölümündən sonra ünvan 2 ünvanında yerləşən əmlakın ona məxsus olan hissəsi miras qalmışdır. O həmin miras əmlakdan ona çatası miras payı qəbul edir. X6 ondan başqa vərəsələri var:

1. Qızı - X42.

2. Qızı - X32.

3. Oğlu - X45. Yenə də həmin notariat ofisində təsdiqlənən xx.xx.2020-ci il tarixli, 8İ-14999 reyestr nömrəli cavabdehin ərizəsindən göründüyü kimi eyni qaydada eyni ifadələrlə atası (babaları) X23 məxsus olmuş eyni ünvanda yerləşən əmlakın digər hissəsini eyni üsulla miras payın qəbul edilməsi ilə əlaqədar ərizəsini təsdiqlətmişdir. Hər iki ərizədən aydın görünür ki, cavabdeh həm babaları Vəli Talıbovun, həm də nənələri Ayla Talıbovanın miras qalmış əmlakından ona çatası payları artırması üçün özünə yaxın vərəsələri ərizədə göstərərək onların vərəsəliyə çağırılmasını təşkil etmiş və eyni ünvanda yaşamalarına baxmayaraq onlardan gizli olaraq babaları və nənələrinin oğlanları (vərəsələri) olan ataları X34 və X43 gizlətmişdir. Vərəsələrdən ikisi olan Zərinə və Nərminə Talıbovalar kənarda yaşasalar da, vərəsəliyə çağırılmışlar. Zərinə ailə quranda soyadını dəyişdirib İsmayılova olmasına baxmayaraq cavabdeh öz ərizəsində onu da Talıbova kimi qeyd etmişdir. Görünür həmin ərizələrin qoşmaları olan İƏDÜN-nin arayışı saxta olduğuna görə Zərinənin soyadı Talıbova yazılmışdır. Notariat ofisi də vərəsəlik şəhadətnaməsini saxta yol ilə təsdiqlədiyinə görə belə səhvliklərə fikir verməmişdir. Notariat qaydasında təsdiq olunmuş xx.xx.2020-ci il tarixli, 8İ-4713, 8İ-4714 və 8İ15125 reyestr nömrəli ərizələrindən görünür ki, Zərinə, Zöhrab və Nərminə Talıbovlar anaları (nənələri) Alya Talıbovaya məxsus əmlakdan onlara vərəsə kimi düşən miras paydan imtina etmişlər. Yenə də notariat qaydasında təsdiq olunmuş xx.xx.2020-ci il tarixli, 8İ-4712, 8İ-4715 və 8İ-15126 reyestr nömrəli ərizələrindən görünür ki, Zərinə, Zöhrab və Nərminə Talıbovlar ataları (babaları) Vəli Talıbova məxsus əmlakdan onlara vərəsə kimi düşən miras paydan imtina etmişlər. Bu ərizələrdən də görünür ki, cavabdeh miras payını artırmaq üçün ancaq özünə yaxın şəxsləri vərəsəliyə dəvət etmiş və vərəsələnmə işlərini onlardan gizli olaraq (xəlvəti olaraq) həyata keçirərək təsdiqlətmişlər. Cavabdeh bu hərəkəti ilə ləyaqətsiz vərəsə kimi hərəkət etmişdir. Bu səbəbə görə də o, ləyaqətsiz vərəsə kimi qiymətləndirilməlidir. Yuxarıda qeyd olunanlar, cavabdehin xx.xx.2020-ci il tarixli, 8İ-14998 və 8İ-14999 reyestr nömrəli notariat qaydasında təsdiq olunan ərizələri ilə sübut olunur ki, cavabdeh onlardan gizli olaraq babaları və nənələrinin əmlaklarına dair vərəsəlik işi açdırmış və notariat ofisinə olan həmin ərizələri ilə mərhum ataları Fərhad Talıbovu və əmiləri Zakir Talıbovu gizlədərək özünün payını artırmaq üçün ancaq özünə yaxın vərəsələri vərəsəliyə dəvət etmişdir. Bu hal da onun ləyaqətsiz vərəsə kimi tanınması üçün birbaşa sübut və əsaslardır. Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-5/8-7Q-Ə- 4160/2023 nömrəli doğum haqqında arayışdan görünür ki, mərhum ataları X46 xx.xx.1952-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.1954-cü ildə Gəncə şəhər qeydiyyat şöbəsində 848 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası: X35, milliyyəti azərbaycanlı, Anası: X36, milliyyəti azərbaycanlı. xx.xx.2000-ci ildə vəfat etmiş Fərhad Talıbovun ölümü xx.xx.2000-ci il tarixdə 631 saylı aktla Gəncə şəhər qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. Atalarına aid doğum haqqında qeyd olunan arayışda ana qrafasından görünür ki, anasının (nənəsinin) soyadı Talıbova yox, Cəfərovadır. Vərəsəlik şəhadətnaməsinin verilməsinə dair notariat işinin içində olan Zöhrab Talıbova aid xx.xx.1969-cu il tarixli, A3 seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamədə Zərinə Talıbovaya aid “Elektron notariat sistemindən doğum haqqında akt qeydlərinə dair çıxarışda” qeyd olunan xx.xx.1959-cu il tarixli, AZ-İ seriyalı, 721852 nömrəli doğum haqqında şəhadətnamədə və yenə həmin sistemdən Nərminə Talıbovaya aid xx.xx.1955-ci il tarixli, AZ-İ seriyalı, 356278 nömrəli doğum haqqında şəhadətnamədə də ana qrafalarında analarının (nənələrinin) soyadı Talıbova yox, Cəfərova kimi qeyd edilmişdir. Həmin sistemdən çıxarılmış babaları ilə nənələrinə aid nikah haqqında xx.xx.1951-ci il tarixli, 66 nömrəli akt qeydindən də görünür ki, babaları ilə nikaha daxil olanda nənələri Cəfərova soyadında qalmışdır. Ancaq anaları (nənələri) Alya İbrahim qızına aid xx.xx.2000-ci il tarixli, AZ seriyalı, 024273 nömrəli ölüm haqqında şəhadətnamədə və DƏDRX-dən çıxarışda soyadı Cəfərova yox, Talıbova kimi qeyd edilmişdir. Bütün bu ziddiyyətlər vərəsəlik işinin içində olmasına baxmayaraq araşdırılmadan qanun üzrə şəhadətnamə verilmişdir. Bütün vərəsələrin doğum haqqında şəhadətnamələrinin ana qrafasında analarının soyadı Talıbova yox, Cəfərova qeyd edildiyinə görə bu iddia tələbinə baxılıb qətnamə qət edilə bilər. Əlavə olaraq o da bildirilmişdir ki, babaları V.Talıbovla nənələri Alya Talıbova (Cəfərova) boşanmışlar. Boşanmadan sonra cavabdeh anası (nənə) ilə «Ç» tikilisində, babaları isə «A» tikilisində yaşamışdır. Babaları başqa qadınla evlənib həmin «A» tikilisinə gətirmişdir. Anası (nənələri) 2000-ci ildə rəhmətə gedəndən sonra cavabdeh qardaşı Zöhrabın evində yaşamış və babaları Vəli Talıbov ölənə kimi onu nə danışdırmış, nə də baxmamışdır. Digər övladları da ona sahib çıxmamışlar. Onlar və bacısı oğlu Saleh və yoldaşı baxıb kömək etmişlər. Sonda onların da köməyi onu qane etməmiş, ƏƏSMN-nin Sosial Xidmətlər Agentliyi ona qulluqçu ayırmışdır. Bu halı iddiaçıların analarının həmin Agentliyə olan xx.xx.2024-cü il tarixli müraciəti və Sosial Xidmətlər Agentliyinin müraciətə yazdığı xx.xx.2024-cü il tarixli, 3-17-3/2Ə-25332/2024 saylı cavab məktubu da sübut edir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq iddiaçıların ona qarşı qaldırdığı vərəsəlik hüququndan mərhum etmə tələbinə dair iddiasının əsassız hesab edilib rədd edilməsini xahiş etmiş, göstərmişdir ki, iddiaçılar ərizəsində göstərmişdir ki, guya X11na və iddiaçılara ata və anasından qalan torpaq və fərdi yaşayış evinə dair vərəsəlik edərkən məlumat verməmişdir. O vərəsəlik edən zaman X11na müraciət etmiş və Zakir ona bildirmişdir ki, “mən heç yas mərasiminə gəlmədim, mənim öz evim var və mənə sizlərdən heç nə lazım deyil və məni bir daha narahat etməyin”. X11 özünə məxsus evdə qeydiyyatdadır və ata-anasının ölümündən keçən altı ay müddətində vərəsəlik üçün müraciət etməyib, pay istəməyib. Eyni zamanda iddiaçıların anası Əliyeva Firəngizə müraciət edib vərəsəlik edəcəyini bildirmiş, qardaşı Talıbov Fərhadın ölüm və doğum haqqında şəhadətnamələrini verməyini istəmişdir və Firəngiz ona sənədləri özü vermiş və nə sənəd lazım olarsa, verəcəyini bildirmişdir. Bununla da iddiaçıların vərəsəlik işinin aparılmasından xəbərsiz olduqları iddiasının səhv olduğunu və onlar hər şeydən xəbərdar olduqlarını bildirir. Sadəcə İddiaçı1 ondan 2022-ci ildə onlara torpaq yeri verməyini istəmişdir, çünki öz yerlərini satdığı üçün yerləri azalıb və onun həyətyanı sahəsindən yararlanmaq istəyir. O da buna etiraz etdiyi üçün İddiaçı1 özünün həyəti ilə onun həyəti arasında olan daş hasarı uçurmuşdur və onun həyətinə kanalizasiya və çirkab sularını axıtmış, özbaşına quyu qazmışdır. O da Rəhmanı şikayət etmiş, polis və sahə müvəkkilinin iştirakı ilə həmin quyu ləğv edilmiş, daş hasar bərpa edilmişdir və cərimə edilmişdir. Bu gün onlar öz istəklərini həyata keçirmək üçün heç nədən xəbərləri olmadıqlarını iddia etsələr də, onların hər biri hər şeydən məlumatlı idilər. Bundan əlavə iddiaçıların atası qardaşı X46 xx.xx.2000-ci ildə vəfat edib, qanunverciliyə əsasən əgər övlad valideyndən öncə rəhmətə gedibsə, onun valideyninin mülkündə payı olmur. İddiaçılar atalarına məxsus evdə yaşayırlar. Belə ki, Təbriz küçəsi, ev 270 böyük ərazi olub, atası X3 hər kəsin payını ayırmış və hər kəsə ayrı darvaza qoymuş, çıxışları belə ayırmışdır. Sadəcə sənəd üzrə ayrılmadığı üçün hər kəsin qeydiyyatı Təbriz küçəsi, ev 270-dir. Valideynləri ölən günədək onunla yaşamış və onların yas mərasimi xərclərini o tək çəkmişdir. Cavabdeh məhkəməyə bir daha etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddiaçılar ərizəsində göstərmişdir ki, guya o ata-anasına məxsus olan torpaq sahəsinə və fərdi yaşayış evinə dair qanunsuz vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır və anası X5 Cəfərovadan Talıbovaya keçməmişdir. Anası ilə atası nikaha daxil olmuş və anasının soyadı Cəfərovadan Talıbovaya keçmişdir (xx.xx.1954-cü il tarixli, 66 nömrəli akt, Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamə). İddiaçılar atalarına tikilib verilmiş evdə yaşayıb və hazırda yaşayırlar, hətta İddiaçı1 istifadəsində olan bələdiyyəyə məxsus torpaq sahəsinin müəyyən bir hissəsini satmış və həmin insan da özünə orada ev tikmiş və o da ayrı darvaza qoymuşdur. Belə ki, iddiaçılar anaları X13 və bacıları X21 ilə birgə onu dəfələrlə başqa iddialarla məhkəməyə vermişlər. Lakin onların iddiaları əsassız olduğundan məhkəmə tərəfindən imtina edilmiş, iddiaçılar tərəfindən apellyasiya şikayəti verilmiş və rədd edilmişdir. Apellyasiya məhkəməsi yerində baxış keçirmiş və onların iddialarının əsassız olduğunu və hər kəsin özünəməxsus girişi ayrı evi olduğunu sübuta yetirmişdir. Atası və anası ölən günədək onunla birgə yaşamışlar və öləndə dəfnin xərclərini o, çəkmişdir. İddiaçılar iddia edirlər ki, atası ƏƏSM-nin Sosial Xidmətlər agentliyinə müraciət etmişdir, bununla bağlı bildirir ki, İddiaçı1 birinci nikahı pozulub, həmin nikahdan olan iki övladına aliment verir. Lakin o aliment verə bilmədiyi üçün nəzarətə götürülmüşdür və buna görə də onun atasına müraciət edərək yalvarmışdır ki, “baba, gəl səni mən öz üzərimə yazdırım və sosial müavinət alım, alimenti ödəyim, yoxsa məni həbs edəcəklər”. Atası da yaşlı adam olduğu və ona yazığı gəldiyi üçün qəbul etmişdir, lakin nə atası, nə də o İddiaçı1 məqsədini bilməmişdir. Eyni zamanda qeyd edir ki, iddiaçıların iddia etdiyi kimi atası son iradəsinin ifadəsi olaraq heç bir vəsiyyətnamə qoymamışdır və o ancaq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Məhkəmə gedişində X51, X45, X32, X28, X13, X21 və X22 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən X13 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, hələ anası sağ olanda Cavabdeh atasını danışdırmırdı. Cavabdeh anası 2000-ci ildə öləndən sonra atasını tənha qoyub evdən getmişdir. Bir müddət qardaşı Zöhrabın, sonra da bacısı qızı Cəmilənin evində yaşamışdır. Atalarına nə o, nə də o biri qızları sahib çıxıb baxmamışlar. Ona özü, Zakirin yoldaşı və bacısı oğlu Saleh baxmışlar, hətta onun paltarlarını qızı Cəmilə, Rəhman evlənəndən sonra da gəlin yuyurdu. Qaynatası Vəli və Talıb sağ ikən onlar xeyli torpaq itirsələr də onun təklifi ilə darvazalarının yerini dəyişmişlər ki, hər kəsin öz həyətinə ayrıca giriş-çıxışı olsun. Həyətyanı sahənin bölgü və dalanın açılması planını da Vəli Talıbovun müraciəti əsasında daşınmaz əmlakın mühəndisləri hazırlayıb təsdiqlətmişdilər. «A» və «B» tikililəri və yerləşdiyi sahə Vəli və Ayla Talıbovlara, 33a sahəsi Habilə, Humay və Süsənbər Abbasəli qızlarına, 33ь Əli Abbasəli oğluna və 33b-də onlara aid sahədir. Bu cür bölgü ilə hər kəs razılaşmışdı və hər kəsin də ayrıca giriş-çıxışı olmalı idi. Vəli Talıbov öləndən sonra Cavabdeh bacısı qızı Cəmilə ilə birləşib xəlvəti olaraq saxta sənədləri hazırlayıb öz payını artırmaq üçün onları və Zakiri də gizlədib saxta sənədlərlə vərəsəlik şəhadətnaməsi əldə edib təkbaşına sahiblənib. Bu bir tərəfə öz darvazasını 33b sahəsi kimi işarələnən onların evinin Təbriz küçəsinə tərəf küncündə quraşdırıb hamının torpağını zəbt edib, onların evini də mühasirəyə salıb. Onu da qeyd edir ki, əyri bucaq altında olan 33ь onların evi olubdur. Ayıbalasından olduğuna görə aşılanmşdır və uçmaq təhlükəsi yarandığına görə 33b-ni tikdirib ora köçmüşlər. Həmin əyri vəziyyətdə göstərilən 33ь hazırda yoxdur. Gizlədilə bilməz bir faktdır ki, Cavabdeh bacısı Zərinə və Zərinənin qızı Cəmilə ilə birləşib saxta sənədləri təşkil edib hamının həyətyanı torpaq sahəsi olan əmlakına sahibləniblər. Hazırda hər üçü də, hətta Zərinə öz ailəsi ilə zəbt etdikləri sahədə yaşayırlar. Odur ki, saxta sənədlər təşkil edib qaynatası Vəli Talıbovun və qaynanası Ayla Talıbovanın əmlaklarını saxta yol ilə vərəsələdib əldə etdiklərinə və digər vərəsələrə aid torpaq sahələrinə və ümumi giriş-çıxış dalananı zəbt edib sahibləndiklərinə əsasən iş üzrə Cavabdeh, üçüncü şəxs X42 və Zərinənin qızı Cəmilənin barələrində cinayət işi başlanılması üçün qanunvericiliyə əsasən xüsusi qərardad çıxarmaqla prokurora məlumat verilməsini xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən X21 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, onların ailəsindən başqa həyətdə yaşayanların hamısının həyətə giriş-çıxışları o biri tərəfdən tək onların ailəsinin giriş-çıxışı Təbriz küçəsi tərəfdən idi. Vəli babanın təklifi oldu ki, onlar darvazanın yerini dəyişib yol açsınlar ki, həyət bölünə bilsin və hər kəsin hətta avtomobillə giriş-çıxışı təmin olunsun. Onlar xeyli torpaq sahəsini itirmələrinə baxmayaraq bu təkliflə razılaşmışlar ki, hamının ayrıca yolu dalanda açılsın və qohumlar arasında olan münaqişəyə son qoyulsun. Dalanın layihəsini də DƏDKR PHŞ-nin 3 saylı Gəncə Əİ-si hazırlamışdı. Hər kəsi də qane edirdi. 2000-ci ildə nənə öləndən sonra Cavabdeh babaya baxmaqdan imtina edib qardaşı Zöhrab əminin və bacısı qızının evində yaşamışdı. Heç 20 ildən artıq bir müddət öz atasını danışdırmamışdı. O biri qızları da həmçinin. Vəli babaya Zakir əminin yoldaşı, anası, gəlin, bacısı Cəmilə və xüsusilə babanın bacısı oğlu Saleh əmi köməklik edirdilər. Vəli baba öləndən sonra Nailə gizlin vərəsələdib və peyda olaraq onların torpaq itkisi ilə açdıqları yolu və daha 14 nəfərə aid torpaqları zəbt edib onların evini də mühasirəyə alıb. Anasının yolun açılmasına dair iddiası əsassız və ədalətsiz olaraq təmin edilməmişdir. Lazım olarsa ayrıca iddiaçı kimi iddia qaldıracaq. X53 da bu fikirdədir, özü ayrıca iddia ilə müraciət edəcək. Odur ki, onun üçüncü şəxs kimi işdən kənarlaşdırılmasını, zərurət olarsa, özünün ayrıca iddia ilə məhkəməyə müraciət edəcəyini bildirmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən X13 məhkəməyə münasibət (mülahizə) ünvanlayaraq bildirmişlər ki, iş üzrə Cavabdeh iddia ərizəsinə qarşı öz etirazının 1-ci səhifəsinin 2-ci abzasında yazıb ki, vərəsəlik etdirən zaman X11na müraciət edib, lakin Zakir ona bildirib ki, ona vərəsə kimi heç nə lazım deyil. Sonra da yazıb ki, X51 ata və analarının ölümlərindən keçən altı ay müddətində vərəsəlik üçün müraciət etməyib və pay istəməyib. Göründüyü kimi göstərdiyi dəlillərin biri digərinə ziddiyyət təşkil edir. Belə ki, əgər o vərəsəliyə qoşulması üçün Zakir Talıbovu dəvət etmişdirsə və Zakir Talıbov da ona ata və anasına məxsus əmlakdan ona pay lazım olmadığını demişdirsə, vərəsəlik üçün müraciət etdiyi notariat qaydasında təsdiqlənən işdə olan xx.xx.2020-ci il tarixli 8i- 14998 və 8İ-14999 reyestr nömrəli ərizələrində niyə Zöhrabı, Zərinəni və Nərminəni göstərib, Zakir Talıbovu və Fərhad Talıbovu gizlədib yazıb ki, AR MM-nin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələr yoxdur. X71 ata-anasına məxsus əmlakdan irs istəmədiyini Nailəyə demişdirsə, ərizədə onun da adını vərəsələr sırasında yazardı və imtina etməsi üçün notariat ofisinə dəvət edərdi. Gəlmədiyi təqdirdə notarius ona dəvət məktubu göndərib gəlmədiyi təqdirdə, vərəsəlik haqqında şəhadətnaməni təsdiqləyərdi. Cavabdehin Zakir Talıbovu vərəsəlik ərizəsində vərəsələr sırasına salmaması və gizlətməsi, onun qeyd olunan dəlilini yalan yazmasını sübut edir. 1-ci məhkəmə prosesində də cavabdeh sualları cavablandıranda etirazda yazdığı kimi yox, Zakir Talıbova atasının sağlığında ev və torpaq sahəsi ayırıb verdiyini demişdi. Daha onun Zakiri vərəsəliyə dəvət etdiyini və Zakirin də imtina etdiyini deməmişdi. Cavabdehin özü anasının ölümündən 20 il keçəndən sonra vərəsəlik üçün müraciət etdiyi halda yazıb ki, Zakir Talıbov ata və anasının ölümündən keçən altı ay müddətində vərəsəlik üçün müraciət etməyib. Cavabdeh bu dəlili ilə bizi axmaq yerinə qoya bilər. Ancaq məhkəməyə yanlış məlumat verməklə abır-həyadan hədsiz olaraq çıxmış olur. Cavabdeh etiazının 1-ci səhifəsinin 3-cü abzasında yazıb ki, guya iddiaçılar anaları - üçüncü şəxs Firəngiz Əliyevaya müraciət edib vərəsəlik edəcəyini bildirib Fərhad Talıbova məxsus ölüm və doğum haqqında şəhadətnamələri istəyib və guya o sənədləri onlar cavabdehə təqdim etmiş və vərəsəlik işindən xəbərdar olmuşlar. Cavabdehin dediyindən belə çıxır ki, onlar vərəsəlik işlərindən xəbərdar olmuşlar və özləri irs istəməmişlər. Əgər belə idisə, cavabdeh vərəsəlik üçün notariat qaydasında təsdiqlənən ərizəsində ataları Fərhad Talıbovu vərəsələr siyahısına niyə salmayıb və gizlədib? Sonra da yazıb ki, guya 2022-ci ildə İddiaçı1 cavabdehdən torpaq istəmişdir, o da etiraz etdiyi üçün guya onlar daş hasarı uçurdub cavabdehin həyətinə girmişdir və sair. Onun babasının və nənəsinin yerində irs payları olduğu halda niyə vərəsəlikdən imtina edib ondan torpaq sahəsi istəyirdi? Onların çıxarış üzrə payları 33,3 kv m-dir. Otaqları 29 kv.mdə yerləşir. 4,3 kv.m. torpaqları dalana düşdüyünə görə öz torpağında çirkab su üçün quyu qazmışdır. Onların şikayətləri əsasında polis protokol yazmışdı. Quyunu öz torpağında qazdığına görə Gəncə Şəhər Məhkəməsinin 3(125)-634/2023 saylı, xx.xx.2023 tarixli qərardadı ilə protokol təmin edilməyib işə xitam verilmişdir. Əgər Cavabdeh yazdığı kimi onlara məlumat vermişdirsə, niyə vərəsəliyə dair ərizədə ataları Fərhad Talıbovu vərəsələrin siyahısına salmayıb gizlədərək Zöhrab, Zərinə və Nərminədən başqa vərəsələrin olmadığını yazıbdır? Bu hal da onun yalan yazdığını sübut edir. Cavabdeh Etirazın 1-ci səhifəsindən 2-ci səhifəyə keçən abzasın 2-ci səhifəsində yazıb ki, “bundan əlavə bildirirəm ki, iddiaçıların atası qardaşım X46 xx.xx.2000-ci ildə vəfat edib. Qanunvericiliyə əsasən əgər evlad valideyindən öncə rəhmətə gedirsə onun valideyinin mülkündə payı olmur.” Ancaq təəssüf! Yenə də bilərəkdən yanlışlığa yol verib. Belə ki, cavabdeh yaxşı bilir ki, anası qardaşından beş ay əvvəl xx.xx.2000-ci ildə ölüb. Sonrası da dəxli yoxdur, kimin nə vaxt ölməsindən asılı olmayaraq qanunvericiliyə əsasən vərəsənin uşaqları o halda qanun üzrə vərəsələr sayılır ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideyinləri sağ olmasın. Yəni baba və nənələrinin vərəsəsi olan ataları öldüyünə görə atalarının əvəzinə baba və nənələrinin əmlakına münasibətdə vərəsə kimi onlar iştirak edə bilərlər. Cavabdehin etirazda yazdığı kimi əgər onların bu vərəsəlik işindən məlumatı olubsa və atalarının ölüm və doğum haqqında şəhadətnamələrini anaları Firəngiz Əliyeva ona veribsə niyə bu dəlildən istifadə etməyə çalışır? Cavabdeh etirazının sonunda yazır ki, guya atası Vəli Talıbov sağlığında hər kəsin payını ayırmış və hər kəsə ayrı darvaza qoymuş və çıxışları belə ayırmışdır. X74 mülkün sahibi olmayıb ki, hamıya pay ayırsın və darvaza qoysun. Darvaza qoyan olsaydı, öz payına düşən hissəyə darvaza qoyardı. Vəli Talıbov cinayət əməlinə görə həbs olunub. Uzun illər cəza müəssisəsində qalandan sonra məcburi əməklə əlaqədar nisbi azadlığa buraxılıb, lakin Sumqayıtda işləməklə kənara çıxa bilməyib. O həbsini başa vurandan sonra evə gələ bilib. Gələndən sonra həyat yoldaşı Alya Talıbova ilə söz-söhbəti tutmayıb və ayrılıblar. Cavabdeh Nailə anası ilə əl damı olan «D» tikilisində Vəli Talıbov da «A» tikilisində yaşamağa başlayıblar. Vəli Talıbov başqa bir qadınla evlənib, qadının evinə köçüb. O köçəndən sonra Alya ilə Nailə qapını qırıb evə giriblər və Vəli Talıbovun evində yaşamağa başlayıblar. Xeyli müddətdən sonra Vəli Talıbovun evləndiyi qadın dünyasını dəyişib. Qadın öləndən sonra Vəli Talıbov evinə qayıtmaq istəyib ancaq Alya və Cavabdehlar onu evə buraxmayıblar. Vəli Talıbov evə köçürülməsi üçün məhkəmədə iddia qaldırıb. Alya Talıbova da evin bölünməsinə, Vəli Talıbovun bacıları da Vəli Talıbova qarşı ata mülklərinin bölünməsinə və ataları Fərhad Talıbov da yaşadıqları evin atasına verilməsinə dair iddialar qaldırmışlar. Bütün iddialar bir işdə birləşdirilmiş və Gəncə Şəhəri Nizami Rayon Xalq Məhkəməsinin xx.xx.1994-cü il tarixli 2-50/94 saylı qətnaməsi ilə «B» və «D» tikililərinin mülkiyyət hüququ X68 Talıbovaya, «Q» tikilisi ataları Fərhad Talıbova, «A» tikilisi isə mülkün sahibi Abbasəli Talıbovun buraxdığı mirasın kütləsi hesab edilmişdir. Məhkəmənin qətnməsindən sonra da Nailə və X63 Talıbovu evə buraxmamışlar. Vəli Talıbov fermada işləyib orada da qalırdı. 1998-ci ildə gözlənilmədən Alya Talıbova ilə barışmış və X72 Talıbovun evə köçməsinə razılaşmışdı. Niyə razılıq verdiyinə görə Cavabdeh anasından da küsüb qardaşı Zöhrabın evinə getmişdi. 2000-ci ildə Alya Talıbova gözlənilmədən dünyasını dəyişmişdi. Nailə ilə Zöhrab cənazəni Zöhrabın evindən götürmüşdülər. 7-si çıxan kimi Cavabdeh Vəli Talıbovu döyüb evdən çıxartmış və tək yaşamağa başlamışdı. Bundan sonra Vəli Talıbov uzun illər bacısının evində yaşamışdı. X64 şəhəri, Təbriz küçəsi, 270 ünvanında yerləşən evinə köçürülməsinə dair Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 2(044)-263/2007 saylı qətnaməsindən sonra da 4-5 il Vəli Talıbovun öz evinə köçüb yaşamasına Cavabdeh imkan verməmişdi. 4-5 ildən məhkəmə icraçıları polislə gəlib Vəli Talıbovu evə köçürdə bilmişdilər. Vəli Talıbov evə köçürüləndən sonra Cavabdeh evdən çıxaraq Zöhrabın evinə, sonra da Zərinənin qızının evinə köçüb Vəli Talıbov ölənədək orada yaşamışdı. Cavabdeh 8 ilə yaxın bir müddət anası Alya Talıbova ilə birlikdə atası Vəli Talıbovu evə buraxmayıbdır. 1998-ci ildə Alya Talıbova barışsa da, Nailənin barışmaması və 2000-ci ildə Alya Talıbovunun ölümündən sonra Vəli Talıbovu evdən çıxardıb evə buraxmaması, habelə xx.xx.2007-ci il tarixli, 2(044)-263/2007 saylı Qətnamə, 2012-ci il və 2014-cü il tarixli icra vərəqləri ilə də Cavabdeh atası Vəli Talıbovu evə buraxmamasını sübut edir. Odur ki, qeyd olunanların nəzərə alınmasını xahiş edirlər. Məhkəmə iclaslarında iştirak edən İddiaçı1 iddia tələbinin təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, doğulduqları gündən bəri anası Firəngiz, o və bacısı Cəmilə mübahisəli miras əmlakın yerləşdiyi ünvan 1 ünvanında yaşamışlar. Ev babaları X18 və nənələri X17 paylı mülkiyyətində olmuşdur. Onların birgə nikahından altı uşaqları – atası Fərhad, Zakir, Nailə, Nərminə, Zərinə və Zöhrab doğulmuşdur. Nənələri Alya və ataları Fərhad 2000-ci ildə, babaları Vəli isə 2020-ci ildə, pandemiya vaxtı ölmüşdür. Atasından başqa bütün digər vərəsələr sağdır. Cavabdeh babası Vəli öldükdən sonra onun evində məskunlaşmışdır. Hazırda ev tam şəkildə cavabdehin mülkiyyətindədir. Cavabdeh notariat orqanında ərizə verərək vərəsəliyi qəbul edərək vərəsələrdən ikisini, yəni atası Fərhadı və əmisi Zakiri göstərməmiş, gizlətmişdir. Məhkəmə iclaslarında iştirak edən İddiaçı2 digər İddiaçı1 ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmiş və etiraz ərizələrinin məzmununa uyğun izahat vermişdir. Həmçinin əlavə etmişdir ki, atası Vəli öz sağlığında iddiaçıların atası Fəhradın və qardaşı Zakirin payını vermişdir. Buna görə də vərəsəliyi qəbul edərkən ərizəsində onların adını göstərməmişdir. İddiaçı Rəhman onun məhləsinə çirkab su axıtdığı, həmçinin aralarında olan daş hasarı uçurtduğu üçün polisə müraciət etmiş, sahə rəisinin iştirakı ilə hasar bərpa edilmişdir. Bundan başqa, iddiaçıların atası onun atasından öncə vəfat etmişdir. Ata-anası ölən günədək onun yanında yaşamış, hətta onların dəfn xərclərini də özü çəkmişdir. Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X44, X37, X25, X19, X10, X14 və X15 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların izahatlarını və cavabdehin izahını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan xx.xx.1984-cü il tarixdə 24 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş AZ-T seriyalı, 039335 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.1983-cü il tarixdə Gəncə şəhərində doğulmuş, atası X46, anası X7. İş materiallarında olan, 847 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş AЭ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X45 20 yanvar 1953-cü il tarixdə “Kirovabad” şəhərində doğulmuşdur, atası X35, anası “Djafarova” Alya “İbraqim” qızıdır. İş materiallarında olan Nizami rayon VVAQ şöbəsi tərəfindən verilmiş AZ seriyalı, 024273 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X33 xx.xx.2000-ci il tarixdə Gəncə şəhərində “kəskin ürək-damar çatışmamazlığı” səbəbindən ölmüşdür. Gəncə şəhəri Nizami rayonu VVAQ tərəfindən verilmiş AZ seriyalı, 024515 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X46 xx.xx.2000-ci il tarixdə Gəncə şəhərində “qəfləti koronar ölüm” səbəbindən ölmüşdür. Gəncə şəhər Nizami rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 100650 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X35 xx.xx.2020-ci il tarixdə Gəncə şəhərində “ürək dayanmasından qəfləti ölüm kimi təsvir olunmuş hadisə” səbəbindən ölmüşdür. İş materiallarında olan Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş 3-16-5/8- 70-Ə-4160/2023 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X47 xx.xx.1952-ci ildə Azərbaycan Respublikası Gəncə şəhərində anadan olmuşdur, bu barədə xx.xx.1954cü ildə Gəncə şəhər qeydiyyat şöbəsində 848 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası X35, anası X36, valideynlərin milliyyəti azərbaycanlıdır. xx.xx.2000-ci ildə vəfat etmiş F.Talıbovun ölümü xx.xx.2000-ci il tarixdə 631 saylı aktla Gəncə şəhər qeydiyyat şöbəsində dövlət qeydiyyata alınmışdır. Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş 3-16-5/8-70-T-3744/2024 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X35 və X20 nikahları xx.xx.1954-cü il tarixdə 66 nömrəli akt qeydi ilə Gəncə Şəhər Qeydiyyat şöbəsində rəsmiləşdirilmiş, nikah bağlandıqdan sonra ərin soyadı Talıbov, arvadın soyadı Talıbova kimi qeyd edilmişdir. Nikah Gəncə şəhər məhkəməsinin xx.xx.1977-ci il tarixli qətnaməsi ilə pozulmuş və xx.xx.1977-ci ildə 293 nömrəli akt qeydi ilə Gəncə Şəhər Qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. Sorğu nəticəsində əldə edilmiş 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən reyestrdə 2V-1244 nömrə ilə qeydə alınmış xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2000-ci il tarixdə vəfat etmiş X17 vərəsəsi – qızı Cavabdeh miras əmlakdan – ünvan 1 ünvanında yerləşən əmlakın miras qoyan X24 məxsus 6/108 (Tik. “A”, “C”, tikililərin ½) hissəsindən tam hissədə irs almalıdır. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş, **********998 nömrə ilə Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiqlənmiş ərizəyə əsasən Cavabdeh bildirmişdir ki, xx.xx.2000-ci ildə ünvan 1 ünvanında yaşamış anası X38 vəfat etmişdir. Ölümündən sonra ünvan 1 ünvanında yerləşən əmlakın ona məxsus olan hissəsi miras qalmışdır. O həmin miras əmlakdan ona çatası miras payı qəbul edir. X18 ondan başqa vərəsələri var: qızı X42, qızı X32 və oğlu X45. Göstərilən əmlaka qanun üzrə (vəsiyyətnamə, məcburi pay) vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələr yoxdur. X28 tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş, **********713 nömrə ilə Gəncə şəhəri 5 saylı notariat ofisində təsdiqlənmiş ərizəyə əsasən X28 bildirmişdir ki, anası X38 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlakdan ona çatası miras payı qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmişdir, indi də etmir və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir. X45 tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş, **********714 nömrə ilə Gəncə şəhəri 5 saylı notariat ofisində təsdiqlənmiş ərizəyə əsasən X45 bildirmişdir ki, anası X38 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlakdan ona çatası miras payı qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmişdir, indi də etmir və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir. X32 tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş, **********125 nömrə ilə Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiqlənmiş ərizəyə əsasən X32 bildirmişdir ki, anası X38 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlakdan ona çatası miras payı qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmişdir, indi də etmir və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir. Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 05/Q-1207 nömrəli arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1963cü ildə Azərbaycan, Gəncə şəhərində anadan olmuş Cavabdeh ailə üzvlərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2020-ci ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: 1.Ata – X35, ölüm (xx.xx.2020) 2.Ana – X38, ölüm (xx.xx.2000) 3.Bacılar – X42 (xx.xx.1959), X32 (xx.xx.1955) 4.Qardaş – X45 (xx.xx.1953) Qeyd hissəsində göstərilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə Azərbaycan Respublikasının qeydiyyat orqanları tərəfindən tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktlarına dair məlumatlar daxildir. Arayışda ərizədə göstərilən şəxslər qeyd edilmişdir. Vərəsəlik işinin materiallarına X25, X29, X26, X37 və Cavabdeh dair “Elektron notariat” informasiya sistemi vasitəsilə “X9” AQİS-dən çıxarışlar əlavə edilmişdir. Sorğu nəticəsində əldə edilmiş 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən reyestrdə 2V-1245 nömrə ilə qeydə alınmış xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X18 vərəsəsi – qızı Cavabdeh miras əmlakdan – ünvan 1 ünvanında yerləşən əmlakın miras qoyan X23 məxsus 6/108 (Tik. “A”, “C”, tikililərin ½) hissəsindən tam hissədə irs almalıdır. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş, **********999 nömrə ilə Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiqlənmiş ərizəyə əsasən Cavabdeh bildirmişdir ki, xx.xx.2020-ci ildə ünvan 1 ünvanında yaşamış atası X35 vəfat etmişdir. Ölümündən sonra ünvan 1 ünvanında yerləşən əmlakın ona məxsus olan hissəsi miras qalmışdır. O həmin miras əmlakdan ona çatası miras payı qəbul edir. X18 ondan başqa vərəsələri var: qızı X42, qızı X32 və oğlu X45. Göstərilən əmlaka qanun üzrə (vəsiyyətnamə, məcburi pay) vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələr yoxdur. X28 tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş, **********712 nömrə ilə Gəncə şəhəri 5 saylı notariat ofisində təsdiqlənmiş ərizəyə əsasən X28 bildirmişdir ki, atası X35 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Vəfatından sonra ona məxsus olan əmlak miras qalmışdır. Harada yerləşməsindən və nədən ibarət olmasından ibarət olmasından asılı olmayaraq ona çatası payını qəbul etməkdən bacısı Cavabdeh xeyrinə imtina edir. X45 tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş, **********715 nömrə ilə Gəncə şəhəri 5 saylı notariat ofisində təsdiqlənmiş ərizəyə əsasən X45 bildirmişdir ki, atası X35 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Vəfatından sonra ona məxsus olan əmlak miras qalmışdır. Harada yerləşməsindən və nədən ibarət olmasından ibarət olmasından asılı olmayaraq ona çatası payını qəbul etməkdən bacısı Cavabdeh xeyrinə imtina edir. X32 tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş, **********126 nömrə ilə Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiqlənmiş ərizəyə əsasən X32 ızı bildirmişdir ki, atası X35 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Vəfatından sonra ona məxsus olan əmlak miras qalmışdır. Harada yerləşməsindən və nədən ibarət olmasından ibarət olmasından asılı olmayaraq ona çatası payını qəbul etməkdən bacısı Cavabdeh xeyrinə imtina edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 3-21-3-33/2-13837/2024 nömrəli sorğuya cavab məktubundan görünür ki, 3 saylı Gəncə Ərazi idarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən indiki ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dair X30 adına 1937-ci il tarixli, 9615 nömrəli torpaq haqqında qeyd işlənmişdir. Gəncə şəhər 6 saylı NK-nın 18.01,1993-cü il tarixli. 4N-1-6 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak X35 və digərlərinə irs edilmiş və onların adına xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********74-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 1 saylı NK-nın xx.xx.2016-cı il tarixli, 2V-1-152 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən Gəncə şəhəri. Təbriz küçəsi, ev 270 jrvanında yerləşən daşınmaz əmlakın X39 məxsus 2/36 hissəsi X13 və digərlərinə irs edilmiş və X8 adına 11 06.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********74- 10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. 1 saylı Gəncə regional "ASAN xidmət” mərkəzində NO-nun xx.xx.2022-ci il tarixli, 2V-1244 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın X24 məxsus 6/108 hissəsi və həmin NO-nun xx.xx.2022-ci il tarixli, 2V-1245 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın X23 məxsus 6/108 hissəsi Cavabdeh irs edilmiş və onun adına 12/108 hissə üzrə xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********74-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhər 6 saylı NO-nun xx.xx.2023-cü il tarixli. 4Ə-783 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın Cavabdeh məxsus 12/108 hissəsinin 1/2 hissəsini X4 və onun adına xx.xx.2023-cü il tarixli. ********** qeydiyyat nömrəli, **********74-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin müqavilə və çıxarış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ləğv edilmişdir. Gəncə şəhər 6 saylı NO-nun xx.xx.2024-cü il tarixli, 4Ə-895 reyestr nömrəli alqı-satı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın Cavabdeh məxsus 6/108 hissəsini X1 və onun adına xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********74-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən reyestrdə 2V-1244 nömrə ilə qeydə alınmış xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2000-ci il tarixdə vəfat etmiş X17 vərəsəsi – qızı Cavabdeh miras əmlakdan – ünvan 1 ünvanında yerləşən əmlakın miras qoyan X24 məxsus 6/108 (Tik. “A”, “C”, tikililərin ½) hissəsindən tam hissədə irs almışdır. Həmçinin, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən reyestrdə 2V-1245 nömrə ilə qeydə alınmış xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X18 vərəsəsi – qızı Cavabdeh miras əmlakdan – ünvan 1 ünvanında yerləşən əmlakın miras qoyan X23 məxsus 6/108 (Tik. “A”, “C”, tikililərin ½) hissəsindən tam hissədə irs almışdır. Cavabdeh hazırki mülki iş üzrə iddiaçıların bibisidir. Mübahisəli əmlak iddiaçıların babası, cavabdehin atası X18 və iddiaçıların nənələri, cavabdehin isə X6 paylı mülkiyyətində olmuşdur. Onların birgə nikahından altı uşaqları – iddiaçıların atası X46, X51, X45, X32, X28 və Cavabdeh doğulmuşdur. X33 xx.xx.2000-ci il tarixdə, X35 xx.xx.2020-ci il tarixdə, X46 isə xx.xx.2000-ci il tarixdə ölmüşlər. İddiaçılar, bacıları X21 və X22, habelə anaları X2 Fərhad Vəli oğlunun birinci növbədə vərəsələridir. İddiaçılar iddia edirlər ki, doğulduqları gündən bəri anaları Firəngiz və onlar mübahisəli miras əmlakın yerləşdiyi ünvan 1 ünvanında yaşamışlar. Atasından başqa baba və nənələrinin bütün digər vərəsələri sağdır. Cavabdeh babası Vəli öldükdən sonra onun evində məskunlaşmışdır. Hazırda ev tam şəkildə cavabdehin mülkiyyətindədir. Cavabdeh notariat orqanında ərizə verərək vərəsəliyi qəbul edərək vərəsələrdən ikisini, yəni atası Fərhadı və əmisi Zakiri göstərməmiş, gizlətmişdir. Halbuki, Cavabdeh 8 ilə yaxın bir müddət anası Alya Talıbova ilə birlikdə atası Vəli Talıbovu evə buraxmayıbdır. 1998-ci ildə Alya Talıbova barışsa da, Nailənin barışmaması və 2000-ci ildə Alya Talıbovunun ölümündən sonra Vəli Talıbovu evdən çıxardıb evə buraxmaması, habelə xx.xx.2007-ci il tarixli, 2(044)-263/2007 saylı qətnamə, 2012-ci il və 2014-cü il tarixli icra vərəqləri ilə də Cavabdeh atası Vəli Talıbovu evə buraxmamasını sübut edir. Odur ki, qeyd olunanların nəzərə alınaraq cavabdehin baba və nənələrinin sözügedən paylarına münasibətdə ləyaqətsiz vərəsə müəyyən edilməsini xahiş edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 08 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, qanunvericilik mülkiyyətçinin bağışlama qabiliyyətinin vərəsəlik hüququ ilə məhdudlaşdırılmasına dair norma nəzərdə tutmaqla yanaşı, miras qoyana sağlığında müvafiq şərtlər daxilində vərəsəlik hüququndan məhrum etmə imkanı da vermişdir. Belə ki, miras qoyan hər hansı vərəsəni, o cümlədən məcburi pay almaq hüququ olan vərəsəsini ləyaqətsiz vərəsə hesab etdirməklə mirasdan kənarlaşdıra bilər. Mülki Məcəllənin 1137-ci maddəsinə görə, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1203-cü maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Məhkəmə qeyd edir ki, vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Yuxarıda qeyd olunduğu kimi vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır. Mülki qanunvericiliyə görə, ləyaqətsiz vərəsə kimi tanınması üçün şəxsin iki alternativ hərəkətdən birini etməsini müəyyənləşdirmək lazımdır: birincisi, fiziki şəxsin miras qoyanın son iradəsini həyata keçirməsinə maneə törətməsi və bununla özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına imkan yaratması; ikincisi, fiziki şəxsin vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı cinayət və ya digər əxlaqsız hərəkət törətməsi. Göstərilən hallardan biri olduqda və həmin hal məhkəmə qaydasında təsdiqləndikdə, hüquq pozuntusu törədən şəxs ləyaqətsiz vərəsə kimi nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilmir, vərəsəlik hüququndan məhrum edilir. Hazırkı halda müəyyən edildi ki, iddiaçılar Cavabdeh xx.xx.2020-ci il tarixdə vəfat etmiş X18 əmlakına münasibətdə ləyaqətsiz vərəsə hesab edilməsi üçün əsas ola biləcək, yuxarıda göstərilən qanunvericilikdə müəyyən edilmiş hər hansı bir sübutlarını məhkəməyə təqdim etməmişlər, həmin əsaslar məhkəmə iclasında da müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçılar iddia ərizəsində iddia tələblərinin əsası olaraq cavabdehin notariat orqanında ərizə verərək vərəsəliyi qəbul edərək vərəsələrdən ikisini, yəni iddiaçıların atası Fərhadı və əmisi Zakiri göstərməməsi, gizlətməsini, habelə cavabdehin 8 ilə yaxın bir müddətdə anası Alya Talıbova ilə birlikdə atası Vəli Talıbovu evə buraxmaması, bununla da mərhum atasına qayğı göstərməkdən imtina etməsi hallarını göstərsə də, qeyd edilənlənlər cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi üçün əsas sayıla bilməz. Qanunvericilikdə ləyaqətsiz vərəsə hesab edilməsinin konkret şərtləri müəyyənləşdirilmiş, hazırkı halda isə iddia üzrə cavabdehin əməllərində həmin hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ləyaqətsiz adam mənəvi keyfiyyətlərdən məhrum və əxlaqi davranış qaydalarına yad bir fərd kimi, özünün qanunla uzlaşmayan şəxsi marağı naminə istənilən hüquq pozuntusunu, o cümlədən ən ağır cinayət əməlini törətməyə hazır olan bir subyektdir. Ləyaqətsiz vərəsənin qanunsuz hərəkəti bir halda miras qoyanın hələ vəsiyyətnamədə ifadə edilməmiş, son iradəsini həyata keçirməsinin əleyhinə, digər halda isə miras qoyanın artıq vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı yönəlir. Ləyaqətsiz vərəsənin miras qoyanın, ümumiyyətlə, son iradəsinin həyata keçirilməsinə qarşı hərəkəti, onun qəsdən törətdiyi maneə şəklində özünü göstərir. Ləyaqətsiz vərəsənin miras qoyanın vəsiyyətnamədə göstərilmiş son iradəsinin həyata keçirilməsinə qarşı yönəlmiş hərəkətləri onun qəsdən cinayət və digər əxlaqsız hərəkətlər törətməsində özünü göstərir. Hazırkı halda isə cavabdehin gizlədib, gizlətməməsindən asılı olmayaraq iddiaçılar, eləcə də onların əmiləri Zakir Talıbov özləri miras əmlakın qəbul edilməsi ilə bağlı notariat orqanına müraciət edə bilərdilər, başqa sözlə cavabdehin qeyd edilən hərəkətləri sözügedən şəxslərin hüquqlarının həyata keçiriıməsinə mane olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bundan başqa, məhkəmə nəzərə alır ki, həm əvvəlki, həm də qüvvədə olan mülki qanunvericilik mirasın açılması anını istisnasız olaraq miras qoyanın öldüyü günlə müəyyən edir. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, miras əmlakın mülkiyyətçisi olan X33 xx.xx.2000-ci il tarixdə öldüyündən və onun payı ilə bağlı hazırkı mübahisəyə xx.xx.1964-cü ildə qəbul edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin vərəsəliklə bağlı müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan SSR Mülki Məcəlləsinin 530-cu maddəsinə əsasən qanun üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar; vəsiyyət üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar vərəsə ola bilərlər. Həmin Məcəllənin 531-ci maddəsinə əsasən miras qoyanın, onun vərəsələrindən hər hansı birinin əleyhinə, yaxud miras qoyanın vəsiyyətnamədə ifadə olunmuş axırıncı iradəsinin həyata keçirilməsi əleyhinə qanunsuz hərəkət etməklə özlərinin vərəsəliyə çağırılmasına imkan yaradan vətəndaşlar, bu hallar məhkəmə qaydasında təsdiq edilərsə, nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə olmaq hüququna malik deyildirlər. Valideynlik hüququndan məhrum edilən və vərəsəlik açılan zaman bu hüququ bərpa edilməyən valideynlər uşaqları öldükdən sonra, habelə miras qoyan şəxsi qanuna əsasən saxlamalı olan valideynlər və yetkinlik yaşına çatmış uşaqlar, miras qoyan şəxsi saxlamaq üzrə öz vəzifələrini yerinə yetirməkdən qəsdən boyun qaçırma halı məhkəmə qaydasında təsdiq edilərsə, qanun üzrə vərəsə ola bilməzlər. Lakin, iddia ərizəsinin məzmunundan, eləcə də məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarından aydın olur ki, cavabdeh, xx.xx.2000-ci il tarixdə ölmüş anası X24 qarşı hər hansı nə cinayət əməli, nə də bu və ya digər şəkildə əxlaqsız xarakterli hərəkətlər törətməmiş, ona qarşı laqeyd davranmamışdır. Əksinə yaxşı ana övlad münasibətlərində olmuşlar. Cavabdehin xx.xx.2000-ci il tarixdə ölmüş X6 əmlakına münasibətdə də ləyaqətsiz vərəsə hesab edilməsi üçün əsas ola biləcək hal yoxdur. Beləliklə də, müəyyən olundu ki, iddiaçıların iddia tələblərində qeyd etdiklərinin hər hansı bir qanuni əsası yoxdur, iddiaçılar iddia tələbini əsaslı edə biləcək hər hansı bir sübutlarını məhkəməyə təqdim etməmişlər. Odur ki, cavabdehin, X23 və Talıbova (Cəfərova) Alya İbrahim qızına məxsus ünvan 1 ünvanında yerləşən əmlakdakı paylarına münasibətdə ləyaqətsiz vərəsə müəyyən edilməsinə dair iddia tələbi təmin edilməməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, məhkəməyə ərizə verilərkən ödənilmiş dövlət rüsumu iddiaçı tərəfə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X51, X45, X32, X28, X13, X21 və X22) “ləyaqətsiz vərəsə hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar