Məhkəmə qərarları › İş №2(125)-3271/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3271/2024

27.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3271/2024 27.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «uşağın yaşayış yerinin müəyyən edilməsi və alimentin təyin olunması» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı xx.xx.2012-ci il təvəllüdlü X3 cavabdehdən alınaraq anası İddiaçı himayəsinə verilməsi və həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 100 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, izahatında bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuşdur. Onların birgə nikahlarından xx.xx.2012-ci il tarixdə X6 və xx.xx.2016-cı il tarixdə X7 anadan olmuşdur. Onunla Cavabdeh arasındakı ər-arvad pisləşdiyinə görə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(125)-247/2022 nömrəli qətnaməsi ilə nikah pozulmuş, cavabdehlə birgə nikahdan xx.xx.2012-ci ildə anadan olmuş X3 atası Cavabdeh yanında, X4 isə anası İddiaçı yanında saxlanılması müəyyən edilmiş, xx.xx.2022-ci il tarixdən başlayaraq, X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq, ona ödənilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə xx.xx.2012-ci il tarixdə anadan olmuş X3 atası ilə saxlanılması müəyyən edilsə də, uşaq faktiki olaraq onunla yaşamışdır. Bundan başqa, cavabdeh məhkəmə hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və yaxın zamanda cəzasını sonu ilə cəzaçəkmə müəssisəsindən buraxılmışdır. O, Cavabdehla birgə nikahdan doğulmuş uşaqların birlikdə onunla birgə yaşamasını istəyir. Onun maddi vəziyyəti ağır olduğuna və Cavabdeh birgə nikahdan doğulmuş uşaqların saxlanması üçün əlavə maddi yardım göstərmədiyinə görə K.R.X1 saxlanması üçün onun xeyrinə aliment tutulmalıdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı tam həcmdə etiraf etdiyini, iddianın təmin olunmasına heç bir etirazı olmadığını və həmçinin iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan AZ-İ seriyalı 477682 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-247/2022 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. İşdə olan AZ-İİ seriyalı, 888537 nömrəli doğum haqqında şəhdətnamənin surətindən görünür ki, X6 xx.xx.2012-ci il tarixdə anadan olmuşdur. Həmin uşağın atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)- 247/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah pozulmuş, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X3 nikah pozulduqdan sonra atası Cavabdeh, xx.xx.2016-cı il təvəllüdlü X4 isə anası İddiaçı yanında saxlanılması müəyyən edilmiş, xx.xx.2016-cı il tarixdə X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh iddianı etiraf etməsi, qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə də Cavabdeh tərəfindən iddianın etirafı qəbul olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci və 49.3-cü maddələrinə görə hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 60.4-cü maddəsinə görə valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8 nömrəli Qərarının 7.8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsasla iddia qaldırılmasına mane olmur. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2012-ci il tarixdə anadan olmuş X3 məhkəmənin qətnaməsinə əsasən atası Cavabdeh yanında qalması qət edilsə də, o faktiki olaraq atası Cavabdeh ilə deyil, anası İddiaçı ilə yaşayır. Qeyd olunan normaların tələbi baxımından məhkəmə xx.xx.2012-ci il tarixdə anadan olmuş X3 atasının yanında qalmasını müəyyən edən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-247/2022 nömrəli qətnaməsinin qanuni qüvvəyə minməsindən keçən müddət ərzində X3 Cavabdeh razılığı ilə İddiaçı ilə birlikdə yaşamasını, həmin uşağın anasına daha çox bağlı olmasını, uşağın anasının yanında qalmasının onun hüquq və mənafeləri ilə ziddiyyət təşkil etməməsini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından xx.xx.2012-ci il tarixdə anadan olmuş X6 atası Cavabdeh himayəsindən alınıb İddiaçı oğlunun himayəsinə verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2024-cü ildə yaşayış minimumu haqqında» 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Bununla əlaqədar məhkəmə tərəflərin maddi vəziyyətini, cavabdehin 100 manat məbləğində aliment ödəməyə razılığını, eləcə də ölkə üzrə uşaqlar üçün yaşayış minimumunu və iddiaçı ilə yanaşı cavabdehin də uşaqları saxlamaq vəzifəsini nəzərə alaraq, hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2012-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutulmalıdır. Habelə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə görə aliment almaq hüququ olan şəxs ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün aliment tutulması barədə məhkəmədə xx.xx.2024-cü il tarixdə iddia qaldırdığına görə aliment həmin vaxtdan tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. 16 yanvar 2012-ci il tarixdə anadan olmuş X3 Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-247/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş yaşayış yeri dəyişdirilsin. 16 yanvar 2012-ci il tarixdə anadan olmuş X6 atası Cavabdeh himayəsindən alınıb İddiaçı oğlunun himayəsinə verilsin. 16 yanvar 2012-ci il tarixdə anadan olmuş X2 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulması 03 may 2024-cü il tarixdən X6 yetkinlik yaşına çatana qədər müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar