Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3286/2024 10.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2017-ci ildə Göygöl rayonunun Çaykənd kəndində anadan olmuş X2 17 sentyabr 2018-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizənin dəlillərini müdafiə edərək bildirmişdir ki, Şahid1 ilə olan xx.xx.2014-cü il tarixli nikahlarından 14 fevral 2017-ci ildə X4 anadan olmuşdur. O anadangəlmə xəstə uşaq olmuş, müalicə etdirsələr də, xəstəliyi müalicəyə tabe olmamış və 17 sentyabr 2018-ci ildə vəfat etmişdir. Oğlu qaynatasının yaşadığı Göygöl rayonunun Qızılca kəndindəki kənd qəbirstanlığında dəfn edilmişdir. Həmin vaxt başları qarışıq olduğundan indiyədək oğlunun xx.xx.2018-ci il tarixdə vəfat etməsinə dair şəhadətnamə alınmamışdır. X2 barəsində ölüm şəhadətnaməsi almaqdan ötrü Maraqlı şəxsnə ərizə verərək müraciət etmişdir. Maraqlı şəxs tərəfindən müraciətinə cavab verilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı tibb müəssiəsi tərəfindən verilmiş ölüm faktını təsdiq edən tibbi şəhadətnamə əsasında qeydə alına bilər. Tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Ona görə ölüm faktının müəyyən edilməsi üçün ərazi üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Həmin Qərarın 9.5-ci bəndində göstərilir ki, şəxsin ölüm faktının müəyən edilməsi üçün müddət məhdudiyyəti yoxdur. Onların birgə nikahlarından xx.xx.2015-ci ildə anadan olmuş X5 və xx.xx.2024-cü ildə anadan olmuş X6 adında iki qızları vardır. 12 mart 2024-cü ildə anadan olmuş qızı Nuraya doğum şəhadətnaməsi alınarkən məlum olmuşdur ki, X2 vəfat etməsi barədə Qeydiyyat Şöbəsinin elektron sistemində məlumat göstərilməmişdir. X2 17 sentyabr 2018-ci il tarixdə vəfat etməsi faktını müəyyən etdirməkdə məqsəd onun həmin tarixdə yaşadığı evdə vəfat etməsinə dair ölüm haqqında şəhadətnamə almaqdan ibarətdir. Həmin sənədi məhkəmədən kənar qaydada almaq mümkün deyildir.Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Ərizəçi onun əridir. 14 fevral 2017-ci ildə onların Mövlan adlı övladları dünyaya gəlmişdir. Lakin oğlu doğuşdan xəstə olmuşdur. Oğlunu Gəncə şəhərində vəfat etdikdən sonra Göygöl rayonu Yeniqızılca kənd qəbristanlığında dəfn etmişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 Ağamməd oğlu verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur. Onların Mövlan adlı uşaqları olduğunu və həmin uşağın doğuşdan xəstə olduğunu bilmişdir. Uşaq Gəncədə avtozavod qəsəbəsində ölmüşdür. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi qohumudur və onun Mövlan adlı uşağının rəhmətə getdiyini bilir və həmin dəfn zamanı o da iştirak etmişdir. Uşağı Göygöl rayonu Yeniqızılca kənd qəbristanlığında dəfn etmişlər. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ilə Şahid1 xx.xx.2014-cü il tarixdə rəsmi nikah bağlamışlar.. İşdə olan 1 saylı Gəncə regional Asan xidmət qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2017-ci ildə doğulmuşdur, atası Ərizəçi, anası Şahid1dır. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası’’nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. X1 ölüm haqqında tibbi şəhadətnaməsi olmadığından qeydiyyat şöbəsində ərizənin təmin edilməsinin mümkün olmadığı, ölüm faktının müəyyən edilməsi üçün yaşadığı ərazi üzrə məhkəməyə müraciət etmək hüququ olduğu bildirilmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, iş materialları və şahidlərin ifadəsi ilə təsdiq olundu ki, Ərizəçi xx.xx.2017-ci ildə anadan olmuş oğlu X4 17 sentyabr 2018-ci il tarixdə xəstəlikdən vəfat etmişdir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8-ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. Məhkəmə hesab edir ki, ərizənin təmin olunması üçün əsaslar vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Şahid1 birgə nikahından xx.xx.2017-ci ildə doğulmuş X3 17 sentyabr 2018-ci il tarixdə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-3286/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3286/2024
10.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver