Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3318/2023 20.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan əmlakın hərracdan satılması və ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan əmlakın hərracdan satılması və ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi birgə mülkiyyətdə olan və ünvan 1 ünvanda yerləşən yaşayış evinin hərracdan satılması, satışdan əldə edilən məbləğin ½ paylara mütənasib surətdə bölüşdürülməsi, ümumi paylı mülkiyyət hüququna xitam verilməsi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, ünvan 1 ünvanda yerləşən ev ideal ½ paylarla X4 ilə onun ümumi mülkiyyətindədir. X4 2018-ci ildə vəfat edəndən sonra mirası faktiki olaraq onun oğlu Cavabdeh qəbul etmişdir. Həmin evdən birgə istifadə zamanı X4 ilə, onun ölümündən sonra isə oğlu Cavabdeh ilə mütəmadi mübahisəsi yarandığı üçün o, ümumi mülkiyyətdən payın real ayrılmasına dair iddia ilə Gəncə şəhəri Nizami rayon Məhkəməsinə müraciət etmişdir. Ekspertiza qərarı əsasında payların real ayrılmasının mümkün olmaması müəyyən ediləndən sonra məhkəmənin hazırda qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli 2(044)-172/2022 saylı qətnaməsi ilə iddiası rədd olunmuşdur. Ona görə də, ümumi birgə mülkiyyətdə olan əmlakın hərracdan satılması və ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, mübahisə olunan ev onun ata məhəlləsidir və o, orada yaşayır. Onun qardaşı rəhmətə gedib, qardaşının sağlığında da onlar evin bölgüsü ilə bağlı razılığa gələ bilməmişlər. Həmin həyətdə iki ev var, birinin sənədləri var, digərinin yox, sənədləri olan ev ona məxsusdur və o, həmin evdə yaşayır. İddiaçı həmin həyətə gəlin gəlib, onu orada heçbir payı yoxdur. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnaməçıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 fərdi yaşayış evinin ½ payı İddiaçı xx.xx.2021-ci il tarixdə, ½ payı isə X1 adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 01/1405 saylı, xx.xx.2020-ci il tarixli arayışının surətindən görünür ki, 12 noyabr 2020-ci il tarixli ********** №-li ərizəsinə və 12 noyabr 2020-ci il tarixli ********** №-li müqaviləyə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən, mülkiyyətində (icarəsində, istifadəsində) olan fərdi yaşayış sahəsi üçün qiymətləndirilmə işi aparılmışdır. Qiymətləndirmə zamanı daşınmaz əmlak bazarında analoji fərdi yaşayış sahələrinin bazar dəyəri üçün əsas olan parametrlər və bazar trendi nəzərə alınmaqla müvafiq qiymətləndirmə metodu tətbiq edilmişdir. Obyektin 19 noyabr 2020-ci il tarixinə bazar dəyəri 80000 (səksən min) manat təşkil edir. İşdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-172/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı ümumi mülkiyyətdən payının naturada ayrılması tələbinə dair iddiası rədd edilmişdir. İşdə olan notariat qaydasında təsdiq olunmuş ərizədən görünür ki, X5 atası X1 vəfatından sonra miras qalmış Gəncə şəhəri, Ağamirzə Əhmədov küçəsi, 18 və Ağamirzə Əhmədov küçəsi 2-ci dalan, 8 №-li evdən ona düşən paydan qardaşı Cavabdeh xeyrinə imtina etmiş, bununla əlaqədar gələcəkdə heç bir iddia və tələbinin olmayacağını bildirmişdir. İşdə olan notariat qaydasında təsdiq olunmuş ərizədən görünür ki, X6 atası X1 vəfatından sonra miras qalmış Gəncə şəhəri, Ağamirzə Əhmədov küçəsi, 18 və Ağamirzə Əhmədov küçəsi 2-ci dalan, 8 №-li evdən ona düşən paydan qardaşı Cavabdeh xeyrinə imtina etmiş, bununla əlaqədar gələcəkdə heç bir iddia və tələbinin olmayacağını bildirmişdir. İşdə olan notariat qaydasında təsdiq olunmuş ərizədən görünür ki, X3 atası X1 vəfatından sonra miras qalmış Gəncə şəhəri, Ağamirzə Əhmədov küçəsi, 18 və Ağamirzə Əhmədov küçəsi 2-ci dalan, 8 №-li evdən ona düşən paydan qardaşı Cavabdeh xeyrinə imtina etmiş, bununla əlaqədar gələcəkdə heç bir iddia və tələbinin olmayacağını bildirmişdir. İşdə olan notariat qaydasında təsdiq olunmuş ərizədən görünür ki, X7 atası X1 vəfatından sonra qalmış bütün miras əmlakından ona çatası payı qəbul etməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 fərdi yaşayış evinin ½ payı İddiaçı xx.xx.2021-ci il tarixdə, ½ payı isə X1 adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 01/1405 saylı, xx.xx.2020-ci il tarixli arayışdan məlum olmuşdur ki, 12 noyabr 2020-ci il tarixli ********** №-li ərizəsinə və 12 noyabr 2020-ci il tarixli ********** №-li müqaviləyə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən, mülkiyyətində (icarəsində, istifadəsində) olan fərdi yaşayış sahəsi üçün qiymətləndirilmə işi aparılmışdır. Qiymətləndirmə zamanı daşınmaz əmlak bazarında analoji fərdi yaşayış sahələrinin bazar dəyəri üçün əsas olan parametrlər və bazar trendi nəzərə alınmaqla müvafiq qiymətləndirmə metodu tətbiq edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-172/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı ümumi mülkiyyətdən payının naturada ayrılması tələbinə dair iddiası rədd edilmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixdə vəfat etməsindən sonra mirası faktiki olaraq onun oğlu Cavabdeh qəbul etmişdir. X5, X6, X3 və X7 ataları X1 vəfatından sonra miras qalmış Gəncə şəhəri, Ağamirzə Əhmədov küçəsi, 18 və Ağamirzə Əhmədov küçəsi 2-ci dalan, 8 №-li evdən onlara düşən paydan Cavabdeh xeyrinə imtina etmişlər. İddiaçı mülkiyyətçi kimi öz paylarının naturada ayrılmasını tələb etsə də, payın naturada ayrılması mümkün olmamış və buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, ümumi əmlakın bölünməsi, ondan payın ayrılması, həmçinin mülkiyyətçilər arasında paylara müvafiq olaraq kompensasiya ödənilməsi ilə bağlı razılaşma mümkün olmadığından mübahisə predmeti olan ünvan 2 ünvanda yerləşən yaşayış evi açıq hərracdan satılmalı və satış pulu ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. ½ hissədə İddiaçı və ½ hissədə mərhum X2 məxsus olmaqla paylı mülkiyyətdə оlan ünvan 2 ünvanda yerləşən yaşayış evi açıq hərracdan satılsın və satışdan əldə edilən pul paylı mülkiyyətçilər olan İddiaçı və Cavabdeh(mərhumun vərəsəsi) arasında onların paylarına mütənasib surətdə bölüşdürülsün. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №2(125)-3318/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3318/2023
20.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver