Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-333/2024 15.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab olunması» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı cavabdehlərin ünvan 3 nömrəli evin 7 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçı Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 3 nömrəli evin 7 nömrəli mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək, göstərdi ki, Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində 4-cü döngədə yerləşən 1 nömrəli bina Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansına aiddir. Həmin binanın 7 nömrəli otağında Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeydiyyatdadırlar. Cavabdehlər 1997-ci il tarixdən 2**3-cü ilə qədər sözügedən ünvanda yaşamışlar. 2**3-cü ildən hazırki dövrə qədər isə onlar həmin ünvanda yaşamırlar. Buna görə də kommunal xərclərin ödənilməsində çətinliklər yaranır. Belə ki, cavabdehlərin faktiki olaraq harada yaşamaları ilə bağlı heç bir məlumatları yoxdur. Buna görə də Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X1 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin həmin bildirişin onlara rəsmən təqdim olunması barədə məlumat olmadığından məhkəmə cavabdehlərin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmaqla MPM-in 147-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının 16.*7.1997-ci il tarixli, 48*9 nömrəli sərəncamının surətindən görünür ki, «Gəncə Toxumculuq» Kombinantına məxsus olan 81 yaşayış evi mövcud qanun əsasında əvəzsiz olaraq Gəncə şəhər MTİT-nin balansına keçirilmişdir. İşdə olan Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş *9.1*.2*23-cü il tarixli şəxsi hesabdan çıxarışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 3 nömrəli evin 7 nömrəli mənzilində qeydiyyatdadırlar. İş materiallarında olan Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 9 saylı xidməti sahəsi tərəfindən verilmiş *3.1*.2*23-cü il tarixli, 456 nömrəli, 457 nömrəli, 458 nömrəli və 459 nömrəli arayışlardan görünür ki, X5, X4, Cavabdeh1 və Cavabdeh4 ünvan 3 nömrəli evin 7 nömrəli mənzilində qeydiyyatda olsalar da həmin ünvanda yaşamırlar. İşdə olan Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş *7.12.2*23-cü il tarixli, M-999 nömrəli arayışdan görünür ki, X5, X4, Cavabdeh1 və Cavabdeh4 ünvan 2 ünvanında 1997-ci ildən 2**3-cü ilədək yaşamışlar. 2**3-cü ildən hazırki vaxta qədər isə həmin ünvanda X9 və X6 yaşayırlar, mənzilin kommunal xidmət xərclərini ödəyirlər. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, ünvan 3 nömrəli bina Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansına aiddir. Cavabdehlər X5, X4, Cavabdeh1 və Cavabdeh4 1997-ci ildən 2**3-cü il tarixədək sözügedən ünvanda yaşamış və oradan istifadə etmişlər. Qeyd olunan tarixdən sonra isə cavabdehlər başqa ünvana köçməklə orada yaşamış və ünvan 3 nömrəli evin 7 nömrəli mənzillə əlaqələri kəsilmişdir. Cavabdehlərin mübahisəli mənzildən istifadə ilə bağlı hüquq münasibətləri 1 sentyabr 2***-ci ilə qədər yarandığından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2**1-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-in 8 iyun 1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsi) müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 6*-cı maddəsinin birinci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Mübahisəli mənzildən cavabdehin istifadə hüququnun itirilməsinə dair mübahisənin həll edilməsi hüquqi müəyyənlik prinsipi baxımından və iddiaçının mülkiyyətində olan mənzillə bağlı hüquqlarını həyata keçirməsinə yaranan məhdudiyyətin zəruri və əsaslı olub-olmaması baxımından əhəmiyyət kəsb edir. Cavabdehlərin sözügedən yaşayış sahəsində uzun müddət yaşamaması, o cümlədən həmin yaşayış sahəsindən köçərək özlərinə başqa yaşayış yeri seçməsi iddiaçının nümayəndəsinin izahatı ilə yanaşı işin digər halları ilə sübuta yetirilir. Bu müddət ərzində cavabdehlər mübahisəli yaşayış sahəsində yaşamağa cəhd göstərməmişdir. Cavabdehlər yaşayış sahəsində pasport qeydiyyatında formal olaraq qalmışlar ki, bu da iddiaçının həmin yaşayış sahəsi ilə bağlı hüquqlarının tam həyata keçirməsinə mane olur. Cavabdehlərin uzun müddətdir ki, mübahisəli mənzildə yaşamaması onların özünə başqa daimi yaşayış yeri seçməsi və həmin yaşayış sahəsinə ehtiyacın aradan qalxması qənaətinə gəlməyə imkan verir. Cavabdehlərin mənzildə olan pasport qeydiyyatı hazırda formal xarakter daşıyır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğu üçün təmin olunmalı, cavabdehlərin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*, 227, 358-36* və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 3 nömrəli evin 7 nömrəli mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-333/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-333/2024
15.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver