Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-335/2025 15.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ərizəçinin iştirakı ilə, Ərizəçi “miras əmlakın faktiki qəbul olunması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi, 1 saylı Gəncə Regional “Asan xidmət” mərkəzində notariat ofisini maraqlı şəxs qismində göstərməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X2 tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük komitəsi Xaçmaz Gömrük İdarəsinin bank depozit hesabına yerləşdirilən 2300 ABŞ dolları - miras əmlakın onun tərəfindən faktiki qəbul olunması faktının müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi sonradan ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X2 tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin bank depozit hesabına yerləşdirilən 2300 ABŞ dolları - miras əmlakın onun tərəfindən faktiki qəbul olunması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, o 05 may 1991-ci il tarixdə X6 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan xx xxxxxxx 1991-ci il təvəllüdlü Maraqlı şəxs2 və xx xxxxxx 1994-cü il təvəllüdlü X10 dünyaya gəlmişdir. X6 xx.xx.2022-ci ildə vəfat etmişdir. X2 vəfat edən günə kimi Gəncə şəhəri, Avtozavod qəsəbəsində onunla birlikdə yaşamışdır. X8 yas mərasiminin təşikili və bununla əlaqəli bütün xərclərin qarşılanması yalnız onun tərəfindən həyata keçirilmişdir. Mərhumdan qalan daşınar əşyalar (Samsung markalı mobil telefon və digər əşyalar) onun sahibliyindədir. Azərbaycan Respublikası Dövlət Gömrük komitəsi Xaçmaz Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən X6 xx.xx.2021-ci il tarixində nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olan zaman gömrük təminatı olaraq 2300 ABŞ dolları vəsaiti Xaçmaz Gömrük İdarəsinin bank depozit hesabına qoymuşdur. Hazırda həmin məbləğ Xaçmaz Gömrük İdarəsinin bank depozit hesabındadır. Ölkə ərazisinə gətirilən avtomobil artıq ölkəni tərk etdiyi üçün depozit hesabında olan vəsaitin geri götürülməsinə ehtiyac yaranmışdır. O qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə almaq üçün 1 saylı Gəncə Regional “Asan xidmət” mərkəzində notariat ofisinə müraciət etdikdə, mirasın qəbulu faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə gedişində X2nun birinci növbə qanun üzrə vərəsələri Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 maraqlı şəxs qismində işə cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin olunmasını xahiş etdi və əlavə etdi ki, mərhum əri X6 ilə birgə nikahından iki övladları Emil və Nərmin doğulmuşdur. Mərhum ərinin anası Maraqlı şəxs4dır, atası isə ölmüşdür. Mərhum əri ürək xəstəsi olduğundan 2022-ci ildə ölmüşdür. Belə ki, o, xx.xx.2021-ci il tarixində Rusiya Federasiyasından nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olan zaman gömrük təminatı olaraq 2300 ABŞ dolları vəsaiti Xaçmaz Gömrük İdarəsinin bank depozit hesabına qoymuşdur. Hazırda həmin məbləğ Xaçmaz Gömrük İdarəsinin bank depozit hesabındadır. Ölkə ərazisinə gətirilən avtomobil artıq ölkəni tərk etdiyi üçün depozit hesabında olan vəsaitin geri götürülməsinə zərurət yaranmışdır. Maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 ərizələr ilə məhkəməyə müraciət edərək 2022-ci ilin 16 yanvar tarixində vəfat etmiş atası X6 tərəfindən miras qalmış əmlaklarından imtina etdiklərini bildirmişlər. Həmçinin digər Maraqlı şəxs4 ərizə ilə məhkəməyə müraciət edərək 2022-ci ilin 16 yanvar tarixində vəfat etmiş oğlu X6 tərəfindən miras qalmış əmlaklarının gəlini Ərizəçi qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Maraqlı şəxslər 1 saylı Gəncə Regional “Asan xidmət” mərkəzində notariat ofisi, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin maraqlı şəxs 1 saylı Gəncə Regional “Asan xidmət” mərkəzində notariat ofisinin nümayəndəsi və digər maraqlı şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxs 1 saylı Gəncə Regional “Asan xidmət” mərkəzində notariat ofisinin nümayəndəsinin və digər maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, ərizəçi onun xalasıqızıdır. Xalasıqızının mərhum əri X1 Federasiyasından gömrükdə depozit qoyaraq avtomobil gətirmişdir. Belə ki, Azər hər il ürəyində problem olduğuna görə Rusiya Federasiyasına gedib-gəlmişdir, həmçinin orada da əməliyyat olunmuşdur. X14 şəhərində ölmüşdür, onun ölümündən sonra əşyaları, həmçinin avtomobili qalmışdır. Avtomobili mərhum Azərin oğlu Emil sürür, mərhum Emillə xalasıqızı Dürdanənin birgə yaşamış olduqları Avtozavodda yerləşən evləri isə xalasıqızı Dürdanənin adınadır. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadəsini dinləyib və işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ünvan 1 ünvanlanmış 3-33-1700/2-002626/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X6 xx.xx.2021-ci il tarixdə P637OY750 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olan zaman gömrük təminatı olaraq 2300 ABŞ dolları vəsait qoymuşdur. 1 saylı Gəncə Regional “Asan xidmət” mərkəzində notariat ofisinin ərizəçiyə ünvanlanmış 2358 nömrəli, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, ərizəçinin təqdim etdiyi sənədlərdən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən o, mirasın qəbul müddətini keçirmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə uyğun olaraq mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Kirovabad rayon VVAQ şöbəsi tərəfindən verilmiş, 05 may 1991-ci il tarixli, nikahın bağlanması haqqında akt qeydləri kitabında 47 nömrə ilə qeydə alınmış V-ЖГ seriyalı, 339690 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X6 ilə Ərizəçi arasında nikah bağlanmış, nikah bağlandıqdan sonra ərin soyadı İsmayılov, arvadın soyadı İsmayılova qeyd edilmişdir. Kirovabad rayon VVAQ şöbəsi tərəfindən verilmiş, 24 oktyabr 1991-ci il tarixli, doğum haqqında akt qeydləri kitabında 232 nömrə ilə qeydə alınmış XVİ-ЖГ seriyalı, 254989 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs2 xx.xx.1991ci il tarixdə Kirovabad şəhərində doğulmuş, atası – X6, anası - Ərizəçidır. Kirovabad rayon VVAQ şöbəsi tərəfindən verilmiş, 19 aprel 1994-cü il tarixli, doğum haqqında akt qeydləri kitabında 75 nömrə ilə qeydə alınmış 452442 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs3 xx.xx.1994-cü il tarixdə Kirovabad şəhərində doğulmuş, atası – X6, anası - Ərizəçidır. Qasım İsmayılov rayon VVAQ bürosu tərəfindən verilmiş, 20 aprel 1970-ci il tarixli, doğum haqqında akt qeydləri kitabında 65 nömrə ilə qeydə alınmış AЭ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.1970-ci il tarixdə Qasım İsmayılov rayonunda doğulmuş, atası – X5, anası – Maraqlı şəxs4 Srac qızıdır. Gəncə Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci ildə 65 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş AZ-İİ seriyalı, 246374 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2022-ci ildə “ürək dayanmasından qəfləti ölüm kimi təsvir olunmuş hadisə” səbəbindən Gəncə şəhərində ölmüşdür. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin 3- 33-1700/2-002626/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, X6 24 iyun 2021-ci il tarixdə B637OY750 dövlət qeydiyyat nişanlı minik nəqliyyat vasitəsi ilə "Samur” gömrük postundan ölkə ərazisinə daxil olan zaman gömrük təminatı olaraq 2300 ABŞ dolları vəsait qoymuşdur. Bundan başqa, ərizəçi öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübut qismində mərhum əri X4 bir ədəd fotoşəkilini təqdim etmişdir. İş materiallarına əlavə edilmiş, Goranboy rayonu Goranboy Bələdiyyəsi tərəfindən Ərizəçi verilmiş 10 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi həqiqətən 16 yanvar 2022-ci il tarixdə rəhmətə getmiş onun mərhum həyat yoldaşı X4 dəfn mərasiminin xərclərini özü çəkmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin ĞLM seriyalı, 752342 nömrəli, xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, X6 tərəfindən 2300 ABŞ dolları məbləğində pul vəsaiti İdarənin bank depozit hesabına yerləşdirilmişdir. Azərbaycan Respublikasına gətirilən nəqliyyat vasitəsi üçün 682939 nömrəli xx.xx.2021-ci il tarixli vəsiqənin surətindən görünür ki, X6 2013-cü il buraxılışlı “LADA 219060 GRANTA” minik markalı, B637OY750 dövlət (tranzit) nömrəli avtomobili Rusiya Federasiyasından sərbəst dövriyyə üçün buraxılışlı nəqliyyat vasitəsini gətirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X6 xx.xx.2021-ci il tarixdə P637OY750 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olan zaman gömrük təminatı olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin depozit hesabına 2300 ABŞ dolları vəsait qoymuşdur. X6 xx.xx.2022-ci ildə “ürək dayanmasından qəfləti ölüm kimi təsvir olunmuş hadisə” səbəbindən Gəncə şəhərində ölmüşdür. Ərizəçinin miras qoyanın arvadı, birinci növbə vərəsəsi olmaqla, mirası faktiki olaraq qəbul etməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunmuşdur. Buna görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X2ndan miras qalmış, xx.xx.2021-ci ildə B637OY750 dövlət qeydiyyat nişanlı minik nəqliyyat vasitəsi ilə "Samur” gömrük postundan Azərbaycan Respublikasının ərazisinə daxil olan zaman gömrük təminatı olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin depozit hesabına qoyulmuş 2300 ABŞ dolları pul vəsaitinin Ərizəçi tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X3 miras qalmış, xx.xx.2021-ci ildə B637OY750 dövlət qeydiyyat nişanlı minik nəqliyyat vasitəsi ilə "Samur” gömrük postundan Azərbaycan Respublikasının ərazisinə daxil olan zaman gömrük təminatı olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin depozit hesabına qoyulmuş 2300 ABŞ dolları pul vəsaitinin Ərizəçi tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-335/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-335/2025
15.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver