Məhkəmə qərarları › İş №2(125)-336/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-336/2025

14.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-336/2025 14.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin Notariat ofisi) “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə və ona əlavə ilə məhkəməyə müraciət edərək, X7 miras qalmış “VAZ- 21124” markalı, **-EB-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin Ərizəçi tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1964-cü il tarixdə Gəncə şəhərində doğulmuş və hazırda mərhum həyat yoldaşı X7 “VAZ-21124” markalı, **-EB-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobil miras qalmışdır. Mülkiyyətçi kimi tanınmaq üçün notariat ofisinə müraciət etmiş, lakin mübahisənin məhkəmədən kənar həlli mümkün olmamışdır. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə həmin maraqlı şəxsin nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək və mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 1 saylı Gəncə regional “Asan xidmət” mərkəzində Notariat ofisinin 2601 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi xx.xx.2023-cü il tarixdə ölmüş mərhum əri – X7 miras qalmış “VAZ-21124” markalı, **-EB- *** dövlət nömrə qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə almaq üçün 1 saylı Gəncə regional “Asan xidmət” mərkəzində Notariat ofisinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən “Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.” Həmin məcəllənin 1146-cı maddəsinə əsasən 11 Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.” Mülki Məcəllənin 1243.1 və 1243.2 maddələrinə əsasən “ Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə miras açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyinu şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən “Vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mərhum - X18 xx.xx.2023-cü il tarixdə ölmüş, lakin Ərizəçi isə notariat ofisinə xx.xx.2024-cü il tarixdə, yəni müddəti ötürdükdən sonra müraciət etmişdir. Ona görə də vərəsəlik işinin aparılması və ona tərəfimizdən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materiallarında olan Gəncə şəhəri Qeydiyyat şöbəsinin 377870 nömrəli xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2023-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-c ildə 869 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan 1 saylı Gəncə regional “Asan xidmət” mərkəzində Notariat ofisinə X14 tərəfindən verilmiş **********448 nömrəli ərizədən görünür ki, X6 X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlakdan ona çatası miras payını (və ya məcburi miras payını) qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmiş, indi də etmir və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir. İş materiallarında olan 1 saylı Gəncə regional “Asan xidmət” mərkəzində Notariat ofisinə X10 tərəfindən verilmiş **********452 nömrəli ərizədən görünür ki, X3 X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlakdan ona çatası miras payını (və ya məcburi miras payını) qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmiş, indi də etmir və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir. İş materiallarında olan 1 saylı Gəncə regional “Asan xidmət” mərkəzində Notariat ofisinə X17 tərəfindən verilmiş **********447 nömrəli ərizədən görünür ki, X8 X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlakdan ona çatası miras payını (və ya məcburi miras payını) qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmiş, indi də etmir və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir. İş materiallarında olan 1 saylı Gəncə regional “Asan xidmət” mərkəzində Notariat ofisinə X11 tərəfindən verilmiş **********451 nömrəli ərizədən görünür ki, X4 X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlakdan ona çatası miras payını (və ya məcburi miras payını) qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmiş, indi də etmir və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə X2 xx.xx.1982-ci ildə Kirovobad şəhəri Qeydiyyat şöbəsinin 748 nömrəli akt qeydi ilə nikaha daxil olmuşlar. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, həqiqətən “VAZ-21124” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdən X9 adına qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixdə qeydiyyatdan çıxarılaraq alqı-satqı yolu ilə X12 adına qeydiyyata alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, Ərizəçi anasıdır, münasibətləri yaxşıdı. X1r, o, xx.xx.2023-cü ildə vəfat etmişdir. Bacıları Gülmira, Elvira və qardaşı Elsevərdir. Ataları vəfat etməmişdən əvvəl avtomobil almışdı, markasını xatırlamır, amma “912” dövlət nömrə qeydiyyat nişanlı olmalıdı. Atasının vəfatından sonra, həmin avtomobil evin həyətində qalıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, Ərizəçi anasıdır, münasibətləri yaxşıdı. X5 xx.xx.2023-cü ildə vəfat etmişdir. Bacıları Gülmira, Ülviyyə və qardaşı Elsevərdir. Atası vəfat etməmişdən əvvəl avtomobil almışdı “912” dövlət nömrə qeydiyyat nişanlı, amma o, markasını xatırlamır. Atası vəfat edəndən sonra, həmin avtomobil evdə anasının həyətində qalıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “VAZ-21124” markalı, **-EB-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobil xüsusi mülkiyyət hüququ ilə mərhum X16 məxsus olmuşdur. X18 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Ərizəçi miras qoyanın birinci növbə vərəsəsi olmaqla, mirası faktiki olaraq qəbul etməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunmuşdur. Buna görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, mərhum X7 miras qalmış “VAZ-21124” markalı, **-EB-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X7 miras qalmış “VAZ-21124” markalı, **-EB-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin Ərizəçi tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar