Məhkəmə qərarları › İş №2(125)-3374/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3374/2023

01.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3374/2023 01.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı Ağali qızının iştirakı ilə, İddiaçı Ağali qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab olunması» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ağali qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərin Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 64 nömrəli evin 30 nömrəli mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, hazırda yaşadığı Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 64 nömrəli evin 30 nömrəli mənzili ona məxsusdur. Həmin mənzil "xxxx" MTK-ya məxsus kooperativ binada yerləşir. O, mənzilə dair ödəməli olduğu məbləği tam şəkildə ödədiyinə görə, həmin mənzilə mülkiyyət hüququ əldə etmişdir. Cavabdeh1 onun oğludur, digər cavabdehlər isə onun nəvələridir. Cavabdehlər uzun illərdir ki, onunla yaşamırlar. Belə ki, cavabdehlər 1999-cu ildə daimi yaşamaq üçün Rusiya Federasiyasına köçmüşlər və hazırda da orada yaşayırlar. Cavabdeh1 onun tək yaşamağına baxmayaraq, onunla maraqlanmamış və bir övlad kimi öz vəifələrini icra etməmişdir. Hazırda cavabdehlərin olduqları yer ona məlum deyildir və onlar arasında heç bir əlaqə yoxdur. Lakin cavabdehlər hələ də ona məxsus olan mənzildə qeydiyyatdadırlar. Cavabdehlər daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçməklə, ona məxsus olan evin yaşayış sahəsindən istifadə hüququnu itirmişlər və onların qeydiyyatları yalnız formal xarakter daşıyır. Cavabdehlərin sözügedən mənzildə qeydiyyatda qalmaqları onun mülkiyyəti üzərində sərəncam hüququnu məhdudlaşdırır və əlavə kommunal xərclərin yaranmasına gətirib çıxarır. Buna görə də, o hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, "xxxx" MTK-da 1992-ci ildə kooperativ binalar üzrə xidmət sahəsi yaradılmışdır. O həmin ərəfələrdə orada pasport üzrə qeydiyyatçı vəzifəsində işləmişdir. Həmin ştat ləğv edildikdən sonra o nəzarətçi vəzifəsini icra etmişdir, hazırda isə kooperativ binalar üzrə xidmət sahəsinin rəisi vəzifəsində işləyir. İddiaçı 90-cı illərdən Gəncə şəhəri, Yeni ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşamış, 90-ci illərin sonundan o, İddiaçı oğlunun sonuncu ilə birlikdə yaşadığını görməmişdir. Sonradan ona məlum olmuşdur ki, İddiaçı əri vəfat etmiş, uşaqları isə başqa yerə köçmüşlər. Cavabdeh1 İddiaçı oğlu olmasına baxmayaraq, o, 20 ildən artıqdır ki, Cavabdeh1 Gəncə şəhəri, Yeni ünvan 2 ünvanında görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, İddiaçı ilə 2003-cü ildən etibarən qonşudur. Belə ki, o 2003-cü ildə İddiaçı yaşadığı binanın qarşısında yerləşən 48 nömrəli binanın 7 nömrəli mənzilinə köçmüşdür. O, həmin mənzilə köçdüyü gündən etibarən Cavabdeh1 orada yaşadığını görməmişdir. Yalnız 2013-cü ildə İddiaçı əri İlqar vəfat etdikdə, Ceyhun qısa müddətlik yas mərasiminə gəlmiş və bir-iki gün qaldıqdan sonra yenidən getmişdir. Bundan sonra Cavabdeh1 bir daha İddiaçı yaşadığı mənzilə gəlməmiş və orada yaşamamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, o, 1987-ci ildən ünvan 1 ünvanında yaşayır. İddiaçı 1987-ci ildə etibarən ailəsi ilə birlikdə Gəncə şəhəri, Yeni ünvan 2 ünvanında yaşamışdır. 1990-cı illərin sonlarında İddiaçı oğlu Cavabdeh1 həmin mənzildə köçərək, Rusiya Federasiyasına getmişdir. 2013-cü ildə İddiaçı əri vəfat etmişdir və Gəncə şəhəri, Yeni ünvan 2 Gəncə şəhəri, Yeni ünvan 2 ünvanında yas mərasimi keçirilmişdir. Cavabdeh1 həmin yas mərasimində iştirak etmiş, lakin ondan sonra bir daha sözügedən mənzilə gəlməmişdir. İş materiallarında olan xalq deputatları soveti tərəfindən verilmiş 18 aprel 1987-ci il tarixli, 104 nömrəli orderin surətindən görünür ki, X2 Gəncə şəhəri, Yeni ünvan 2 ünvanında yerləşən mənzildə ailəsi ilə birlikdə yaşamaq hüququ verilmişdir. K.A.Abdullayevanın ailə tərkibi X4, X10, Cavabdeh1 və X5 ibarət olmuşdur. İşdə olan 07 may 1992-ci il tarixli, 210 nömrəli arayışın surətindən görünür ki, X4 "xxxx" MTK-yə mənzil tikintisi üçün ayrılmış məbləğdə borcunu tam ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat X3 üzrə Xidmət Sahəsi tərəfindən verilmiş 31 mart 2023-cü il tarixli, 100 nömrəli arayışın surətindən görünür ki, X1 şəhəri, Yeni ünvan 2 ünvanında yerləşən mənzildə yaşayır. İşdə olan Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat X3 üzrə Xidmət Sahəsi tərəfindən verilmiş 31 mart 2023cü il tarixli, 101 nömrəli arayışın surətindən görünür ki, X1 şəhəri, Yeni ünvan 2 ünvanında yerləşən mənzildə tək yaşayır. Mənzildə qeydiyyatda olan digər şəxslər 1999-cu ildən Rusiya Federasiyasında yaşayırlar. İş materiallarında olan ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X1 şəhəri, Yeni ünvan 2 ünvanında yerləşən mənzildə qeydiyyatdadır. Bundan başqa Gəncə şəhəri, Yeni ünvan 2 ünvanında 02 iyun 1985-ci il təvəllüdlü X11, xx xxxxxx 2010-cu il təvəllüdlü Cavabdeh3 oğlu, xx xxxxxxx 1983-cü il təvəllüdlü Cavabdeh1 və xx xxxxxx 2004-cü il təvəllüdlü Cavabdeh2 qeydiyyatdadır. Cavabdeh1 mübahisəli mənzildən istifadə ilə bağlı hüquq münasibətləri 1 sentyabr 2000-ci ilə qədər yarandığından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-in 8 iyun 1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsi) müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 60-cı maddəsinin birinci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin maddənin sonuncu hissəsinə əsasən şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır. Mübahisəli mənzildən cavabdehin istifadə hüququnun itirilməsinə dair mübahisənin həll edilməsi hüquqi müəyyənlik prinsipi baxımından və iddiaçının yaşadığı mənzillə bağlı hüquqlarını həyata keçirməsinə yaranan məhdudiyyətin zəruri və əsaslı olub-olmaması baxımından əhəmiyyət kəsb edir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 64 ünvanında yerləşən 30 saylı mənzil 18 aprel 1987-ci il tarixli, 104 nömrəli order əsasında İddiaçı Ağali qızının istifadəsindədir. Həmin mənzildə 02 iyun 1985-ci il təvəllüdlü X11, xx xxxxxx 2010-cu il təvəllüdlü Cavabdeh3 oğlu, xx xxxxxxx 1983-cü il təvəllüdlü Cavabdeh1 və xx xxxxxx 2004-cü il təvəllüdlü Cavabdeh2 qeydiyyatdadır. Cavabdeh1 iddiaçının oğlu, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə iddiaçının nəvələridir. Cavabdeh1 əvvəllər həmin mənzildə yaşamaqla, orada qeydiyyata alınmış, digər cavabdehlərin yaşayış yeri (qeydiyyat ünvanı) isə həmin şəxslər Cavabdeh1 himayəsində olan azyaşlı olduqlarına görə sonuncunun qeydiyyat yeri hesab edilmişdir. Lakin Cavabdeh1 ailəsi ilə birlikdə təxminən 1999-cu ildə Rusiya Federasiyasına köçmüşdür və ötən 24 il müddətində orada yaşamışdır. Cavabdehlərin uzun müddətdir ki, mübahisəli mənzildə yaşamadıqları onların özünə başqa daimi yaşayış yeri seçdikləri qənaətinə gəlməyə imkan verir. Cavabdehlərin mənzildə olan pasport qeydiyyatı hazırda formal xarakter daşıyır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğu üçün təmin olunmalı, cavabdehlərin iddiaçının istifadəsində olan fərdi yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ağali qızının iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 64 ünvanında yerləşən 30 saylı mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar