Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3413/2023 14.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X23 Tahir oğlunun sədrliyi, Arıxova Nigar Azər qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh10, Cavabdeh6 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh11, Cavabdeh10, Cavabdeh12, X3, Cavabdeh8, Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərin qeydiyyatda olduqları evə istifadə hüququnun itirilmiş hesab olunması və əşyaların çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh11, Cavabdeh10, Cavabdeh12, X3, Cavabdeh8, Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin Gəncə şəhəri, Məmməd Məhərrəmov küçəsi, 64 nömrəli evə olan istifadə hüquqlarının itirilmiş hesab olunması və cavabdehlər Cavabdeh11, Cavabdeh10, Cavabdeh12, X3, Cavabdeh8 və Cavabdeh7 məxsus əşyaların mənzildən boşaldılaraq həmin mənzilin onun sahibliyinə və istifadəsinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Məmməd Məhərrəmov küçəsi, 64 nömrəli ev xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur və buna dair xx.xx.2003-cü il tarixdə qeydiyat vəsiqəsi verilmişdir. Cavabdehlərdən Cavabdeh11 qardaşı, Cavabdeh10 Bəxtiyarın həyat yoldaşı, Vüsalə və Sibelcan isə onların övladlarıdır. Cavabdeh8 və Cavabdeh7 Cavabdeh12 uşaqlarıdır və onlar 1995-ci ildən ona məxsus olan evdə yaşamırlar. Belə ki, 1987-ci ildə Cavabdeh11 Cavabdeh10 ilə ailə həyatı qurub bir müddət Gəncə şəhəri, Məmməd Məhərrəmov küçəsi, 64 nömrəli evdə yaşasalar da, sonradan Rusiya Federasiyasına gedib orda yaşamışlar və 1995-ci ildən həmin evdə yaşamırlar. Hazırda isə Gəncə şəhəri 3-cü mikrorayon, bina 10, mənzil 11-də yaşayırlar. Bundan başqa qeyd etmişdir ki, cavabdehlərdən Cavabdeh5 qardaşı, Cavabdeh6 onun həyat yoldaşı, digər cavabdehlər Cavabdeh4, Cavabdeh3 isə onların övladlarıdır və onlar mülkiyyətində olan evdə pasport qeydiyyatında olsalar da, heç vaxt həmin evdə yaşamamışlar. 1981-ci ildə qardaşı Firdovsi ailə həyatı quraraq özünə məxsus evdə ailəsi ilə birgə yaşamışdır və hazırda onların hansı ünvanda yaşamaları barədə məlumatı yoxdur. İddia ərizəsində qeyd edilən digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə heç bir qohumluq əlaqəsi yoxdur, onların hansı əsasla mülkiyyətində olan evə pasport qeydiyyatına düşmələri və hansı ünvanda yaşamaları barədə məlumatı yoxdur. Hesab edir ki, cavabdehlərin mübahisəli mənzilə dair heç bir hüquqları yoxdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh10 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh11 yoldaşıdır və həmin evdə anadan olub böyüyüb boya-başa çatmışdır. O, isə 1987-ci ildə Cavabdeh11 ilə ailə həyatı quraraq sözügedən evə gəlin köçmüşdür. Halhazırda da göstərilən M.Məhərrəmov küçəsi 64 saylı evdə qeydiyyatda olmaqla əşyaları da oradadır. Həmin ünvanda iki qızı Cavabdeh12 və X5 anadan olmuş, orada da böyümüşlər. Qızı Sibelcan 2007-ci ildə ailə həyatı qurararaq Rusiyaya köçmüşdür. Digər qızı Vüsalə isə 2006-cı ildə ailə həyatı qurmuşdur. Sadəcə dolanışıq dərdindən müvəqqəti olaraq yoldaşı ilə birlikdə Rusiya Federasiyasına gedib-gəlirlər. xx.xx.2022-ci il tarixində Rusiya Federasiyasından qayıtdıqdan sonra İddiaçı yoldaşı Məhluqə onları həmin evə buraxmamışdır. Bundan sonra onların iddiası əsasında Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-706 saylı qətnaməsi ilə Gncə şəhəri, M.Məhərrəmov küçəsi 64 saylı evə istifadə hüquqları tanınmış və həmin evə köçürülmələri barədə qətnamə çıxarılmışdır. Hazırda yoldaşı Bəxtiyar Rusiyadadır, pandemiya ilə əlaqədar quru yollar bağlı olduğuna görə evə gediş-gəlişi çətinləşmişdir. 3 ildir k, iddiaçı onu sözügedən evə buraxmadığına görə qızı Vüsalə ilə birlikdə yaşayır. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh6 izahatında göstərdi ki, cavabdehlər Cavabdeh5 yoldaşı, Cavabdeh4 və Cavabdeh3 övladlarıdır. 1 il 8 aydır ki, oğlu Cavabdeh4 evinə köçmüşlərdir. Qızı Cavabdeh3 isə ailə həyatı qurmuşdur. Kompensasiya verilməsi şərtilə evdən çıxmağa razıdırlar. Məhkəmə iclasında Cavabdeh3 izahatında göstərdi ki, ailə həyatı qurmuşdur ancaq sözügedən evdə qeydiyyatdadır. Cavabdeh2 övladıdır, 16 yaşı vardır. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Digər cavabdehlərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlərdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş- Azərbaycan Respublikası Gəncə Dövlət Texniki və Arxitektura Komitəsi Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 4281 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Gəncə şəhəri, Məhərrəmov küçəsi, 64 “A”-50,6 kv/m 2 (iki) yaşayış otağından ibarət yaşayış evi 1 (tikilisi, bir hissəsi) İddiaçı adına mülkiyyət hüququ əsasında xx.xx.2003-cü ildə qeydə alınmışdır. Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, X7, Cavabdeh11, X22, Cavabdeh6, Cavabdeh5, X12, Cavabdeh4, Cavabdeh12, X13, X6, X17, Cavabdeh2, Cavabdeh10, Cavabdeh8, Cavabdeh7, X8, Cavabdeh3, Cavabdeh9, Cavabdeh1, X4 şəhəri, Kəpəz rayonu, Məmməd Məhərrəmov küçəsi, ev 64 ünvanında qeydiyyatdadırlar. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-706/2023 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh10 ünvan 3 ünvanına istifadə hüququnun tanınması və onun həmin evə köçürülməsi qət edilmişdir. Evlər üçlüyü tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh10 ünvan 3 ünvanında yaşamaqla ailə tərkibi həyat yoldaşı Cavabdeh11 və nəvələri Cavabdeh7, X1 ibarətdir. xx.xx.2012-ci il tarixli, RX ******* seriya nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Gəc zavodu ərazisində yerləşən 0,04 ha bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh4 adına rəsmi reyestrdə qeydə alınmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquq normaları baxımından qiymət verərək Cavabdeh12, X3, Cavabdeh8, Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 münasibətdə qeyd edir ki, iddia tələbi əsaslı olduğundan onlara münasibətdə təmin olunmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, cavabdehlər Cavabdeh12 2006-cı ildə, Cavabdeh9 2007-ci ildə, eləcə də Cavabdeh3 ailə həyatı quraraq köçüb başqa ünvanda yaşamışlar. Cavabdehlərin uzun bir müddət ərzində mübahisəli evdə yaşamamaları hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmamış, onların daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədar olmuşdur. Cavabdehlərdən Cavabdeh6 və Cavabdeh5 2021-ci ildən etibarən iddiaçıya məxsus fərdi yaşayış evindən çıxaraq başqa yaşayış yeri seçməklə övladları Cavabdeh4 məxsus evdə yaşamaqla iddiaçıya məxsus evdən istifadə hüquqları itirilmişdir. Digər Cavabdeh1 hazırki fərdi yaşayış evi ilə bağlı hər hansı bir bağlılığı olmadığından və iddiaçının ailə üzvü hesab olunmadığından ona münasibətdə də iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfinldən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.(Konstitusiya. mad. 29.) Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrindən biri də Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan qanunvericilikdən göründüyü kimi əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İşin mübahisə edilməyən hallarından müəyyən olur ki, iddiaçının iddia etdiyi fərdi yaşayış evi mülkiyyətində olmaqla rəsmi reyestrdə qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərdən Cavabdeh12, X5, Cavabdeh8, Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Gəncə şəhəri, M.Məhərrəmov küçəsi, ünvanında yerləşən 64 nömrəli fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh11 və Cavabdeh10 münasibətdə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının mübahisələndirdiyi fərdi yaşayış evi onun xüsusi mülkiyyətinə keçsə də, cavabdeh olan qardaşının və onun həyat yoldaşının həmin fərdi yaşayış evindən istifadə hüququ olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi cavabdehlərdən Cavabdeh12, X3, Cavabdeh8, Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 münasibətdə təmin edilməli, cavabdehlər Cavabdeh11 və Cavabdeh10 münasibətdə isə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh12, X2, Cavabdeh8, Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Gəncə şəhəri, M.Məhərrəmov küçəsi ünvanında yerləşən İddiaçı mülkiyyətində olan 64 nömrəli fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilsin. İddia tələbi cavabdehlər Cavabdeh11 və Cavabdeh10 münasibətdə əsassız olduğundan rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-3413/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3413/2023
14.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver