Məhkəmə qərarları › İş №2(125)-343/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-343/2024

11.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-343/2024 11.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X17 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər X15 və Cavabdeh1 qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər X15 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X15 və Cavabdeh1, onlara məxsus əşyaların Gəncə şəhəri, 6** mənzilli Yeni qəsəbə, 18 saylı küçəsində yerləşən 456 nömrəli 1 otaqlı evdən çıxarılması və 456 nömrəli evin boşaldılaraq Azərbaycan Respublikasının Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*17-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin (bundan sonra — Komitə) qərarı ilə həyata keçirilir. X11 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildirmişlər ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlərə verilmiş mənzillərdə müqavilədə adı keçməyən şəxslər qeyri qanuni yolla yaşayır. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin *9 sentyabr 2*19-cu il tarixli 456 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, Xocalı rayonundan məcburi köçkün X1 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 6** mənzilli Yeni qəsəbə, 18 saylı küçəsində yerləşən 456 nömrəli 1 otaqlı mənzil ilə təmin edilmişdir. X7 13 may 2*23-cü ildə vəfat etmişdir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilənin şərtlərinə əsasən mənzildə yaşayan şəxs (kirayəçi) vəfat etdiyi təqdirdə mənzilin açarı Mənzil İstismar Departamentinin Gəncə şəhəri üzrə Mənzil Komunal İstismar Sahəsi təqdim edilməli olduğu halda, Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı 456 nömrəli mənzildə X15 və Cavabdeh1 qeyri qanuni yaşadığı müəyyən edilmişdir. Sahə rəisi tərəfindən 456 nömrəli mənzilin cavabdehlər X15 və Cavabdeh1 tərəfindən zəbt edilməsi və mənzildə qeyri qanuni yaşaması müəyyən edildiyindən, həmin mənzilin boşaldılıb təhvil verilməsi barədə onlara dəfələrlə xəbərdarlıqlar edilmiş, lakin cavabdehlər mənzilin təhvil verilməsindən imtina etmişdir. Həmçinin qeyd etmişdir ki, X15 6** ailəlik Yeni qəsəbə, 19 saylı küçədə yerləşən 522 nömrəli evlə təmin edilmişdir. Odur ki, cavabdeh, X4 və ona məxsus əşyaların Gəncə şəhəri, 15** mənzilli Yeni qəsəbə, bina 11-də yerləşən 17 nömrəli 1 otaqlı mənzildən çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər X15 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan *9.*9.2*19-cu il tarixli 456 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, bir tərəfdən Azərbaycan Respublikasının Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti, Gəncə şəhər MKİS digər tərəfdən kirayəçi X2 müqaviləsi bağlamışlar və kirayəyə verən Gəncə şəhəri, 6** ailəlik Yeni qəsəbə, 18-ci küçə, 456 nömrəli evdə ümumi sahəsi 32.*2 kv.m., yaşayış sahəsi 18,91 kv.m. ibarət 1 otaqlı yaşayış sahəsini müvəqqəti yaşamaq üçün kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.4.2-ci bəndinə əsasən, kirayəçinin üzərinə kirayəyə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə digər şəxsin icarəsinə, istifadəsinə verməmək vəzifəsi qoyulmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X7 13.*5.2*23-cü il tarixdə ölmüşdür. İşdə olan ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X12 1*.*3.2*15-ci il tarixdə ölmüşdür. İşdə olan 18.*4.2*23-cü il tarixdə QMKİÜDK MİD Gəncə-Göygöl MKİS-nin mühəndisi X2*, MKİS-nin sahə nəzarətçisi X13 və X8 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, Gəncə şəhəri, 6** ailəlik Yeni qəsəbə, 18-ci küçə, 456 nömrəli evdə X15 və Cavabdeh1 yaşaması aşkar edilmiş və X15 2*14-cü ilin dekabr ayında 5 nəfər ailə üzvü ilə birlikdə Gəncə şəhəri, 6** ailəlik Yeni qəsəbə, 19 saylı küçədə yerləşən 522 nömrəli evdə məskunlaşdırıldıqlarını, həmin qəsəbə 18-ci küçə, ev 456 ünvanında isə atası X12 ilə anası X5 məskunlaşdırıldıqlarını, onlar vəfat edəndən sonra ailələrinin 7 nəfərdən ibarət olmaqla 19 saylı küçədə yerləşən 522 nömrəli evin darısqallığını nəzərə alaraq arvadı Cavabdeh1 ilə əvvəllər valideynləri yaşadığı Gəncə şəhəri, 6** ailəlik Yeni qəsəbə, 18-ci küçə, ev 456 ünvanına köçdüklərini, hazırda da həmin evdə yaşadıqlarını bildirmişdir. İşdə olan Azərbaycan Respublikasının Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti, Gəncə şəhər MKİS tərəfindən X1* ünvanlanmış 21.*6.2*23cü il tarixli 99 saylı və *3.*7.2*23-cü il tarixli 1*8 saylı məktublardan görünür ki, X1* yaşadıqları 18-ci küçə, ev 456 ünvanı zəbt etdiyi, mənzili könüllü təhvil verməsi, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, X3 rayonundan məcburi köçkün düşmüşdür. Ona ailə üzvləri ilə birlikdə Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 6** ailəlik Yeni qəsəbə, 19 saylı küçədə yerləşən 522 nömrəli evdə yaşayış sahəsi verilmişdir. Sonradan o, əvvəllər valideynlərinin yaşadığı Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 6** ailəlik Yeni qəsəbə, 18-ci küçə, 456 nömrəli evə köçmüşdür. X7 13.*5.2*23-cü il tarixdə, X12 1*.*3.2*15-ci il tarixdə ölmüşdür. İddiaçı mübahisəli mənzilin xüsusi təyinatlı mənzil olduğunu və cavabdehlərin həmin mənzilə heç bir hüququnun olmadığını qeyd edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddia tələbi cavabdehin mübahisəli xüsusi təyinatlı mənzildən çıxarılması ilə bağlı olduğundan həmin münasibətlərə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Аzərbаycаn Rеspublikаsı Mülki-Prоssеsuаl Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Məcburi köçkünlərə yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinin tələbinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 82.5-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə yaşayış sahəsinin itirilməsi (sökülməsi), yaşayış sahəsində tənha yaşayan kirayəçinin vəfatı ilə bağlı xitam verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.4-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1**.3-cü maddəsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*17-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş, “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3.3-cü bəndinə əsasən, məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qoymaqla və digər vasitələrlə evləri özəgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Həmin qaydaların 3.4-cü bəndinə əsasən, məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər. Həmin qaydaların 3.5-ci bəndinə əsasən, məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər. Həmin qaydaların 3.6-cı bəndinə əsasən, məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. Həmin qaydaların 3.7-ci bəndinə əsasən, məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmş yaşayış sahəsində faktiki, yaşamırsa yaxud mənzili başqasına verərsə Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uygun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla daha ox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, cavabdeh öz izahatında mübahisəli mənzilə həmin mənzilin kirayəçisi mərhum X6 atası, X5 anası olduğunu və ailə üzvlərinin tərkibinin artması ilə bağlı köçdüyünü qeyd etsə də, mübahisəli mənzil xüsusi təyinatlı mənzillər kateqoriyasına daxil olduğundan və mərhum X7 ilə bağlanmış kirayə müqaviləsinin şərtlərinə uyğun olaraq kirayəçinin kirayayə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə digər şəxsin icarəsinə, istifadəsinə verməmək vəzifəsi olduğundan və həmin mənzili başqa şəxslərin kirayəsinə və istifadəsinə vermək hüququ olmadığından və bu baxımdan iddia tələbi əsaslı olduğundan təmin edilməli və cavabdehlər X15 və Cavabdeh1 Gəncə şəhəri, 6** mənzilli Yeni qəsəbə, 18 saylı küçəsində yerləşən 456 nömrəli 1 otaqlı evdən çıxarılmalı və mənzil boşaldılmalıdır. Məhkəmə iddia tələbinin cavabdehlərə məxsus əşyaların çıxarılması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehlərə məxsus əşyaların Gəncə şəhəri, 6** ailəlik Yeni qəsəbə, 18-ci küçə, 456 nömrəli evdən çıxarılmasını xahiş etsə də, ərizədə çıxarılması xahiş olunan əşyaların adları, qiymətləri göstərilməmiş, həmçinin cavabdehlərə məxsus əşyalar barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlərə məxsus əşyaların çıxarılması hissəsində əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*, 227, 233 və 36*-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh X15 və Cavabdeh1 Gəncə şəhəri, 6** mənzilli Yeni qəsəbə, 18 saylı küçəsində yerləşən 456 nömrəli 1 otaqlı evdən çıxarılsın və mənzil boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar