Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-3438/2025 14.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 İsa oğlunun sədrliyi ilə, Həsənov Ariz Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisi) «mirasın faktiki qəbul etməsi faktının müəyyən edilməsi» barədə ərizəsinə dair mülki işə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi mərhum nənəsi X1 ona vəsiyyətnamə üzrə miras qalmış ünvan 1 ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evindən ibarət mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi haqqında qətnamə qəbul etməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, izahat verərkən izahatında göstərmişdir ki, mərhum nənəsi X2 qanun üzrə birinci növbəli vərəsəsi olan, onun atası-X3 hazırda sağdır. iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə iclasının yeri və tarixi barədə lazımi məlumatlar verilməsinə baxmayaraq, 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzi notariat ofisinin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə iş materialllarını tədqiq edərək və işdə olan sübutları araşdıraraq, ərizəçini dinləyərək, hesab edir ki, Ərizəçi (maraqlı şəxs 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisi) «miras əmlakı faktiki qəbul etməsi» barədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 nömrəli Qərarının 1.2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Məhkəmə qeyd edir ki, Ərizəçi məhkəmədə izahat verərkən izahatında göstərmişdir ki, mərhum nənəsi X2 qanun üzrə birinci növbəli vərəsəsi olan, onun atası-X3 hazırda sağdır və o, atasının razılığı ilə hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəçini dinləyib hesab edir ki, Ərizəçi hazırki ərizəsinə məhkəmədə baxıla bilməz və həmin ərizə üzrə mülk işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1160-cı maddəsinin tələblərinə əsasən, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Məhkəmə göstərir ki, mərhum X2 qanun üzrə birinci növbəli vərəsəsi sağ olduğundan ölənin sonrakı növbə vərəsəsi olan Ərizəçi bu ərizəsinə məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Buna görə də məhkəmə hesab edir ki, Ərizəçi (maraqlı şəxs 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisi) «mirasın faktiki qəbul etməsi faktının müəyyən edilməsi» barədə ərizəsi üzrə işin icraatına xitam verilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi «mirasın faktiki qəbul etməsi faktının müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilsin. Ərizəçi izah edilsin ki, mülki işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-3438/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-3438/2025
14.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver