Məhkəmə qərarları › İş №2(125)-3440/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-3440/2023

10.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-3440/2023 10.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, Ərizəçi Məskən oğlunun (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi) “sənədin şəxsə məxsus olması faktının təsdiq edilməsi” barədə ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: Ərizəçi Məskən oğlu ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Dədə Qorqud küçəsi, bina 3*, mənzil 29 ünvanında yerləşən mənzilə dair qeydiyyat vəsiqəsinin mərhum anası Əhmədova (Məhərova) Söylü Nəcəf qızına məxsus olması faktının təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 31*.1-ci maddəsində göstərilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Bundan başqa, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmənin Plenumunun 12 aprel 2*19-cu il tarixli *3 saylı qərarının 1.6-cı bəndində məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 31*-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.*.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Ərizəçi Məskən oğlunun ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, qeydiyyat vəsiqəsinin mərhum anası Əhmədova (Məhərova) Söylü Nəcəf qızına məxsus olmasını istəmişdir. Lakin, ərizəçi qeyd edilən sənəddə adın düzəldilməsi ilə bağlı səlahiyyətli orqana müraciət etməsini, onun müraciətindən imtina edilməsini və beləliklə lazımi sənədi başqa qaydada əldə edə bilməməsini təsdiq edən sübutlarını ərizəsinə əlavə etməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 3*8 və 31*-cu maddələrini rəhbər tutaraq, eləcə də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarındakı tövsiyyələrini nəzərə alaraq hesab edir ki, Ərizəçi Məskən oğlunun ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ərizəçiyə ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. (MPM 152.4-cü maddə). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi Məskən oğlunun sənədin ona məxsusluğunun müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətində Gəncə şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar